Gərək olar
Страница 2 из 2 · 50%
– Sənə bir maneçiliyi yoxdur ki!
– Axı bu zir-zibili niyə rədd eləmirsən ki, əl-ayaq açılsın, yer genişlənsin.
– Bunlar hamısı gərək olur.
Bəzən mən lap hövsələdən çıxıram, evi ütil daxmasına oxşadan bu qadınla az qalıram bir yad kimi reftar edəm. Anam mənalı-mənalı üzümə baxır. Sonra başımı sığallayır.
– Oğul, - deyir, - ev-eşik yığmaq asan deyil. Sən hələ uşaqsan, hələ dabanınla qapı açmamışsan. Sən bilmirsən ki, adam hər bir mismar üçün, bir iynə, bir şüşə üçün məəttəl qalır. Adam öz şeyinin qədrini bilər! Nə olar köhnə olanda. Köhnənin köhnə, sınığın sınıq yeri var, təzənin də təzə. Niyə atıram, dəli-zad olmamışam ki, malımı çölə atam! Bir kənarda durub, məndən kira-zad istəmir ki, təzə nəlbəkini qonaq qabağına qoyaram, ucuzunda özüm çay içərəm, köhnəsini də bağda işlədərəm...
Mən görürəm ki, qadın lap dağılıb heçə döndərdiyi paltarından da əl çəkmir. O, bunlarla sanki qırılmaz bir ünsiyyət bağlamışdır. Sanki onun nəyi isə qiymətli bir şeyi bunlara bağlıdır. O, bu paltar, ya ayaqqabıda keçirtdiyi günlərdən, ömrünün ötüb gedən günlərindən ayrılmaq istəmir. Qadının qəribə xasiyyəti var. Haçandan qalma köhnə qalstukları səliqə ilə yığıb saxlayır, yumurta bişirmək üçün aldığım təzə tayqulpa qıymır, konserv qutusunda bişirir.
Mən özümü saxlaya bilmirəm. Hirslənirəm, qutunu götürüb küçəyə atıram.
O mənim əsəbi vəziyyətimi görüb heç nə demir. Sakit görünür. Ancaq bir dəqiqə keçmədən xəlvəti oğurlanıb küçəyə getdiyini, qutunu götürüb ətəyinin altında gətirdiyini duyuram. O, bu qutunu gizlədib qiymətli şey kimi qoruyur.
Mən belə bir naxoşluğa tutulan adamın müalicəsini bilmirəm. Əlacım ona qalıb ki, bundan sonra evə qutu-qapaq gətirməyim. Qət etmişəm ki, evə alınan şeylərin qutusunu, kağızını, kəndirini qapıdaca redd edim ki, ev zibilxanaya dönməsin".
Danışdıqlarından yüngüllük duymuş kimi Mürsəlin rəngi açıldı. O, bir qədər sükutdan sonra davam etdi:
– Sizi təəccübləndirən işlərim də ancaq bunun üçündür, yoxsa mənim də şöhrətpərəstdən zəhləm gedər.
Mürsəlgilin ailə sirrini biləndən sonra məni heyrət götürdü:
– Bəlkə, - dedim, - qadının bu xasiyyəti irsidir, nəsildən gəlmədir.
– Necə irsidir ki, bu yazıq heç ata-ana görməyib, əmisinin evində qulluqçü böyüyüb.
– Yəqin, əmisi yaxşı saxlamırmış.
– Bəli, ona öz uşaqlarının köhnəsini geydirirmiş.
– Daha sən qadını niyə qınayırsan. Uşaqlıqdan həsrət gözü var. Mürsəl güldü:
– Uşaqlıq yaşından qırx il keçir. Çobanlar gəlib alim olub. İndi ki, həsrət deyil! İndi onun nəyi çatışmır. Görmür ki, mənim bütün qazancım evə, onun əlinə gəlir...
– Adəti unutmaq naxoşluğuna səbəb olur.
O köhnə məsəldir.
– Anan da köhnə adam deyilmi.
Hər ikimiz çox danışandan sonra qadının köhnə azarına müalicə tədbiri düşündük.
Mürsəl bu yaxınlarda təzə evə köçməli idi. Güman edirdi ki, "anamın barxanasını da qoyub gedirik". Ancaq qadın deyəsən, bunu duymuşdu. Düyünçələrini bir-bir sahmanlayıb yığırdı: "Orada, deyirdi, - mənə otaqdan-zaddan verərsən, öz şeylərimi yığım, əl-ayağa dolaşmasın..."
Mən Mürsələ bir məsləhət gördüm: "Elə vaxtda köçməlisən ki, anan şəhərdə olmasın!" Mürsəl bu tədbiri xoşladı və əməl etdi: avqustun ortalarında qadın bağda olan zaman uşaqları futbola gətirmək məqsədilə şəhərə gəldi. Həmin günün səhəri, tezdən də köçdü.
Ancaq köçəndə iki yük maşını çağırtdı: biri ev əşyasını təzə evə aparırdı, o biri də lüzumsuz şeyləri şəhər kənarına atmağa aparırdı.
Köçəndən bir həftə sonra anasını maşına qoyub təzə otaqlara gətirmişdi. O, parket döşəməsi parıldayan geniş, işıqlı otaqları gəzdikcə "pəh-pəh, - deyirdi, - oğul, sağlığına qismət olsun!"
Otaqları gəzdikcə gözü nəyi isə axtarırdı: - "Hanı bəs mənim şeylərim. Hara yığmışsınız onları".
