Tikanlı məftillərigörəndən,kirpiklərimtikan olub hər yerdəgözümə batır mənim.Harda sərhəd görürəm,təzələnir bu yaram.Ah, adı bir, adı bir,özü iki Astaram.

AstaraAstarada,məftillər gözümdədir.hələ narın şumlanano ləklər gözümdədir.Avtomatı çiynindəo əsgər gözümdədir.Bu dirəkli, məftilli,avtomatlı gözümlə,gördüm Berlin, səni də.Gördüm Almaniyanı,bu keşik çəkəni də.Çiynində avtomatı,bir də mavi paqonu.Brandenburq qapısınınağzında gördüm onu.Astara əsgərininBerlindəki yaşıdı!O daş hansı binanınUçan özül daşıdı?O kərpic hardan düşüb?O küçəylə kim keçib?Kim o susuz bulaqdansulu vaxtı su içib?Mən cavab istəmirəmbunların heç birinə.Ancaq Almaniyanıngələcək şairinəcavab hazırla barı.Onun gözü görməsin:sənin avtomatını,tikanlı məftilləri,bir dəbu daş hasarı.Mənim kimi o yazıqgəzdirməsin gözündədirəkləri, milləri,tikanlı məftilləri,bir dəbu daş hasarı.

Qoy Berlinin şeriniyazdığı zaman yalnız, –sənsiz yazsın o şair –məftilsiz, avtomatsız.

Potsdam, 1962

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов