Страница 2 из 4 · 25%

O, içini çəkib ağladı. Kərimxanın ürəyi yenə riqqətə gəldi. Təbiətən heç bir riyakarlıq bacarmayan bu adam başqalarında çirkin sifətlər gördükdə heyrət edər, inanmaq istəməzdi. Ürəkdən çıxan bir söz insanı onun nəzərində qaldırardı. Məhbusinin sözlərində də o nə isə iztirab çəkmiş bir adamın həsrətlərini duydu. O özü də tənhalıqdan darıxmamışdımı? Nəinki bir insan, hətta bir it, bir pişik, bir siçan belə, kamerada ona bir təsəlli olmazdımı?

– Eh, Hüseyn, – dedi, – bu dəfəki əzabları mən heç bir zaman görməmişəm. Düşünürəm ki, insanın bədəni nə qədər davamlı olarmış. Nələrə tab gətirərmiş. Şikəstliyin-zadın yoxdur ki?..

– Sol qabırğamın birisi əzilmişdir. Nəfəs ala bilmirdim. İndi yaxşıyam. Deyirdim ki, ölərəm, canım qurtarar.

– Yox, Hüseyn, elə danışma. İnsan gərək heç bir zaman ölümü axtarmasın. Arzu etməsin. Ölüm bir heçlik, bir boşluqdur. Fərz et ki, insanı bir uçurumun ağzına gətirələr, qar, tufan, şaxta da göz açmağa qoymaya. Yenə o insan daşlardan, qayalardan tutacaq, dişi ilə, dırnağı ilə torpaqdan yapışıb, qurtarmağa çalışacaqdır. Lakin heç bir vəchlə özünü uçurumun qucağına atmayacaqdır. Bu, insanın təbiətidir! Yaşamaq, yaşamaq!.. Yoxsa, hər şeyə nəhayət verəcək bir şeyi arzu etməkdən nə çıxar? İnsan, həyatın şirinliyindən, ləzzətindən bilmərrə məhrum olsa belə, onun nəsibi yalnız əzablar, işgəncələr, əziyyətlər olsa belə, yenə yaşamağa meyl etməlidir. Axı bunun özündə də bir ehtiras, bir şirinlik var: susuzluqdan dodaqları çatdaq-çatdaq olmuş təşnə bir adamın nə ehtirasla özünü suyun üstünə atacağını təsəvvür edirsənmi? Hər şeydən məhrum və əzablar içində yaşayan bir adamın arzuları çox güclü olar. Mən onun səadət istəklərində div gücü görürəm.

– Sənin möhkəm ürəyin var, Kərimxan. Amma sözün düzü, mən davam gətirə bilmirəm. Ölümün tez gəlməsini istəyirəm.

– Zəiflik göstərmə! Bunlar hamısı keçəcək. Bizə məzar kəsilmiş bu zindanlar uçulacaqdır. Bəlkə də, kim bilir, burada, bu zindanın yerində bir gün bir gülüstan, bir bağ salınacaqdır. Bəlkə də, bax, elə burada, bu qaranlıq və nəmli kameranın yerində bir qızılgül ağacı bitəcək, onun budaqları ətrafa yayılacaq, hər bahar üstündə gözəl, ətirli güllər açacaqdır. Görəsən, o günü nəsillər, bizim Azadlarımız görməyəcək, bizi yad etməyəcəklər?.. Edəcəklər!.. Mütləq edəcəklər! Bəlkə, elə biz özümüz də o günü görəcəyik!..

– Heç ağlım kəsmir ki, boğazımızı bu dəfə kəndirdən qurtara bilək.

O, kiçik bir fasilədən sonra əlavə etdi:

– Qurtarsaq da bircə yolu var.

Kərimxan maraqla:

– Nə yoldur? – dedi. – Dişimizlə yer qazmaq lazım olsa, ona da hazıram!..