– Hansı şeylərini.
– Köhnə pal-paltarımı, dür-düyünçəmi!
– Odur, sandığında!
– Sandıq o qədər şey tutmazdı, köhnələri deyirəm!
– Köhnələri köhnə evdə qoyduq.
– Ədə, boş danışma, şeyləri göstər. Kağız qutunu görmürəm!
– Ana, o şeyləri buraya gətirmək olardımı.
Qadın birbaş köhnə evə cumdu. Evi bağlı gördü, sahibi bağda idi. Bir müddət qadın dabanlarını çəkib köhnə evə ayaq döydü. Axırda təngə gəlib yerində oturdu. Dilindən düşməyən bircə şikayəti bu idi:
– Köhnə evdə mənim çox şeyim getdi. Mənə çox ağır oturdu...
Oğul da deyirdi:
– Düz deyirsən, ana, o ev səndən çox şey apardı. Amma yaxşı ki, apardı, səni yüngüllətdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-gerek-olar
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Kim nə deyir, desin. Qoy pedaqoq "uşaqların keyfiyyətinin tamam ayrı, böyüklərdən başqa" olduğunu isbat üçün gücənsin, qoy saqqalı xınalıılar "kiçiklərin böyük işinə qarışmasına" qudursun, qoy Telli xala "zamana uşaqlarının zatı xarablığından" şikayətlənsin...Fakt faktlığında qalır, 22 milyon yeniyetmələr, çoxmilyonlu pioner və gənclik köhnə dünyanı bolşevik xəttindən topa tutmaqla silahlanır. Bu gəncliyin önündə yeni bir aləm parlayır. Bütün qüvvələr bu nəslin əlində mum kimi yumşalacaq, hər şey yeni tələbə görə, yeni məzmun, yeni şəkil alacaqdır. Qütbdən-qütbə, şərqdən-qərbə qoca dünya, hazır ol! Üzərində sızıltısız, naləsiz, istismarsız, "qəza"sız, "sən"siz, "mən"siz bir həyat qurmaq üçün böyük işlər ordusu - Kommunist nəsli gəlir...
BoyGünəş sarı tellərini sürüyüb qərbə, uzaq göy dağların ardma aparır. Kölgələr ağaclara dırmanır, tarlaları yiyəsiz buraxıb gələn arabalar, cütçülər alçaq əyri çəpərlərin arasında qaynaşır. Hər şey öz yerini arayır, hər kəs öz yuvasını tapır. Bir saat əvvəl tarlalarda yayılan, sularda əriyən səslər indi qapılarda ucalır. Biri o birisinə, o birisi mala, qadın kişiyə, kişi inəyə qışqırır. Bu səslər hər şeydən əvvəl daşlıqlarda parçalanmış qarmon tellərindən qopan ahəng kimi bir-birinə qarışır.Bizim qapımızda isə ölüm sükutu vardır. Qaranlıq daxmanın rütubətli döşəməsində uşaq eşələnir, ağlayıb yorulan bu uşaq kirli əlləri ilə yeri cızır, torpaqdan təsəlli arayır.
Analar yarışıÖzünüzü Gəncənin üç verstliyindəki ağaclıq, bağlıq, bağçalıq təpələrdə, "Qızıl qaya"nın munis döşündə hiss ediniz. İstirahət günüdür. Şəhərdən yuxarıya suların mənbəyinə, üzüm bağlarına doğru yollar uzunu şən bir axın başlamışdır. Bağların içi ləzgi toyuna dönmüşdür. Hər tənək dibindən gülüş şaqqıltısı, hər təpə başından musiqi səsi ucalır. Sanki uzun müharibələrdə basılmaz düşmənə çalınan əbədi qələbənin mərasimidir. Sanki günəş, sular, ağaclar, çiçəklər, təbiətin bütün zənginlikləri bu həyat qaliblərinin toyuna çağırılmışlar. Bağlar şaq-şaq şaqqıldayır.Pakizə xala əvvəllər bu şənliyə, hərəkətə tam yabançı idi. Əgər anası Bədimisə yuxusuna girərək gələcəkdə onun üçün belə şən və qayğısız bir həyat açılacağını söyləsə idi, diksinər, yuxudan ayılaraq:
Qüdrət nümayişi– Karl Marks.Bu adı, geniş və qabarıq köksündə, qələbə ordeni kimi daşıyan gəmimiz sularda süzərək arxasınca gümüş iz buraxırdı. Tərk etdiyimiz sahil şəhəri, şamlıqlar, qayıqlar və sarı torpaqlı yamaclar dənizə batırmış kimi, alçalır, kiçilirdi. Oneqa gölünün ortasına çatdığımız zaman quru tamamilə gözdən itdi. Günəş başımız üstündə durub yolumuzu işıqlandırır, kürəyimizi isidir, bizə muştuluq verirdi:
Стихи других поэтов
Qəribə bir nəql eyləyim, ey cavan,Bir dəm eşit, mətləb olsun əyan
Qəzəl: Getməz qonaq budur ki aliyi-mədardənGetməz qonaq budur ki aliyi-mədardənTa yetməsə xəbər ona fəsli-bahardən
MünacatƏlay, cümlətən məzlum olub məhbus olan canlar,Xüsusən aliciahlar, hacılar, bəylər, müsəlmanlar,
Dərbəndə gəlSalam olsun sənə, ey aşiq Valeh,Hünərin var isə bu Dərbəndə gəl,