Эльчин · Проза
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Xidmətçi İbrahim xanın otağına girib:– Sizin çağrışınızla Vanya yüzbaşı əmrə müntəzirdir, xan sağ olsun,– dedi.
Birinci hissə, 2029 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.Knyaz Sisianov hərbi məclis çağırmışdı və hisslərini cilovlaya bilməyib həyəcanla danışırdı:
Birinci hissə, 21Cıdır düzündə gözəl bir gün çıxmışdı və gözəl də bir sakitlik var idi.İbrahim xan at belində aramla addımlayırdı, bir az arxadan isə iyirmi-iyirmi beş atlı gəlirdi.
Birinci hissə, 2230 dekabr 1803-cü il. Gəncə.Ay işığında Cavad xan başda olmaqla bir dəstə adam Gəncə qalasının bürclərini gəzirdi.
Birinci hissə, 2331 dekabr 1803-cü il. Tiflis. Sərdar iqamətgahı.Knyaz Sisianov iş otağında böyük yazı mizinin arxasında oturub işləyirdi.
Birinci hissə, 241804-cü il yanvarın 2-dən 3-nə keçən gecə. Gəncə qalası.Gəncə uğrunda vuruş gedirdi.
Birinci hissə, 253 yanvar 1804-cü il. Tiflis. Sərdar iqamətgahı.Sübh tezdən knyaz Sisianov başda olmaqla bir dəstə rus hərbçisi Tiflisin hələ yuxudan oyanmamış boş küçələri ilə iqamətgaha doğru çapırdı.
İkinci hissə, 1İbrahim xan bağçada kiçik uşaqları – Abbasqulu ağa, Gövhər ağa, Hacı Hacan ağa, Səltənətbəyim, Əli ağa ilə oynayırdı.Abbasqulu ağa:
İkinci hissə, 2Tehranda şah sarayının qadınlara məxsus hissəsində, kiçik bir baxçada o gözəl fəvvarənin şırıltısı çay şırıltısına bənzəyirdi, amma çay deyildi və kim bilir, o fəvvarəniin kənarında oturub gözlərini uzaq bir nöqtəyə zilləmiş Ağabəyim Ağa suyun o səsinə qulaq asa-asa bəlkə elə bu barədə fikirləşirdi? Xacə baxçaya daxil olub:– Gəl, ağa,– dedi.
İkinci hissə, 3Xidmətçi içəri girib dedi:– Vanya yüzbaşı hüzurunuza təşrifinə izn istəyir.
İkinci hissə, 4Mayor Lisaneviç, daha iki rus zabiti və onları müşayiət edən yerli bəy atların belində Xankəndindən Şuşaya doğru qalxırdı.… Yaşıl bir yamacdan keçəndə, mayor Lisaneviç, görünür, daha özünü saxlaya bilmədi, atı alt tərəfi sıldırım qayalıq olan yamacın lap kənarına sürdü və orada sinə dolusu bir nəfəs alıb ətrafa baxdı.
İkinci hissə, 5Aşot Karapetyanın mindiyi fayton Tehranın küçələri ilə gedirdi.Fayton böyük bir binanın darvazası ağzında dayandı. Aşot Karapetyan faytondan düşüb, darvazanın qarşısındakı gözətçiyə:
İkinci hissə, 6Axund Mirmöhsün ağa içəri daxil olanda İbrahim xan pəncərənin qarşısında dayanmışdı.İbrahim xan ona sarı çönmədən:
İkinci hissə, 7Xan sarayının həyəti qaynayırdı. Bir tərəfdə kabab bişirdi, bir tərəfdə ocağın üstündə böyük qazan qaynayırdı, bir tərəfdə hind quşu, toyuq, turac yonulurdu… Xanəndənin zilə çəkdiyi «Qarabağ şikəstəsi"nin səsi həyətə yayılmışdı:Əzizinəm, Qarabağ,
İkinci hissə, 8Şuşa bazarında şıdırğı alış-veriş gedirdi.… Bir nəfər müştəri:
İkinci hissə, 910 iyun 1804-cü il. Tehran. Şah sarayı.Fətəli şah məşvərət çağırmışdı.
İkinci hissə, 10İbrahim xanın gözləri uzaqlara baxırdı və elə bil, o, qarşısında əmrə müntəzir dayanmış Vanya yüzbaşını heç görmürdü.İbrahim xan:
İkinci hissə, 11Fətəli şah və Ağabəyim Ağa üstünə cürbəcür meyvələrlə dolu qab qoyulmuş kiçik mizin arxasında üzbəüz oturmuşdular.Ağabəyim Ağa:
İkinci hissə, 12Sakit bir qaranlıq içində çathaçat yanan ocağın işığı Əbülfət ağanın da, Vanya yüzbaşının da sifətinə düşmüşdü və onlardan bir az aralıdakı çadırın qapısı ağzında dayanmış iki silahlı yavər də aydınca görünürdü.Əbülfət ağa:
İkinci hissə, 13… Dizax yaxınlığında ata ilə oğulun savaşı gedirdi.Hər iki tərəfin atlıları bir-birinə aman vermirdi.
İkinci hissə, 1414 may 1805-ci il. Gəncə yaxınlığındakı Kürək çayınınsahili. Çadır.
İkinci hissə, 15Axşam düşürdü və göz işlədikcə uzanan dümdüz çöllük yavaş-yavaş qaranlıq içində itirdi.İrəlidə bir kareta, arxasıyca bir dəstə atlı Kürək görüşündən sonra Tiflisə tərəf çapırdı.
İkinci hissə, 16Axşam düşürdü və yavaş-yavaş Şuşa dağlarının ancaq qaraltısı görünürdü…Bir dəstə atlı Şuşa qalasına tərəf qalxırdı.
İkinci hissə, 17Qarnizon dağ yolu ilə Şuşaya tərəf qalxırdı.Başı qarlı Şuşa dağları o ucalıqdan, elə bil, qarnizona baxırdı.
İkinci hissə, 1812 iyun 1805-ci il. Araz sahili. Abbas Mirzənin çadırı.İran qoşununun sərkərdələri Abbas Mirzənin çadırına yığışmışdı.
İkinci hissə, 19İbrahim xan hirsli gözləri ilə baxırdı.Onun gözlərinin qarası böyümüşdü, az qalırdı hədəqəsindən çıxsın.
İkinci hissə, 20Əsgəranın küçələrində aləm bir-birinə qarışmışdı.Qızılbaş sərbazları azərbaycanlı ailələri evlərindən çıxarıb, at və eşşək arabalarında özləri ilə gətirdikləri erməni ailələrini həmin evlərdə yerləşdirirdilər. Azərbaycanlı ailələr isə boşalmış arabalara doldurulurdu.
İkinci hissə, 21Güllə səsinin gəlməyi ilə göydə boşqabın çiling-çiling sınmağı bir oldu.Göyə atılan daha bir boşqab vurulub çiling-çiling oldu.
İkinci hissə, 22Cənubi Qafqazın xəritəsində cürbəcür xətlər çəkilmiş, işarələr qoyulmuşdu.… Fətəli şah hündür qamətini əyib diqqətlə mizin üstündə açılmış xəritəyə baxırdı.
İkinci hissə, 23Dörd-beş rus soldatının, deyəsən, kefi kök idi, gözəl bir rus mahnısı oxuya-oxuya Şuşanın küçələrini gəzirdilər.… Və onlar eləcə gəlib bazara çıxdılar.