Страница 2 из 3 · 33%

Mikayılov güldü:

– Nə guruldayırsan ə!.. Hər kəs desə də, sən gərək bu söhbəti ağzına almayasan. Jürinin katibisən, deyərlər qabaqcadan...

– Katibdə nə ixtiyar var. Qiymət qoyanlar ayrı adam... Mən ancaq yazı- pozusuna baxıram. Amma öz aramızdır, məscidin qapısı açıq oldu, itin həyasına nə gəlib? Yoldaş Mikayılov, doğrudan da bəzi qanunlarımıza heyran qalırsan, ötənin belə böyük işə barmaq qoymasına niyə imkan verək axı? Sən özün bilirsən ki...

Mikayılov ayağa qalxdı, stolungözünü bağlayıb açarı cibinə qoydu.

Gəldiyev layihə bürosundan zəng vurub Vahidi çağırdı, onunla görüşməyi vədələşdi, ancaq səbəbini gizlətdi. Axşam saat səkkizin yarısında mərkəzi kitabxananın qabağında Vahidi tutdu:

– Hara belə, Vahid?

– Kitabxanaya!

– Keflər, əhvallar?

– Sağ olun.

Gəldiyev boynunu qaşıdı. Səhərdən bəri başında hazırladığı fıkri Vahidə deyə bilmədi. Boğazı tikilmiş kimi səsi çıxmadı, dili dönmədi.

"Bəzən adam uzun düşünüb ölçür, biçir, müəyyən nəticəyə gəlir. Həmin nəticə ilə iş görmək, qədəm basmaq istərkən bir saniyənin içində fıkri dəyişir, daha faydalı bir məsləhət yadına düşür..."

Gəldiyev bunları fikirləşəndə şüur, ona yetişməli olan bir meyvə kimi gəldi. Bu meyvəni istiyə tutmaqla, küləyə verməklə, dərib gün qabağına qoymaqla vaxtından qabaq yetişdirə bilməzsən.

Budur, elə bu dəqiqəcə Gəldiyevin məsləhətləri alt-üst oldu. İndi anladı ki, əbəs yerə Vahid ilə görüşür, ona heç bir şey deməyəcəkdi və demək də məsləhət deyil. Vahidlə söhbəti daha münasib bir vaxta qoydu:

– Eləcə görüşmək istəyirdim, yadıma düşmüşdün!


"Yeni Bakı" plan-layihəsinin müsabiqəsi haqqında təlimat üçün plan idarəsi sədri, mühəndislər, memarlar yığılmışdılar. Gəldiyev də sədrin yanında əyləşmiş, əlində qələm danışanları qeyd etmək niyyətində idi. Onun gözü Vahidə sataşanda lap yəqin etdi: "Köpək oğlu iştirak eləyəcək".

Müşavirədən sonra onu yanlamaq, qulağını doldurmaq fikrinə düşdü: "Məbadə, məbadə belə şeyə vaxt sərf edəsən. Elan olunmağına baxma, layihənin əsil müəllifləri də var, mükafat alası adamlar da məlumdur, kimdir. Müsabiqə elə-belə, tak sebe, quru rəsmiyyətdir. Şəhərdə iki yüz-üç yüz mühəndis var, hərə bir layihə çəkib gətirsə, baxıb qurtarmaq olmaz, hamı da işdən avara qalar. Bir də bu elə şeydir ki, uzağı üçcə dənə, ya ikicə dənə lazımdır. Artıq nəyə lazımdır. Lap yaxşı çəkən olsa da, heç üzünə baxmayacaqlar. İndidən işarə elədikləri adama tapşırıblar, onunku da qəbul olunacaq, vəssalam. Burada işdən başqa, səndən nə gizlədim, adamın özünə, anketinə də fıkir verirlər. Baxırlar da nəçidir, necədir, nə sayaq adamdır, yoxsa bir ətək pulu çölə tökməyiblər. Yazıqsan, get nağd işə yapış..."

Gəldiyev bu məsləhətləri ilə Vahidi bişirəcəkdi. Deyəsən onun ürəyinə bir həqiqət damdı:

"Sən yüz de, Vahid bildiyini edəcək. Ay inandırdın ha!" Gəldiyev ayrı yol seçdi. "Qoy otursun, çalışsın, özünü öldürsün. Bu zəhrimar bizim əlimizdən gəlib keçəcək, ya yox? Ona bir "mükafat" hazırlayım ki, heç haqq-hesabını qiyamətəcən öyrənə bilməsin.

