Страница 2 из 8 · 13%

Gecədən xeyli keçmiş Rza Qəhrəmani saatına baxdı:

– Vaxtdır, – deyib Rüstəmə döndü. Rüstəmin işarəsi ilə arvadı uşaqların ikisini götürüb həyətə, qapının ağzına çıxartdı və oraja yerlərini rahatlayıb yanlarında oturdu. Rüstəm qapını örtdü. Yükün altındakı radionu açdı. Hamısı səsini kəsib radionun ətrafına toplandı.

Moskva farsca danışırdı. Həyəcanla qulaq asan Fəridə özünü saxlaya bilmədi.

– İndi qoy ağalar görsünlər kimin ömrü qurtarır.

Sərxan onun fikrinə şərik olduğunu bildirən bir təbəssümlə:

– Arvad, qoy qulaq asaq, – deyib, gözlərini radionun balaca və dairəvi gözünə dikdi.


Kürd Əhməd Urmiya ilə Səlmas yolunun üstündəki gədiyin ətəyində yanlarından buğlana-buğlana tər axan sarı kəhər atın cilovunu çəkdi. Ağır nəfəs alan at qızışdığından sakit ola bilmədi və qabaq ayaqlarını yerə döyüb, irəli dartındı. Lakin Kürd Əhməd atının yarım saat əvvəlki dəli qüvvətinin sındığını və istər-istəməz ram olmağa başladığını hiss edib, yeni və qotazlı yəhərin üstündə yarı dala çevrildi. Kimi isə axtarır kimi gədiyin ətəyindən sağa doğru uzanıb gedən əyri-üyrü yola nəzər saldı. Beş dəqiqə keçməmiş dördnala gələn boz at yolun döngəsindən özünü irəli atdı. Kürd Əhməd hələ də bu buğlanan kəhəri azca kənara çəkərək, boz atın üstündəki adama baxdı:

– Rəhim ağa cilovunu çək, yoxuş başlayır.

Rəhim ağa atı ancaq iyirmi-otuz addım qabaqda saxlaya bildi, tez geri qaytardı:

– Sarı kəhəri yaxşı soyutdunuz, – dedi və gülümsədi, – yaman atdır, adamın balaca qorxduğunu hiss etsə yerə çırpacaq.

Kürd Əhməd kəhərin yalını tumarladı:

– Atın dəlisi, igidin ağıllısı!..

Rəhim ağa, saçaqları geniş alnına, boynuna və qulaqlarının üstünə tökülmüş ipək çalmanı başından götürdü, cibindən enli bir yaylıq çıxarıb, tərini sildi. Əynində kürdlərin çox sevdiyi genbalaqlı ipək tuman və uzunboğaz çəkmə vardı. Kürd Əhmədin bir ata məhəbbətini andıran mehriban baxışları altında yerə sıçradı, kəhərin üzəngisini bərkidib, eyni cəldliklə boz atın üstünə qalxdı.

Atlar ağır-ağır nəfəs alaraq yoxuşu dırmaşmağa, bir-birini ötməyə can atırdı. Lakin Rəhim ağa hörmət olaraq Kürd Əhmədi irəli buraxır və tez-tez boz atın cilovunu çəkirdi. Kürd Əhməd isə kəhəri yavaşıtdı. Üzəngiləri bir-birinə dəyəcək qədər atını boz ata yaxınlaşdırdı, yanaşı sürdü:

– Yorulmamısan ki?

Rəhim ağa gözlərini bir-birini əvəz edən, nə isə vahiməli bir sükutla dolu saysız-hesabsız dərələr və təpələrdən çəkdi:

– Anam məni at üstündə doğub, – dedi, – peşəm yəhərə oturub kəndləri, obaları gəzməkdir.

– Elədir, kürdün çoxu at üstündə doğulub, at üstündə də ölür.

Kürd Əhməd bu sözləri başqa bir mənanı nəzərdə tutmayaraq söylədi. Lakin Rəhim ağa onlarda rəşadət və qəhrəmanlığın mənbəyi saydığı bir adətin tənqidini gördü.

– Köçərilik də kürd xalqının bir fəlakətidir, – dedi və nə isə düşünüb əlavə etdi:

– Torpağa kök atmayanlar bu dünyadan izsiz-tozsuz gedərlər.

– Lakin torpağa kök atmaq üçün onu eşib qazmaq lazımdır. Altını üstünə çevirmək lazımdır.

– Belə bir qabiliyyət və əzm xalqda məgər yoxdur?

– Var! Kürd xalqı çox zəhmətsevən və rəşid bir xalqdır. Lakin onun əl-qolu bağlıdır. Dərəbəylik və əşirət dövrünün qaydaları onu göz açmağa qoymur. Onları dağıtmaq lazımdır.

Onlar hər ikisi fikrə gedib susdu, atların eyni ahənglə və müntəzəm suretdə təkrar olunan ayaq səsləri altında səhər yenicə açılırdı. Günəşin ilk qızartıları göydə və gədiyin başında görünməyə başlayırdı. Yavaş-yavaş dərələrə səs düşür, təpələrdə xurcun və çuvallarını at və eşşəklərin üstünə atmış, tələsmədən hara isə gedən kəndlilər görünürdü. Qabaqda, gədiyin ortasında nisbətən geniş bir təpənin döşündə böyük bir köç, it hürüşməsi, qoyun və malların mələşməsi, arvad-uşağın səs-küyü içərisində yuxudan ayılıb yola hazırlaşırdı.

On beş-on altı yaşlı, qızıl boyunbağısı ipək köynəyinin sinəsinə qədər uzanmış, qırmızı yanaqlı bir qız ətrafdan yığılmış çör-çöplə yanan ocağın tüstüsü altında, qara bir qazanda nə isə bulayırdı. Çadırın qabağında dolğun bədənli qarasaç və qaragöz bir gəlin oturmuşdu. O heç kəsə fikir vermədən döşlərini açaraq körpə uşağı əmizdirirdi.

Kürd Əhməd və Rəhim ağa köçün yanından ötərkən:

– Ağalar, buyurun, bir stəkan çay için, – deyən bir səs eşidib, atların başını çəkdilər və o tərəfə baxdılar. Kürd Əhməd ayaq üstə durmuş bir dəstə kürddən heç kəsi tanımadı. Bu təklifi adətin tələbindən doğan bir ehtiram saydı və təşəkkür edərək, keçmək istədi. Lakin ağzını açmamış, kilsə kahinlərini xatırladan ağ, qalın saçları boynuna qədər uzanmış, ağ saqqalı döşünə düşmüş arıq və zəif bir qocanın onlara tərəf yeridiyini gördü.

– Salam, Rəhim ağa, atdan düş, bir tikə çörək ye.

Qoca sözünü deyib yaxınlaşana qədər Rəhim ağa cəld atdan yerə sıçradı və onu qabaqlayıb, hörmətlə əyildi, əlindən öpdü:

– Salam, böyük şair.

Kürd Əhməd dərhal bu qocanın şair Həjir olduğunu anladı. Kürd Əhməd bilirdi ki, ömrünü İran, Türkiyə və İraq kürdlərinin ocağı başında, qovğa və dalaşmalarla dolu yürüşlərdə keçirərək, sinədən dediyi sözdə, mahnılarda onların arzu və həsrətlərini ifadə edən kürdlərin toy və yaslarında, sevinc və kədərində iştirak edər, ixtilaf və mübahisələrini kəsərdi. Tayfalar arasındakı ədavət və dalaşmalar çox zaman onun əli ilə yatırılardı. O, xeyilxah və tamahsız bir adam idi. Kürd Əhməd eşitmişdi ki, onun əynindəki paltardan, əlindəki tamburdan, sakit və mülayim xasiyyətli ağ atdan başqa, dünyada heç bir şeyi yoxdur. Kürd Əhməd Kürdüstana gəldikdə onun ağızdan-ağıza gəzən şeirlərinə qulaq asardı. Bu şeirlər aşiqanə əhvalatlardan çox, nə isə şirin xəyalla qarışmış dərin bir kədər və qüssəni ifadə edərdi. Onlara qulaq asdıqda sanki kürdün ağır həyatı, faciəni tarixi, soyumaq bilməyən arzuları dilə gəlib danışırdı.

Kürd Əhməd atdan enib, Rəhim ağa kimi hörmətlə qocanın əlindən öpdü.

Rəhim ağa:

– Səfəriniz haradır, inşallah? – deyib soruşdu.

Qoca, qırx beş-əlli yaşlarında çox gümrah və hamıdan zəngin geyinmiş adamı göstərdi:

– Tanış olun, ağayi Hüseyn xanı yaylağa ötürüb qayıdacağam.

Kefi özündə olmadığı bilinən Hüseyn xan sərt bir ifadə ilə onların əlini sıxdı, lakin Kürd Əhməd adını eşitdikdə yalandan da olsa, gülümsəməyə çalışdı:

– Rəhmətlik atanızla dostluğumuz vardı. Buyurun, yuxarı. Kürd Əhməd onun yaylağa niyə belə gec köçdüyünü soruşdu.

Bu sualdan Hüseyn xanın üzündəki süni gülüşlər çəkildi. Gözlərinə bir qəzəb və qüssə çökdü. O cavab verməyib əyinlərində köhnə və cırıq kürd milli paltarı olan və itaətlə kənarda durmuş kəndlilərə döndü.

– Ağaların atını alın!

Kəndlilərdən birisi tələsik irəli gəldi. Kürd Əhməd və Rəhim ağanın atının cilovundan tutdu və aparıb, kənarda daşa bağladı.

Hüseyn xan:

– Buyurun. Bir stəkan çay içək, – deyib əlini çadırdan bir az aralı, təpənin döşünə salınmış xalçaya tərəf uzatdı və yenə kəndlilərə döndü:

– Tez süfrə hazırlayın!

Kəndlilər süfrə açıb, xurcunlardan çörək, bişmiş yumurta, pendir və yağ çıxartdılar.

Onlardan birisi tüstüləyən ocağın üstündən sərnici götürüb, fincanlara qaynar süd süzmək istədikdə, Hüseyn xan acıqlandı:

– Bu nədir? Tez qara qoçu kəsin.

Kürd Əhməd buna razı olmadı:

– Sağ olun, elə bir stəkan süd içib, yola düşəcəyik.

Lakin Hüseyn xanın əmrlərinə bilatəxir əməl etməyə alışmış kəndlilərdən birisi bu sözlərə əhəmiyyət vermədən yamacda otlayan qara qoça tərəf qaçdı, oradaca yerə yıxdı və belindəki xəncəri sıyırıb, boğazına çəkdi. Sözünün belə tez yerinə yetirilməsindən razı qalmış Hüseyn xan Kürd Əhmədə:

– Fikir eləməyin, bir qoçla kasıb düşmərik, – dedi, Zirov bəyin oğlu Mustafa boy sürümüzü yeyir, heç sağ olun demir, siz bir qoça da razı olmursunuz.

Onun acıqlı və fikirli olmasının səbəbini anlamağa başlayan Kürd Əhməd və Rəhim ağa sual və danışığın iki tayfa arasında əmələ gələn ədavəti daha da artıracağını düşünərək susurdular. Lakin qoca şair, söhbətin açılması üçün fürsət gözləyirmiş kimi Hüseyn xana baxdı:

– Ümidini haqq və ədalətə bağla, xan, səbirli ol, haqq yerini tutar – dedi və Kürd Əhmədə tərəf döndü:

– Oğul, kürdün dərdi böyükdür. Kürdüstanın yaraları sağalan yara deyil. Onun vahid vücudunu üç yerə parçalayıblar. Birini türklər didir, birini iranlılar, birini də ərəblər. Çöldə düşmən çoxdur, içəridə də birlik yox...

Hüseyn xan:

– Birlik o zaman olar ki, hər tayfa öz çörəyini yesin, – dedi, – onda tayfaların da sözü bir, işi bir olar. Yolundan çıxanı yığışdırıb döyə-döyə yola gətirərlər. Bizim tayfa başçılarında nə bu şüur var, nə də heysiyyəti-milli.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 мин
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 мин
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 мин
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 мин

Стихи других поэтов