Vətən qəhrəmanı
Страница 3 из 4 · 50%
Tankçılarına tapşırıq verərək deyirdi:
– Baxın, almanlar buraya, qərb tərəfimizdəki bu dərəyə tank yığacaqlar, piyadamızın arxasına keçməyə çalışacaqlar. Biz bu yerdə hərifin qabağını kəsməliyik!
Aslanov döyüşçülərinə əmr etdi ki, tanklarını müəyyən edilmiş xəttə gətirsinlər. Piyadaların yolunu təmizləməli olan toplar da həmin yerə gətirildi. Dərəni atəş altında saxlamalı olan rotalar solda yerləşdirildi.
Həssas komandirin zənni tamamilə doğru çıxdı. Sübh açıldıqda almanların 50 tankı dərəyə yeridi. Bu gərgin və ciddi vaxt idi. Burada hər saniyə insandan məharət, dözüm, tədbir istəyirdi. Aslanovun döyüşçüləri də şücaətli komandirləri kimi hünərli və igid əsgərlərdir. Onlar sakitliklə düşmən tanklarının yaxınlaşmasını gözləyirdilər. Ağır tank rotasınm birdən başlanan şıdırğı atəşi faşist tanklarını qayıtmağa məcbur etdi. Hitlerçilər üzlərini hücum üçün dayanan sovet tanklarına tərəf çevirdilər. Bu zaman o biri rotamızın şiddətli atəşi banditləri çaşbaş saldı. Düşmən maşınları hər iki tərəfdən şiddətli atəş arasına alındı, çəkic və zindan arasında hitlerçilər pərən-pərən düşdülər, qırğını bərk görüb geri oturdular. Bu döyüş onlara çox baha tamam oldu, meydanda 17 tank qoyub getdilər.
Aslanov bilirdi ki, yaralı canavar daha da quduzlaşacaqdır, bu saat dişini itiləyib haradansa irəli soxulmağa cəhd edəcəkdir. Komandir, tankların buradan, düşmənə məlum olan bu mövqelərdən çıxarılmasına əmr verdi. Düşmənə cinahdan ani bir yara vurmaq üçün fənd işlətdi.
Bu dəfə də komandirin niyyəti doğru çıxdı. Hitlerçilər uzaqdan tanklarımızın arxasına keçməyə çalışırdılar. İgid tankçılarımızın düşmənə nagahani hücumu burada da düşmənin planını puça çıxartdı. Almanlar gözləmədikləri yerdən dolu kimi yağan top və mina atəşinə məruz qalıb qırıldılar.
Aslanovun tankçısı, kiçik leytenant Simonov öz əziz komandirləri haqqında belə deyirdi:
"Komandirimiz zahirən sakit və sadə bir adamdır. Ancaq döyüşdə, təhlükəli dəqiqələrdə onu yaxından görənlər nə qədər igid, cəsur və zirək olduğunu bilərlər...
Faşist tankları yenidən kəndə yaxınlaşanda şər qarışırdı. Yadımda deyil, onlar on, ya on ikinci dəfə idi ki, hücum edirdilər. Bir-birindən aralı gələn tanklar kəndə soxulmaq istəyirdilər. Qırxdan artıq düşmən tankı gördük. Komandirin əmri qısa idi:
– İrəli! Hücuma! Mən nə etsəm, siz də onu edin!
Biz qarşımızda Aslanovun tankını görürdük. Onun maşını cəsarətlə irəliləyərək düşməni əzir, qırırdı. Bu hücum son dərəcə qəzəbli və cəsarətli hücum idi.
Almanlar tablaya bilmədilər. Bizim cəsarətli hücumumuz onları vahiməyə saldı. Bu döyüş nəticəsində düşmənin bir sıra istinad nöqtəsini tutduq, yeni və daha geniş bir sahədə hücum üçün yol açdıq..."
Simonovun dedikləri qəhrəman komandirin ancaq bir hücumunu xarakterizə edir. Şanlı Stalinqrad uğrundakı vuruşmalarda Aslanovun hissəsi neçə-neçə belə qələbə qazanmışdı. Bu hissə hücumun bir ayı müddətinə almanların 45 tankını, 9 mina batareyasını, 14 tankvuran və 12 səhra topunu, 42 taxta-torpaq atəş nöqtəsini, 150 avtomobilini məhv etmiş, 2000-ə qədər hitlerçini qırmış, 700-ü əsir tutmuşdu. Aslanovun 156 hissəsi düşməndən 125 yük maşını, 12 minik maşını, 30 motosiklet, 89 araba yük, bir anbar döyüş sursatı, bir anbar ərzaq, libas və sair hərbi ləvazimat qənimət almışdı.
Həzi Aslanov "Pravda" qəzetində yazdığı məqaləsində öz döyüş müvəffəqiyyətlərinin səbəbini təvazökarlıqla izah edir:
"Almanlara cinahdan zərbə endirmək mənim adətimdir. Bu taktika mənim komandam altında vuruşan bölməyə müvəffəqiyyət qazandırır. Mənim əsgərlərim bu taktikanı yaxşı mənimsəmişlər, müvəffəqiyyətlə tətbiq edirlər..." Dahi marşalımız Stalin yoldaşın sərkərdəliyi sayəsində, Aslanovun və milyonlarla onun kimi igid, namuslu sovet döyüşçülərinin qeyrəti və hünəri sayəsində şanlı Stalinqrad uğrunda gedən döyüşlər tam qələbəmizlə bitdi.
Cəllad Hitlerin fırıldağı 300 mindən artıq alman qanının bahasına tamam oldu. Tarixə əsrin ən böyük şərəf və hünər dastanını yazan şəhərimizin hər tərəfində qızıl bayraqlar dalğalandığı zaman Almaniya, faşist banditlərinin idarə etdiyi imperialist Almaniya matəmə büründü!
Hitlerizmin təpəsinə elə bir güllə vuruldu ki, bu canavar daha heç bir zaman doğrulub özünə gələ bilməyəcək.
1942-ci ilin axırı və 43-cü ilin əvvəlində bütün dünyada dostun da, düşmənin də ağzında bu söhbət, sovet qoşunlarının ecazkar Stalinqrad qəhrəmanlıq dastanı, vətən torpağının basılmaz və yenilməz gücü, qüdrəti haqqında olan söhbətlər gəzirdi.
Qoy bütün dünya bilsin ki, ölkəmiz böyük vətəndaşlar vətənidir!
Dünənə qədər adi bir sovet komandiri olan lənkəranlı Əhəd kişinin, Nuşu arvadın oğlu Həzi müqəddəs vətən davasının qəhrəmanı kimi bütün dünyada tanındı. Sovet vətənimiz ləyaqətli oğlunu, ən yüksək mükafatla təbrik etdi: dekabrın iyirmi ikisində Ümumittifaq ağsaqqalı Kalinin yoldaş yeni bir fərman imzaladı:
Həzi Aslanova... Sovet İttifaqı Qəhrəmanı adı verilsin!
Kitabxana.az · https://kitabxana.az/ru/works/mir-celal-veten-qehremani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Anketov hamamlar trestinə rəis təyin olunan gündən indiyə qədər kabinetinin qapısında həmişə adam olur. Bəzən uzun bir nöbvə düzülür. Birinin rəisə şikayəti var, biri maaşının artırılmasını xahiş edir, biri qulluğunu dəyişir, biri oxumağa gedir, biri iş paltarı davası edir, biri məzuniyyətə çıxır, kurorta getmək istəyir.İş böyük, işçi az, məsuliyyət ağır, Anketov da bu postda təzə!
Söyüd kölgəsiDünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.Bir gün bostamn qırağında, yol ağzında dayanıb nəyi isə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı, bir şey itirmiş kimi, yolun o yan-bu yanma gedib-gəldi, çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.
İgid oğlan1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.
Vətən oğlu1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.
Стихи других поэтов
Ol sənəm kim gecə-gündüz can onun heyranıdır,Əqlü fəhm ondan bərü eşq ilə sərgərdanıdır.
ƏzizŞükür, gördüm camalmı, yanağı gülşən, əziz.Zülfündən xəcalət çəkər sünbülü-reyhan, əziz.
ƏrərdənEy ağalar, sizə bir ərz eyləyim,Rövzeyi-rizvandan, huri-ğılmandan,
SəninNazlım, hüsnün gülşənindəAçılmış güllərin sənin,