İkinci hissə, dördüncü fəsil
Страница 3 из 3 · 67%
– Məsləhətdirsə, nə deyirəm.
Ataların razılaşdığından bir həftə sonra, bir yay axşamında Rübabəgilin böyük zalında toy məclisi qurulmuşdu. Ev qonaqlarla dolu idi. Pəncərələr hər tərəfə açıldığından şənlik, musiqi səsi küçələrə yayılırdı.
Dənizdən sərinlik gətirən külək bu evdən də kənara ətir yayırdı. Süfrə başındakıların biri oturanda o biri qalxırdı, biri Vahidə "Həyat ustası" deyib badəsini qaldırırdı, bir başqası onu "Göylər fatehi" adlandırır, biri "Sadəcə insan", daha biri "Əsrin məsud gənci" deyirdi...
Birdən səs-səda kəsildi. Hamının diqqəti qapı tərəfə, bir əlində kitab, bir əlində badə olan Səttarzadəyə çevrildi; Səttarzadə elə dayanmışdı ki, deyərdin evdə heç kəs yoxdur, o ən əziz bir dostu ilə qabaq-qabağa durmuşdur. Onun başı, yaxası açıq, sifəti dinc, gözləri gülər idi; sol əlində tutduğu qalın, qırmızı meşin cildli kitabı qulağına aparanda hamı susdu. Səttarzadə bülbül kimi fəğanə gəldi:
"Məndə Məcnundan füzun aşiqlik istedadı var!
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var".
Səttarzadə bu beyti elə oxudu ki, eşidənlər onun gəncliyə - otuz il bundan qabaqkı həvəsinə qayıtdığını güman etdilər. Hamı sevindi, hamı əl çalmaq, afərin demək istədi, ancaq bu ləzzətli musiqini bir də eşitmək arzusu hamını susdurdu. Sükut daha da dərinləşdi. Səttarzadə kitabı qabağına qoydu badəni qaldırıb dedi:
– Qonaqlar! Dostlar!
Az danışan və hissini ifadəyə söz tapmaqda çətinlik çəkən adam kimi, onun nitqi də qəribə idi. Adamlar eyni maraqla əyləşmişdilər.
– Qonaqlar, dostlar! Mən burda, sizin hüzurunuzda qızıma... - Səttarzadə Rübabənin adını təkcə çəkməyin yaxşı olmadığını, bunun vaxtı keçdiyini, Vahidsiz Rübabə sözünün naqis göründüyünü düşünüb əlavə etdi: - Qızıma, oğluma - Rübabəyə, Vahidə bir hədiyyə verəcəyəm.
Adamlar maraqlanıb irəli oturdular. Bəziləri tələsik pıçıldaşdı: "Üzük bağışlayacaq". Səttarzadə davam etdi:
– Bu dünyada hər kəsin bir etiqadı, bir əqidəsi var. Biri Qurana, biri İncilə itaət edir, biri təbiəti, maddəni üstün tutur, biri də bunlara inanmır, quru bir heçə ürək bağlayır... - Pəncərəyə işarə ilə açıq göyü göstərdi: - Ona bax! Əvvəli, axırı olmayan göyə etiqad bağlayır, ayəsini, hədisini ayazlı, buludlu göylərdə oxuyur... - Səttarzadə susdu. Söhbətinin sanki uzun çəkdiyini görüb badəni yerə qoydu: - Mən də bir cür adamam. Övladıma əqidəmi hədiyyə, cehiz verirəm! - Qoca xanəndə kitabı göyə qaldırdı. Ona baxan gözlərə sanki cavab olaraq daha da qaim səsləndi:
– Bunun adı məbəbbətdir. Deyəcəksiniz əsil məhəbbət kitabda niyə? Onu üzük ilə bir yaylıq, bir dəstə gül ilə göstərirlər. Düzdür, əsil məhəbbət həyatdadır. Ancaq bu kitabda əbədi həyat olmuş bir məhəbbət oxunur. Nədənsə mən, Səttarzadə kitabı daha da göyə qaldırdı. Övladına baxıb öyünən analar kimi baxdı, gözlərində fərəh parladı, yanaqlarında təbii bir həyəcan qızardt.
– Nədənsə mən bunu görürəm. Məhəbbət üçün nə üzüyü, nə çiçəyi, nə ayrı əlaməti deyirəm. Bu kitab: bu, dostlar bilir, bu kitab yalnız məhəbbət deyil. Bax, o göydə ay, günəş gözəldir. Məhəbbət də öz mənasında...
Səttarzadə nəzərini oturanların üzündə gəzdirdi. Vahidi görüb bir addım da irəli yeridi:
– Oğluma bir zəhmət verəcəyəm...
