Qafqazın mərd oğlu generalCövhər Dudayevə ithaf

Yurd düşmənlərini məhv edə-edə,Qafqazın Qartalı öldü zirvədə.Gərdi qanadını dağların üstə,Bizim dağlar!... deyə,Zirvələr!... deyə,Elə bir qıy vurdu o son nəfəsdə,Dağlar silkələndi, sellər çağladı...Bu ölümə min-min millət ağladı.Sizdən nə gizlədim, ağladım mən də,Yenilməz Qartallar dağı sinəmdə.

Zirvədə doğulan dərədə ölməz!Zirvələrdən gəlir onun da səsi...Qarğa – quzqunlara yem ola bilməz,Qartallar, Şahinlər, Ərlər ölkəsi!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О смерти