Мамед Эмин Расулзаде · Эссе
- О любви
- О божественной любви
- О разлуке
- О вине
- О природе
- О судьбе
- О смерти
- О мудрости
- О родине
- Хвалебные
- Сатира
- Плачи
Xanımlar, bəylər!“Azərbaycan Mədəniyyəti Birliyi”nin inzibati şurası “Azərbaycan tarixi Birinci dünya müharibəsindən zamanımıza qədər” mövzusunda bizdən bir məruzə istəmişdi. Qısaca, çağdaş Azərbaycan tarixi deyə biləcəyimiz bu mövzuda bir söhbət etmək üçün 28 may gününü seçdim.
Nizaminin tərcümeyi-halıÇöldən, dərədən bütün ərənlərLütf ilə mənə salam edərlər;
Çağdaş Azərbaycan ədəbiyyatıBir neçə ay əvvəl Azərbaycanın mədəni ənənələrindən bəhs edərkən bu mövzunun bir hissəsinə toxunduq, orada XIX yüzillikdə Azərbaycan ədəbiyyatının keçdiyi mərhələləri göstərdik, onun 1905-ci il rus inqilabından sonrakı inkişaf mərhələsindəki şəxsiyyətlərini qeyd etdik və nəhayət, 1918-ci ildə milli Azərbaycan Respublikasının qurulması və istiqlalının elanına qədər baş verən ədəbi hadisələr üzərində dayandıq və söhbətimizi burada qurtardıq.Indi söhbətimizi həmin yerdən başlayacaq və sözü yaşadığımız günlərə keçirməyə səy edəcəyik. Bunu edərkən, dəmir pərdə arxasındakı hadisələrə aid qaynaqlardan kifayət qədər istifadə etmək üçün bütün imkanlara, təəssüf ki, malik olmadığımızı nəzərə almanızı da ayrıca rica edəcək, yol veriləcək nöqsanlar üçün öncədən üzr istəyəcəm.
Nizami şeirinin özünəməxsusluğuEtibardan düşürdüm caduları sehrimlə,Mələkləri çaşdırdım sənətimlə, şerimlə..
Nizaminin dünya ədəbiyyatındakı mövqeyiSöz meydanı indi bu gün mənimdir,Mənimkindən yüksək şer kimindir?!
Xosrov və ŞirinXodavənda dər-e toufiq beqoşayNezami-ra dər-e təhqiq benomay
Nizamidə QafqazQafqaz döyüşündə rus sərkərdəsiQıntalın əsgərlərinə müraciətindən:
Nizaminin qadına münasibətiBir şəxs qadındır deyə namərd sayılmaz,Namərd ona derlər ki, onun qayğısı olmaz.
Şairin Azərbaycan hökmdarları ilə münasibətləriŞairin Qızıl Arslanla görüşmələrindən:Girib dərgaha qasib ərzə gəldi.
Nizami sənətinin başlıca mənbəyiSözün şərti nəşədədir, nazdadırBu ikisi varsa, şer sazdadır.
Dirilik nədir?Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz “dirilik”i anladığımız kimi anlatmaq üçün hal-hazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan şəttatlardan daha bəliğ bir bəyan olamaz zənnindəyiz. Dünyanın mütəməddin *(mədəni)* millətləri öz diriliklərini təmin üçün cəhənnəmi silahlarla müsəlləh olub *(silahlanıb)*, biri-birilərinin üstünə hücum ediyorlar. Nə əcaib bir tələqqi *(qəbuletmə)* ki, istədikləri kimi dirilə bilmək üçün ölümü qəbul ediyorlar. Dirilik üçün ölüyorlar. Dirilik üçün ölmək! Avropa diriliyi bu dərəcədə müəzziz tutuyor *(əziz tutur)* və ona bu qədər əhəmiyyət veriyor. Halbuki Şərqdə, ələlxüsus *(xüsusən)*, Şərqi-islamda yalqız olmaq üçün diriliyorlar. Başqalarında məqsəd dirilik isə, bizim məqsədimiz ölümdür. İştə diriliyi və dirilik fikrini avropalılar kimi anlayıb və anlada bilmək diriliyin məqsədini təşkil ediyor. Avropalılarca dirilik məhz qüvvətli olmaqdan ibarətdir. Bədənən və ruhən qüvvətli olmaq. Gərək bir insan və gərək bir millət elmən və bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən məhrumdur. Yaşaya bilmək üçün icabında *(lazım olanda)* yaşamağı belə fəda edə biləcək qədər, rəşid *(qorxmaz)* olan millətlərdir ki, dünyada dirilik haqqı qazanıyorlar. Müdafieyi-nəfs və mübarizeyi-həyat xassəsi zatən bütün mövcudatda *(varlıqlarda)* qoyulmuşdur. İnsan deyil, heyvanlar dəxi *(da)* öz nəfslərini müdafiə və öz diriliklərini mühafizə üçün var qüvvələri ilə çalışıyor, çarpışıyorlar. İnsanlar bilafərq *(fərq qoymadan)* millət və məzhəb düşməni — ümumiləri olan təbiətlə mübarizə etmək məcburiyyətindədirlər. Gördüyümüz mədəniyyət içində bulunduğumuz imran *(abadlıq)* iştə bəşəriyyətin təbiətlə etdiyi davalardan aldığı qənimətlərdir. Hər hankı millət ki, təbiətə qarşı icra olunan müharibədə daha bacarıqlı və daha qüvvətlidir, o millət təbiətdən alınan qənimətdən də daha ziyadə istifadə ediyor. Hələ yalqız bununla qalmayıb dünyanın nemətlərini təqsim edərkən *(bölüşdürərkən)*, diri millətlər özlərinə hər kəsdən ziyadə *(çox)* pay çıxarıyorlar. İştə bu xüsus, ümumi diriliyindən başqa insanlar arasında bir də xüsusi bir dirilik vücuda gətiriyor ki, bu xüsusi diriliklərin ən mütəkamil bir şəkli milli diriliklərdir. Millətlər qüvvətli və tərəqqi olmadıqca dirilik mənayi-həqiqi və maddisilə anlamadıqca, təbiətdən alınan qənimətlərdən hissələrinə ancaq bir qutlayəmut (mücərrəd, məlum olmayan kiçik hissə) düşər. İştə bu qutlayəmutə qənaət edən millətlər kargahi bəşəriyyətdə *(insanların işlədiyi yerlər, zavodlar nəzərdə tutulur)* ən süfla *(aşağı)* xidəmətlər ifa edən fəsil əmələlərdir *(kiçik işçilərdir)*. Neft mədənlərində çalışan “çornı raboçilər” kimi. Məncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalqız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor. Yuxarıda başqaları dirilik üçün öldükləri halda, bizim ölmək üçün dirildiyimizdən bəhs etmiş idik. İndi təkrar bu bəhsə ovdət edəlim *(qayıdaq)*: Biz, yəni islam aləmi və islam millətləri dinimizin sağlam əmrlərindən çox uzaqlaşaraq dünya diriliyinə qərib bir nəzərlə baxmağa başladığımız zamandan bəri başqalarından ruzəxari *(oruc tutmayan)* və onlardakı tərəqqi və imranın əsir və dəstgiri *(köləsi)* olduq, bunu etiraf etməliyiz. Bizcə, dünyanın diriliyi bir manqirə *(qəpiyə)* dəyməz. Beş gün dünyadan ötrü insan çalışmasa daha məqul bir iş görmüş oluyor. Çünki bu dirilik müvəqqətidir, burası da bir karvansaradan ibarətdir. Doğrudan da islam aləmi ilə Avropa aləminin abadlığı müqayisə edilərsə, birincisinin xaraba bir karvansaradan ibarət olduğu həman anlaşılar. Fəqət düşünməlidir ki, bu gün dünyanın ən möhkəm səngərlərini xak ilə yeksan edən *(yerlə bir edən)* topların müqabilində köhnə karvansaraların halı nə olar? Bu kimi karvansaraların insanı yaşada biləcəyindən bəhs etməyəlim. Bunlar ölümü çarçeşm *(dörd gözlə)* ilə gözləyən bir abidin *(insanın, qulun)* hüzuri-qəlbilə razi-niyazına *(duasının sirrinə)* da kafi gəlməz. Belə dünyaya bir qələm çəkib də bütün diriliyi axirət diriliyindən ibarət bilməyi, bir əmri din bilmək səlim *(doğru)* düşünülərsə böyük bir xatadır. Çünki bunun nəticəsi maddi və mənəvi bir fəlakətdir ki, dünyanı da, axirəti də bərbad edə bilər. “Əddünya məzrəətul-axirə” *(Dünya axirətin tarlasıdır)*. Məzrəəni *(tarlanı)* abad etmək lazımdır. Buna da ancaq dirilər yarar. Dirilik isə elmən, ruhən və cismən qüvvətli olmaqdan və diriliyi sevməkdən ibarətdir. Nəzərə bir az qərib gəlsə də demək istəyirəm ki, dirilik dünyanı sevməkdən ibarətdir. Mənayi xassı *(əsas mənası)* isə dünyapərəstlikdir. Diriliklərin ən qiymətlisi də milli dirilikdir. “Milli dirilik” mövzuində bir silsilə məqalat yazmağı möhtərəm qarelərimə *(oxucularıma)* vəd etməklə bərabər bu pərişan sətirlərdə yetirmək istədiyim fikri xülasə etməklə (bitirməklə) xətm məqal edəcəyəm *(məqaləni bitirəcəyəm)*. Dirilik nədir? Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir. İştə mətbuata yeni çıxan “Dirilik” də öz milləti üçün böylə bir dirilik arzu edir.
Milli Dirilik IIBirinci məqaləmizdə başqalarını təmsil üçün deyil, öz mənliyini mühafizə üçün çalışan millətpərəstliyin mədəniyyəti-bəşəriyyə naminə təqdir və təqdis olunmalı *(müqəddəsləşdirilməli)*, zəruri və faydalı böyük bir fikir olduğunu söyləmiş və məqaləmizə xitam vermişdik. Millətpərəstliyin və milli diriliyin nə olduğunu yaxşıca bilmək üçün əvvəlcə millətin nə olduğunu öyrənmək və onu öyrənmək üçün nə kimi vasitələrə rücu etmək *(müraciət etmək)* lazım olduğunu anlamaq gərəkdir. Bizdə “millət” kəlməsinin mənası çox yanlış bir surətdə tələqqi *(qəbul)* edilməkdədir. Nə qədər ali təhsil görmüş, mədəni həyat və mədəni məmləkətlər görmüş adamlarımıza təsadüf edərsiniz ki, hansı millətdənsiniz, deyə verəcəyiniz suala: “müsəlmanam” — deyə cavab verir. Və bu cavabın heç də namüvafiq olduğunu düşünməz. Halbuki, həmən adam özü bir nəfər rusa “tı iz kakoy natsii” *("rusca:sən hansı millətdənsən?")* - deyə verdiyi suala “xristianin” cavabını alsa, məzkur *(deyilmiş)* cavabı olduqca gülünc və cavab verən şəxsin cəhlinə *(cahilliyinə)* dəlil tutar. Əslində bizdə “ümmət” kəlməsilə “millət” kəlmələrinin fərqi ayrılmamışdır. Bəlkə də qədimdə “ümmət” ilə “millət” arasında fərq olmayıb, qövmiyyət və cinsiyyət caməsini andıran “millət” kəlməsi həmkiş və həm dinlik caməsinə elm olan “ümmət” kəlməsilə qarışmış və “milləti-islam” təbiri məşhur olmuşdur. “Millət”i nasyon (natsiya) mənasına alacaq olursaq, bu heç də həmdinliyi bildirməz. Bu, dindaşlıqdan əlavə bir çox “daşlıqları” da came olduğu kimi, bilxassə dil birliyini lazım gətirər. Mənaye-müasiri ilə “millət” kəlməsi iştə bu dilbirliyindən hasil olan camiyyəti ifadə edir. Fəqət başlıca dil birliyindən ibarət olmaqla bərabər millət məfhumu başqa xüsuslara da şamildir. Avropa qamusları “millət, nasyon” kəlməsini bu surətlə tərif edərlər: “İnsanların əxlaq əsasları üzərinə qurulmuş ittihadlarının böyük bir şəklinə “millət” deyilir. Millət daxilində olan müxtəlif heyətlərin bir-birlərilə bərabər yaşamasına müttəhid *(birləşmiş)*, bir dirilik keçirmələrini arzu etmələri şərt olduğu kimi, o cameəyə daxil olan bəzi heyətlərin digərinə təsəllüt etməməsi *(narahat etməməsi)* də əlzəmdir. Şəraiti-tarixiyyə “millət”in dövlət şəklindəki mövcudiyyətinə mane olsa da, mədəni və ədəbi şəkildəki zühuri hər halda mümkündür. Məsələn, əcnəbilər tərəfindən parçalanmış qitə-qitə olunmuş İtaliya heç bir zaman milləti-vahidə olmaqdan qalmadığı kimi, indiki halda üç dövlət arasında bölünmüş olan lehləri kəmali cəsarətlə bir millət saymaq olar. Öz-özlüyündən məlumdur ki, birliyi dərk eləmək və onu arzu eləmək tarixi bir zəmində və insanların tədricən qövmiyyətdən milliyyət və milliyyətdən də millət dərəcəsinə çıxmaları ilə hasil oluyor”. Burada işlənilən qövmiyyət, milliyyət və millət sözlərinin fərqini isə qamuslar böylə təyin edirlər: “Qövmiyyət-narodnost” yalnız nəsl və dil birliyi; “Milliyyət-natsyonalnost” dil və mədəniyyət-birliyi və “millət-natsiya” da mədəniyyət və milli diriliyi dərk etməklə hasil olar. Yəni bir ata-babadan yetişmə və bir dildə danışan kiçik bir tayfa və ya qövmə - qövmiyyət sözü itlaq olunar: Şahsevən kimi Şahsevəndən bəhs edərkən bir qövmdən bəhs olunar. Artıq Şahsevən milliyyəti deyilməz. Bir çox bu kimi qövmiyyət və tayfalər cəm olub bir dil ilə bərabər müəyyən bir mədəniyyətə malik olan azərbaycanlılardan bir milliyyət kimi bəhs etmək olar. Şimali türk-tatar, Krım, Türküstan, Azərbaycan və Qərb türkləri osmanlıları cəm və milliyyətlərin bir neçə böyük şəklinə haiz olan cameyyətə isə “millət” kəlməsi verilir. İştə bu surətlə slavyan, german millətlərinə müqabil vəz oluna biləcək kəlmə türk, fars və ərəb kəlmələri ola bilər. Müsəlman və yaxud islam kəlməsi deyil, bunlar ancaq isaviyyətlə xristianlıq kəlmələrinə müqabil qoyula bilərlər. ”Milliyyət” və ”millət” sözlərinin qəlibi bu surətlə tərif olunduqdan sonra əsl milliyyət və yaxud milləti və onun məfhumunu vücuda gətirən ünsürlərdən bəhs edəlim. Milli mədəniyyət və yaxud millət, dil birliyi, adət və əxlaq birliyi, ənənati-tarixiyyə və nəhayət etiqadati-diniyyə birliklərinin məcmuundan mütəşəkkil bir məhsuldur. Əgər millətin haiz *(sahib)* olduğu əczalarını biri-birindən ayırıb aralarında bir nisbət təyin edəcək olurlarsa, yüzdə əqəllən səksən dil birliyi olduğunu rəna görürlər. Dil millətin böyük hissəsidir. Onun zahiri və batinidir. Millətləri biri-birindən ayıran ən böyük əlamət, iştə bu dil damğasıdır. Millət təşkilində ənənati-tarixiyyənin də böyük mədxəliyyəti *(əlaqəsi)* vardır. Fəqət bəzən bu ənənə millətin ittihadına rəxnə *(zərər)* yetirəcək bir şəkildə də ola bilər. Halbuki dil ilə dində bu cəhət olamaz. Fəqət din cəhəti yenə dil qədər mətin və möhkəm hesab oluna bilməz. Çünki dil daimidir, baqidir. Tərəqqi və təkamül edirsə də, əsaslı bir etilaf və təğyirə *(dəyişikliyə)* uğrayamaz. Halon ki *(halbuki)*, tarixdə bir çox dinlər dəyişmiş olan millətlər mövcuddur. Zatən heç bir millət yoxdur ki, dinin kərratla *(dəfələrlə)* dəyişmiş olmasın. Məəmafih *(bununla birlikdə)*, əxlaq və adət üzərindəki fövqəladə təsiri nöqteyi-nəzərindən dinin də millətdə böyük iştirakı vardır. Dil ilə bərabər dində də bir olan millətlərin mərifəti-qövmiyyətləri daha tez hasil olub, aralarında milli vicdan daha əvvəl inkişaf ediyor. Millətlərin həyatı da ancaq bu milli vicdanın inkişafı sayəsində mümkün olub, ancaq bu vicdanın təsirilədir ki, milli ideal hasil oluyor. Milli idealın — imanın hüsulu ilədir ki, millətlər özlərinə şanlı, şərəfli bir dirilik təmin edə bilərlər. Sairə yerlərin müsəlmanları kimi, biz Rusiya müsəlmanları milliyyətdən əvvəl din cəhətinə əhəmiyyət verdik. Bütün hərəkati-tərəqqipərvəranəmizdə din naminə dirilik göstərmək istədik. Türkcə qəzetə çıxardıq — adına müsəlman qəzetəsi dedik. Türkcə teatrlar, operalar düzəltdik — ünvanlarını müsəlman teatrosu və müsəlman operası dedik. Məktəb açdıq rus-müsəlman məktəbi namini verdik. Cəmiyyətlərimizin sifətləri yenə “müsəlman” kəlməsindən ibarət oldu. Halbuki elədiklərimizin hamısı türkcə olub və türk asari-mədəniyyəsini diriltmək üçün idi. Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsil milliyyətimizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmiş, həman “müsəlman” adına qənaət eləmiş idik. Hələ də etməkdəyiz. Hələ bu qənaətlə də qalmamışıq, başqaları bizə “tatar” və “persiyan” demişlər, ona da etiraz etməmişik. Bu tamamilə ondan gəlmiş ki, biz özümüzü necə ki lazımdır tanımamışıq. Özümüzü əməllicə tanımış olsaydıq və milli diriliyin nə kimi əsaslar üzərinə qurulması lazım olacağını kəmayənbəği *(lazımi qədər)* bilsəydik, əlbəttə ki, “müsəlman operası” deməyəcək, bunun “xristyanskaya opera” qədər gülünc bir şey olduğunu dərk edəcək idik. Öylə də türk səhnəsinin opera artisti olmaqla iftixar etdiyimiz halda, nami-müstəar ittixaz edərkən *(ləqəb alarkən)* “ski”ədatına ehtiyac göstərməyib Ağdamski, Sarabski əvəzinə Ağdamlı, Sərablı deyəcəydik. Öylə də “müsəlman səhnəsi” deyil “türk səhnəsi” deyəcək və baş faciə oynayanımız Ərəblinski deyil, Ərəbli olacaqdı. Fəqət bu kimi xüsuslar milli ruhun əsaslı bir surətdə inkişaf etməsi ilə, milli vicdan və milli imanın hüsulə gəlməsi nəticəsində bittəb *(təbii olaraq)* öz-özündən düzələcəyindən böylə bir vicdan və imanın nə surətlə hasil olacağından da bəhs olunmalıdır. Bu xüsusda da gələn nömrədə.
Milli Dirilik IVKeçən məqaləmizdə böyük milli əməlin nə kimi bir qüvvətə malik olduğu ilə, onun mahiyyətindən və nə surətlə hasil ola biləcəyindən bəhs etmişdik, bu kərə yenə o mövzu üstündə duracağız. Milli bir idealın (böyük əməlin) təsisinə nədən lazım görülüyor? Bunu yaxşıca dərk edə bilmək üçün bir az keçilmiş və keçirməkdə olduğumuz milli həyatımız ilə onun təzahürlərinə təhlil və intiqad baxışı ilə baxmalıyız. Nə görüyoruz? Bizdə bir çox cəmiyyətlər təsis olunuyor. Bir çox kitablar nəşr olunuyor. Böyük-böyük yapılar, binalar tikiliyor. Fəqət bunları nə kimi bir məqsədlə yapıyoruz? — deyə varid olan *(verilən)* suala cavabımız çox da səri və müəyyən bir şəkildə deyildir. Yəqinəmki, “millət üçün yapıyoruz” — cavabını verməkdən aciz deyiliz. Fəqət bu qədərlik bəsit bir cavab kafimidir? Həmən xeyrat və maarif ilə iştiğal edənlərə *(iş görənlərə)* millətinizin əməli və millətinizin təqib elədiyi məqsəd nədir? — deyə sorulsa, labüddən cavabında məəttəl qalarlar. İştə işlərimizdə ümumi böylə bir rabiteyi-həqiqi olmadığından gördüyümüz işlərimizdə arzu olunan ruh və bütün müəssisati — xeyriyyəmizi biri-birinə bağlayan həblülmətinin yoxluğu hər zaman sızılıyor. Qocaman böyük bir cəmiyyəti — xeyriyyə binası yapdırarız. Amma milli bir müəssisə olmaq üzrə yapılan bu binanın hansı tərzi-memaridə yapılacağına heç də əhəmiyyət verməriz. Qabağımıza gələn ilk mühəndisi tutub da “al bizə bir bina yap” — deyiriz. O da götürür bir az “qotik”dən, bir az “renesans”dan, bilməm nədən, cüziyyətcə də “mavr” (ərəb) tərzi-memarisindən qarışıq bir kompazisiyon yapar. Daşı-daş üstə qalar, müdhiş bir bina, ali bir imarət vücuda gətirir. Bu əzəmət, bu böyüklük əlbəttə ki, bizi fərəhləndirir, qəlblərimizə bir şadlıq gətirir, fəqət bir çox xərclərlə hasil olan təzyinat bizə türklüyün, müsəlmanlığın keçmişdəki əzəmət və ehtişamını andıra bilsəydi, bizim də özümüzə məxsus memarlıqda bir üsula, həm də gözəl, ali təqlidaşayan bir üsula malik olduğumuzu bütün tamaşakaranə bildirsəydi; əlbəttə ki, binanın maddi əzəmətilə mütənasib mənəvi bir böyüklüyü də olardı və həqiqətən də bu böyük əməlin möhtəşəm bir abidəsi kəsilərdi. Müəyyən milli əməllər bəsləyən millətlərin tacirləri belə kontorlarında apardıqları mühasibat dəftərlərini öz ana dillərində yazırkən bir kərə bizim xeyriyyə və maarif işlərilə məşğul olan cəmiyyətlərimiz mühasibatına da diqqət olunsun. Bütün rusca, hələ mühasibat dəftərləri (bəlkə də böyləliyi təftiş üçün lazımdır, — deyə müdafiə olunur) oyanda, məktubat da ruscadır. Nitqlər dəxi çox kərə rusca irad olunur. Sənələrdən bəri qiraətxanamız vardır. Fəqət nədir o qiraətxana? Tapılarmı orada istədiyimiz mətbuat? Varmı orada nəşr olunan milli qəzetlərin məcmuləri? Hərdən bir bu ədibə, o cəmaət işi görənə yubiley yapıyoruz. Fəqət bu gün Mirzə Fətəli Axundovu tədqiq etmək istəyən bir münəqqid mövcud olan kitabxanalarımıza gedib, ona dair bir qədər olsun, məlumat yığa bilərmi? Və yainki Azərbaycan türk tarixi ədəbiyyatı ilə iştiğal etmək istəyən başqa milli bir müəssisə, xüsusi bir məhəll tapa bilərmi ki, oradan istədiyi vəsaiti əldə etsin? Yox! Halbuki, qiraətxanamız da, kitabxanamızda çoxdan bəridir ki, var. Rusiya məmləkətinin bir cüzini təşkil ediyoruz. Rusiyada yaşıyoruz, onun vətəndaşlarıyız. Bittəb, madam ki, burada diriliyoruz, diriliyimizin bir çox ehtiyacları vardır. Bu ehtiyacların bu vaxta qədər nədən ibarət olduğunu müdəvvər və müəyyən bir şəkilə gətirə bildikmi? 1905 və 1906 sənələrində Rusiyaya tarixi bir zaman gəldi. O zaman hər təbəqə və hər millət özünün çoxdan bəri düşünüb də bir məfkurə (ideal) kimi bəslədiyi şeyləri haman meydana qoydu. Onu və bunu istiyoruz — dedilər. Yalnız biz bir əmri-vaqe qarşısında bulunduq. Nə istəyəcəyimizi, etiraf edəlim, bilmədik. Bunu bilən tək-tək fərdlərimiz var idisə onların da bildiklərini bizə bildirməyə vaxt yox idi, Rusiyanın keçirmiş olduğu o məşhur sənələrdə biz bir təlatümə düçar olan gəmiyə bənzəyirdik ki, haraya gedəcəyini və sahili — nicati nə tərəfdə gördüyünü bilmiyordu. Hər halda bir tərəfə olsa da sükan saxlamaq lazım gəliyordu. Biz də bizimlə bərabər təhlükəyə tutulmuş olan digər millətlərin gəmiçilərinə baxdıq, yolumuzu onların getdiyi səmtə düzəltdik. Bittəb, əlimiz sükanda titrəyir və ürəklərimiz məchul bir aqibət qabağında çarpınıyor idi. Əvət, tufana tutulan bir gəmi üçün hədəfsizlik nə qədər mühlik isə, tarixi saatlarda bulunan bir millət üçün də əməlsizlik o qədər mühlikdir. O zamandan bu vaxta qədər az ömür keçməmişdir. Müharibələr mütənasibətilə həddi-rüşdə yetişdiyini isbat edən Rusiya təkrar bir əmri-vaqe qarşısında bulunursa, titrəməz bir ələ malikmiyiz ki, milliyyət gəmimizin sükanını bərk-bərk tutub da məqsəd tərəfə yol aparsın? Burası cayi-sual. Məncə gəmiçilikdə məmul olan asimanşünaslığa aşina olmayıb da gedəcəyiz. Yolun yıldızını tanımadığımızca əli titrəməz sükançını da bulamayacağız. Məqsədimizi nişan verən o parlaq yıldızı daha kəşf edə bilmədik. Kəşfini axtaranlar bəlkə də vardır. Fəqət, daha budur kəşf olundu — deyə meydana çıxanlar görülmədi, yaxud görülmüşsə də gördüklərini ümumiyyətləşdirə bilməmişlərdir. Bu yıldızı nə cürə kəşf etmək olar? İştə hamımızın üstündə düşünməsi lazım olan bir məsələ! Bu vaxta qədər elədiyimiz xətadan, artıq ayrılma zamanı gəlmişdir. Nədir o xəta? Biz bu vaxta qədər bütün ümumi və milli işlərdə ancaq zahirə baxmış və qalibi təqlid etməyə çalışmışıq. Bunda bir dərəcəyə qədər müvəffəq də olmuşuq. Yabançı birisi, məsələn, Bakıya gəlsə və türkcə bilməyib də yalnız zahirimizlə haqqımızda bir fikir edinmək istəsə, onu alıb bir kərə Nikolayevski küçə ilə keçirsəniz: Buradakı milli olmaq üzrə yapılan ali imarətləri göstərərsiniz, sonra kitab mağazalarına aparıb, caməkanları dolduran bir çox əsərləri ona nişan verirsiniz. Şübhəsiz ki, bu qərib səyyah Bakı türklərinin olduqca mütəməddin və əməlpərvər bir millət olduğuna hökm edər, gedər. Fəqət həqiqətən də böyləmidir? Yuxarıdan bəri söylədiklərimiz iştə böylə olmadığını isbat ediyor. Xətamızı da burada aramalıyız. Məncə, bunu başqa yanda aramağa lüzum da yox. Digərlərincə bilmiyorum, məncə bu olduqca vazeh və aşkardır. Bizdə işlərimizin ruh və mənəviyyatına aid olmaq üzrə böyük bir boşluq var: Əməl (ideal) boşluğu, bu boşluq hər tərəfdən hiss olunuyor. Bunun mürəvvici olmaq məcburiyyətində olan mətbuat demək olar ki, hamıdan ziyadə idealsızdır. Böylə olunca, nəzərə gəliyor ki, ibtidai-əmrdə mətbuatdan başlamalı, mətbuata bir ideal, bir məslək verməli. Fəqət bunu nə cür etməli? Bu xüsusda az-çox doğru bir fikir edilə bilmək üçün mətbuat və ədəbiyyatın mahiyyətcə necə bir şey olduğunu bilmək lazım gəlməzmi? Mətbuat və ədəbiyyatı mühitin, başqa bir təbirlə, millətin həyat və heysiyyətini inikas etdirən bir ayinə təsəvvür edərsək, şübhəsiz böylədir, ondan nöqsanlarını islah üçün əsasi bir vasitəyə müraciət olunmalıdır. Məlumdur ki, mağazaların caməkanlarını dolduran yazılar əksəriyyətlə cavanlarımızın qələmindən çıxıyor. Cavanlar içlərində bəzi xudpəsəndləri olmaqla bərabər — çox kərə də səmimiyyət və hüsniyyətlə qələmə sarılıyorlar. Arzu olunan nəticəni verə bilmiyorlarsa, qüsur özlərində deyil, mühitimizin əməl nöqteyi-nəzərindən boşluğundadır. Böyük əməllərə malik olmayan yazıçıdan, əmin olunuz ki, fövqəladə və müasir bir əsər gözləmək xatadır. Binaən əleyh böyük əməllər nəşrinə xidmət edəlim ki, bütün nöqsanlarımızı ancaq bu islah edə biləcək. Ancaq budur ki, işlərimizə bir ruh verəcək, diriliyimizə milli bir dirilik bəxş edəcəkdir. Digər bir nəzərə görə də həqiqi ədəbiyyat ancaq o ədəbiyyatdır ki, mühitin ehtiyacına cavab versin və millətin həyatını və həyatı yaralarını, necə ki, lazımdır, təsvir eləsin. Şübhəsiz ki, bu nöqteyi-nəzər səhihdir, binaən əleyh istədiyimiz bir ədəbiyyatı vücuda gətirmək, hüsulunu arzu etdiyimiz fikir və məslək cərəyanını doğura bilmək üçün hər şeydən əvvəl milli ehtiyaclarımızı öyrənib də öyrətməliyiz. Ehtiyaclarımız lüzumu dərəcəsində anlaşıldımı, sonra çarəsini düşünmək və bu düşüncə əsasında da diriliyimizin müncisi ola biləcək böyük əməli tapmaq müşkül bir iş deyildir.
Amerikanın səsi radiosundan Azərbaycan xalqına müraciətMən Məhəmməd Əmin Rəsulzadə "Amerikanın səsi" radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz vətənə xitab edə bilmək fürsətini verdiyi üçün buna mütəşəkkirəm. Bu Radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokratik fikirlərini yayır. Bu fikirlər başlıca iki əsasa dayanır: **İnsanlara azadlıq, millətlərə istiqlal!**Bundan 33 il əvvəl, Birinci Dünya hərbinin sonunda çarlıq rejimi çökdü; Vətənimizi istila və istibadadı altında tutan Rusiya İmperatorluğu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər: milli və müstəqil bir cümhuriyyət qurdular.
Şərq İslam mədəniyyətiyyətinə mənsub şəxsiyyətlər üçün keçirilən yubileylərSon illərdə Şərq islam mədəniyyətinə mənsub böyük şəxsiyyətlərin xatirələrini anmaq üçün ildönümləri keçirmək xoş bir ənənə şəklini almışdır.Bunlardan birincisi, 1000 illiyini qeyd etmək üçün İran dövləti tərəfindən Firdovsiyə həsr olunmuş yubileydir. Ikincisi, 1050-ci ildönümü münasibətilə İslam aləminin və ümumiyyətlə, mədəni dünyanın müxtəlif mərkəzlərində avropalıların Avitsenna dedikləri İbn-Sina üçün keçirilmiş yubileydir. Üçüncüsü də, 500 illiyi münasibətilə Türk dünyasının bəzi mərkəzlərində Nəvai üçün keçirilən yubileydir.
Mirzə Fətəli Axundzadə (məqalə)Bundan 77 il öncə, 28 Şubat *(fevral)* 1878-də, Mirzə Fətəli Axundzadə vəfat etmişdir. Axundzadə Azərbaycan ədəbiyyatında hürr *(azad)* düşünmə tərzinin ən böyük bir müməssilidir *(nümayəndəsidir)*. Bu günə qədər belə Azərbaycan səhnələrindən düşməyən və mədəni dünyanın bütün dillərinə çevrilmiş bulunan komediyalarında və fəlsəfi-publisistik əsərlərində, Mirzə Fətəli Müslüman dünyasının ictimai və siyasi bütün sahələrində radikal islahata lüzum olduğunu müdafiə ediyordu. Hərarətli bir vətənsevər sifətilə, Mirzənin qəlbi, məmləkətinin geriliyinə acıyordu. Dünya mədəniyyətini bir bütün olaraq tərəqqi edən o, Müslüman millətlərin çağdaş Batı Avropa tərəqqi karvanına qatılmaları yolunu arıyordu. Hürriyyət fikri, insanlıq şərəf və heysiyyəti, düşünüş sərbəstisi və hər türlü istibdad təzyiqindən qurtulma əzmi Mirzənin yaradıcılığında əsas motivi təşkil edirdi. Bu hürriyyətləri imha *(məhv)* və təhdid edən siyasi, ictimai və dini hər növü müəssəsələr, onun, böyük bir məharət və sənətkarlıqla yazılan əsərlərində amansızca xırpılanıyordu *(kiçildilirdi)*. O, on səkkizinci yüz il batısının aydınladıcı fikirlərinin Doğuda bir təmsilçisi idi. Sözün, yazının, dini və fəlsəfi düşünüşün hürriyyət və sərbəstisini savunan (qoruyan) Mirzə Fətəli, qadın-kişi hər iki cinsin, həyatın hər sahəsində, eşit haklara malik olmasını istiyordu. Kişilər də, qadınlar da, onun anlayışına görə, eyni dərəcədə oxur-yazar olur, eyni təhsili görməlidirlər. Elm, yanlış anlaşılmış dinçiliyin məngənəsindən qurtulmalıdır. Dövlət istibdadının da, ölçülü ədalət qanunlarıyla mülayimləşməsini, bütün hərarətiylə tələb ediyordu. Fəlsəfi-publistik əsərlərindən, məşhur "Kəmalüd Dövlənin Cəmalüd Dövlə ilə məktublaşmalarının bir yerində eynilə bu sətirləri oxuyuruq: "... əslinə baxılırsa, iş millətimizin dinsiz və Allahsız olmasında deyildir. İstənilən şey yalnız, indiki dövrün və mədəniyyətin icablarını nəzərdə bulunduraraq, İslamiyyətin islahı, həm də əsaslı bir islahıdır. Bu islah tərəqqinin və mədəniyyətin ruhuna uyğun, insanların hürr və bütün haqq və vəzifələrində tamamilə eşit *(bərabər)* olmaları əsasına dayanmalı, siyasi müəssəsələrinin tədbirli bir şəkildə islahı surətilə Doğu istibdadı tədil olunmalı *(dəyişdirilməli)*, müslüman qadınlarla kişilər üçün ümumi və məcburi təhsil saxlayan bir dövlət rejimi qurulmalıdır". Belə bir rejimin qüvvədən felə keçirilə bilməsi üçün, Mirzə Fətəli, özəl bir qeyrət və əzmlə ərəb hərflərinin latın hərflərinə təbdili *(əvəzetmə, dəyişdirmə)* surətiylə yazımızın islahı xüsusunda təşəbbüsə keçmiş; İstanbula getmiş, Tehrana müraciət etmişdir. Başqalarının haqqını qəsb və tarixi həqiqətləri təhrif etməkdə eşsiz *(misilsiz)* və rəqibsiz olan bolşeviklər, yağmaçılara xas bir küstahlıqla *(həyasızlıqla)*, Mirzə Fətəlini də mənimsəməkdən çəkinmədilər. Hər hanki baxımdan təhlil edilirsə edilsin, ta iliklərinə qədər inanmış bir liberal olan Mirzə Fətəlini, liberalizmin "burjua hürriyyətçiliyi" deyə təzyif *(təqdim edən)* edən bolşeviklərə dost bir insan, deyə göstərmək füzulluqu *(boşboğazlığını)*, ancaq, hürr fikir və kəlam sahiblərinin qafaları patlatılan, mətbuatı inhisar altında bulunduran kommunist diktatorluğunda təsəvvür edilə bilir. Mirzə Fətəli "Şərq istibdadı"nın yumşaldılmasını istiyordu. Halbuki, bolşeviklərin qurduqları diktatorluq rejimi ən geniş fantaziləri belə göl-gədə buraxan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu, tarixdə eşinə *(tayı-bərabərinə)* rastlanmayan bir zülm və mütləqiyyət rejimidir. Mirzə Fətəli, Batı Avropa mədəniyyətini idealizə ediyordu. Sovetlər isə, burjua vəsfini *(tərifini)* verdikləri bu mədəniyyətə arxalarını çevirmiş, ona amansız bir hərb elan etmişlərdir. Avropa mədəniyyətinə intibah etmək niyyətilə Azərbaycan ilə Türkiyə latın hərflərini tətbiqə başladıqları bir sırada, Sovet Azərbaycanı və onunla birlikdə Sovetlər Birliyindəki bütün digər Türk Cümhuriyyətləri kommunistlərin təzyiqiylə, rus əlifbasına keçdilər. Bu hal əsla, nə Axundzadənin xəyalına sığardı, nə də onun Avropalaşma sisteminə uyardı. Bu tədbir ancaq və ancaq Sovetlərin yürütdükləri kültür politikasıyla tam bir ahəng təşkil edir ki, indiki halda bu politika "Sovyet Nasyonalizmi" adı altında formulə edilən bir sistem şəklinə qonmaqdadır. Rus millətinə "ağa-bəyi" rolunu ayıran bu sistemdə, gözlərini insanlıq kültürünə doğru çevirən hər hərəkət "İrticai bir kosmopolitizm" töhmətiylə təlim olunmaqdadır. Kommunizmin ana fikri olaraq tərvic olunan Allahsızlıqdan bəhs edərkən, bolşeviklər, çox dəfə Mirzə Fətəlinin adını anıyorlar. Onun ateistliyindən bəhs açarlar. Bu, bir iftiradır. Bu yalana əsla inanmayınız. Mirzə Fətəli, yuxarıda söyləmiş olduğumuz kimi, Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mücadilə etmiyordu. Onun mücadilə etdiyi şey, iman və düşüncəyə müsəlləd *(canı ilə bağlı)* olan isxolastik *(orta əsr)* təfəkkür tərzi idi. Bu növü düşünüş tərzi indi bütün abusluğuyla *(totallığı ilə)* Sovetlərdə hakimdir. O Sovyetlərdə ki, kommunizm xaricində kimsəyə özəl bir dünya görüşünə sahib olmaq haqqı tanınmamaqdadır. Sovyetlər dövlətinin tərvic etdiyi *(rəvac verdiyi)* rəsmi əqidə, bütün Sovyet vətəndaşları, daha doğrusu bolşevik kölələri üçün məcburi bir mahiyyət daşımaqdadır. Əksini düşünənlərin yeri, edam edilmədilərsə, ya həbs, ya da toplama kamplarıdır *(sürgün düşərgələridir)*. Əziz Azərbaycanlılar, bir daha təkrar ediyoruz: bolşevik ajanlarının, Sovyet ədəbiyyatçı və sözdə tənqidçilərinin nəqarətlarına əsla inanmayınız! Söz hürriyyətinin, mətbuat sərbəstliyinin, inanış, din və düşünmə istiqlalının, liberal dövlət üsuli-idarəsinin böyük mücahid; şəkilcə də, muhtəvaca *(məzmunca)* da milli və müasir Azərbaycan ədəbiyyatının qurucusu və latın əslindən gələn yeni Türk əlifbasının qəbulu üçün savaşan böyük islahatçı Mirzə Fətəlinin, bu unudulmaz hürriyyət qəhrəmanının, təqdis etdiyi bütün əsasları kökündən rədd edən kommunizmə və bu doktrinin təmsilçiləri bulunan bolşeviklərə dost olması qətiyyən təsəvvür olunamaz!
Milli Dirilik IQarelərimizə bu xüsusda bir “silsilə məqalat” vəd etmişdik. Bu vədimizə şamil olan məqaləmizin bir qismində demişdik ki, “mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə uyğun olan xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yaxud ölgün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyini deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor”. Bu fikrimi indi burda açacağam: sevdiyim, namusu-millətpərvəranəsinə şübhə etmədiyim rüfəqadan *(yoldaşlardan)* birisi, qayət səmimi olaraq bir gün mənə belə bir sual vermişdi: - İslam millətləri üzərinə təsəllüt *(basqı)* icra edən mütəməddin millətlərin təsəllütləri nəticəsində, bəşəriyyət nöqteyi-nəzərindən hasil olan parlaq nəticəni gördüyümüz halda, milliyyətpərvərlik naminə inad edib də islam millətlərinin müstəqil qalmalarını arzu etməkdən nə kimi bir fayda gözlüyoruzuz? Mən bu suala cavab olaraq , bu faydanı biz deyil, bəşəriyyət və mədəniyyəti-bəşəriyyə dəxi bəkliyor — deyə cavab verincə, müsahibim yalqız dəlil və sübutla qane olacağını bəyan etmiş idi. Mənim onlarca müsəmmən ədd olunan bəyanatım isə bir vəchiati idi. Hər millətin yaşadığı mövqe, keçirdiyi tarix, mənsub olduğu irq nəticəsi olaraq bəzi xasiyyətləri vardır ki, o xasiyyətlər onlara məxsusdur. Ondakı bu xüsusiyyətlər aləmi — mədəniyyətdə xüsusi bir taqım ibda *(icad)* və ixtiralar vücudə gətiriyor ki, onların əsillikləri (oriqinalnost) müdəqqiqlər *(tədqiqatçılar)* nəzərində fövqəladə qiymətlərə dəyər şeylərdir. Diqqət olunmuşsa hər millətin bir şeydə mahir olduğu görülmüşdür. Almanlar sənaətdə *(sənayedə)*, fransızlar zərafətdə, ingilislər gəmiçilikdə, belçikalılar ictimai təşkilatda, italyanlar musiqidə, başqaları da sair xüsuslarda şöhrət tapmışlardı. Hər millətin özünə məxsus bir saheyi-mədəniyyəti vardır ki, orada onun ibraz elədiyi *(göstərdiyi)* məharəti digər bir millət göstərə bilmiyor. Bunların bu xüsusiyyətlərindən isə mədəniyyəti-bəşəriyyə bir çox əsli şeylərə və guna-gün asari-sənət və dühaya malik oluyor. Alman milləti, german irqi özünün istiqlalını təmin eləməsə və öz mədəniyyət xassəsini mühafizə etməsə idi bəşəriyyət Şopenhaur, Fixte, Göte, Faust, Qutenberq və Lüter kimi dühaları da görməyəcək idi. Fransa digər bir irq və qövmiyyət içində münhəl olub *(əriyib)* da öz mənliyini itirsəydi, bəşəriyyət 19-cu əsrin fikirləri üzərinə hökumət edən o fikir qəhrəmanlarını Jan Jak Russo, Didro, Monteskyu, Viktor Hüqo və Volterləri də qayib edəcəkdi. İtaliya milliyyətini anlamasa, özündəki xudadadi *(tanrı vergisi)* qəvvətlərdən xəbərsiz qalsa, yəni başqa bir milliyyət tərəfindən yoğrulub həzmi-rabidən keçilsə idi, indi nə dünyanın birər ammeyi-zərafətini təşkil edən heykəllər vardı nə də Mikelancelo kimi heykəltəraşlar. Nə uzaqlara gediyoruz. Bir kərə təsəvvür ediniz ki, Rusiyanın istiqlalı olmasa, rusca da məhkum, məğlub bir lisan olsa, başqa bir millət tərəfindən, məsələn: Rusiyanı maddi, mənəvi bu qədər təsir və nüfuz altına almış alman milləti tərəfindən kamilən təmsil (assimlə) edilsəydi, əcəba, biz Puşkin, Lermontov, Dostoyevski, Tolstoy, Şalyapin, Meçnikov və sairəyə malik olacaqmı idik? Məlum ki, yox! Millətlərin ümumi şəxsiyyətlərindən keçəndən sonra bu məsələ ilə əlaqədar olan ayrı-ayrı fərdləri alsaq, yenə təmsil (assimilyasiya) ilə istiqlalın mədəni və ibdai fərqini görəcəyiz. Zənn ediyorum ki, əgər bir statistik tutulsa, görüləcək ki, daima müqtədir sənətkarlar mənsub olduğu milliyyətlə, maddi və mənəvi rabitə və əlaqələrini daha ziyadə saxlamış olanlar arasından çıxıyor. Məsələn, yaxşı bir rus mühərriri *(jurnalisti)* olub da öz həyatını kəmalınca təsvir etmək bir rus qəlbinin, rus vicdani-ümmuyyəsinin tərcümanı ola bilmək üçün ruslar kimi düşünmək, onlar kimi hiss edə bilmək lazımdır. Bunun üçün də rus olmaq, rus yaşamaq və rusları olduqca bilmək gərəkdir. Halbuki, ruslaşmış bir müsəlman balası, yaxud təmsil olunmuş bir erməni dığası, yaxud döndərilmiş bir yəhudi övladı nə qədər özlüyündən uzaqlaşmış olsa da yenə böylə bir rus ola bilməz: əvvəla bilməyincə də ondan yaxşı və müfid *(faydalı)* bir rus mühərriri çıxmaz. Binaən əleyh *(bundan başqa)*, ondakı ibdai-qüvvətləri əqim *(səmərəsiz)* qalar, bundan isə yaşadığı mühit zərər çəkər. O mühitdə bu kimilər çox isə əqamət bir nəfərə deyil, bir milliyyət və bir qövmiyyətə sirayət edər. Demək bəşəriyyət ailəsinə daxil olan bir fərdin zatı, əhəmiyyət və qiyməti əksilər. Binaən əleyh, bəşəriyyət bir çox zəkalardan məhrum qalar. Özlüyündən çıxarılıb da başqa bir milliyyətə təmsil etdirilən şəxs təmsil edən mühitə böyük bir fayda verə bilmədiyi kimi, əslindən mənsub olan mühitə də böyük bir fayda yetirə bilməz. Çünki aldığı hal və tərbiyəsilə özünkülərdən uzaqlaşmış olar. Onlar bunu, bu da onları anlamaz. Demək ki, “əz anca rande əz inca mande” məyyb *(nöqsanlı)* və səqti *(yanlış)* bir şey vücuda gələr. Bizim mühitimizdəki rusca oxumuşlarımızı tədqiq etsək, görəcəyiz ki, ali diplom almış, böyük təhsil görmüşlərimiz arasında ancaq o qismi az-çox iqtidarlı və mənsub olduğu mühitin işlərilə əlaqədardır ki, az-çox türkcə savadı var və öz milliyyətinin nə olduğunu biliyor. Sırf rusca ilə böyüyüb də özlərindən xəbəri olmayanlar isə əksərən mənsub olduqları mühitin ehtiyaclarına qarşı laqeyddirlər. Bu laqeyd və bu səmərəsizlik əlbəttə ki, böyük bir əqamətdir. Böylə əqim fərdlərə malik olan heyətlər hər nə qədər fəal olsalar da fayda verməzlər, mədəni əqamətə məhkumdurlar. Qatır da fəaldır, eşşək qədər davamlı, at qədər qüvvətlidir. Fəqət əqimdir və tənasüldən *(çoxalmadan)* məhrumdur. Həyatını həmişə başqalarına mədyundur *(borcludur)*. Həyatın hambalı olmaq kafi deyildir. Onun müvəllidi *(yaradıcısı)* olmaq gərək. Qatırdakı qüvvət və davam müvəqqətidir. Artırılıb və tərbiyə edilməsi qeyri-mümkündür. Halbuki atdakı qüvvət, eşşəkdəki davam qanuni- təkamül və təvarüsün *(irsi mirasının)* bütün hökmlərinə tabe zihəyat birər qüvvət mənbələridir. Kənardan bir millətin gəlib təsəllüt təriqilə digər millətə qalib gəlməsi, onun bilcümlə şəxsiyyətlərini məhv edərək özünə təmsil etməsi də eynilə qatır hasil etmək kimi bir şeydir. Təmsil təriqilə təməddün etmək *(mədəniləşmək)* hər nə qədər ibtidai — əmrdə nəzərə bəzi parlaq nəticələr göstərsə də, həqiqətdə heyəti-bəşəriyyədə ki, əsli qüvvələri korlamaqdan və onları doğmaq və artırmaq xassəsindən məhrum etməkdən başqa bir şey deyildir. Bu gün İranı keçirməkdə olduğu bu ən fəalakətli günlərdən “xilas” etmək üçün əlindəki istiqlal kölgəsindən də məhrum edib, başqa mütərəqqi bir millətin idarə və təmsili altına versəniz ehtimal ki, ənzəli bir neçə ilin zərfində Bakıya meydan oxuyacaq qədər tərəqqi edər. Və bəndər *(bərabər)* bu şəhər də Bombeydən heç də geri qalmaz. Fəqət bu səri tərəqqinin müqabilində əmin olunuz ki, İran bir daha nə Firdovsi yetirər, nə Sədi, nə Hafiz. Milli istiqlal, ələlxüsus, millətlərə xüsusiyyətlərinin mühafizəsini təmin edən istiqlal daima bəşəriyyətə saheyi-mədəniyyətdə yeni və əsli bir taqım ibdalar, ixtiralar nəvidindədir ki, mədəniyyəti-bəşəriyyə dediyimiz şey də bu bədaət və ixtiraların məcmuindən ibarət bir yekundur. Biz qafqasiyalılar bir nöqteyi-nəzərdən tərəqqiyati-madiyyəmizcə *(maddi tərəqqidə)* iranlılardan da, osmanlılardan da irəlidəyiz. Misirlilər də kəza, Hindistan da böylə. Bununla belə dəftəri ixtiraati-aləmdə *(aləminin ixtira dəftərində)* cüzicə də olsa da nə bir ismimiz var, nə də bir rəsmimiz. Halbuki, İranın heç olmasa “Mahmudiyyə” namilə bir sitarə *(ulduz)* kəşf edən Mahmud xanı, Türkiyənin də ismi Avropa qamuslarında *(ensiklopediyalarında)* bir lisani-təqdirə səbt və zəbt olunan Münir Paşa kimi müxtəre *(ixtiraçı)* bir doktoru vardır. Tofiq Fikrət, Əbdülhəqq Hamid kimi böyük şairlərə malikiyyəti üçün də Türkiyə öz istiqlali-millisinə borcludur. Heç şübhə yoxdur ki, dünyanın millətlərə bölünərək qərar tutması mədəniyyəti-bəşəriyyə nöqteyi-nəzərindən bir zaiddir *(artıdır)*. Millətlərdəki mənliyin ədəmi-istiqlalı və onlardakı zatı xasiyyətlərin başqalarının xasiyyətləri içində münhəll olması *(əriməsi)* bu zaidləri heç şübhə yox ki, mübəddəl bir naqis *(əvəz edilmiş mənfi)* ediyor. Naqislərin ədədi çoxaldıqca, müadilənin *(tənliyin)* qiyməti azalmaq elmi-cəbr qaydalarındandır. Dustana bir söhbətin xatiməsini təşkil edən bu bayağını yuxarıda zikr olunan rəfiqimə qarşı aşağıdakı vəchlə *(sürətlə)* təlxis *(xülasə)* etmiş idim: Əcələ bir surətdə maddətən tərəqqi edib mənəviyyatca məhrum qalmaqdansa, maddətən gec tərəqqi edib, mənəviyyatca müstəqil qalmağı təcrih edirəm. Çünki millətin də, bəşəriyyətin də faydası bundadır. Binaən əleyh, başqalarını təmsil üçün deyil, öz mənliyini mühafizə üçün çalışan millətpərəstlik mədəniyyəti-bəşəriyyə naminə təqdir və təsdiq olunmalı zəruri və faydalı böyük bir fikirdir.
Azərbaycan şairi NizamiŞairlikdəki əsrar pərdəsi,Peyğəmbərliyindir bir kölgəsi.
Nizami öz gözü iləHər kəs üçün birər inci işlədim,Özümə də bir qəsidə söylədim.
Nizamidə farslıqPeyğəmbərin məktubunu cıran Xosrov Pərviz haqqında:Aydınlayan adı görüncə ünvan
Nizamidə türklükQoca bir qadının Sultan Səncərə xitabından:Türklərin çün yüksəldi dövlətləri,
Nizaminin ruslar haqqında təsəvvürüDuvalinin İskəndərə məlumatından:Adamlıq gözləməz bir kimsə rusdan
Son söz“Azərbaycan şairi Nizami” barəsində nəzərdə tutduğumuz plan sona yetdi. Lakin Nizamini tamamilə anlada bildikmi? – Güman etmirəm!Böyük və dahi şair olan Nizami təbiətin bir fenomenidir. Təbiətin böyüklük, gözəllik, rəngarənglik və cazibədarlığını tamamilə qavramaq mümkün olmadığı kimi, təbiət qədər böyük və onun qüdrəti olan Nizami yaradıcılığını da tamamilə qavramaq mümkün deyildir. Təbiətin bir küll halında qavrana bilməsi bir yana dursun, onun qavranıla bilən qismini də olduğu kimi nəql və ya rəsm etmək hər adamın işi deyildir. Nə qədər gözəl qələm, nə qədər sehirli fırça, nə qədər möcüzəli tişə olursa-olsun, təbiətdəki bütün dəyərləri ifadə etməkdə acizdir. Təbiətin bir fenomeni olan şer və hikmət Nizamisini anlayıb anlatmaq da o qəbildəndir.
M.Ə.Rəsulzadənin Həsən bəy Zərdabinin dəfn mərasimindəki nitqiHəzarat! İndicə keçən natiq Əbülhəsən gördünüz ki, nə ürəkdən, ürəyinin ən dərin güşəsindən bugünkü hali-övzamızdən, şəhrimizin bir zülm-mücəssəm və qədr dəhşətnakə fiiftar olmasından şikayət etdi.Bu bəlayi-əzimdən qurtarmaq, bu dəhşətli zülm və qəddarlar əlindən xilas olmaq üçün o təklif ediyordu ki, rəislərimizə yalvaraq, yaxaraq, taki onlar bizə rəhm edib yazıqlansınlar, bizim halımıza yanıb əhvalımıza çarəsaz olsunlar.
Əlimərdan bəy Topçubaşının məzarı başında nitqXanımlar, bəylər!Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq.
Hümmət və qeyrət vaxtıdırİlahi, havaxtacan bizlər gecə-gündüz fikrə qərq və millətimizin dərdini və dalda qalmağını özümüzə vəzifə biləcəyik? Məgər bizlərə tərəqqi etməyə maneə vardır? Bəli, vardır! Nə şeydi bizə mane olub? Hümmətsizlik, kibr və qürur, mədəniyyətə ədəmi-meyl. Müsəlmanam – deyib, oturub, baxmaq. Bəli, bir para əhli-maariflərimiz yeri düşəndə köhnə islam mədəniyyətilə təfaxür edərlər ki, bu hal alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzər. Zamanımızda millətimizin təfaxür eləməli nəyi vardır? İlahi, nə oldu o günlər? Bu cürə də insaniyyət olarmı? Pəs gündə beş-altı nahaq qan töküyoruz. Bununla belə Allahdan rəhm ümid ediriz?! Va milləta! Bu nə əhvaldır biz düşmüşük? Məgər vaxt gəlməyib ki, bu dərdlərin çarəsini edək?! Bir kərə ətrafımıza baxaq, bizdən səvayi sərgərdan kim qalıb? Qardaşlar! Gəlin hamımız birdən hümmət edək, məktəbxanələr açaq, cəmiyyəti-xeyriyyələr təsis edək, füqərayə əl tutaq. Ta Allah da bizim əlimizdən tutsun. Hədisi-şərifi-nəbəvi varid olubdur ki, füqərayə əl tutmaq insanın ömrünü uzun eylər. Əbəs yerə deyilməyibdir məlum ki, füqəraların məskənləri pulsuzluqdan çirkli və mütəəffin saxlanır və buna görə o yerlərdən bəzi naxoşluqlar hadis olur ki, qonşulara da sirayət edir. Hər ayinə dövlətlilər füqəralara əl tutalar, yəqin ki, onlar da fəqirlikdən xilas olub, öz məskənlərini təmiz edərlər. O naxoşluqların qapısı başlanar. Və qeyrilər də səlamət olar. Pəs nəfəqə insanın ömrünü uzadar. Budur! Axirət səvabı isə daha artıq.Bu vaxta bizə lazım və vacibdir ki, hümmət edib, elm öyrənməyə və öyrətməyə və öyrətdirməyə səy və kuşiş qılaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir. Elmin fəzilətində bu bəsdir ki, peyğəmbərimiz əleyhissəlam hədisi-mütəəddidə elə bizlərə tapşırıblar, əzon cümlə bu aşağıdakılardır ki, nəzmə çəkmişəm.