Qonaqlar yol açdılar, Vahidi qayınatasının yanına ötürdülər. Səttarzadə onu sol qoltuğuna aldı, dönüb o biri otağa baxdı. Sadıq kişi sanki onun ürəyindəkini başa düşdü: "Rübabə!" çağırdı. Əsgər o biri otağa getdi. Hamı Səttarzadəyə, Səttarzadə də gözü qapıda qızına müntəzir idi. Bənövşə güllü, ağ, uzun, ipək libasda, yanaqları lalə kimi yana-yana, ucaboy qız başıaşağı içəri girəndə məclisdə ürək qalmadı çırpınmasın, göz qalmadı yaşarmasın. Səttarzadə oğlanın da, qızın da alnından öpdü. Üçüncü dəfə kitabı göyə qaldırıb onların üzünə baxdı:
– Balalarım! Füzuli kimi sevin! Onun kimi böyüyün!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-aciq-kitab-ikinci-hisse-dorduncu-fesil
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Ostapenkonu mən yaylaqdan tanıyırdım. Yay istirahətimi mən orada, Sovet Ukraynasının səfalı bir kəndində, səliqəli Ostapenko kişinin balaca, yaraşıqlı evində keçirirdim. Bu ucaboy, topsaqqal kişinin zəhmətə olan eşqi məni çox maraqlandırırdı. Ostapenkonun arvadı beş il əvvəl vəfat etmişdi. 21 yaşlı qızı şəhərdə tibb institutunda oxuyurdu. 14 yaşlı oğlu isə kənd məktəbində oxuyur, həm də atasına kömək edirdi. Özü onlara həm atalıq, həm də analıq edirdi. Təsərrüfat işindən sonra da evdə oturmaz, rahatlıq bilməzdi. Gah onu rayon kitab mağazasında dərs kitabları seçən, gah tibb institutu qabağında dayanıb qızının dərsdən çıxmasını gözləyən, gah əlində uşaq ayaqqabısı pinəçi yanına gedən, gah da qapı ağzında, ayaq üstə oğlunu dayandırıb, düyməsini tikən görmək olardı.Lakin evdar və təsərrüfatçı Ostapenkonun əsl peşəsi məni daha çox maraqlandırırdı. O, mahir bir arıçı idi. Yamaca tərəf uzanan böyük, ağaclı, güllü həyətində həmişə azı 10-12 arı pətəyi olurdu. Kişi vaxtının çoxunu bunlara, bu təmiz və faydalı heyvanlara sərf edirdi, evə qonaq gəldimi, Ostapenko əlində bıçaq və boşqab pətəklərin dal tərəfinə keçir, beçə balı gətirirdi. Ostapenko arını saxlamağı, bəsləməyi, bəhrə götürməyi bildiyi kimi, balın və mumun mənfəətini də bilirdi.
Ananın yarışıSəhər yenicə açılır. Göz işlədikcə görünən buruqlarla örtülü sahil görünür. Get-gedə buruqlar böyüyür, yaxınlaşır. Kaçalkaların səsi eşidilir. 80 nömrəli buruq həm ucalığı, həm də avadanlığı ilə başqa buruqlardan seçilir. Buruğun yağlayıcısı Mehrab Kamalov quyu başında çarxları yağlamaqla məşğuldur. Taxta budkanın kiçik və açıq qapısından onun enli kürəyi görünür. Kənardan yeyin gələn 45 yaşlı bir qadın - Tutu, mədən yolunun yoxuşunu tövşüyə-tövşüyə çıxır, Mehrabın yanına çatan kimi, əlini can köynəyinin qoltuğuna salır, bir kağız çıxarır:– Bala, səni çağırırlar!
Havalı adamƏkbər kişi kəhriz başında oturub sərinləyirdi. Havva xala su doldurmağa gələndə kişi əhvalpürsanlıq elədi:– Ay Havva, Fərmandan bir xəbər varmı, nə yazır?
Mərcan nənəMərcan nənə oğlu, gəlini və üç yaşlı nəvəsi ilə bu şəhərə yaylağa, dincəlməyə gəlmişdi. Yerlərini əməlli-başlı rahatlamamış dava düşdü. Oğlu orduya getdi, ailəsinə "hələlik heç yerə tərpənməməyi" məsləhət gördü.Davanın ilk günlərində Mərcan nənə çox təşvişdə idi. Sonralar camaatın, xüsusilə qonum-qonşunun möhkəmliyini görüb bir az toxtadı. O da gəlini kimi qəzetləri izləməyə, cəbhə xəbərləri ilə yaşamağa başladı. Günün birində ev sahibi, uca və cantaraq qadın Mariya pilləkən ayağında gəlinə nə isə çox sözlər dedi. Mərcan nənə rusca bilməsə də söhbətin ciddi olduğunu kənardan hiss edirdi. Gəlin evə dönən kimi xəbər aldı:
Стихи других поэтов
Ah, kim könlüm binasın etdi viran ayrılıq,Qıldı əhvalım yaman, hər vaxtı, hər an ayrılıq,
Təcnis: Tanrı üçün əlac elə dərdiməTanrı üçün əlac elə dərdimə,Səndən ötrü mən ha düşdüm yüz dərdə.
Qadasın aldığımSəndən ötrü tərk-i-vətən olmuşam,Ey bimürvət yar, qadasın aldığım,
Əcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb tabanƏcəb hüsnü əcəb tale, əcəb şəmsü, əcəb taban,Əcəb qüdrət, əcəb sane, əcəb xaliq, əcəb sübhan.