Сокровищница тайн, глава 12
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
منکه سراینده این نوگلمباغ ترا نغمهسرا بلبلم
در ره عشقت نفسی میزنمبر سر کویت جرسی میزنم
عاریت کس نپذیرفتهامآنچه دلم گفت بگو گفتهام
شعبدهٔ تازه برانگیختمهیکلی از قالب نو ریختم
صبحدمی چند ادب آموختمپرده ز سحر سحری دوختم
مایه درویشی و شاهی در اومخزن اسرار الهی در او
بر شکر او ننشسته مگسنی مگس او شکر آلود کس
نوح درین بحر سپر بِفکَنَدخضر درین چشمه سبو بشکند
بر همه شاهان ز پی این جمالقرعه زدم نام تو آمد به فال
نامه دو آمد ز دو ناموسگاههر دو مسجل به دو بهرامشاه
آن زری از کان کهن ریختهوین دری از بحر نو انگیخته
آن بهدر آورده ز غزنی علَموین زده بر سکهٔ رومی رقم
گرچه در آن سکه سخن چون زرستسکه زر من از آن بهترست
گر کم از آن شد بُنِه و بار منبهتر از آنست خریدار من
شیوه غریب است مشو نامجیبگر بنوازیش نباشد غریب
کاین سخن رستهتر از نقش باغعاریتافروز نشد چون چراغ
اوست در این ده زده آبادترتازهتر از چرخ و کهن زادتر
رنگ ندارد ز نشانی که هستراست نیاید به زبانی که هست
خوان ترا این دو نواله سخندست نکردهست بر او دستکن
گر نمکش هست، بخور نوش بادورنه ز یاد تو فراموش باد
با فلک آنشب که نشینی به خوانپیش من افکن قدری استخوان
کاخر لاف سَگیَّت میزنمدبدبهٔ بندِگیَّت میزنم
از ملکانی که وفا دیدهامبستن خود بر تو پسندیدهام
خدمتم آخر به وفایی کشدهم سر این رشته به جایی کشد
گرچه بدین درگه پایندگانروی نهادند ستایندگان
پیش نظامی به حساب ایستنداو دگرست این دگران کیستند
من که درین منزلشان ماندهاممرحلهای پیشتَرَک راندهام
تیغ ز الماس زبان ساختمهر که پس آمد سرش انداختم
تیغ نظامی که سرانداز شدکند نشد گرچه کهنساز شد
گرچه خود این پایهٔ بیهمسریستپای مرا هم سر بالاتریست
اوج بلندست، در او میپرمباشد کز همت خود برخورم
تا مگر از روشنی رای توسر نهم آنجا که بود پای تو
گَرد تو گیرم که به گردون رَسَمتا نرسانی تو مرا، چون رَسَم؟
بود بسیجم که در این یکدو ماهتازه کنم عهد زمینبوس شاه
گرچه درین حلقه که پیوستهاندراه برون آمدنم بستهاند
پیش تو از بهر فزون آمدنخواستم از پوست برون آمدن
باز چو دیدم همه ره شیر بودپیش و پسم دشنه و شمشیر بود
لیک درین خطهٔ شمشیر بندبر تو کنم خطبه به بانگ بلند
آب سخن بر درت افشاندهامریگ منم این که بهجا ماندهام
ذره صفت پیش تو ای آفتابباد دعای سحرم مستجاب
گشته دلم بحر گهر ریز توگوهر جانم کمر آویز تو
تا شب و روزست شبت روز بادگوهر شاهیت شبافروز باد
این سریت باد به نیکاختریبهتر باد آن سریت زین سری
Bu qədər gözəl gülü tərənnüm eyləyən mənBir bülbüləm bağında könül açan, nəğməzən.
Mən eşqinin yolunda çəkirəm candan nəfəs,Məhəllənin başında hey çalıram zəng cərəs.
Sanmayın yad sözünü öz sözümə qatmışam,Mən könlüm istəyəni yazmışam, yaratmışam.
Yeni bir oyun qurub tər tökdüm, zəhmət çəkdimTəptəzə bir qəlibdən təzə bir heykəl tökdüm.
Bir neçə səhər ədəb öyrənərək, nəhayət,Mən sehir pərdəsini tikdim səhərin xəlvət.
Onda mayası vardır həm dərvişin, həm şahın,Sirrlər xəzinəsi ondadır bir allahın.
Şəkərinə qonmamış onun əsla bir milçək,Milçəyi bulaşmamış heç bir şəkərə, demək.
Nuh belə bir dəryada qalxanı əldən verər,Xızrsa səhəngini burda qırılmış görər.
Bu əsərçin şahların adına püşk atdım mən,Falsa adına çıxdı, adınla yaratdım mən.
İki kitab yaratdı iki namuslu adam,Bəhram şahla bağlıdır orda hər gözəl kəlam.
