Страница 8 из 8 · 88%

Südabə qabaqda, Azadı qucağına almış Kürd Əhməd də onun dalınca yuxarı çıxdılar. Onlar Azadı yatağa salaraq, çıxıb faytona oturdular. Kürd Əhmədgilə gəldilər. Doktorun oğlu və Qəhrəmani, Südabəni gördükdə sevincdən güldülər. Kürd Əhməd zarafatla:

– Ağalar, cərgəmizə yeni bir dost daxil olur. Tanış olun! – Onlar Südabəyə əl uzatdılar.

Rza Qəhrəmani onun əlini sıxdı:

– Xanım Südabə, sizi gördüyümə xoşbəxtəm.

– Təşəkkür edirəm.

Kürd Əhməd:

– Məncə işi qurtarmaq lazımdır, – dedi.

Doktorun oğluyla Qəhrəmani təsdiq etdilər və:

– Xanımlar bilirmi? – deyə soruşdular.

– Bilmirlər. Lakin indicə bilərlər.

Durub zirzəmiyə endilər. Kürd Əhməd qapını açıb birinci olaraq içəri girdi. Hər yerdən ümidini kəsmiş Məhbusi ipini çeynəyərək qolunun birini açmışdı. Kürd Əhməd onun boğazından basaraq yenə açılmış qolunu bağladı. Məhbusinin gözlərində dəhşətli bir ifadə vardı. Xavər onu gördükdə ani olaraq titrəyib durdu. Sonra əllərini qaldırıb onun üstünə yeridi, Kürd Əhməd onu saxladı:

– Sakit ol, fars qızı, indi hər şeyi ayırd edərik. Oturun, xanımlar, oturun, ağalar!

Onlar zirzəmidəki kötüklərin üstündə oturdular. Kürd Əhməd üzünü Məhbusiyə tutdu:

– Məhkəmə işə başlayır. Sən vətəni satmaqda, yoldaş və dostları satmaqda, azadlığa xəyanət etməkdə ittiham edilirsən. Sən adi bir xain deyilsən. Sən insanın mədəsinə girmiş xərçəng yarası kimi qorxulu və dəhşətlisən. Heç bir ilan sənin qədər zəhərli ola bilməz. Kərimxanın, doktorun... qatili sənsən, Fridunu məhbəsə saldıran sənsən? Biz səni bunlarda ittiham edirik. Axırıncı sözündür. Danış görək nə deyirsən?

Məhbusi üzünü gah Kürd Əhmədə, gah doktorun oğluna, gah Südabə və Xavərə tutdu, inildədi:

– Mənə rəhm eləyin, mənə yazığınız gəlsin! Məni öldürməyin! Buraxın. Sizə xidmət edərəm, sizə işlərəm.

Rza Qəhrəmani ayağı ilə onu itələdi:

– Çəkil, alçaq! Yeni dünyanın açılan səhərini, azadlığın xoş sabahını insanlıq sənin kimi rəzil və alçaqlarla qarşılaya bilməz, çəkil!

– Mən sizə xidmət edərəm. İt olub qapınızdan çəkilmərəm.

Həyəcanı soyumayan Fəridə:

– Sus! – dedi, – səsini eşidəndə az qalıram tutub boğazını üzəm, sus!

Kürd Əhməd:

– Yaxşısı budur günahlarını, cinayətlərini say! Azadlıq ordusuna xainlərin xidməti lazım deyildir! – dedi.

Məhbusi ağladı:

– Məndə günah yoxdur, ağalar, xanımlar! Məni məcbur etdilər. Mənə yazığınız gəlsin. Mən çox bədbəxt bir adamam. Mənim başıma gələnləri bilsəniz ürəyiniz yumşalar... Məni belə görüb alçaq nəsildən olduğumu güman etməyin. Mənim atam bir zaman Kirmanşahın məşhur və məruf bir taciri idi... Onun mal-mülkünün sayı-hesabı yox idi... Məni bu hala salan onun başına gələn müsibət oldu. O da Rza xanın qəzəbinə düçar olan tacirlərdən biridir. Onu məhbəsdə çürütdülər. Həlak etdilər. Mal-mülkünü müsadirə etdilər. Onun ölümündən sonra mən özümü min daşa çırpdım. Bir yaşamaq yolu axtardım. Nəhayət, yolum İran-İngilis neft şirkətinə düşdü. Yaxam bir ingilisin əlinə keçdi. O gündən həyatım dağaşağı yuvarlanan bir çarx kimi iradəmdən asılı olmadı. Nə etdiyimi, hara getdiyimi bilmədən hər şeyə alışdım. Bir ingilis məni o birinə təhvil verdi. Hakimim mister Tomas oldu. Mənə rəhm edin qardaşlar... Allah ingilisin evini yıxsın! Biz iranlıların evini yıxan odur.

O, ölümqabağı bir sayıqlama içində ara vermədən danışır, sürgünlərdə, zindanlarda necə məhbusların içinə getdiyini, nə cür onları satdığını nağıl edirdi. O, mister Harold və fon Valterlə görüşünü, müfəssəl xatırlayırdı. Can hövlündən yadına nə düşürdüsə deyirdi. Bütün bunlarla hərəkət etməzdisə məhv olacağını sübut etməyə çalışırdı. Lakin bütün bunlar onun tamamilə cinayət və çirkab içərisində itmiş simasını daha murdar və daha eybəcər göstərirdi. Nəhayət, o ağlayaraq “Rəhm edin!” deyib yalvardı.

Kürd Əhməd ağır-ağır sözə başladı:

– Bizim kürdlərin adətinə görə xainin ya başını kəsərlər, ya da diri-diri qaynar qazana salıb bişirərlər. Bu alçaq ancaq belə bir cəzaya layiqdir. Lakin mən burada xanımlar oturduğunu nəzərə alıb, onların xatirinə onun cəzasını yüngülləşdirməyi xahiş edirəm. Mən təklif edirəm o, boğazdan asılsın! Kim razıdır, əlini qaldırsın!

Zirzəmidə ağır sükut içərisində əllər qalxdı. Kürd Əhməd durub sabunlanmış kəndiri zirzəminin tirinə bağladı:

– Rza, məhkəmənin hökmünü icra etmək sizə tapşırılır, – dedi.

Rza Qəhrəmani cəld hərəkətlə yerindən sıçrayıb, yarıbihuş halda torpaqdan qopmaq istəməyən Məhbusinin qollarını açdı. Çiynindən qaldırıb, boğazını sabunlanmış kəndirin halqasına keçirtdi. O, bir andlığa əl-qolunu atdı və sonra havada sallanıb kömür kimi qaraldı.


Südabə Həkimülmülk və Tomasın söhbətini onlara xəbər verib:

– Fridunu böyük bir fəlakət gözləyir – dedi və yaşarmış gözlərini yana çevirdi.

Onlar gərgin və sakit halda ona qulaq asdılar. Sükutu ilk pozan Fəridə oldu:

– Başınıza dönüm, elə tədbir tökün ki, qardaşı qurtaraq!..

Hərəsi bir şey təklif etdi. Sərxan Südabəni Sərzəngin yanına göndərməyi məsləhət gördü. Lakin doktorun oğlu bunun bir nəticə verməyəcəyini söylədi.

Bizim siyasət adamları və sahibmənsəblərin təbiətini bilirsiniz. Kim güclü olsa, o tərəfə əyilmək onların xasiyyətidir. Buna görə də məncə, hazırkı şəraitdə sərhəng Səfai, Fridunu öldürməyə cəsarət etməz. Lakin dalında bir təşkilat olduğunu bildirmək lazımdır.

Rza Qəhrəmani:

– Razılıq verin, mən gecə ikən bu Sərhəngi oğurlayım, Fridunu buraxdırmayınca əl çəkməyək, – dedi.

Kürd Əhməd bu təklifə etiraz edərək dedi:

– Sərhəngi oğurlamaqla, Fridunun ölümünü yaxınlaşdırmaq olar. Yaxşısı budur, gəlin Sərhəngə bir məktub yazaq, onu xəbərdar etmək lazımdır.

Sonra üzünü Südabəyə tutdu:

– Südabə xanım, yazın!

Südabə kağız və qələm götürüb hazır durdu. Kürd Əhməd yavaş-yavaş sözləri seçə-seçə diktə etdi: “Ağayi sərhəng Səfai! İstibdadın son günləridir. Azadlıq günəşi üfüqlərdədir. Özünüzü gözləyin! Əgər yaşamaq istəyirsinizsə, heç olmazsa istibdadın axır günlərində əl saxlayın, qanlı əməllərinizə son qoyun! Əlinizi artıq qana batırmayın! Dayanın, fikir edin, siz hələ gəncsiniz. Bəlkə, azadlıq dünyası sizin günahlarınızı bağışladı. Təklifimiz: Fridunu qoruyun. Onun həyatı sizin gələcəyinizin rəhnidir. İndi özünüz mülahizə edin! Hər saat siz bizim əlimizdəsiniz. Onun başından bir tük əskik olsa, özünüzü ölmüş bilin!”

Məktubu büküb paketə qoyduqdan sonra Kürd Əhməd, Südabə və Xavəri ötürmək üçün ayağa durdu. Xavər onları saxladı, göz yaşları arasında Gülnazla olan görüşünü nəql edib, – onu da fəlakətin qucağından qurtarmaq lazımdır, – dedi. Rza Qəhrəmani Fridunun Gülnaza olan münasibətini, onun təmiz xəyallarını xatırlayıb titrədi:

– Bu da ona bir zərbə olacaqdır.

Xavər:

– Gülnazı da tapın, tapın!.. deyib Rza Qəhrəmaniyə müraciət etdi.

– Lakin nə cür, ünvanı bilirsənmi?

– Arvadın adı Qəmərbanudur yaxşı bilirəm.

– Ey... Bacım bu şəhərdə minlərcə Qəmərbanu var. Min elə ev var... Kim bilir, bəlkə də, o əsl adı deyil, ləqəbidir, haradan tapacaqsan?

Bu fikirdən Xavərin ümidsiz bir hala düşdüyünü gördükdə sözünü dəyişdi:

– Hər halda axtararıq, – dedi və Südabəyə tərəf döndü:

– Fars qızı hələlik sizdə qalar.

Südabə Xavəri qucaqlayıb öpdü:

– Əlbəttə. Bacımdır, – dedi və yaşarmış kipriklər arasından gülümsəməyə başladı.

Kürd Əhməd də gülümsədi:

– Ayazı da sizə gətirəcəyəm, qoy Xavərin Azadı ilə oynasın, – dedi və onu necə tapdığını nağıl etdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

İyirmi birinci fəsil

Kərimxan Azadi qaranlıq və rütubətli zindana birdən-birə alışa bilmədi. Ona elə gəlirdi ki, uzun bədənini, enli çiyinlərini dar bir məzar sıxmaqdadır. Sanki onu zorla bir qəbrə soxmuş və qəbri də dikinə qaldırmışdılar. Heç bir yana tərpənmək mümkün deyildi. Heç olmazsa bazubəndin sıxdığı və bükülməkdən yorulmuş qollarını açmaq imkanı olaydı!.. Heç olmazsa gah qızışan, gah buz kimi soyuyan qıçlarını bircə anlığa aça biləydi!.. Nə üçün o tərpənə bilmir? O haradadır? Onun hissiyyatı və ağlı özündədirmi? Bəs ildırım sürətlilə barmağının ucundan başlayaraq beyninə qədər yeriyən bu sancı nədir?.. Görəsən, bu ağrılar, bu sızıltılar bədənin harasından baş qaldırır?.. Bəs bu su haradan axır? Yarıbihuş və yarıayıqlıq aləmindədir... O, qıçlarını çırmayıb gedir, gedir, tələsir, lakin çay qurtarmır, sahil görünmür. Bu zaman əzabın nəhayətsizliyindən doğan məyus bir fikirlə, bir ümidsizliklə özünü buzlu suların qoynuna atır, bütün bədəni titrəyir. Budur, artıq əziyyətlərin sonu çatdı. Əzablar qurtardı, hissiyyat susdu. Bütün əzası əbədi bir istirahətə daldı. Yox, bu əbədi rahatlıq deyil. Qəlbinin harasında isə hələ də əzablı bir duyğu yaşamaqdadır. Yəqin, o, dərin bir yuxuya getmişdir, bunlar hamısı pis bir röyadır, dəhşətli bir kabusdur. Röyada olan kimi qışqırmaq istəyir, səsi çıxmır, əlini uzatmaq istəyir, bacarmır.Onun bu ağır əzablara dözən sağlam vücudu, ecazkar bir surətdə öz həyat qüvvəsini göstərirdi. Birdən-birə uzun sürən dərin bir huşsuzluq içərisindən ayılır, müstəsna bir aydınlıqla hər şeyi anlayır, hər şeyi xatirinə gətirirdi. Nə cür tutulduğunu, necə bu qaranlıq məhbəsə düşdüyünü, nə əzablara məruz qaldığını və yoldaşlarına xain çıxmadığını açıq-aydın təsəvvür edirdi. Hafizəsində keçmiş günlər, ömrünün ağır uşaqlıq dövrləri, zəhmət, məhbəs və sürgünlər canlanırdı. Xavər, qaranlıq göylərdəki təkcə bir ulduz kimi onun həyatına işıq verən Xavər gəlib gözləri önündə dururdu. Sanki yenidən ürəyi bir şadlıq, bir səadət istisi ilə qızınır, dar və rütubətli zindana bir baharın ətri gəlirdi. Lakin mabədini düşünməkdən çəkinirdi. Xavərin indiki həyat və vəziyyətini təsəvvür etməkdən qorxurdu. Bu təsəvvür onu əzə bilər, iradəsini süstləşdirər, məhv edərdi. O, xəyalında həyatının başqa səhnələrini canlandırmağa çalışır, Fridunu, Kürd Əhmədi, pəncərədən müvəffəqiyyətlə qaçan doktorun oğlunu xatırlayırdı. Bunlar onun əzgin ruhuna ümid və qüvvət verirdi. Yalnız o, bircə şeyi xatırlaya bilmirdi. Görəsən, buraya düşdüyü neçə gündür? Bəlkə, aylar gəlib keçmişdir?.. Bu xatirələrə daldığı, huşu özündə olan zamanlarda Məhbusinin də siması gözləri önündə dururdu. O hələ də öz imanında möhkəm qalmaq istəyirdi. O, şübhəyə yol verməkdən qaçırdı. Çünki bütün bu dəhşətli əzablardan daha dəhşətlisi, onun səhvi, ehtiyatsızlığı nəticəsində yoldaşlarını fəlakətə verdiyi ehtimalı ola bilərdi. O, bu fikrin ağırlığına davam gətirə bilməzdi. Bununla belə, nə qədər çalışsa da, yenə ürəyində harada isə kor bir şübhə yaşayırdı. Axı o yaxşı adamdırsa, niyə ilk görüşdə Xavərə xoş gəlmədi? Yox, sevən qadınların hissiyyatı yanlış olmur! Bəs onda nə üçün Məhbusini də tutdular? Axı o zavallı da harada isə indi belə bir məzar içində çırpınmaqdadır... Bu təzadlı fikirlər içərisində o yalnız bircə şeyə sevinirdi: nə yaxşı ki, Fridun və Kürd Əhmədi onunla tanış etməmişdi. Sadiq adam olsa da, indi zəiflik göstərə bilər, onları ələ verə bilərdi. Bu fikir onu az-çox təskin edirdi.

27 мин
İyirmi ikinci fəsil

1941-ci ilin baharı gəlirdi. Hər gün təmiz və sakit bir səhər açılır, mavi üfüqlər dumduru, ləkəsiz və nəhayətsiz görünürdü. Novruz bayramına az qalırdı. Şəhərdə axır çərşənbələri bayram edirdilər, dükan-bazar boyalı yumurtalar, rəngarəng parçalar, əli-ayağı xınalı adamlarla dolmuşdu. Fridun bütün bunlardan xəbərsiz kimi idi. Sanki nə gəlməkdə olan baharı, nə də bayramı görürdü. Hər gün onun vaxtı min bir qayğı içərisində keçirdi. Gah doktorun oğlunun, gah arvadının, gah Xavərin yanına gedir, gah Kürd Əhmədlə görüşmək lazım olur, gah dəmiryol və bütün fabrik işçilərinin yanında olur, gah da Səlimi, Şəmsiyyə və Südabə vasitəsilə zindandakılara kömək etmək yollarını axtarırdı. Lakin hələlik heç bir şey etmək mümkün olmurdu. Səlimi ona, bu məsələ ilə Rza xanın hər gün, hər saat məşğul olduğunu, istintaq nəticələrini hər gün tələb etdiyini, vəzarəti-kişvərdə və məhbəsdə müstəsna bir gərginlik yarandığını demişdi. Hətta onun hərbilər arasında olan yüksək mövqeli tanış və dostları belə bu işə yaxın düşməkdən imtina edirdilər. Beləliklə, zindandakıların xilası üçün heç bir ümid yox idi. Fridun Südabə və Şəmsiyyə vasitəsilə bir təsir etmək mümkün olacağını düşündü. Sərhəng Səfai Hikmət İsfahaninin yaxın dostu idi. Bəlkə onun işə qarışması ilə heç olmazsa gözlənilən ölüm cəzasını əbədi sürgünlə əvəz etmək mümkün olar deyə Şəmsiyyə ilə danışmaq istədi. Səlimi məsləhət görmədi:– Əvvəla, Hikmət İsfahani xeyri olmayan bir işə, xüsusən belə bir işə girişməz, ikinci də, əgər xeyri olsa, bu saat yenə bu işə yaxın düşməz. Çünki, həm Həkimülmülk, həm də Rza xanla əlaqələri hələ düzəlməmişdir. Onu ittiham edib, boğazından asmağa bəhanə axtarırlar.

28 мин
İyirmi üçüncü fəsil

Ayaz beş qranı ovcunun içinə sıxaraq çiyinlərini qısmış halda, titrəyə-titrəyə bazar qələbəliyinə qarışmışdı. Təzəcə yağış yağdığından çox palçıq idi. Adamlar ətəklərini yığışdıraraq, su gölməçələrinin qırağı ilə ehmalca o tərəf-bu tərəfə keçirdilər. Ayaz kimi ayaqyalın, başıaçıq uşaqlar heç kəsə, heç nəyə əhəmiyyət vermədən palçıqlı suyu ətrafa sıçrada-sıçrada gölməçələrin içində yeriyirdilər. Köhnə tumanköynəkdən, cırıq və yamaqlı pencək-şalvardan tutmuş, qapı cəftəsinə, lampa şüşəsinə, bülbül qəfəsinə qədər müxtəlif şeyləri qolunun üstünə, çiyninə ataraq və ya əlində tutub, havada oynadaraq, satmaq üçün bar-bar bağıran adamlar bir-birinə qarışmışdı. Ayaz izdihamdan ayrılıb, buludlar arasında boylanan yaz günəşinin soyuq işıqları düşmüş quru və nisbətən sakit bir yerə çıxdıqda burnuna tünd bişmiş iyi dəydi. Bura qovurmaçılar meydanı idi. Bir tərəfdə tavada cızbız qovrulur, bir tərəfdə çüğündür buğlanır, o biri tərəfdə pörtlənmiş kartof ağarırdı. Ayaz ləbləbi bişirənə yaxınlaşdı:– Əmi, çörək dükanı haradadır?

34 мин
İyirmi dördüncü fəsil

Ağır bir məzar sükutu içərisində edam hökmünü onlara oxudular. Ölümə məhkum edilənlər kamerasına salıb, iyirmi dörd saatlıq həyatları qaldığını bildirdilər. İyirmi dörd saat! Bu iyirmi dörd saatda nələr ola bilərdi? Onlar min arzu və xəyal ilə yaşayır, azadlıq ümidini itirmirdilər. Bununla belə, hər keçən saniyə iradəni sarsıdır, ölümün dəhşətli rəmzi olan dar ağacını gözləri önünə gətirirdi. Onlar dəqiqələri, saniyələri saymağa başlayırdılar. Kərimxan, insanın oturub dəqiqələri saya-saya ölümü gözləməyindən dəhşətli bir şey olmadığını bilirdi. Belə dəqiqələrin ağır iztirabına dözməyib, dəli olanları o, məhbuslar arasında az görməmişdi. İyirmi dörd saatda əlli illik bir həyatın işgəncələri altında əzilmiş kimi, saçı-saqqalı ağaran, üz-gözünü qırışıq basan, heç bir zaman unuda bilmədiyi bir məhbusun surəti indi də gəlib gözləri önündə durmuşdu. O, bu fikir və xatirələri qovmağa çalışırdı. Həyatının xoş günlərini, qəlbə qüvvət və mətanət verə biləcək hadisələrini xatırlamağa səy edirdi. Cənubda sürgündə olanlar arasında rast gəldiyi bir dabbaq yadına düşdü. Dabbaq qərib bir adam idi. Onun qırx illik ömrünün yarısı məhbəslərdə və sürgünlərdən keçmişdi. O, beş dəfə məhbəsdən, iki dəfə sürgündən qaçmışdı. Axırıncı dəfə yenə qaçmaq istəyəndə tutub, edama məhkum etmişdilər. Onu asmamışdan qabaq demişdi:“Dünyada qəlyandan doymadım. Bir qəlyan gətirin, bir qurtum sümürüm, sonra asın”. On yaşından başlayaraq bütün ömrünü oğurluqda keçirmiş otuz yaşlı başqa bir məhbusu asdıqda “vəsiyyətin nədir?” sualına cavab vermişdi: “Çayçı Əhmədə beş tümən borcum var, onu verin, anama da deyin mənə südünü halal eləsin?”

24 мин

Стихи других поэтов