Pəncərə
Bu yaxın günlərdə axşam çağında,Qərib ay gəzəndə bahar bağında,Yerlər nur alanda həzin şəfəqdən,Pəncərə dalında bir qız gördüm mən.Görkəmi dalğındı, baxışı xumar,Üzmüşdü könlümü acı intizar.Kölgəli yollarda qalmışdı gözü,Əsirdi, həycandan qalxırdı köksü...Burdayam! Səsləndi biri qəflətən...Qız quştək silkinib qalxdı yerindən,Pəncərəni açdı tez titrəyərək,Qovdu buludları bu anda külək...Qara pərdə çəkdi ayın üzünə,Öz-özümə dedim min alqış sənə.Ey bəxtiyar insan, bəxtiyar insan,İndi məhəbbətdən kam alacaqsan...Bir belə sevimli gün olacaqmı,Mənim də pəncərəm açılacaqmı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nigar-refibeyli-pencere
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О разлуке
Yetməz tamamə zülfi-siyahın hekayəti,Bir qissədir uzun, onun yox nihayəti.
Ağlı-qaralıAğlı-qaralıdır dünyamız bizim,Ağsız da kəm olar, qarasız da kəm.
Bəlkə bir gün geri dönübBəlkə bir gün geri dönübYa qürbətdən, ya həbsdən,
AğlaramŞikayətim vardır, fələk əlindən,Fələk, mənə düşmən oldun, ağlaram.