Gəldiyevi belə bir tədbirə vadar eləyən o idi ki, şəxsən özü layihə düzəltmək niyyətində idi. Müsabiqədə iştirak etdiyi üçün Vahidin işindən qorxurdu. Vahid heç bir mənsəb sahibi olmasa da mütəxəssislər arasında böyük hörməti var idi. Hətta müsabiqə haqqında danışanlar onun adını çəkir, iştiraka çağırırdılar. Vəzirbəyli camaatın qabağında açıq dedi ki, "Biz qocaman memarlarla yanaşı, yeniyetmə və Vahid kimi ümid verən istedadlı mütəxəssisləri mütləq cəlb etməliyik".

Bu da Gəldiyevə çox ağır gəldi. Aylar keçdi, il döndü, layihələr çəkildi, müsabiqənin qurtarmağına bir ay qalanda bağlı, möhürlü, gizli imzalı əsərlər gəlməyə başladı. Gəldiyev hər gün saat ikidən iş otağında oturur, əsərləri texniki katibdən alıb, münsiflər heyəti üzvlərinə paylayırdı. Əlinə keçən layihələrə diqqət yetirməmiş, gizli imzaların əslini tapmaq üçün mülahizə eləməmiş rahat olmurdu. Öz əsərini "şirin yuxu və istirahət hesabına yaratdığı əsəri" səliqəli bir qutuda "Ürək" adı ilə müsabiqəyə təqdim etmişdi (bu adı o harada isə gördüyü bir rəsmden götürmüşdü). Gəldiyev sadəcə təqdim etməklə kifayətlənməmiş, xüsusi məktub ilə "Ürək" əsərini hamıdan qabaq münsiflər heyətinin sədri Poladova göndərmişdi. Üç gün sonra zəng edib rəyini soruşınuşdu, Poladov etiraf etmişdi ki:

– Yoldaş katib, baxa bilməmişəm və yaxın günlərə söz verə bilmirəm. Gəl sən bunları əvvəlcə vaxtı olan yoldaşlara ver, layihələr yatıb qalmasın, başım ayılanda mən də tanış olaram. Qoy yoldaşlar baxsınlar! Qoy öz mülahizələrini hazırlasınlar.

Gəldiyev belə fürsət axtarırdı: "Ürəy"i sədrdən alıb, Vəzirbəyliyə göndərdi. Bir məktüb da yazdı:

"Yoldaş Vəzirbəyli, müsabiqəyə gələn "Ürək" əsərini göndərirəm, beş günəcən ona baxıb rəyinizi bildirmənizi xahiş edirəm. Bu əsər haqqında üzvlərin fıkri vardır, yaxşıdır. Sədrə göndərilmişdir. Sizin də tez baxmanız məsləhət görülür".

Vəzirbəyli katibin kağızından bir az da təşvişə düşdü. Güman etdi ki, layihə bəyənilmişdir. Həmin gün "Ürəy"i açdı, yanları açılmış böyük stolun üstündə səliqə ilə düyməçələdi. Sağına-soluna keçib baxdı, yoxladı. İki gün bütün vaxtını buna sərf etdi, özünü heyrətdən saxlaya bilmədi. Layihə bürosuna zəng etdi, adam yox idi. Poladovu çağırdı:

– Yoldaş Poladov, siz müsabiqəyə gələn əsərlərə baxmısınız, ya yox?

– Yox, ay Vəzir, heç baş aça bilməmişəm. Məni gözləməyin, işləyin, bir- bir əldən çıxsın.

– "Ürək" layihəsini görməmisiniz?

– Göndərmişdilər, baxa bilmədim, doğrusu.

– Mən baxmışam ona.

– Necədir?

– Qəribədir!

– Nə sarıdan?

– Müəllifınin heç adi riyazi savadı yoxdur.

– Elələrini atın kənara, vaxt itirməyin!

– Qorxuram hər ötən ağlına gələni çəkib ata üstümüzə, vaxtımız...

– Ləyaqətsiz şeyləri müzakirəyə qoymaq əbəsdir. Əvvəl, ötəri də olsa, bir yoldaş gərək baxıb seçsin. Mən Gəldiyevə tapşıraram. Elə boş şeyləri göndərməsinlər.