Azərbaycan Parlamentinin Açılışındakı NitqMöhtərəm mə"buslar (deputatlar , millət vəkilləri!) ! Azərbaycan Cümhuriyyətinin ilk məclisi - məbusanını açmaq yum səadəti, siz möhtərəm mə"busları təbrik etmək şərəfinin öhdəmə düşməsi ilə müftəxərəm (fəxr edirəm),əfəndilər (alqışlar). Rusiyada zühur edən inqilabi - kəbir digər həqiqətlər arasında bir həqiqəti - bahirəni dəxi elan etmişdi. Bu həqiqət millətlərin həqqi-hürriyyət və istiqlalları idi.Rusiya inqilabı təbiətində mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin hüququnu təmin ilə muxatriyyətlərdən mütəşəkkil azad və demokratik bir Rusiyanı bir an əvvəl tə"sisedəcəkdi.O vaxt təbii idi ki, Rusiyada yaşayan müsəlmanların da həyati -siyasiləri, digər məhkum millətlərlə bərabər, başqa bir təriqdə (yolda) cərəyan edəcəkdi.Millətlər kendi (öz) müqəddəratlarının tə"yinini pək cəmimani bir surətdə Rusiya məclisi - müəssisanından gizlədilər.Fəqət Rusiyada inqilab və demokratizm namına zühur edən mə"kus (mürtəce) bir istibdad nə gibi (kimi) xarabalıqlar yaratdığını bilirsiniz.İnqilab namına hökmfərma olan anarşi və millətlərin hüquqi-elanından sonra yeridilən qatı mərkəziyyətçilik Zaqafqaziya millətlərini kəndi başlarının çarəsinə baxmağa sövq etdi.Zaqafqaziyadan Rusiya məclisi - müəssisanına intixab olunan məbuslar kəndilərini vəkil edən camaatın hüququnu Zaqafqaziya "seymini" təşkil və onu istiqlalını emməkdə gördülər. Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin şurayi-milli təşkilinə sövq,bu şurayi - milli Azərbaycanın istiqlalını ela etmək zəruriyyəti qarşısında qaldı.Azərbaycan İstiqlalı elan olundu (alqışlar) Bu gün əqəliyyət (azlıq) təşkil edən millətlərin nümayəndələri ilə qəzaların yeni nümayəndələri də"vət olunmaq üzrə iştə bu məclis təşəkkül edilmişdir.Bu, məclis seçki üsulu ilə toplanacaq Azərbaycan məclisi-müəssisanı toplayıncaya qədər məmləkətimizin sahibi olacaq.Burada Azərbaycanda bulunan bütün millətlərin, təbəqələrin və müxtəlif cərəyanların nümayəndəri olduğundan bu məclis vətənimizi tamamıylə təmsil edə bilər. Əfəndilər, bilirsiniz ki, bizim Rusiya camaatına qarşı heç bir ədavət və nifrətimiz yoxdur.Bezar olduğumuz Rusiya, çarizim Rusiyası istibdadır.Rusiyaya nifrətimiz Rusiya istibdadı altında inləyən Rusiya camaatınanifrət demək deyildir.Bizcə mənfurolan Rusiya , millətləri əzən və hüquqlarını verməyən rəsmi Rusiyadır.Hər millət hürr və müstəqil olmalıdır, hürr olduqdan sonra millətlərlə urək istədiyi kibi əğdi-ittifaq etməlidir (ittifaq girməlidir).Bütün dünya millətlərinin bir "cəmiyyəti-əğvam" (millətlər cəmiyyəti) vücudə gətirməsi bizim ən müəzziz (əziz) fikirlərimizdəndir.Bu "fedarosyan" cəbrlə deyil, təbii bir meyl və arzu ilə hasil olmalıdır. (alqışlar). Ərz edim ki, biz Rusya camaatının da düçar olduğu fəlakətdən qurtulmasını ürəkdən istəriz.Biz Rusiya hökümətinin həqiqi rus demokratiyası əlinə keçməsi tərəfdarıyız.Çünki Qafqasya dağlarının şimalında təşəkkül edən müstəbid vətəcavüzkar bir hökümətə biz laqeyd qala bilməriz(alqışlar).Biz Rusiyanın səadətini istəriz, Rusiya səadətini sevəriz.Fəqət kəndi istiqlalımızı da əziz tutarız. (alqışlar).Cəbrlə qəbul edilən bir şeydə qətiyyən səadət olamaz, çünki səadət hürriyyət və istiqlaldadır. İştə bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil o üç boyalı bayrağı şurayi-milli qaldırmış, türk hürriyyəti,islam mədəniyyəti və müasir əfkari-əhraranəsini (azadlıq ideyalarını, demokratik fikri) təmsil edən bu üç boyalı bayraq daimən başlarımızın üstündə ehtezaz edəcəkdir (dalğalanacaqdır) (məbuslar yerlərindən qalxıyor,şiddətli alqışlar mədid bir sürətdə davam ediyor) Bən buna iman ediyorum.Bənim bu imanımı millətlərin qəlbində doğmuş olan əməl günəşi işıqlandırıyor.Bu günəş bir daha oful etməyəcək (sönməyəcək), bən vicdani - bəşəriyyətə inanıyorum.Milliyonlarla insan bahasına vicdani-bəşər qazandığı həqiqətləri asanlıqla əlindən verəməz."Cəmiyyəti-əğvam" fikri bu gün hər kəscə qəbul edilmiş bir fikirdir.Bu buna ümid veriyor.Qüvvətlə inanıyorum ki, artıq öldürmək millətin hüququnu paymali-zəval etmək qətiyyən mümkün deyildirQaliblər də, məğlublar da millətlərin hüququ təslim edilməlidir deyirlər (alqışlar). Yaxında açılacaq cülhi-ümumi konqresdə bu fikir qətiyyən hakim olacaq.Bu gün əhvala (vəziyyətə) hakim olanlar müttəfiqlərdir.İngilis, Amerika, Fransa dövlətlərində bayraqlarında millətlər təmin hüququ və "cəmiyyəti - əğvam" şüarı yazılıbdır.Dövlətlərin Baküdə bulunan nümayəndələri naminə genral Tomson Qafqasya məsələlərinin sulhi-ümumi konqresində həll olunacağını rəsmən e"lan etmişdir. Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə kəndi müqəddaratımızı, kəndi istiqlalımızı müdafiyə və mühafizədə israr edər, səbat və mətanət göstərirsək, heç şübhəsiz ki,Azərbaycan Cümhuriyyəti paydar olur.Fəqıt bunu üçün təkrar ediyorum səbat, mətanət,fədakarlq istər.İstər ki, biz kındimizin istiqlalə layiq olduğumuzu isbat edəlim.Bu oldumu sizi təmin ediyorum ki, kimsə haqqımızı təslim etməmək cəsarətində bulunamaz.Hankı vicdandır ki,istiqlalı istəyən və ona ləyaqətini isbat edən bir milləti qəhr etsin? (alqışlar) Əfəndilər! Biz Qafqasya əğvamı ruhunda hır zaman hürriyyət fikrinin müməssili (təmsilçisi) olan "Promete" Qafqasya dağlarında zəncirbənd edilmişdi.O daimi zəncirlərini qırmaq təşəbbüsündə idi."Promete"nin ruhu bütün qafqasyanın bütün millətlərində vardır.Qafqasya millətlərinin istiqlalı və bərabərlikdə müstəqil olaraq yaşamaları bir xəyali-bə"id (uzaq xəyal) deyildir.Qardaş millətimiz olan Şimali Qafqasya,qapı bir qonşumuz ermənılər, münasibəti düstanəmiz bütün cüziyata rəğmən daimən səmimiqalan gürcülər, bizə bir çox mədəni xidmətləri toxunmuş rus camaaatının mühüm bir qismi ilə ələ-ələ verərək biz Qafqasyanının müqəddaratını bu qət"e (bölgə) üzərində yaşayan millətlıərin arzusu vəchilə təmin edə biləriz (sürəkli alqışlar, diplomasi lojalarına müraciətlə təkrar alqışlar). Əfəndilər, bən buraya qədər sizə ümidli sözlər söylədim.Buna iman ediyorum.Fəqət nəzərinizi əhvalın ağırlığına dəxi cəlb etməzsəm, vəzifəmi hüsn ifa etməmiş deməkdir.Zaman ağır gedəcəyimiz yol çoxtikanlı və arızalıdır.İlləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız.Bu maneəli yoları keçmək və sərmənizili - məğcudə irmık üçün siz, məbus əfəndilər, bir çox fədakarlıqlar ibraz etməli , (göstərməli ) təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrəbir nümuneyi - əmsal təşkil etməlisiniz.Bu nümuneyi göstərəcək iqtidar və iste"dada malik oldunuzsa, yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi - qərəzləri və bütün bu kimi Vətən və millət qayəsi qarşısında sofla qalan qərəzlər atılmalı,Vətən qayğısı və millət duyğusu hər şeydən yüksək tutulmalıdır (sürəkli alqışlar). Əfəndilər, bu gün Azərbaycanın paytaxtında məclisi - mə"busan ittifaqındayız (açılışındayıq).Azərbaycan bir atəş mənbəyidir.Vətənimiz hər zaman sinısində bir atəşi-müqəddəs bəsləməlidir.Bu atəş əski zamanlardan bəri həqiqətpərəstlərə rəhbər, bir şöleyi ümid və iman təşkil eləməlidir.O atəş ki, bu gün də sərvət və saman (dövlət) səbəbi və baisi-təməddündür.(mədəniyyətdir).Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz bir mə"şəl təşkil edibdə hürriyyətvə istiqlalə doğru getdiyimiz maneəli yoları işıqlandırsın!(sürəkli və mədidalqışlar
Məhəmməd Əmin Rəsulzadənin Əbdürrəhman bəy Fətəlibəylinin anım mərasimindəki çıxışıÖlülərimizi xeyirlə yad etmək mədəniyyətimizin və ictimai tərbiyəmizin ehtiyacıdır. Siyasət və ya hər hansı digər bir sahədə sivrilmiş vətəndaşların həyatını obyektiv bir qavrayışla təsvir və təqdir etmək-tarixin vəzifəsidir; məzarları başında məziyyətlərindən bəhs etmək isə dəfn mərasiminin ənənəsidir.Rus-bolşevik istilası əleyhində və vətənin hürriyyəti ilə istiqlalı lehində aparılan milli mücadilənin qurbanları olan azərbaycanlıları hörmətlə anmaq vəzifəmizdir.
"Pənc gənc" və yaxud "Xəmsə"Hazırladım mən əvvəlcə “Məxzəni”,Tutmadı zəiflik bu işdə məni.
Məxzən-ül-ƏsrarBismillah ər-Rəhman ər-RəhimHəst kəlid-e dər-e gənc-e həkim