Çeçen qardaş
Eşit məni, çeçen qardaş!Torpaq üçün öz canından keçən qardaş.İmperiya alovundankənddən kəndə köçən oldun,Qəfil ölüm zəhərinisən mərdanə içən oldun.Bəli, kimin ürəyində torpağınasevgi varsa, o böyükdür,Məgər kiçik xalq olurmu?O xalqdırsa, o böyükdür!Mətin durdun, batmamaqçınsən rəzillər girdabına,Bu gün sənin adın düşdüəsrin qeyrət kitabına.Xalq ölçülmür miqdarıyla,Xalq ölçülür vüqarıyla.Xalq ölçülür dəyanəti, qeyrətilə,Bir də dosta məhəbbəti,bir də yada nifrətiylə!Qeyrətsizə can əzizdir,qeyrətliyə ana torpaq.Bayraq daha uca qalxdıboyandıqca qana torpaq!Sənin yurdun öz qanınıtorpaqlara qatana da vətən oldu,Mənim yurdum torpağınısatana da vətən oldu.Vəzifəsiz müdrikə də,vəzifəli nadana da vətən oldu.İgidliyin çoxlarınabu gün verdi ibrət dərsi,İbrət dərsi, qeyrət dərsi!Bax, dağılmış imperiyavəhşiləşib yaralanmış ayı kimi,Ölüm səpir, dərd paylayır,qəm gətirir hər qədəmi.Beş il əvvəl BakımızdaMən görmüşəm bu qədəmin qan izini,Mən görmüşəm xalqın qəzəb dənizini!Bu gün mənim ana yurdummin-min şəhid torpağıdır,Şəhid yatan xiyabanlarəbədiyyat ocağıdır.İmperiya! Caynağındanqanlar sızan İmperiya!Azadlığa həsrət xalqaölüm yazan İmperiya!İllər boyu kor olub biz,"Böyük qardaş" dediyimizİmperiya!Harınladı dərimizi soya-soya İmperiya!Özü cəllad, sözü riya, İmperiya!Ürəyində yer üzünəHökmranlıq iddiası,Bu deyilmi qudurğanlıq iddiası?Qucağında bəslədiyi özü kimiCinayətkar gədası var,O dərs verib gədasına,Layiq olsun atasına,Bu gədanın məkr dolu,riya dolu ədası var.Onunçun da "dənizlərdən dənizlərə"xülyası var.Azərbaycan millətininamalı haqq, işi haqqdır.Düşmənlərin ədası da,xülyası da gözlərində qalacaqdır.Sonsuz yasla bitəcəkdirimperiya təntənəsi,Mən indidən eşidirəmxarabələr üzərində bayquş səsi.Ulu Rəbbin qəzəbiləəvəzini o alacaq,Dağıldıqca dağılacaq.Ondan mənhus ad qalacaq!Sən ey doğma torpağıyçınöz canından keçən qardaş!Bu gün qəlbim, varlığım dasəninlədir, çeçen qardaş.
25-26 fevral 1996
Kitabxana.az · https://kitabxana.az/ru/works/nebi-xezri-cecen-qardas
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О родине
Qəyyur əfəndiyə oxşatma*Ay Baba, mən sənə bu mətləbi pünhan demədim?!
Gəlib keçənlərAçılan qönçədir, yaşıl geyən bağ,Qızaran üfüqdür, doğulan səhər.
AnaDemirəm göy kimi ucadır adın,Yox, yox alçalmasın söhbətin, sözün.
Səbribəyzadə, bizi atma, amandır, getmə!..Millətin halı bu gün xeyli yamandır, getmə!