ای ز خدا غافل و از خویشتندر غم جان مانده و در رنج تن

Ey allahdan, özündən daima qafil olan,Can qəmində bədənin zəhmətində tək qalan!

این من و من گو که درین قالب استهیچ مگو جنبش او تا لب است

Doğrusu, „mən, mən“ deyən səs ki, vardır bədəndə,O, boğazdan yuxarı deyər bunu deyəndə.

چون خَم ِ گردون به جهان در مپیچآنچه نَه آنِ تو، به آن در مپیچ

Göyün əyrisi kimi sarılma bu dünyaya,Sənin olmayan şeyə sarılıb salma saya.

زور جهان بیش ز بازو‌ی توستسنگ وی افزون ز ترازو‌ی توست

Güclüdür bu dünyanın qolu sənin qolundanDaşını tərəzimiz çəkə bilməz heç zaman.

قوّت کوهی ز غبار‌ی مخواهآتش دیگی ز شرار‌ی مخواه

Gəl bir tozdan istəmə bir dağ qüvvəti artıq,Qığılcımdan qazana od ummaq olmaz, yazıq.

هر کمر‌ی کان به رضا بسته‌شداز کمر ِخدمت‌ِ تن رسته‌شد

Allahın rizasiylə bağlanan kəmər ki var.Bədənin zəhmətindən əbədi rahat olar.

حرص ربا‌خواره ز محرومی استتاج رضا بر سر محکومی است

Tamah ki, var yoxsuldan sələm yeyəndir, əlbət;Məhkumun başındadır razılıq tacı, dövlət.

کیسه‌بُرانند درین رهگذرهرکه تهی‌کیسه‌تر آسوده‌تر

Yol keçidindəkilər cibkəsəndir, cibkəsən,Rahat o adamdır ki, boşdur cibi hər şeydən.

محتشمی، درد‌سری می‌پذیرورنه برو دامن افلاس گیر

Dövlətlisənsə əgər dərdi səri qəbul et,Yoxsa get yoxsulluğun ətəyindən möhkəm tut.

کوسهٔ کم‌ریش دلی داشت تنگریش‌کشان دید دو کس را به جنگ

Kosanın daralmışdı qəlbi saqqalsızlıqdan,Görüb iki nəfəri əlbəsaqqal nagəhan

گفت « رخم گرچه زبانی‌فَش استایمنم از ریش‌کشان هم خوش است»

Dedi: „Üzüm cəhənnəm zəbanisi olsa da,Bu saqqal yolanlardan arxayınam dünyada“.

مصلحت کار در آن دیده‌اندکز تو خر و بار تو ببریده‌اند

Şükr eylə öz tanrının gözəl məsləhətinə,Nə bir eşşək, nə bir yük bəxş eləmişlər sənə,

تا تو چو عیسی به درِ دل رسیبی خر و بی بار به منزل رسی

Ta sən də İsa kimi girəsən hər könülə,Həm eşşəksiz, həm yüksüz tez çatasan mənzilə.

مؤمنی اندیشهٔ گبری مکندر تنکی کوش و ستبری مکن

İman əhlisən, olma kibrli, bir qulaq as,Çalış incəlik göstər, bir sözlə, olma qanmaz.

موج هلاک‌ست سبکتر شتابجان ببر و بار درافکن به آب

Çalış ki, çox tez yüyür ölüm saçar dalğalar,Yükünü at sulara, canını rahat apar.

به که تهی‌مغز و خراب ایستیتا چو کدو بر سر آب ایستی

Məsləhətdir hər zaman içi xarab, boş qalmaq,Dura biləsən suda, necə durursa qabaq.

قدر به بی‌خوردی و خوابی دَرَستگنج بزرگی به خرابی دَرَست

Artar rütbən, vəzifən əgər yeyib yatmasan,Böyüklük xəzinəsi viranədədir, inan,

مردهٔ مردار نه‌ای چون زغنزاغ شو و پای به خون در مزن

Aşıq deyilsən qara qarğa tək cəmdəyə sən,Qarğanın ayağını yaxşıdır qandan çəksən.

گر تن بی‌خون شده‌ای چون نگارایمنی از زحمت مردار خوار

Sən divar nəqşi kimi olsan bir qansız bədən,Azadsan murdarların yaramaz zəhmətindən.

خون جگری دان به شرابی شدهآتشی از شرم به آبی شده

Bir ciyərdir ki, dönüb şərab olmuşdur bu qan;Bir oddur ki, dönmüşdür suya utandığından.

تا قَدَری قوّتِ خون بشکنیضربت آهن خوری ار آهنی

Sən azaltmaq istəsən qanın gücünü əgər,Dəmir olsan da sənə vurulacaqdır neştər.

خو مبُر از خورد به یکبارگیخرده نگهدار به کم‌خوارگی

Qarınqulu olmağa adət eləmə əsla,Az yeməkçün özünə azca azuqə saxla.

شیر ز کم خوردن خود سرکش استخیره خوری قاعدهٔ آتش است

Aslan az yeməyilə məğrurdur qaliblər tək,Oda yaraşır ancaq nə qədər versən yemək.

روز به یک قرصه چو خرسند گشتروشنی چشم خردمند گشت

Gündüz kifayətləndi bir günəş qürsəsinə,Bütün ağıllıların işıq verdi gözünə.

شب که صبوحی نه به هنگام کردخون زیادش سیه‌اندام کرد

Sabah meyini vaxtsız içdiyi üçün gecə,Baxın, artıq qan onu qapqara etdi necə.