Vəzirbəyli telefonu təzəcə yerə qoymuşdu ki, zəng çalındı. Gəldiyev "Ürəy"ini soruşdu:

– Professor, keyfiniz, zadınız? Uşaqlar necədir? Layihəyə baxdınız yəqin, hə? Sizi çox yormadı ki?

– Yox, Gəldiyev, yormadı, heyran elədi.

Gəldiyev sevindiyindən qışqırdı:

– Heyran elədi? Baxanların hamısına belə təsir bağışlayır.

– Heyran olursan, bərk də əsəbiləşirsən!

Yəni yaxşı əsərlərin azlığına əsəbiləşirsiniz? Eybi yoxdur, yavaş-yavaş...

– Adamları tanıya bilməməyimizə əsəbiləşirəm.

– Doğrudur, hələ biz kadromuzu tanıyıb qiymət qoya bilməmişik.

Kadro nədir, idarəmizin də qədrini bilmirik. Əlbət ki, layihələri ilə özlərini göstərənləri ləyaqətli vəzifələrə çəkib qoymaq lazımdır. Zənnimcə, bunu hökumət özü eləyəcək. Məsələn, plan idarəsində niyə bir yaxşı kommunist mühəndis oturmasın?! Narkom mütəxəssis olsa, əlimizi qaralar!

– Mən o babətdən demirəm, texniki vəzifə bəzən axmaq adam əlindədir.

– Aydındır ki, müsabiqə yarış vasitəsilə bu qüvvətli yoldaşları aşkara çıxaranda, naşı-maşının da dalından dəyəcəyik.

– Bu barədə deyə bilmərəm. Amma inşaat idarələrimizi belələrinin əlindən almalıyıq.

Gəldiyev çaşan kimi oldu.

– Söhbət kimin haqqındadır.

– Elə həmin adamın, "Ürək" müəllifınin haqqında. Mən bu layihəyə baxanda doğrudan heyrət etdim. Nə təhər olur, belə adamlar mühəndis adı alırlar? Əsərin başında müəllifm bir məktubu var ki: - injenerəm, filanam, görəsən hansı idarəni kor qoyur...

Gəldiyev bir ah çəkdi:

– Deməli bəyənmədiniz, hə?

– Bəyənmək nədir əşi! Məncə, qeyri-qanuni də olsa, bu adamın paketini açmaq, harada işlədiyini bilmək, tezliklə qovmaq lazımdır.

Layihə işindən xəbəri yoxdur. Allah göstərməsin belə mühəndisləri... Gəldiyev elə bir ah çəkdi ki, hənirtisini Vəzirbəyli də eşitdi:

– Nə cəhətdən yaramır, yoldaş Vəzirbəyli?

– Nə cəhətdən? Deyinən nə cəhətdən yarayır? Pinti bir məktəb şagirdinin cızmaqarası! Nə artıq, nə əskik. Guya küçələri çəkir: Bayıldan Ağ şəhərəcən uzanan küçəni heç bir küçə kəsmir. Bir küçədən o birisinə keçmək üçün damlardan hoppanmaq lazım gələcək. Evlər üst-üstə minib. Bu üzdəniraq mühəndis şəhəri susuz, yolsuz, hərəkətsiz təsəvvür edir. Bina yığını!

– Doğrudan?

– Ayrı aləmdir!

Professor dedikcə göy kağız gözü önündə açılır, nöqtələr, cizgilər görünür, Gəldiyevin səsi onu daha da qəzəbə gətirirdi.

– Yaxşı, - dedi, - göndərin görək nə olur.

Bu həmin Vəzirbəylidir ki, Gəldiyevin diplom alandan sonra ilk tikinti işinə irad tutmuş, hörmətdən salmışdı.

Məktəbi qurtaran kimi, Gəldiyevə Bayılda fəhlə uşaqlarına tikiləcək səliqəli bir bağçanın layihəsini verdilər: "Başla, tik!" dedilər. Gəldiyev əvvəl layihəni gözdən keçirdi; o yana çevirdi, bu yana çevirdi; axtardı, əl qoyulmalı bir qulp tapdı.

– Görün, - dedi, - dövlət pulunu göyə necə sovururlar! Bu bağça ki klubun böyründə tikilir, buna təzədən yan divar götürmək nəyə lazımdır. Hazır yapışdır klubun divarına, filan qədər pul da hökumətin cibində qalsın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов