Bu necə qəddü qamətdir ki, bənzər sərvi-balayə
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Bu necə qəddü qamətdir ki, bənzər sərvi-balayə,Bu necə hüsnü surətdir ki, nur ehsan edər ayə.
Cəmalından münəvvər ay ilə xurşid, ey dilbər,Mələkdir valehü heyran bu gün bu hüsni-zibayə.
Qaşındır qab ilə qövseyn ki, əsrarına əql irməz,Vəli bu sirri ol bildi ki, qurban oldu ol yayə.
Ləbin şol lə’li-əhmərdir, dişin ol dürri-gövhərdirKi, lə’li torpağa saldı, buraxdı dürrü dəryayə.
Rüxün kimi müzəyyəndir gülü lalə, anın şövqi,Yanağın əksi düşmüşdür məgər kim, vərdi-həmrayə.
Cahanın torpağı çünki, əbirə ənbər olmuşdur,Səba mişkin saçın buyi buraxdı müşkü səhrayə.
Vüsalın istəyən aşiq əcəb sevdayə düşmüşdür,Cahanü canı tərk eylər, düşər hər kim bu sevdayə.
Bu gün, ey xubların şahı, əmiri-dilbəransan kim,Xəyalın ləşkəri verdi könül şəhrini yəğmayə.
Gözümdən gərçi pünhandır nigarın surəti, ammaGörünən vəchidir anın nəzər qıldıqca hər cayə.
Макта — последний бейт с тахаллусом поэта. Ölürsə iştiyaqından, nə qəm, hicran ilə Seyyid,Üzünü gördü vü irdi bu gün firdövsi-ə’layə.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nasimi-bu-nece-qeddu-qametdir-ki-benzer-servi-balaye
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Boyundur sidrəvü tuba, dodağın abi-heyvandır,Anın mahiyyəti-zövqün nə bilsin ol ki, heyvandır.
Cahan üzün günəşindən münəvvər olmuşdurВсе ярким солнцем твоего лица освещено,Благоуханием твоих кудрей напоено.
Camalın əksi, ey dilbər, nəyə kim düşdü al eylərCamalın əksi, ey dilbər, nəyə kim düşdü al eylər,Anın qövsi-qüzeh qaşı bu bədr ayı hilal eylər.
Cəmalın fitnəsi tutdu cahaniCamalın fitnəsi tutdu cahanı,Çıxardıb pərdədən razi-nihanı.