Сокровищница тайн, глава 11
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
ای شرف گوهر آدم به توروشنی دیده عالم به تو
Sən ey bütün bəşərə şərəf, yaraşıq olan,Ey dünyanın gözünə əbədi işıq olan
چرخ که یک پشت ظفرساز تستنُه شکم آبستنِ یک راز تست
Göylər doqquz qarınla nazına hamilədir,O sənin zəfərini həmişə tə’min edir.
گوش دو ماهی زبر و زیر توشد صدف گوهر شمشیر تو
Yerdəki və göydəki balığın qulaqlarıO kəskin qılıncına oldu sədəf, mirvarı,
مه که به شب تیغ درانداختهستبا سر تیغت سپر انداختهست
Göyləri gecə vaxtı qılınclayan ay ki var,Qılıncının ucuyla həmişə məğlub olar.
چشمه تیغ تو چو آب فراتریخته قرابه آب حیات
Qılıncının çeşməsi Fərat suyuna bənzər,Diriliyin suyunu tuluqdan yerə tökər.
هر که به طوفان تو خوابش بَرَدور به مثل نوح شد آبش بَرَد
Tufanının önündə yatan hər hansı insan,Nuh belə olmuş-olsa, qurtarmaz dalğalardan.
جام تو کیخسرو جمشید هُشروی تو پروانه خورشید کش
Keyxosrov və Cəmşidin camıdır tutduğun cam,Kölgənin ətrafında günəş dövr edir müdam.
شیردلی کن که دلیر افکنیشیر خطا گفتم شیر افکنی
Şir ürəkli ol ki, sən pəhlivanlar yıxasan,Sənə şir dedimsə mən səhv etdim, şir yıxansan.
چرخ ز شیران چنین بیشهایاز تو کند بیشتر اندیشهای
Çarx belə meşələrin şirlərindənsə ancaq,Təkcə səndən çəkinər, səs çıxarmaz qorxaraq.
آن دل و آن زَهره کهرا در مصاف؟کز دل و از زَهره زند با تو لاف؟
Davada kimdə vardır o ciyərlə, o ürəkKi, ürəklə ciyərdə sənə tay olsun gerçək!
هر چه به زیر فلکِ ازرق استدست مراد تو برو مطلق است
Göy fələkin altında nə varsa — doğru, yalanSənin o murad əlin ona hakimdir hər an.
دستنشان هست ترا چند کسدستنشینِ تو فرشته است و بس
Sarayında varsa da bir neçə xadim əgərKifayətdir yanında xidmət edən mələklər.
دور به تو خاتم دوران نبشتباد به خاک تو سلیمان نبشت
Dövranın bir xatəmi yazdı səni bu dövran;Əsən yel torpağına: — Sənsən, dedi, Süleyman.
ایزد کاو داد جوانی و ملکملک ترا داد تو دانی و ملک
Sənə gənclik, üstəlik, mülk vermiş adil allah,Bir sən bil, bir də o mülk, indi ki, oldun padşah.
خاک به اقبال تو زر میشودزهر به یاد تو شکر میشود
Sənin bəxtinlə torpaq birdən qızıla dönər,Zəhər səni yad etsə, çevrilib olar şəkər.
می که فریدون نکند با تو نوشرشته ضحاک برآرد ز دوش
Fridun mey içməsə səninlə aydın-aşkar,Çiyinlərindən Zöhhak riştəsini çıxarar.
میخور می مطرب و ساقیت هستغم چه خوری؟ دولت باقیت هست
Şərab iç, hey şərab iç, çalğıçı, saqi varkən,Dövlətin ki baqidir, qəm yemə dünyada sən.
ملک حفاظی و سلاطین پناهصاحب شمشیری و صاحب کلاه
Bərk ayaqda padşahlar olurlar sənə möhtac,Şahların pənahısan, səndədir qılınc və tac.
گرچه به شمشیر صلابتپذیرتاجسِتان آمدی و تختگیر
Sən hərçənd qılıncınla bəxtin əlini sıxdın,Tükənməz qüdrətinlə tac alıb taxta çıxdın.
چون خلفا گنج فشانی کنیتاج دهی تختستانی کنی
Sən xəlifələr kimi dövlət səpirsən hər an,Birinə tac verirsən, birindən taxt alırsan.
هست سر تیغ تو بالای تاجاز ملکان چون نستانی خراج؟
Qılıncının şövqünü bir göz varmı görməsin.Hansı şahda cür’ət var sənə xərac verməsin?
تختبر آن سر که بر او پای تستبختور آن دل که در او جای تست
O baş taxtda durar ki, üstümdədir ayağın.O qəlb bəxtəvərdir ki, olmuş sənin oylağın.
جغد به دور تو همایی کندسر که رسد پیش تو پایی کند
Sənin dövründə bayquş, əlbət, hümalıq edər,Qarşında əyilən baş, ayaq yerini görər.
منکر معروف هدایت شدهاز تو شکایت به شکایت شده
O qədər vermisən ki, sən rəvac ədalətə,Gəlir şikayət özü qapına şikayətə.
در سُم رخشت که زمین راست بیخخصم تو چون نعل شده چار میخ
Atının iqtidarlı güclü dırnaqlarından,Çarmıxa çəkilmişdir, sanki nal kimi düşman.
هفت فلک با گهرت حقهایهشت بهشت از علمت شقهای
Yeddi fələk, yeddi göy gövhərinə hoqqadır,Səkkiz cənnət də sənin bayrağından şaqqadır.
هرکه نه در حکم تو باشد سرشبر سرش افسار شود افسرش
Hər kim ki, tanımazsa sənin tək hökmüranı,Başına tac yerinə keçirərlər noxtanı.
در همه فن صاحب یک فن توییجان دو عالم به یکی تن تویی
Bütün fənlərdə ancaq bir fən sahibi sənsən,Sənsən iki aləmin canına bircə bədən.
گوش سخا را ادبآموز کنشمع سخن را نفسافروز کن
Hər an ədəblə doldur səbanın qulağını,Nəfəslə nurlat sözün şamını, çırağını.
خلعت گردون به غلامی فرستبوی قبولی به نظامی فرست
Mən tək qulama göndər göylərin ən’amini,Qəbul xəbəri ilə sevindir Nizamini.
گرچه سخن فربه و جانپرورستچونکه به خوان تو رسد لاغرست
Söz nə qədər köksə və cana yatansa yenəMütləq arıqlayacaq çatan zaman süfrənə,
بی گهر و لعل شد این بحر و کانگوهرش از کف ده و لعل از دهان
Lə’lsiz, gövhərsiz oldu bu dənizlə, bu mə’dən,Gövhəri ovucundan lə’li ağzından ver sən.
وانکه حسود است بر او بیدریغلعل ز پیکان ده و گوهر ز تیغ
Əsirgəmə gəl paxıl adamlara, müxtəsər,Sə’y et oxdan lə’l ver, qılıncından da gövhər.
چون فلکت طالع مسعود دادعاقبت کار تو محمود باد
Məs’ud tale vermişdir hər zaman sənə fələk,İşlərinin axırı xeyirli olsun gərək.
ساخته و سوخته در راه توساخته من سوخته بدخواه تو
Birinə iş düzəltdin, birinə yox, bilirəm,İşi korlanan bədxah, işi düzələn mənəm,
فتح تو سر چون علم افراختهخصم تو سر چون قلم انداخته
Qələbən öz başını qaldırmış ələm kimi,Düşmənininsə başı kəsilmiş qələm kimi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-sirler-xezinesi-11
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
روز خوش عمر به شبخوش رسیدخاک به باد، آب به آتش رسید
Сокровищница тайн, глава 29در طرف شام یکی پیر بودچون پری از خلق طرفگیر بود
Сокровищница тайн, глава 30لعبت بازی پس این پرده هستگرنه بر او این همه لعبت که بست؟
Сокровищница тайн, глава 31صیدگری بود عجب تیزبینبادیهپیمای و مراحلگزین
Стихи других поэтов · О судьбе
Yanıqlı nəğmələr oxudun bizə,Arabir göz yaşı boğdu səsini,
BaxEy Vidadi,gərdişi-dövrani-kəcrəftarə bax!Ruzigarə qıl tamaşa,karə bax,kirdarə bax!
Лаали-манзуме, глава 54پیچم بخود چو مار در این تنگنای تاردردا که شد طلسم من این آتشین حصار
چه شب است این که درو خون ستم ریخته اندبر شکر ریز دعا زر کرم ریخته اند