Almas gəldi
– Pambıqda tərləyirsən, ya yox? Tərləyirsən. Ürəyin yanır, ya yox? Yanır. Yaxşı, palçıqlı su içsən yaxşıdır, ya çay? Əlbəttə ki, çay istəyəcəksən. Bir stəkan çay sənə can verər, qan verər, dincəldər. Səni açar... İndi ki belədir niyə olmasın...
Almas xalanın çıxışı vəziyyəti dəyişdi. O, tarlalarda yeməkxana təşkili və əhəmiyyəti haqqında inandırıcı danışır və əl-qolunu ölçərək deyirdi:
– Heç o yan-bu yan, gətir-götür lazım deyil. Bir dənə samovarı lap yerdən çıxararam. Stəkan, qaşıq da hərənin öz torbasında olacaqdır. Düzəldirsən səyyar çayxana. Kolxozun ərzaqlarından da bir az buraxdırırsan. Burada nə çətinlik var? Bilmirəm Hümmət kişi niyə qorxur, yaxasını qırağa çəkir?
Hümmət kişi sözünü geri götürdü:
– Mən qol qoymurdum onun üçün ki, elə bilirdim süfrələri birləşdirmək istəyirsən. Yoxsa çayxanaya, yeməkxanaya kimin nə sözü. Ondan yaxşı nə var...
Almas xalanın təklifi nəinki qəbul olundu, hətta şarpaşarp alqışlandı. Həmid kişi samovarını səyyar çayxanaya verdi. Hesabdar qəndi, çayı sabahkı növbətçiyə tapşırdı.
Şirvanlı sovetində səyyar çayxana düzəldi.
Qaraqoyunluda vəziyyət belə olmadı. Məsələ böyük mübahisə qopardı. Müzəffər əmi papağını əlinə alaraq yığıncağın tam ortasında üzünü Almas xalaya tutub deyirdi:
– Bacı, gəlmisən bilmirəm şəhərdən, ya rayondan, qərəz xoş gəlmisən, gözüm üstə yerin var, amma hesabı qarışdırma. Odur, kooperativçi İsa niyə yatır damda? Bilirsənmi bizim kooperativdə oturanlar naşıdır, noxda mollasıdır. "Normadan çayxanaya çıx" deyəndə, çetvert əvəzinə girvənkə çıxacaq. Sabah da xalqın norması çatmayanda ' əlini çək, yaxam qırıldı" başlanacaq, yaxşı olmayacaq, araba gətir mərəkə yüklə... Mən deyirəm hər kəs çay istəyirsə, özü çaynik gətirsin. Vəssalam!
Müzəffərin danışığı komsomolçulara heç xoş gəlmədi. Hamı söz istəyirdi. Özək katibi Müzəffər əmiyə yaxşı cavab verdi. Zərbəçi gündə 250 kilo pambıq yığmaqla, yarışlarda zor gələn Züleyxa səyyar aşxana təşkilini irəli sürürdü. Bu təklif kooperativ işçilərini heç açmadı. Lakin komsomolçu İmran sədrin böyrünü deşirdi ki, tez ol səsə qoy. Müzəffər kişi isə papağı ilə alnının tərini silərək dediyində dururdu.
Səyyar çayxana qurulmaq barədə qərar qəbul olundu.
Bütün bunlar Almas xala Gəldiyevanı rahat edə bilməzdi. O rayonun 171 kolxozunda 136 səyyar çayxana, 23 də yeməkxana, heç olmazsa birində də daimi və nümunəvi aşxana təşkil etməyə nail olmalı idi. Bu onun öhdəsinə qoyulan partiya tapşırığı idi. Almas 8 il partiyada, 12 il ictimai işlər qucağında öhdəsinə aldığı vəzifələri ödəməyə adət etmişdi. Vaxtilə mətbəx, ailə, çadra altında kor qız kimi Suraxanı rayon klubuna gələndə, yaşmaq tutub, qadınlar arasında bir kəlmə danışanda pul kimi qızarır, özünü itirir, dili dolaşırdı.
İndi isə Suraxanı təşkilatının ən sevimli və aktiv bolşeviklərindəndir. Sabirabadda taxıl hazırlığı işində qalib çıxdı. Səlyanda pambıq əkinində adına layiq çalışdı. İndi Bərdə kolxozlarında səyyar yeməkxana 66 təşkilində çətinlikdən qorxacaq idimi? Əlbəttə, yox! O deyirdi:
– Qarnın tox, vaxtında isti bişmiş olsa, tənəffüsdə çay içsən, əlbət ki, yaxşı və çox yığarsan. Nə deyirsən, bir aləm təfavüt var! Tarlada yemək olması xırda iş olsa idi, kolxozçular bu məsələyə bu qədər bərk yanaşmazdılar.
İlk dəfə mandatını rayon təşkilatına göstərəndə, kooperativ sədri biçimsiz dodaqlarını büzərək bir yığın kağız çıxarmış, demişdi:
– Budur, kolxozçular istəmirlər, zor ilə xalqın boğazına xörək tökəcəksən, xala? Elə bilirsən burada oturanların səncə başı yoxdur?
Almas xala buna qarşı demişdi: "Gedərəm yerlərdə özüm danışaram, görüm niyə istəmirlər."
O 7 gün kolxozdan-kolxoza getdi, iclas qurdu, tarlada danışdı, divar qəzetini oxudu, müxbirləri dindirdi. Həqiqət başqa cür göründü.
Heç kəs tarlada ictimai yeməkdən boyun qaçırmırdı, biləks, bunu ciddiyyətlə tələb edirdi.
Almas xala öhdəsinə aldığı vəzifənin icrası ilə artıq ehtiram qazandı. Onun işindəki xüsusiyyət, qətilik və konkretlikdir. "Baş üstə", "yaxşı", "düzəldərik" tonunda olan razılıqlar onu heç təmin etmirdi.
– Baş üstə olunca, ayaq üstə olsun. De görüm, neçə qaşıq verirsən, aşpazlığı boynuna alırsanmı, sabah tarlada samovar qurulmasa, sənin yaxandan tutacağam!
Almas xalanınkı belədir. Hərənin boynuna bir şey qoyur, hərəni bir cür razı salır, məcbur edir, yola gətirir, sabah görürsən Malbinəsi, Bərgüşad, Şirvanlı kolxozları tarlada ictimai yemək düzəltmişlər.
Bunun işə nə cür təsiri olur?
Bu barədə mən sözü kolxozçu Nüsrət yoldaşa verirəm:
– Əvvəllər çox deyirdik, bir şey çıxmırdı. Çiy su içməkdən qarnımız ağrıyırdı. Kolxozsoyuz da bu barədə heç bir iş görmürdü. Almas xala gəldi, sağ olsun, yaxşı düzəltdi, indi samovar böyrümüzdə qaynayır, istəyən içir, acanda da kimi salma çay hazırlayır, kimi xörək hazırlayır. 3-4 saat artıq işləyirik. İş günümüz artır, pambığımız yığılır, canımız da ki salamat!
8-ci gün Almas xala rayona qayıtdı. İctimai yemək, çayxana təşkil etdiyi və edilməsi üçün qərar çıxarıldığı kolxozların diləyini öyrənmişdi.
İndi Almas xala bir çox yerdə düzələn ictimai yeməkxanaları möhkəmlənməsinə çalışırdı. O bəzi yerlərdə işin uzun sürməyəcəyindən və tez unudulacağından qorxurdu. Lakin yanılırdı. Qurduğu iş möhkəm və davamlı idi. O, ata minəndə kişidən fərqlənmirdi. Onun 50 yaşı olduğuna baxmayaraq, qəlbi, iradəsi, işi gəncdi.
Almas xala indi işini qurtarmaq üzrədir. O, qalib və şad ürəklə Suraxanıya, gündəlik işi başına qayıdacaqdır. Lakin onun adı kolxozçu qadınların dilindən düşmür. Onlar sevinclə gülümsəyərək deyirlər: - Almas xala gəldi!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-almas-geldi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Yetişdi mövsümi-matəm, göz aç, ey şiə, yatmaqdan,Usanmaz şiə bu ayda nigarə qaş-göz atmaqdan.
İmperyalistlər Tanca üzərində boğuşurlarYurdumuzu müstəmləkə bəhrilə abad eyləriz,Meydan oxur aləmlərə, zor və hünər yad eyləriz,
Ramazan həsrətiRamazan ayı münasibətilə mollalar nağıl oxuyurlar.*On bir ay həsrətinə tab eyləməz can, Ramazan,
DardanelI– Ayın başında, maaş cədvəlinə qol çəkib neçə yüz manat alırsınız, elə bilirsiniz ki, bir igidlik elədiniz?
Стихи других поэтов
Bütün zalımların yurdu, İlahi, tarümar olsunFüqərəyə zülm edən şəxsi yaman dərdə düçar olsun
Vay günüGör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
Xəlçə-palaz üstə gəlirYetişir dövrü-zühur, haqq taraz üstə gəlir,Azı çoxdan tələsir, çoxları naz üstə gəlir.
Nə xoşbəxt imişəm bir zaman, AllahNə xoşbəxt imişəm bir zaman, Allah,Xəbərim olmayıb bu səadətdən.