Bostan oğrusu
Страница 3 из 3 · 67%
4
Zərər görənlər kənd sovətinə gəldilər. Hər ikisi zərərini dedi, əhvalatı danışdı. Katib akt yazdı və soruşdu:
– Kimə gümanınız gedir?
Durmuş Ağcanın oğlunu dedi. Kərbəlayı Tapdıq isə Danqır Abası yazdırdı.
Katib yenə soruşdu:
– Nə bilirsiniz, bəlkə ikisini də bir adam dərib? Tapdıq etimadla cavab verdi:
– Yox, mənim bağımı ayrı adam dərib.
– Nədən bilirsən?
– Bilirəm!
– Bilirsən, bəs niyə oğrunu açıq göstərmirsən?
– Yox ey, yadımdan çıxdı, bilmirəm! Bilmirəm, yemiş oğurlayanın atasına lənət!
Məsələni aydın etmək çətin oldu. Danqır Abas həbsdə imiş, Ağcanın oğlu isə bir ay imiş ki, kənddə yox imiş. İş sovetə tapşırıldı, təhqiqata verildi.
5
Üç gün sonra, axşamüstü milis Qələndər Quliyev sədrin yanına gəldi.
– Dur bir tez vağzala çıxaq! - dedi.
– Yorulmuşam, yenicə xırmandan gəlmişəm, qılçam gizildəyir, qoy dincəlim, - deyə kənd sovetinin sədri cavab verdi.
– Yox, iş var, gedək!
– Mən ölüm, qoy bir nəfəsimi dərim!
– Yox ey, iş var. Tez ol! Qəribə bir iş görəcəksən.
Sədr çəkməsini ayağına çəkib qalxdı. Onlar bağçanın içi ilə ötüb, çəpərdən aşıb vağzala keçdilər.
Zəng səsləndi, səsi ilə də hamını hərəkətə gətirdi. Kimi adamları basa-basa əlini kassanın pəncərəsinə yetirməyə can atır, kimi çamadan əlində növbətçiyə güc gəlib, dal qapıdan platformaya çıxmaq istəyirdi.
Dəqiqələr keçdikcə hay-küy artırdı. Adamlar bir-birinə qarışmışdı. Ümumi gurultu içində vağzal, istilahları eşidilirdi:
– Plaskart!
– Sürət qatarı.
– Tranzit.
– Birbaşa.
– Hara soxulursan?
Bufetin sağ kənarında balaca bağın qabağındakı vağzal bazarı minikləri, çağırılmış qonaq kimi aramsız gözləyirdi. Üzümü səbətlərə düzən, almanı yüngül-yüngül çəkib, kağız torbaya dolduran, stəkanı təmizləyən kim, bişmiş kotleti stola düzən, yemişi dilimləyən kim...
Qələndər sədrin qolundan tutub, bağın qırağına gətirdi. Barmağı ilə nişan verdi:
– Bax, mən ölüm, bir yaxşı bax!
Tapdıq iki tay Carco yemişini yerə düzməkdə nökərinə kömək edir, göstəriş verir, o yan-bu yana baxıb, nökərinə nə isə deyirdi.
Qaynar su budkasının solunda isə Durmuş qabağına yaylıq üzüm ilə dolu balaca bir səbət qoyub, kisəni qılçası arasına almışdı, qorxa-qorxa səbətin ağzını bəzəyirdi.
Sədr baxdı, baxdı, yandı, töküldü:
– Yazıq Danqır Abas, binəva Ağcanın oğlu!..
– Çaqqal baş qopardır, qurdun adı bədnamdır, - deyə Qələndər onun sözünü təsdiqlədi.
Qatar gəldi. Adamlar vaqondan töküldülər, qırılmış boyunbağı kimi yerə səpələndilər. Yeyənə, içənə, aldığını qoltuğuna vurana, vaqonda gözləyənə, sevgilisinə meyvə aparana bax! Pullular alır, mallılar satır, aralıqda qalanlar tamaşa edirdilər.
Tapdıq on iki-on üç yemiş xırıda vermişdi ki, müştəri azaldı. Üçüncü zəng vurulandan sonra qatar yola düşdü. Yemiş alan olmadı. Boylanıb budka tərəfə baxanda Durmuşun əlində yaylıq üzümü gördü, yerindəcə donub qaldı.
Onların gözü bir-birinə sataşdı: atışan adamlar kimi özlərini yığışdırdılar. Diqqətlə bir-birinin üzünə və matahına baxdılar.
Durmuş səbəti yerə qoyub, özünü ağacların arasına verdi. Kərbəlayı Tapdıq nökərə him elədi:
– Gəldilər..
Özü isə divardan hoppanmaq istəyərkən, bir əlin biləyindən yapışdığını gördü. Bu, sovət sədri idi.
Qələndər isə Durmuşu yaxalayıb gətirirdi.
Onlar bu iki qardaşı üzləşdirməyə və məsuliyyətə almağa gətirirdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-bostan-ogrusu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məşədi Hənifə şəhərə yaxın kəndlərdən birində yaşayırdı. Yayda biçinə gedər, qışda kənkanlıq edər, payız vaxtı kürəxanalarda günəmuzd kərpic kəsərdi. Arazı bu taya keçəndən sonra Məşədi Hənifə bütün qorxu və qeydlərdən qurtarmışdı. Onu aylarla işlədib, pulunu kəsən, biyara çağıran, qamçılayan xan və mirbaşılardan canı qurtarmışdı.Şəhərə çox az gələrdi. Xüsusilə, bu dəfə İrandan gələndən sonra Bakını heç görməmişdi. Bircə dəfə "şuluqluq" vaxtlarda gəldiyi idi.
Kartoşka məsələsi1Pansionda ikən bir müdirimiz vardı. "Kartoşka yevropeyski xörəkdir, kartoşka qərblilərin yumurtasıdır", deyərdi. O, bizi "avropalaşdırmaq" üçün "aziyatski" xörəkləri qadağan etmişdi. Çoxlu qartoşka yedirdərdi. Biz də alışdıq. Evə dönəndə kartoşkanı külə basdırır, "kabab" eyləyib yeyərdik. Sonrakı evimizin buxarısı yox idi. Demək, kartoşka basdırmağa kül də yox idi. Anamın əlacı kəsilib qazanda qaynadırdı. Mən səhər tezdən qalxıb, yağda qızardırdım. Yağ canına hopdurulmuş, yumşalmış kartoşkanı yedikcə ləzzət verirdi. Adamı bir kasa yağ kimi tutur, doydurur, qızışdırırdı. Odur ki, Çirdəxan kəndi komsomol özəyində kartoşka məsələsinin bu qədər qızğın müzakirə olunmasına təəccüb etməyin.
Sınaq günü1Məni məktəbə, pansiona götürdülər. Anamdan ayrıldığım gün birlikdə sevindik də, ağladıq da... Səhər açılar-açılmaz o, yataqxanaya girib, şirin yuxuda yatan uşaqlar arasından məni tapmışdı.
Ayaz1Hələlik darıxmayın, mən Əkbərin cavanlığından danışmaq istəyirəm.
Стихи других поэтов
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Mən istərəm, bu naməni cananə göndərimMən istərəm, bu naməni cananə göndərim,Canım fədası olduğu bir canə göndərim.
Allah, ölümün haqdıBu dünya, o dünya var,Allah, ölümün haqdı!
AğlaramSənin ilən keçirdiyim günləriEy sevdiyim, indi anıb ağlaram