– Qardaşım Kərimxan, heç bir çarə yoxdur. Biz məhv olacağıq. O yolla ki, qurtarmaq mümkündür, o yolu da biz gedə bilmərik. Mənə neçə dəfə təklif ediblər gəl yoldaşlarını de, səni azad edək. Döyüblər, incidiblər, deməmişəm. İndi səni də bu halda görürəm. Ürəyim partlayır. Qardaşım, necə bilirsən, bəlkə... Bəlkə... Bəlkə, bir-ikisini deyək, canımızı bu əzablardan qurtaraq.

Kərimxan qulaqlarına inanmırmış kimi, “necə?” deyə soruşdu. Məhbusi inildəyə-inildəyə fikrini təkrar etdi. Yenə Kərimxanın fikrində əzablı şübhələr baş qaldırdı. “Ah, bəlkə də, bütün bu fəlakətlərin səbəbi mənim ehtiyatsızlığımdır?” – deyə düşündü. Bu barədə kiçik bir yəqini olsaydı, yanında oturmuş bu adamın xirtdəyini dişlərilə üzərdi. Min sualın əlində didilir və düşünürdü. Məhbusi bunu yəqin ki, bir yumşaltmaq əlaməti zənn etdiyi üçün cəsarətləndi:

– Bilirsənmi, qardaşım, mənə elə əzablar veriblər ki, ona it də dözməzdi. İndi heç taqətim qalmayıbdır. Sən məndən də pis haldasan. Nə edək. Kərimxan, gəl bircə Fridunun yerini deyək, yaxamızdan əl çəksinlər, mən də yazığam, sən də. Arvadın, uşağın var.

Bu sözlər, bu riyakar səs Kərimxanın şübhələrini həll etdi. Dönüb ağır pəncələrini Məhbusinin boğazına keçirtdi. Sıxıb dizlərinin altına aldı:

– Alçaq, yəqin bizi satan da sənsən! Sən məni xəyanətə çağırırsan, yoldaşlarımı satmağa çağırırsan?

O sıxdıqca Məhbusi müqavimət göstərir, dizinin altında o tərəf-bu tərəfə dartınır, xırıldayırdı. Kərimxan pəncələrini onun boğazında daraldır, dizlərini qarnına basırdı. Bu zaman qapı açıldı. Üç adam özünü Kərimxanın üstünə atıb, Məhbusini onun əlindən aldı. Onu yarımcan kameradan çıxartdılar. Yanda durub baxan sərhəng Səfai:

– Aparın, əvvəlki yerinə aparın! – deyə əmr verdi.

Kərimxanı yenə dikinə qaldırılmış bir cəbir təsiri bağışlayan kameraya atdılar. O yalnız indi Məhbusinin kim olduğunu bildi. Yalnız indi heç bir zaman düzəlməyəcək bir xətaya yol vermiş olduğunu anladı və başını kameranın nəmli divarına söykəyərək ağladı. Gücsüz bir uşaq kimi hönkürərək ağladı.


Kərimxan tutulduqdan sonra Xavər çox düşündü. Çox iztirab çəkdi. Dünya ona məhbəs kimi göründü. Yenə gələcəyin üfüqləri, sabahkı gün qara bir pərdə dalında gizləndi. Nə olacaq, onu sabah nələr gözləyir, bilmirdi. Düşündükcə nəzərində qaranlıq bir aləm açılırdı. Doktorun tutulması, doktorun oğlunun yox olması da onu tamamən ümidsiz bir vəziyyətdə qoyurdu. Onlar bir ata-ana kimi Xavəri saxlayır, heç olmazsa bir tikə çörək dərdindən azad edirdilər. İndi nə olacaq? Uşağı necə saxlayacaq, özünü nə təhər idarə edəcəkdir?.. Haradan gedib çörək qazanacaqdır? Hara getsə, hansı qapını açsa, “rədd ol, iş yoxdur!” deyib qovacaqlar. Dilənçilikmi edəcək?.. Yoxsa, o, burada bir anlığa, uçurumun dərinliyini görmüş adam kimi, gözlərini qapayırdı. Məgər bir tikə çörək və paltar dərdindən bədənini satan, cavanlığını fahişəxanalarda keçirməyə məcbur olanlar azmı idi? Ehtiyac ucundan öz bakirə qızının ilk gecəsini on tümənə satan adamları o tanımırdımı? Tanıyırdı! Görmüşdü... O, yaxşı bilirdi ki, şəhər, ehtiyac və fəlakətin caynağında çırpınan onun kimi hər yerdən ümidi kəsilmiş zavallı, kimsəsiz gəncləri fahişəxanalara çəkən qadın dəllalları ilə doludur. O bilirdi ki, bu qadın dəllalları fəlakətə düşmüş qurbanlarını dərhal görür, dallarınca gəzir, yanına əxlaqsız qadınlar göndərir, pul, paltar təklif edir və öz məqsədlərinə çatmayınca əl çəkmirlər. Bütün bunları düşündükcə o özünü öldürmək, birdəfəlik canını qurtarmaq qərarına gəlirdi. Lakin Azad! Bəs onu kimin öhdəsinə buraxıb, gedə bilərdi? Xavəri ilk fəlakəti günlərinin bu dəhşətli qərarından saxlayan bircə uşağının fikri idi!


