Содержание
  1. Silah və təlim
  2. Qızıl paytaxt
  3. Cənubda
  4. Stalinqrad dastanı
  5. Sevinc və iftixar
  6. Xalqın cavabı

Страница 2 из 4 · 25%

Cənubda

1942-ci ilin əvvəllərində Aslanovu cənubda, faşist işğalçılarına qar150 şı döyüşün ön sıralarında görürdük. Onu indi hər bir əsgər Moskva müdafiəsinin qəhrəmanı kimi tanıyır. Hamı onun işindən, sözündən, tədbirindən öyrənməyə çalışır. Aslanov burada düşmənin sayca çox və güclü qüvvəsilə qabaqlaşmalıdır. Bu, onu qorxutmur, əksinə, qəzəb və müharibə ehtirasını artırırdı. Həzi nərə çəkən düşmən toplarına, sel kimi guruldayan tanklara baxır, ürəyində deyirdi: "Daha keçmiş ola! Vahiməyə salası adam yoxdur. Kənardan nərildəmə, yaxma gəl!" Faşist tanklarını yaxına buraxan Həzi birdən dörd yandan od yağdırır, tələyə düşmüş canavarın yolunu kəsir və nəfəsini kəsməyincə əl çəkmirdi. Almanlar qoşunlarımızın qoruduğu böyük və mühüm bir sahəyə bir tank diviziyası, bir piyada diviziyası yeritmək, bir həmlə ilə müdafiə xəttimizi tutmaq istəyirdi. Həzi düşmənin niyyətini və hiyləsini duymuşdu. Tankçılarını əmrə hazır vəziyyətə gətirdi. Düşmən ilə qabaqlaşanda zəhmli və qəzəbli səs ilə qışqırdı: "Alman işğalçılarına atəş! Vurun, yoldaşlar!" Ulduznişan sovet tankları düşmən üstünə yeriyəndə aləmi gurultu bürüdü. Sanki yer yeriyir, göy səslənirdi. Qabaqda sürətlə gedən igid komandirin tankı idi. Faşist tankçıları, meydanı təhlükəli görüb çəkildilər. Həzi xaraba evlər kimi susan qırıq faşist tanklarını və dalısına baxmadan qaçanları görüb gülümsəyir, düşməni təqib edirdi. Bu döyüşdə almanların tank diviziyası, rumınların piyada diviziyası məhv edildi.

Döyüşdən sonra cəsur tankçılar maşınlardan çıxır, öz əziz komandirlərinin üzünə baxırdılar. Aslanov müvəffəqiyyətli döyüşə görə onlara təşəkkür edir və deyirdi:

– Uşaqlar, almanlara hər gün belə dərs vermək lazımdır. Qoy bilsinlər ki, sovet cənubunda, Moskvada olduğu kimi, köksümüzdən qala var. Bu qış onların əhədini kəsək gərək!

Aslanov adi vaxtlarda nə qədər mülayim və sakit görünürdüsə, döyüş məqamında o qədər ciddi, acıqlı və çevik olurdu. Onun düşmənə olan nifrəti sifətində, düyülən qaşlarında, qəti və kəsərli baxışlarında duyulurdu. Bir dəfə avtomatçılarımızın apardığı rumın əsirlərini görüb dişini qıcadı, yeriyib onları dayandırmaq, soruşmaq istəyirdi: "Ay axmaq, sən nə gəzirsən buralarda? Ukrayna çöllərində nəyin qalıb? Sovet xalqına nə vermisən ala bilmirsən? Öz torpağını alman təpiyinin altına verib, Şərqə doğru nə cumulursan?"

Həzi yaxşı bilirdi ki, faşist nökərlərinin bu mənalı suallara cavabı yoxdur. Cavab gözləmək lazım da deyil. Onları ziyançı həşərat kimi məhv etmək lazımdır. Ancaq "əsirdilər" deyə hirsini boğdu, kəsici nəzərlərini rumınlardan yayındırdı.