عقل ز بسیار خوری کم شوددل چو سپرغم سپرِ غم شود

Azalar çox yeməkdən bir gün ağlın ümmanı.Könül bir reyhansa da, olur qəmlər qalxanı,

عقل تو جانی‌ست که جسمش توییجان تو گنجی که طلسمش تویی

Sənin ağlın bir candır, onun da cismi sənsən,Canın bir xəzinədir, onun tilsimi sənsən.

کی دهد این گنج ترا روشنی‌؟تا تو طلسم دَرِ او نشکنی

Xəznə tək tilsimini sə’y edib sındırmasan,Sənə bir işıq düşməz bu xəzndədən heç zaman.

خاک به نا‌معتمد‌ی گشت فاشصحبت نامعتمد‌ی گو مباش

E’tibarsızlıq ilə məşhurdur dünya, torpaq,E’tibarsız dünyaya sən yoldaş olma ancaq.

گر همه عمرت به غم آرد به سراز پی تو غم نخورد غم مخور

Dünya sənin ömrünü qəmlə vurarsa başa,Çəkmə gəl öz qəmini, qəmsiz ol, qəmsiz yaşa.

گفت به زنگی پدر «این خنده چیست‌؟بر سیهی چون تو بباید گریست‌»

Bir zənciyə atası dedi: „Gülmə, a biar!Sənin qaralığına ağlamaq gərək zar-zar“.

گفت «‌چو هستم ز جهان ناامیدروی سیه بهتر و دندان سفید‌»

Zənci dedi: „Dünyada mənəm ümidsiz ancaq.Olsa yaxşıdır mənim üzüm qara, dişim ağ“.

نیست عجب خنده ز روی سیاهکاَبر سیه برق ندارد نگاه

Qara bir üzdə gülüş, məncə, təəccüb deyil,Çünki qara bir bulut ildırım saxlamaz, bil.

چون تو نداری سر این شهر‌بندبرق شو و بر همه عالم بخند

Bu zindanı ürəkdən əgər sevmirsə könül.Onda bir ildırım ol, bütün bu aləmə gül,

خندهٔ طوطی لب شِکَّر شکستقهقههٔ پر دهن کبک بست

Tuti gülüb, sındırdı şəkərin dodağını,Kəklik gülərək saldı tora öz ayağını.

خنده چو بی‌وقت گشاید گرهگریه از آن خندهٔ بی‌وقت به

Əgər gülüş açarsa vaxtından əvvəl düyün,Yaxşıdır ağlamaqla əvəz olsa gülüşün.

سوختن و خنده زدن برق‌وارکوتهی عمر دهد چون شرار

Yanmaq, kədərli olmaq, gülmək ildırım kimi,Qısaldaraq azaldar ömrü qığılcım kimi.

بی طرب این خندهٔ چون شمع چیست‌؟بس که بر این خنده بباید گریست

Şadlanmadan şam kimi bu gülüş nədir? AncaqGərəkdir bu gülüşlə qan-yaş töküb ağlamaq.

تا نزنی خندهٔ دندان‌نمایلب به گه خنده به دندان بخای

Diş ağardacaq qədər gülməmək üçün yenə.Gülərkən dodağını çalış dişinlə çeynə.

گریهٔ پر مصلحت دیده نیستخندهٔ بسیار پسندیده نیست

Çox ağlamaq göz üçün heç də məsləhət deyil,Xeyir görəsən çalış, nə çox ağla, nə çox gül.

گر کهنی بینی و گر تازه‌ایبایدش از نیک و بد اندازه‌ای

Bu dünyada nə görəsən təzədən və köhnədən,Onun yaxşı-pisiyçün bir əndazə ayır sən.

خیز و غمی می‌خور و خوش می‌نشینگاه چنان باید و گاهی چنین

Qalx ayağa kədərlən, oturan zaman ol şad,Gah elə ol, gah belə, çünki belədir həyat.

در دل خوش نالهٔ دلسوز هستبا شبه شب گهر روز هست

Xoş könüldə bir ürək yandırıcı nalə var,Gecə bir şəvədirsə, gündüz gövhər — parıldar.

هیچ کس آبی ز هوایی نخوردکز پس آن آب، قفایی نخورد

Hava-həvəs suyunu içən bir qəlbi xəstə,Söz yoxdur ki, yıxılar daim arxası üstə.

هر بُنِه‌ای را جَرَسی داده‌اندهر شکر‌ی را مگسی داده‌اند

Hər gecə, qafiləyə bir zəng vermişlər, gerçək.Bu qaydadır, şəkərin qonar üstünə milçək.

دایهٔ دانا‌ی تو شد روزگارنیک و بد خویش بدو واگذار

Bir bilici dayədir bu ruzigar, bu dövran,Yaxşını və pisini tapşır ona hər zaman.

گر دهدت سرکه چو شیره مجوشخیر تو خواهد، تو چه دانی؟ خموش

Ruzigar sirkə versə, şirə kimi qaynama,O xeyrini istəyir bəlkə, danışma, amma.

ثابت این راه مقیمی بُوَدهمسفر خضر کلیمی بُوَد

Əbədi ömr edəcək bu doğru yolda gedən;Xızrın səfər yoldaşı Musa olar bil, öyrən.

ناز بزرگانت بباید کشیدتا به بزرگی بتوانی رسید

Daima çəkməlisən nazını böyüklərin,Taki o böyüklərin yanında ola yerin.

یار مساعد به گَهِ ناخوشیدام‌کِشی کرد نه دامن‌کشی

Həqiqi dost odur ki, sənin çətin günündəSəni tordan qurtarar, tor da qurmaz önündə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов