Сокровищница тайн, глава 53
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
رهروی از جمله پیران کارمیشد و با پیر مریدی هزار
İş ərlərindən biri çıxaraq bir gün çölə,Uzun bir yol gedirdi min nəfər mürid ilə.
پیر در آن بادیه یک باد پاکداد بضاعت به امینان خاک
Mürşid getdiyi çöldə bir sərmayə yerinə,Bir pak yel bağışladı torpaq əminlərinə.
هر یک از آن آستنی برفشاندتا همه رفتند و یکی شخص ماند
Bunu görən müridlər onu tərk elədilər,Hamı getdi, bu çöldə qaldı yalnız bir nəfər.
پیر بدو گفت « چه افتاد رای ؟کان همه رفتند و تو ماندی بجای »
Mürşid ona dedi ki: „Başa sal, nədən belə,Onlar çıxıb getdilər, sən qaldın, bunu söylə!“
گفت مرید « ای دل من جایِ توتاج سرم خاک کف پای تو
Mürid dedi: „Əminəm, qəlb evimin dayağı,Mənim başıma tacdır ayağının torpağı.
من نه به باد آمدم اول نفستا به همان باد شوم باز پس »
Mən ta əvvəl nəfəsdən gəlməmişəm yel ilə,Geri dönüb qoşulam baş alıb əsən yelə“.
منتظر داد به دادی شودو آمده باد به بادی شود
Bəxşiş gözləməyənlər pay aldımı, tez gedər,Yellə gələn, yellə də öz yerini tərk edər.
زودرو و زودنشین شد غبارزان به یکی جای ندارد قرار
Toz gün kimi, bəllidir, tez oturub, tez durar,Odur ki, o hər zaman bir yerdə tutmaz qərar.
کوه به آهستگی آمد به جایاز سر آن است چنین دیرپای
Mülayim oturmağı etdiyiçün dağ peşə,Mö’təbərdir yerində varlığıla həmişə.
پردهدری پیشه دوران بودبارکشی کار صبوران بود
Dövranın sənətidir hər zaman pərdə yırtmaq,Səbr edənincə işi yük daşımaqdır ancaq.
بارکش زهد شو ار تَر نهایبار طبیعت مکش ار خر نهای
Günahkar deyilsənsə, zahidlik yükünü çək,Təbiətin yükünü çəkmə, deyilsən eşşək.
تا خط زهد تو مزور نشددیده بدو تر شد و او تر نشد
Səndə zahidlik xətti doğru olarsa bir az,Gözlərin islansa da, ancaq o xətt islanmaz.
زهد که در زرکش سلطان بودقصه زنبیل و سلیمان بود
Zahidlik şahdan xələt almaqla keçsə əgər,Süleymanla zənbilin hekayətinə bənzər.
شمع که هر شب به زرافشانی استزیر قبا زاهد پنهانی است
Gecələr ətrafına qızıllar saçan hər şamArxalığı içində zahidlik gizlər mudam.
زهد غریب است به میخانه درگنج عزیز است به ویرانه در
Qəribədir görünsə zahid meyxanələrdə,Əzizlər, xəznə tapsa hər kim viranələrdə,
زهد نظامی که طرازی خوش استزیرنشین علم زرکش است
Zərbaft bayraq altında rahatca durduğundan,Gözəldir Nizaminin zahidliyi hər zaman.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-sirler-xezinesi-53
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Nazlı yara dərdi-dilim yazmağa,Nə bir kağız tapdım naqaləmindi,
Xilası ancaq…Yalnız inanıram ağlın gücünə,Hər işdə irəli o düşə gərək..
Həvayi-eşq ilə doldur könül kaşanəsin, yarəbHəvayi-eşq ilə doldur könül kaşanəsin, yarəb,Qəmi-eşq ilə təmir et bu qəm viranəsin, yarəb!
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!