Сокровищница тайн, глава 24
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
یک نفس ای خواجهٔ دامنکشانآستنی بر همه عالم فشان
Ey məğrurlar ağası, qüruru tərk et bir an!Səndən yaxşılıq görsün, feyz alsın bütün cahan.
رنج مشو راحتِ رنجور باشساعتی از محتشمی دور باش
Xəstəyə vermə zəhmət, dinclik verən ol ancaq,Nə olur, ağalıqdan bir saatlıq ol uzaq.
حکم چو بر عاقبتاندیشی استمحتشمی بندهٔ درویشی است
Axirəti düşünmək əmr olunmuş həmişə,Həqiqi ağalıq da qul olmaqdır dərvişə.
مُلک سلیمان مطلب کان کجاست!ملک همان است، سلیمان کجاست؟
Gəl Süleyman mülkünü sorma hər an hardadır?Mülk o mülkdür, soruş ki, bəs Süleyman hardadır?
حجله همان است که عَذراش بستبزم همان است که وامق نشست
Gəlin otağı ancaq Əzranın otağıdır,Məclis həmin Vamiqin məclisi-növrağıdır.
حجله و بزم اینک تنها شدهوامق افتاده و عذرا شده
Həmən otaq o məclis yap-yalnızdır bu saat,Vamiq yıxılmış, Əzra dünyadan getmiş, heyhat.
سال جهان گرچه بسی درگذشتاز سر مویش سرِ مویی نگشت
Əgər çox keçmişsə də bu dünyanın yaşından,Zərrə qədər tük belə əksilməmiş başından.
خاک همان خصمِ قویگردن استچرخ همان ظالم گردنزن است
Torpaq həmən o boynu yoğun düşməndir, yaddır,Çarx isə, boyun vuran həmən zalım cəlladdır.
صحبت گیتی که تمنا کند؟با که وفا کرد؟ که با ما کند؟
Dünyanın söhbətini burax, başqadır dünya,Kimə vəfa etdi ki, bizə də etsin vəfa?
خاک شد آنکس که برین خاک زیستخاک چه داند؟ که درین خاک چیست
Torpaqda yaşayanlar torpaq oldular ancaq,Bu torpaqda nələr var, nə bilsin bunu torpaq.
هر ورقی چهره آزادهای استهر قدمی فرق ملِکزادهای است
Hər bir yarpaq üzüdür bir dilbər azadənin,Kəlləsidir basdığın hər yer bir şahzadənin.
ما که جوانی به جهان دادهایمپیر چراییم؟ کزو زادهایم
Biz öz gəncliyimizi vermişik bu dünyaya,Biz ki, ondan doğmuşuq, nədən qocayıq, aya?
سام که سیمرغ پسر گیر داشتبود جوان گرچه پسر پیر داشت
Simurğun bəslədiyi bir Sam oğlu Zal vardı,Özü cavandısa da, oğlu bir ixtiyardı.
گنبد پوینده که پاینده نیستجز به خلافِ تو گراینده نیست
Bax, əbədi olmayan bu hərlənən göy ki var,Unutma, hər bir zaman əleyhinə dolanar.
گه مَلِک جانورانت کندگاه گِلِ کوزهگرانت کند
Gah səni canlılara padşahdan artıq edər,Gah da bir kuzəçinin əlində palçıq edər.
هست بر این فرش دو رنگ آمدههر کسی از کار به تنگ آمده
Bu dünya ki, əzəldən boyanmış iki rəngə,Onda ömr eləyənlər işindən gəlmiş təngə;
گفته گروهی که به صحرا درندکای خُنُک آنان که به دریا درند!
Belə düşünüb deyir yaşayanlar səhrada:„Nə xoşbəxtdir ömr edən su altında, dəryada“.
وانکه به دریا در سختیکش استنعل در آتش که بیابان خوش است
Dəryada yaşayanlar gör nə deyir yanaraq:„Qurudakılar əcəb dolanırlar günü ağ“.
آدمی از حادثه بیغم نیاندبر تر و بر خشک مسلّم نیاند
Adəm övladı qəmdən qurtara bilməz yaxa,Ola bilməz quruya, suya hökm edən ağa;
فرض شد این قافله برداشتنزین بُنِه بگذشتن و بگذاشتن
Bu karvanı qaldırıb keçmək zamanı gəldi,Bu əsasın üstündən köçmək zamanı gəldi.
هرکه در این حلقه فرو ماندهاستشهربرونکرده و دهرانده است
Kim yorulub sıradan geri qalmışsa bu gün,Demək ki, o, şəhərdən edilmiş kəndə sürgün.
راه رُوی را که امان میدهنددر عدم از دور نشان میدهند
Bu ixtiyar yolçuya versələr belə aman,Yenə yoxluqda onu göstərərlər uzaqdan.
مُلک رها کن که غرورت دهدظلمت این سایه چه نورت دهد؟
Məğrurluq verən bu mülk nəyinə gərək sənin,Umma qaranlığından bir işıq bu kölgənin.
عمر به بازیچه به سر میبریبازی از اندازه به در میبری
Oyuncaqla keçirsən ömrü, unutma bunuKi, sən əndazəsindən çıxararsan oyunu.
گردش این گنبدِ بازیچه رنگنز پی بازیچه گرفت این درنگ
Dolandıqca al-əlvan bu göy adlı oyuncaq,Səni əyləndirməkçün dolanmamışdır ancaq.
پیشتر از مرتبهٔ عاقلیغفلت خوش بود، خوشا غافلی
Ağıl mərtəbəsinə çatmaqdan xeyli əzəl,Nə gözəldi qəflətin yuxusu, ah nə gözəl!
چون نظر عقل به غایت رسیددولت شادی به نهایت رسید
— Heyhat, ağlın nəzəri çatdıqca kamalına,Şadlıq dövləti birdən gəlib yetişdi sona.
غافل بودن نه ز فرزانگیستغافلی از جملهٔ دیوانگیست
Dünyada qafil olmaq ağıllılıqdan deyil,Qafillikdir həyatda dəliliyə bir dəlil.
غافل منشین، ورقی میخراشگر ننویسی قلمی میتراش
Qafil olma, tez ol dur, qələm, kağız alıb yaz,Yazmasan da eybi yox, qələm götür, yon bir az!
سر مکش از صحبت روشندلاندست مدار از کمر مقبلان
Saf ürəkli kəslərin söhbətindən qaçma sən,Məqbul sayılanların əl çəkmə kəmərindən.
خار که همصحبتی گل کندغالیه در دامن سنبل کند
O zaman ki, xar ilə gül şirin söhbət edir,Sünbülün ətəyinə səpilir ənbər, ətir...
روز قیامت که برات آورندبادیه را در عرصات آورند
Bir ən’am alsın deyə qiyamət günü hərəSəhranı gətirərlər ərəsata, məhşərə.
کای جگر آلودِ زبانبستگانآبِ جگر خوردهٔ دلخستگان
Deyərlər: „Ey heyvanlar ciyərinə bulaşan! —Ürəyi xəstələrin ciyərindən içən qan,
ریگ تو را آب حیات از کجا؟بادیه و فیض فرات از کجا؟
Torpağında sənin bu abi-həyat hardandır?Bir çöl ikən səndə bu feyzi-Fərat hardandır?“
ریگ زند ناله که خون خوردهامریگ مریزید نه خون کردهام
Qum deyər: „Qan içmişəm ancaq öz ürəyimdən,Qumu yerə tökməyin, qan etməmişəm ki, mən.
بر سر خوانی نمکی ریختمبا جگری چند برآمیختم
Bir süfrənin başına duz tökmüşəm əməklə,Birləşmişəm ürəkdən mən bir neçə ürəklə.
تا چو همآغوش غیوران شوممَحرم دستینهٔ حوران شوم
Bəlkə qeyrətlilərin atılıb qucağına,Hurilərin bir məhrəm olum mən qolbağına“
حکم چو بر حکم سرشتش کنندمطرب خلخال بهشتش کنند
Hökmü əgər sə’y edib hökm ilə yoğursalarAyağı zıngrovlu mütrüb behiştlik olar.
هرکه کند صحبت نیک اختیارآید روزیش ضرورت به کار
Kim yaxşı adamların bəyənsə dostluğunu,Bir gün görər onların yararlı olduğunu.
صحبت نیکان ز جهان دور گشتخوان عسل خانهٔ زنبور گشت
Yaxşılar qalmadılar, yox dünyanın vəfasıBal süfrəsi dəyişib, oldu arı yuvası.
دور نگر کز سر نامردمیبر حذرست آدمی از آدمی
Sən bir dövrə, əsrə bax, namərdliyin ucundanÇəkinib həzər edir, insan oğlundan insan.
معرفت از آدمیان بردهاندوآدمیان را ز میان بردهاند
Ədəbi, mə’rifəti almışlar insanlardan,Adamlığı nədənsə götürüblər aradan.
چون فلک از عهد سلیمان بریستآدمی آن است که اکنون پریست
Süleyman zamanından uzaq düşübdür fələkO pəri tək lazımdır gözlərə görünməmək.
با نفس هر که درآمیختممصلحت آن بود که بگریختم
Hər kimin nəfəsilə birləşdimsə bir anlıq,Axırda qaçdım ondan görüb pislik, yamanlıq.
سایهٔ کس فَرِّ همایی نداشتصحبت کس بوی وفایی نداشت
Heç kimin kölgəsində zövqi-səfa görmədim,Kimsənin söhbətində zərrə vəfa görmədim.
تخم ادب چیست؟ وفا کاشتنحقّ وفا چیست؟ نگه داشتن
Ədəb toxumu səpmək, vəfa əkməkdir ancaq,Vəfa haqqısa onun hörmətini saxlamaq.
برزگر آن دانه که میپروردآید روزی که ازو برخورد
Əkinçilər toxumu əziz tutar, bəsləyər,Bir gün götürsün deyə ondan yaxşı, bol bəhər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-sirler-xezinesi-24
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Дай мне, кравчий, вина, — мне с вином веселей!Исцеляют вином всех недужных мужей.
Шараф-наме, глава 19Виночерпий, приди! Дух поникнувший мойТы пурпурным вином от печали омой.
Шараф-наме, глава 20Кравчий! Чашу, как яркое зеркало, дай!Ее место в руке! Как блестит ее край!
Шараф-наме, глава 21Кравчий, дух мой взнеси! Животворно вино!Оживлюсь, если выпито будет оно,