Stalinqrad dastanı

Stalinqrad! Həzi bu sözü həyəcansız deyə bilmir. Deyəsən lap dünən idi. Qızıl əsgər klubunda bayram keçirən kiçik komandirlərə göstərdiyi qırmızı cildli bir kitabı iftixarla əlində qaldıraraq soruşurdu:

– Oxumusunuzmu! "Xleb", Stalin yoldaşın 18-ci ildə Saritsını müdafiəsindən danışır. Hərbiyyəliyə vacib kitabdır.

Dünənki kimi görünən bu xoş müsamirə axşamından beş il keçir. Həzi kiçik komandirlərin o kitabı oxuyub-oxumadıqlarını bilmir. Ancaq onu bilir ki, həmin tarixi şəhərin müdafiəsi bütün sovet xalqının şərəf vəzifəsi olmuşdur. Sürət və amansızlıqla inkişaf edən cahan hərbinin bütün zahiri və batini bağları Avropanı, Asiyanı dolaşaraq gəlib burada, arxasını məğrur və təmkinli Volqaya söykəyən igid şəhərdə bənd alır.

Hitler qoşunlarının aylardan bəri qabıqdan çıxaraq Şərqə - Stalinqrada can atmasının səbəbi nədir? Keçən il sovet paytaxtının iştahası ilə quduran faşistlərin dişi sındırıldı. Lenin şəhərinə soxulmaq istəyənlərin yolu kəsildi. İndi işğalçı qoşunları nəyin bahasına olsa Stalinqrada çatmaq istəyirlər. Arxadakı qabaqdakının meyitini basıb keçir, üçüncüsü də onun meyitini ayaqlayır. Hitlerin qanlı macəralarına inanan və uyan yüz minlərlə soldat və zabit, tufandan qopmuş payız yarpaqları kimi, biri-birinin üstünə tökülür.

Gecə-gündüz, istiyə, soyuğa baxmadan, havadan ölüm yağmasına baxmadan irəliyə cəhd edən on minlərlə atlı-piyada, sağlam-xəstə, rütbəli-cərgəvi dəstələr, şikar iyi duymuş canavar sürülərini andırır.

Bu vəhşi və çılğın yerişin mənası hər kəsə aydın olmasa da Aslanova aydındır. O, bilir ki, əsrimizin sarı divi - aləmə, insanlığa bəlalar 152 gətirən Hitler indi Stalinqrad xülyası ilə yaşayır. Ayılanda bu şəhəri xəritədə, yatanda isə yuxuda görür. Dəqiqəbaşı sarayında qiyamət qoparır: "Nə oldu, Stalinqrad hələ də alınmadı?" Qara niyyətləri sarı divə rahatlıq vermir. O, bu payız Stalinqrada çatmaq, beləliklə, sovet vətənini cənubşimal deyə ikiyə bölmək, Moskva ilə cənubun əlaqəsini kəsmək, qızıl paytaxtı mühasirəyə salmaq istəyir. Böyük Volqa çayına çıxmaq, Kaspiyə enmək istəyir.

Sentyabrın 27-də Ribbentrop deyirdi:

"Şimali və cənubi Rusiyanı birləşdirən mərkəz olan bu şəhər alınan kimi biz ölkənin əsas yollarına, Volqaya hakim olacayıq. Bizim ən təhlükəli düşmənimizə elə zərbə vurulacaq ki, bir də ayağa qalxa bilməsin."

Açıq bir payız sabahı idi. Aslanov döyüşçülərinə əmr verib Stalinqrada doğru gedəndə əvvəlki yoldaşlarının çoxu ilə vidalaşmış, anasına məktub yazmışdı ki, "Stalinqrad hadisələrini yaxşı izləyin!"

Böyük şəhərin ətrafında misli görünməmiş tarixi bir vuruşmaya hazırlıq gedirdi. Ana torpağın hər tərəfindən sovet qüvvələri sürət və nizamla axışıb gəlirdi. Bu həmin qüvvələr idi ki, sovet ölkəsi böyük təhlükəni rəf eləmək üçün səfərbərliyə almışdı. Bu həmin qüvvələr idi ki, Hitler casusları hesaba almamışdılar. Bu həmin qüvvələr idi ki, bütün sovet xalqı onların hücum dəqiqələrini gözləyirdi.

Stalinqradda isə vəziyyət gərgin idi. Düşmən qanı bahasına irəliləyir, kəndləri, şəhərləri dağıdır, yerdən, göydən od tökür, gündə bir addım da olsa yerimək üçün var-yoxdan çıxırdı. Artıq düşmən şəhərə soxulmuşdu. Küçə vuruşmaları gedirdi.

Hazırlıq bitdi. Böyük Stalin hücum əmrini verdi.

O gündən sonrakı hər bir saat Stalinqrad müdafiəçilərinin həyatında qızıl hərflərlə yazılacaqdır. Qızıl Ordu hissələri hitlerçilərin arxasını kəsərək Stalinqrada soxulmuş alman qoşunlarının taleyini həll edirdilər. Şimal və cənubdan hücum edən, düşməni sıxışdırıb arxasından ayıran sovet bahadırlarının birləşdiyi gün - uzun və ağır mübarizələrdən sonrakı qələbənin ləzzəti heç bir döyüşçünün yadından çıxmaz! Düşmənin mühasirəyə alındığı gün, dahi sərkərdəmizin əmri yerinə yetirilən gün qızıl əsgərlər bir-birini sevinclə qucaqlayıb təbrik edirdilər. Hitlerin seçmə generalları gözünü açıb özünü mühasirədə görəndə az qala ağıllarını itirmişdilər. Quduzcasma müqavimət göstərir, sovet mühasirəsindən çıxmaq istəyirdilər. Mühasirə isə günü-gündən sıxlaşırdı. Gündə minlərlə hitlerçi cəhənnəmə vasil olurdu.

Podpolkovnik Aslanov öz hissəsi ilə vuruşmanın ən şiddətli çağlarında cəbhənin ön xətlərində vuruşurdu. Orduda onu tilsimlər yaran cəngavər kimi tanıyırdılar. Çətinlik məqamında general ona müraciət edərdi. O da həmişə etimadı doğruldardı.

Aslanovun batalyonuna əmr edilmişdi ki, çaydan keçmək istəyən düşmənin qabağını saxlasın! Almanlar burada bir kəndi tutmuş, atəş xəttinə 20-yə qədər tankvuran top, minaatanlar, pulemyotlar düzmüşdü. Aslanov düşündü ki, düşmənin qabağını almaq azdır, onu bu əlverişli yerdən qovub çıxarmaq lazımdır. Hitlerçilər topların çoxunu kəndin önündəki təpələrə düzmüşdülər. Şərq tərəfə uzanan geniş düzənliyi buradan açıq görmək və nişana almaq olurdu. Odur ki, bu yerlərdən keçmək çətin və təhlükəli idi.

Aslanov, tankçılarını yanma çağırıb öz qərarını dedi:

– Yarıb keçmək lazımdır!

– Yarıb keçərik!

Qoşun hissələrinin qarşılıqlı əlaqəsi müəyyən edildi. Piyadalar cinahdan hücum elədi. Aslanovun tankçılarından bir neçəsi hərdən kəndin qabağına gəlir, düşməni gülləyə basırdı. Tankçılarm əsas hissəsi isə düşmənin arxasına keçmişdi. Almanların başı piyadalara qarışmışdı. Onlar arxaya keçən tankçılardan xəbərsiz idilər. İgid tankçılar qəfildən gəlib təpəyə çatdılar. Kəndin küçələrinə girib düşməni qırmağa başladılar. Aslanov lap qabaqda gedirdi. Düşməni özünə gəlməyə qoymayan tankçılar bu döyüşdə də cəsur komandirlərini izləyirdilər.

Düşmən məhv edildi. Kənd təmizləndi. Hərəkətdə olan qüvvələrimiz təpələrdən yağan atəşdən xilas oldular. Günü qələbə ilə tamamlayan ulduznişan maşınlar nərə çəkib cəbhə xəttində düşmənə meydan oxuyanda Aslanov qabaqda gedən və atəşi ilə havanı titrədən tankm içində idi. Döyüşün hər dəqiqəsində o, vəziyyəti diqqətlə öyrənir, hissənin hərəkətinə istiqamət verirdi.

Həzi düşməni məğlub etməyi kifayət saymırdı, onu məhv etməyə 254 çalışırdı. "Bu gün, - deyirdi, - daş, divar dibinə təpilib qorunan və qabağımızdan qaçan faşist sabah silahını işə salmağa fürsət axtaracaqdır. Murdar həşaratın kökünü kəsməliyik!" Ona görə də Həzi döyüşdə asan, yaxud hazır cığırla getməyə alışmamışdı. O düşməni çətinliyə salmağı, bu şəraitdə onu vuruşmağa məcbur etməyi bacarırdı. O, müstəsna istedad və hərbi məharəti ilə əvvəlcədən düşmənin nə niyyətdə olduğunu təyin edə bilirdi. Hərifə qarşı elə bir taktika qəbul edirdi ki, faşistlərin plan və hazırlıqları boşa çıxırdı.

Bir dəfə düşmənin gözlənilən əks-hücumunu dəf etmək Aslanova tapşırılmışdı. Aslanov düşməni B məntəqəsindən qovub çıxartmaqda piyadalara kömək etməli, onların yolunu təmizləməli idi. O, döyüşə ciddi hazırlıq gördü. Əvvəlcə maşınlarını əlverişli yerə gətirdi, döyüşə hazır saxladı. Düşmənin buralara 70-80 qədər tank yeritdiyini öyrənəndən sonra Həzi bütün gecəni yatmadı. Qoşun bölmələri arasında əlaqəni yoxlayır, döyüşçülərinin mövqeyini gəzir, düşmən haqqında olan məlumatı öyrənir, münasib tədbirlər görürdü. İgid komandir hiss etmişdi ki, almanların qəsdi nədir və haradan vurmaq istəyirlər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Anket Anketov

Anketov hamamlar trestinə rəis təyin olunan gündən indiyə qədər kabinetinin qapısında həmişə adam olur. Bəzən uzun bir nöbvə düzülür. Birinin rəisə şikayəti var, biri maaşının artırılmasını xahiş edir, biri qulluğunu dəyişir, biri oxumağa gedir, biri iş paltarı davası edir, biri məzuniyyətə çıxır, kurorta getmək istəyir.İş böyük, işçi az, məsuliyyət ağır, Anketov da bu postda təzə!

193710 мин
Söyüd kölgəsi

Dünyada hərənin bir həvəsi, bir adəti olar. Bostançı Salman əminin də adəti belə idi: ürəyi yandığı adama əlindən gələni əsirgəməzdi.Bir gün bostamn qırağında, yol ağzında dayanıb nəyi isə düşünürdü. Günorta yerinə qalxmış günəş düz onun açıq başına döyür, tunc kimi qırmızı alnı işım-işım işıldayırdı. O, nədənsə birdən-birə əli ilə gözünü günəşdən qorudu, xəyalına nə gəldisə, dönüb yerə baxdı, bir şey itirmiş kimi, yolun o yan-bu yanma gedib-gəldi, çarıqlı ayağı ilə bərk torpağı eşələdi də.

19375 мин
İgid oğlan

1Zavodun meydan kimi böyük, bağ kimi hasarlı həyətinə minlərlə adam dolmuşdu. Mühüm bir işin müzakirəsinə yığılan şad, igid oğlanların, gözəl və sağlam qızların iti və gülər gözləri tribunaya dikilmişdi. Danışanlar, fatehlər kimi tribunaya qalxıb-enirdilər. Staxanovçu Leyla əllərini kürsüyə söykəyib, tez-tez danışır, başındakı qırmızı ləçəyin ucları yaz küləyindən qızılquş kimi qanad çalırdı. Leylanın nazik, gümüş kimi saf səsi qulaqlardan getməmiş Seymur dayının enli və qabarıq sinəsi tribunada heykəl kimi göründü. Onun dalınca bir komsomolçu söz aldı. Montyor İlyas şüar deməyə tələsirdi.

193811 мин
Vətən oğlu

1Mənim nə dərdim vardı? Yalnız ailəmin, ata-anamın razılığını almağı düşünürdüm.

193813 мин

Стихи других поэтов