O, köhnə bir mə’dəndən çıxartdı qızılları,Nizamisə bir yeni dəryadan dürr, mirvarı.
O, dişarı uzatdı xəznədən bayrağını,Busa Rum sikkəsinə vurdu öz novrağını.
Doğrudur, o sikkədə söz bir qızıl naxşıdır,Qızılımın sikkəsi ondan daha yaxşıdır.
Həyatda mənim yüküm ondan az oldusa da,Ancaq alıcım ondan artıqdır bu dünyada.
Qəribədir şivəsi, bunu rədd etmə, ancaq,Çox qəribə deyildir onu sevmək, oxşamaq.
Bir bağın nəqşindən tez boy atmışdır bu sözlər,Birovuz nur saçmadı sadə bir çıraq qədər.
Bu sözlər ki, verilmiş sənin süfrənə əzəl,Əmin ola bilərsən onlara dəyməmiş əl.
Duzu varsa, durma, ye, ləzzət apar dadından,Yoxdursa, qoy büsbütün çıxsın sənin yadından.
Süfrədə oturarkan fələklə məni yad et,Bir sümük at qarşıma, mənim qəlbimi şad et.
Fəxr edirəm, unutma, sənə it olmaqla mən,Zövq alıram yanında öz nökərçiliyimdən.
Vəfa, hörmət gördüyüm şahlar içində, inan,Sənə bağlılığımla öyünürəm hər zaman.
Axırda bir vəfaya çatar etdiyim xidmət,Yetər bu ipin başı bir yerə ən nəhayət.
Hərçənd ki, əbədi qapında bir bu qədərTə’rif yazan şairlər üzlərini sürtdülər
Onlar dayana bilməz Nizamilə yanaşı,Nizaminin onlardan xeyli ucadır başı.
İndi ki, onlar kimi qiymətlənir varlığım,Uçurum önündədir demək bəxtiyarlığım.
Mən də söz almazından əlimə qılınc aldım,Daldan gələn kəslərin vurub başını saldım.
Bu bir bərabərsizlik rütbəsidirsə əgər,Mənim ayağımda var yüksəlməyə bir hünər.
Uçuram yüksəklərə, ən yüksək zirvələrə,Sə’yimin sayəsində çatam bəlkə o yerə.
Bəlkə sənin əlinlə arzuma yetsin əlim,Ayaq basdığın yerə başımı qoya bilim.
Tozundan tutaram ki, bəlkə qalxım göylərə,Sən məni çatdırmasan, mən çatmaram bu yerə.
Belə xəyalım vardı — bu bir-iki ayda mənŞah önündə başlayım yer öpməyi yenidən.
Hərçənd ki, halqalardır bürüyən sağ, solumu,Bağlamışlar hər yandan mənim çıxış yolumu.
Sənin qarşında hər an minməkçin hörmətə mənÇalışdım ki, bir təhər bəlkə çıxım dərimdən.
Yenə də gördüm bütün yol şirlərlə doludur,Bir söz, önüm və arxam şəmşirlərlə doludur.
Yenə var səsimlə mən ölümlər səhrasındaŞanına söz qoşaram qılınclar arasında.
Söz suyunu mən sənin qapına səpmişəm, bax,Özümsə bir qum kimi yerdə qalmışam ancaq.
Ey günəş, qoy hər sözüm zərrə hesab olunsun,Önündə səhər duam bəlkə müstəcəb olsun.
Könlüm olmuşdur sənin gövhər saçan bir dəryan,Asılmış kəmərindən bu can gövhərim hər an.
Dünya durduqca dönsün gündüzə gecələrin,Qaranlıqları yarsın sənin şahlıq gövhərin.
Sənin bu dünyan keçir dərdsiz, qəmsiz, firavan,Bu dünyandan da yaxşı olsun o biri dünyan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-sirler-xezinesi-12
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Мне сказали однажды, что юный царевич взошелВ дальней области Мерва на старый отцовский престол.
Сокровищница тайн, глава 50ای به نسیمی علم افراختهپیش غباری علم انداخته
Сокровищница тайн, глава 51کودکی از جملهٔ آزادگانرفت برون با دو سه همزادگان
Сокровищница тайн, глава 52ای ز خدا غافل و از خویشتندر غم جان مانده و در رنج تن
Стихи других поэтов
Ey fələk, netdim həmişə gözləyib azanmı,Dil evin ğarət qılıb pozdun rüxi-bazanmı.
HitlerinEl tüpürür vicdanına Hitlerin,Qorxu düşübdür canına Hitlerin.
Təcnis: Çığrışıb çığrışıb ötən sonalarÇığrışıb çığrışıb ötən sonalarYaşım nədən oldu yarada bilmən
Zülfiyle hâli olalıdan dâm ü dânesiZülfiyle hâli olalıdan dâm ü dânesiCân u dil oldı ışkı kuşı âşiyânesi