Kərimxan tutulan gündən iki həftə keçirdi. Axşamüstü Xavər evdə oturub, bir kənarda oynayan Azada baxır və beləcə düşünürdü. Heç özü də bilmədən göz yaşları yanaqlarına süzülürdü. Qapı döyüldü, kim olduğunu soruşduqda bir qadın səsi eşitdi.

– Aç, bacı, Xavər xanım, aç, işim var!..

Qapını açdı. Yaşı qırx beşdən artıq, lakin yanaqları ənlikli-kirşanlı bir qadın içəri girdi. Onun zahiri və hərəkətləri Xavərin qəlbini bir vahimə ilə doldurdu. Arvad sözsüz, danışıqsız otağa keçib, yanını çimçəşir kimi köhnə səndəlin qırağına qoydu. Hələ oturmamış əyilib, səndəli pilədi də.

Xavər:

– Oturun, təmizdir, – dedi.

Arvad otağa göz gəzdirdi. Dodağını büzdü:

– Çox kasıbdır. Özü də nəmlidir. Burada adam yaşamaz ki.

Xavər acıqlı cavab verdi:

– Olanımız budur.

– Buy, niyə ay Xavər xanım, sənin kimi cavan, göyçək xanıma bu tulambar yaraşmır.

Xavər cavab vermədi. Arvad bir-bir şeylərini nəzərdən keçirib, eyni etinasızlıqla heç nəyə toxunmayacaqlarını söylədi. Söhbəti yaşayış və həyatın ağırlığına keçirib, Xavərin başına gələn müsibətə təəssüf etdi. Xavər özünü saxlaya bilməyib, onun kim olduğunu soruşdu. O, onsuz da yekə ağzını bir az da geniş açaraq:

– Buy, niyə tanımırsan, budur, bax, ikicə ev sizdən o tərəfdə oluram. Qonşuyam, adım da Qəmərbanudur.

– Tanımıram, görməmişəm.

– Çox da sən tanımırsan, mən ki tanıyıram. Bax, elə ona görə də durub, yanına gəldim. Görüm necəsən, dolanacağın necədir? Bəlkə, bir şeyə ehtiyacın var?

– Allah razı olsun, heç şeyə ehtiyacım yoxdur.

– Elə demə, ay qız. Atan irs qoymayıb, anan irs qoymayıb yeyib dolanasan. Bu cırıq kilimə də ki beş şahı verən olmaz.

Qəmərbanu kirpik qırpmadan, həyasız bir nəzərlə Xavərə baxdı. O, bu qadından ya istədiyi sirri öyrənməli, ya da onu öz cənginə alıb, evində xanımların içinə atmalı idi. Hər iki halda Xavər onun üçün hazır bir qızıl idi.

Əlbəttə, onu dilə tutub, sirrini ala bilsəydi, daha yaxşı olardı. Çünki o zaman həm mister Harold, həm də Sərhəng ondan razı qalmaqla, özünü də razı salacaqdılar. Sonra yenə Xavərin üstünə qayıdırdı. Onun başqa gedəcək yolu yox idi. Bu fikirlə nəzərlərini yumşaltdı, kədərini bildirdi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

On dördüncü fəsil

Rza xan maşını Pəhləvi küçəsində saraya çatmamış, saxlatdırıb düşdü və adətinin xilafına olaraq, piyada yeriməyə başladı. Onu hər tərəfdən hərbi qiyafəli qulluqçular əhatə etmişdi. Sərhəng Səfai də onların içində idi. Şah yavaş addımlarla yeriyir və heybətli nəzərlərlə ətrafa baxırdı. Onu görən hər kəs tez qaçıb ya bir dükana soxulur, ya tələsik qayıdıb geri dönür, ya da divara sıxılıb, keçməsini gözləyirdi. Hətta laqeyd və çox danışmağa adət etmiş dükan və mağaza sahibləri belə cınqırını çıxarmayıb, hövlnak içəri girirdilər. Məktəbli uşaqlar və çadrası götürülmüş olsa da, başındakı yaylıqla yaşmaq tutan qadınlarda ona rast gəldikdə ildırım vurmuş kimi yerində quruyub qalır, səslərini kəsib, başlarını yana çevirirdilər. Sanki küçədə dəhşətli bir kabus, hər tərəfə ölüm saçan qara bir heykəl hərəkət edirdi. Bu, zülm və istibdad heykəli idi. Onun ayağı dəyən hər yerdə bir məzar sükutu hakim olur, yalnız keçib getdikdən çox-çox sonra insanların rəngi özünə gəlməyə başlayırdı. Şahın qara çöhrəsinə baxanların nəzərində məhbəslər, dar ağacları, ölüm və zülmətin qurbanı olmuş adamların siması canlanırdı. O isə düz gedir, bu rəngi qaçmış, gözləri çuxurlaşmış insanların üzünə belə baxmırdı. Kim bilir, bəlkə də, onları bir heç, bir qarışqa hesab edirdi. Yaxud da sövqi-təbii bir hisslə üzvlərinə baxmaqdan qorxurdu.O, Pəhləvi xiyabanından burulub, saraylar küçəsinə çıxdı və mərmər sarayın qapısına doğru addımlayanda heç kəsin gözləmədiyi bir hadisə baş verdi. Saçı-saqqalı ağarmış, bir cüt gözü işıldayan bir qoca birdən-birə özünü onun ayaqlarına atdı. Şah əvvəlcə gözlənilməz bir vahimə içərisində geri çəkildi. Heç bir zaman ürəyini tərk etməyən gizli qorxu hissi bütün vücudunu titrətdi. Lakin ayaqlarının altında suiqəsd edəcək bir adam deyil, zəif, aciz, kəlləsinin sümükləri çıxmış, ordları batmış bir qoca gördükdə durdu və qəzəblə ona baxdı. Uzunboylu, yanaqları qırmızı, boynunu ət basmış bir sərtib və sərhəng Səfai dərhal qocanın üstünə atılıb, onu yoldan kənar etmək istədilər. Qoca cansız vücudu ilə amansız bir müqavimət göstərərək, Rza xana doğru sürünməyə başladı. Şah amiranə bir tərzdə sağ əlini qaldırdıqda sərhəng və sərtib kənara çəkildi. Şah qəzəblə qocanın üzünə baxdı və farsca:

16 мин
On beşinci fəsil

Hikmət İsfahani ağır bir təəssürat altında saraydan çıxdı. Onun fikri dolaşıq, qəlbi həyəcanlı idi. Rza xanın ondan narazı olduğunu, ona hətta gizli bir kin bəslədiyini duyurdu. Rza xanın heç bir şeyi unutmadığını və heç bir qüsuru əfv etmədiyini də bilirdi. Buna görə də qəlbinin dərinliklərində ağır bir əndişə baş qaldırırdı. Şahın belə qəzəblənməsində Həkimülmülkün də barmağı olduğu ona aydın idi. Bununla belə, hər şey ona anlaşılacaq şəkildə görünmürdü. Nə isə, şahın da, Həkimülmülkün də hərəkətlərində bir mübhəmlik, bir sirr vardı. Saraydan çıxdıqdan sonra Həkimülmülkün Rza xanla tək qaldığını yəqin bilməsi, xüsusilə onun bu şübhələrini daha da artırırdı. “Bu siçan hələ çox iplər çeynəyəcəkdir!” – deyə Hikmət İsfahani düşünür, özünü bərk danlayır, belə bir adamın əlinə bəhanə verdiyi üçün peşmançılıq çəkirdi: “Mən axmaq – deyirdi, – bu bişərəfləri tanıya-tanıya yenə dilimi dinc qoymuram, mülk də getdi, əlavə Ərdəbil bağları da getdi, qızı da bu qurumsağa verdim. Özüm də borclu çıxdım. Özüm öz malımı oda qoydum. Bu saray siçanı, bu tiryəki köpək oğlu da üstümə qalxdı. Ayağın qoydu boğazıma. İndi nəfəsimi kəsənə qədər sıxacaq...” Bu düşüncələr onu sıxır, tamamən haldan çıxarırdı. Bütün bu fikirlər və mülahizələri onu çarə axtarmağa, ayağının altını möhkəmlətmək üçün yollar aramağa sövq edirdi. O, hansı vasitələrlə Rza xana təsir edə biləcəyini, onu bu hiyləgər və tiryəki Həkimülmülkün təsirindən qurtara biləcəyini düşünürdü. Bu, verimlə, bəxşişlə düzələsi iş deyildi. Çünki əlahəzrətin bir pis xasiyyəti vardı ki, verdikcə iştahı artırdı, əmlakı artdıqca onun həvəsi də şiddət kəsb edirdi. Onu verimlə doyurmaq mümkün deyildi.Hikmət İsfahani uzun müddət şaha təsir etmək yollarını axtarıb, bir-bir mühüm simaları xatırında canlandırarkən, birdən-birə dostu mister Tomas yadına düşdü. “Aha, yaxşı tapmışam, – deyib sevindi, – bu adamın İran siyasətində hərlətmədiyi bir təkər, tərpətmədiyi bir halqa yoxdur. Yaxşı tapmışam. Əlahəzrəti elə yumşaltsınlar ki, lap muma dönsün. Ağayi Tomas onun qəzəbini elə mərhəmətə çevirsin ki, görən əhsən desin!” Bu fikirlərlə o birbaşa maşını Tomasın rəsmi qulluq yeri olan ingilis səfarətxanasına sürdü. O, maşından düşərkən Tomasın öz maşınına minməyə hazırlaşdığını gördü. Tələsik ona doğru addımladı. Tomas da onu görüb dayandı və qayıdıb ona tərəf gəldi. Uzun qollarını yanına sallayaraq uzaqdan:

20 мин
On altıncı fəsil

Tehran qabarıq bir təzad içərisində yaşayırdı. Zahirən onun sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. Sanki o, bir-birilə heç bir zaman uyuşa bilməyəcək ziddiyyətlərin ahəngini yaratmışdı. Həqiqətdə isə bu təzad onu daxildən didib parçalayır, mənliyini çeynəyir, nəhəng bir ağacı içərisindən gəmirən bir qurd kimi onu sarsıdırdı. O, bir-birini yemək üçün yaranmış iki övlad doğmuş anaya bənzəyir, bu ananın əzab və iztirabları ilə yaşayırdı. Sərvət və səfalət ona övlad və qənim kəsilmişdi.Şəhərin bu dəhşətli mənzərəsi, kəndin Fridunda oyatdığı kədər və qəzəbi daha da artırırdı. O, bazar və küçələri doldurmuş yurdsuz uşaqlara, səfil-sərgərdan bir halda hər gələnə əl açan qadın və qızlara baxır, onların içində Musa kişini, Gülnazı, Səriyyə xalanı, onların körpələrini axtarırdı. Bu qayda ilə günlərlə, həftələrlə şəhərin küçələrini və bazarları dolandı, tanış və dostlardan soraqlaşdı, nişanlarını dedi, lakin bir səs, bir xəbər çıxmadı. O, maşınlardan enib mağazalara, kontorlara girən qarnı tox, əyni qalın Hikmət İsfahaniləri saxlamaq, “Ağalar, yaxşı baxın, bunlar sizin əməllərinizdir!” deyə qışqırmaq istəyirdi. O, getdikcə fikirli və qüssəli olmağa başladığını hiss edirdi. Artıq əvvəlki şuxluq və şadlıq zaman keçdikcə onu tərk etməyə başlayırdı, tamamən yerini ağır düşüncələrə, əzablı duyğulara verirdi. Bu düşüncə və duyğular qəlbindəki intiqam alovunu, azadlıq hərəkətini gücləndirirdi. O, yalnız fəaliyyətdə, yalnız çalışmaqda bir təskinlik taparaq, bütün varlığını yenidən dərslərə və işə vermişdi. İşi isə pis getmirdi. Vərəqələr və birinci kitab gözlədiklərindən artıq nəticə vermişdi. Onların məzmunu tez bir zamanda xalq arasında yayılmışdı. Şəhərdə bu ətrafda gedən söhbətlər kəsilmirdi. Fridunun nəzərində onların ən böyük əhəmiyyəti xalqda ümid oyatması, həyat və quruluşdan narazı olan adamları mübarizəyə ruhlandırması idi. Camaat rəsmi dairələr və qəzetlər tərəfindən yayılan vərəqələrin Sovet səfarətxanası tərəfindən buraxılması xəbərini dodaqaltı istehza ilə qarşılamış və sanki buna cavab olaraq, vərəqə buraxanlara “həqiqətçilər” təxəllüsü vermişdi. Bu istilah çox tezliklə hər tərəfə yayılmışdı. Qəribə orası idi ki, camaat belə bir işə iqdam edən adamlardan daha çox şeylər gözləyir, onların adına min söz danışırdı. Qurban Mərəndi, böyük bir sevinclə Fridunu tutaraq:

17 мин
On yeddinci fəsil

Sərtibin otağında intizar dolu bir sükut vardı. Hafiz Biluri və Yavər Əzimi üz-üzə oturub fikrə getmişdilər. Onların qabağındakı açıq nərdin ağ və qırmızı daşları bir-birinə qarışmışdı. Fikirlərini yenə başqa məsələlər məşğul etdiyindən oyun yarımçıq qalmışdı. Nərdin yanına qoyulmuş stəkanlardakı çay soyumuş, vazalardakı meyvə, şirniyyat əl dəyilməmiş qalmışdı. Yavər Əzimi tez-tez saatına baxır, səbirsizlik göstərirdi. Hafiz Biluri isə gözlərini qeyri-müəyyən bir nöqtəyə dikdiyi halda, nərdin bir daşını götürüb o birisini qoyur, zahiri təmkinini pozmamağa çalışırdı. Hər ikisi, Səliminin həyatında bir dönüş günü gəlib çatdığını müəyyən etməyə çalışırdı. Səlimi evdən çıxıb, saraya getməmiş onlar bu görüşə sevinirdilər. Məmləkətin siyasətində əsaslı bir dönüş yaradacağına inanmasalar da, Səlimi öz haqqındakı pis fikirləri məhv edəcəyinə, yenə əvvəlki mövqeyini özünə qaytaracağına şübhə etmirdilər. Lakin Səlimi onlarla xudahafizləşib, həyət qapısını örtdükdən sonra ürəklərinə ağır bir şübhə, qondu. Hafiz Biluri nərdin daşlarını qarışdırıb Yavər Əzimiyə baxdı:– Görəsən, sərtib bu gedişlə islaholunmaz bir iştibah etmir ki? Nə isə ürəyim rahat olmur.

20 мин

Стихи других поэтов