با دو حکیم از سر هم‌خانگیشد سخنی چند ز بیگانگی

Həmməsləklik ucundan bir gün durub üz-üzə,İki həkim qərəzlə gəldi, nəhayət, sözə.

لاف منی بود و توی برنتافتملک یکی بود و دوی برنتافت

Mənlik olan yerdə heç sənlik şamı yanmadı,Mülk bir idi, ikilik zərrə işıqlanmadı.

حق دو نشاید‌، که یکی بشنوندسر دو نباید‌، که یکی بدروند

Birdir, iki olsa haqq kimsə onu dinləməz,Bir bədəndə iki baş yaramaz, birini kəs,

جای دو شمشیر نیامی که دید؟بزم دو جمشید مقامی که دید؟

Bir qında iki qılınc qərar tutub durarmı?Məclisdə iki Cəmşid bir taxta oturarmı?

در طمع آن بود دو فرزانه راکز دو یکی خاص کند خانه را

İki tamahkar ağıl hey güc verdi sözünə,Bəlkə onlardan biri alsın evi özünə.

چون عصبیت کمر کین گرفتخانه ز پرداختن آیین گرفت

Onlar coşduqca qızdı ortalıqda ədavət;„Birimiz getsək əgər, bu ev bəzənər, əlbət“.

هر دو به شبگیر نوایی زدندخانه فروشانه صلایی زدند

Hər ikisi çıxaraq səhər tezdən küçəyə,Dedilər: „Ay ev alan!“.. El soruşdu: „Neçiyə?“

کز سر ناساختگی بگذرندساختهٔ خویش دو شربت خورند

Yorulub dedilər ki: „Bu fikirdən vaz keçək,Özümüz düzəldərək iki qab şərbət içək.

تا که درین پایه قوی‌دل‌ترست؟شربتِ زهرِ که هلاهل‌ترست؟

Görək kimdə var ürək, görək kimdə var cür’ət,Kimə tə’sir eləyər görək zəhərli şərbət.

مُلک دو حکمت به یکی فن دهندجانِ دو صورت به یکی تن دهند

İki hikmət mülkünü qoy bir fənnə versinlər,İki surət ruhunu bir bədənə versinlər“.

خصم نخستین قدری زهر ساختکز عفنی سنگِ سیه را گداخت

Birinci düşmən zəhər qayırdı işlədib baş,Onun üfunətindən əridi tez qara daş.

داد بدو «کاین میِ جان‌پرورستزهر مدانش که بِه از شکرست»

Ona verib dedi ki: „Canpərvər şərabdır, al,Şərbətdir, zəhər deyil, al, iç, məndən razı qal“.

شربت او را سِتَد آن شیر‌مردزهر به یاد شکر آسان بخورد

O şir kişi şərbətdə qaranı ağdan seçdi,Zəhəri şəkər deyə alıb çox asan içdi.

نوش‌گیا پخت و بدو درنشسترهگذر زهر به تریاک بست

O nuşkiya otunu qaynadıb çimdi onda,Zəhərin tə’sirini tiryak kəsdi bir anda.

سوخت چو پروانه و پر باز‌یافتشمع‌صفت باز به مجلس شتافت

Yandısa pərvanə tək, yenidən qanadlandı,O, təzədən məclisdə yeni şam kimi yandı.

از چمن باغ یکی گل بچیدخواند فسونی و بر آن گل دمید

O bir gül dərdi bağdan, çəməndən, gülə-gülə,Bir əfsun oxuyaraq püflədi həmin gülə.

داد به دشمن ز پی قهر اوآن گل پُرکار‌تر از زهر او

Yağını öldürməkçün „Gülü məndən al“ — dedi,Gül onun zəhərindən daha tə’sirli idi.

دشمن از آن گل که فسون‌خوان بدادترس بر او چیره شد و جان بداد

Düşmən əfsunlu gülü əlinə alan zaman,Qorxudan məğlub olub, bircə anda verdi can.

آن به علاج از تن خود زهر بردوین به یکی گل ز توهّم بمرد

O, əlacla zəhəri çıxardı bədənindən,Bu, bir güldən qorxaraq öldü orda qəflətən;

هر گل رنگین که به باغ زمی‌ستقطره‌ای از خون دل آدمی‌ست

Bu rəngbərəng güllər ki, var bu dünya bağında,İnsan qəlbinin qanı vardır hər yarpağında.

باغ زمانه که بهارش توییخانهٔ غم دان که نگارَش تویی

Baharı olduğun bu zəmanə bağını sən,Bir qəm evi san, çünki, sən onun bir nəqşisən.

سنگ درین خاک مُطَبَّق نشانخاک برین آب معلق فشان

Gəl bu qat-qat torpağı durmadan doldur, daşla,Bu asılı suyasa torpaq atmağa başla.

بگذر ازین آب و خیالات اوبر پر ازین خاک و خرابات او

Vaz keç sudan və suyu düşünməkdən, gəl, bir az,Xərabatdan, torpaqdan əl çəkib elə pərvaz.

بر مه و خورشید میاور وقوفمه خور و خورشید شکن چون کسوف

Sitayiş etmə, yetər, artıq, aya, günəşə,Küsuf tək günü sındır, hilalı ye həmişə.

کاین مه زرین که درین خرگه استغول ره عشق خلیل اللهست

Bu çadırda parlayan ay ki, bizə əyandır.İbrahimin eşqinin yolunda bir şeytandır.

روز تو را صبح جگرسوز کردچرخت از آن روز بدین روز کرد

O sənin gündüzünü etdi ciyəri yanıq,Fələk səni nə gündən, nə günə saldı, yazıq.

گر دل خورشید فروز آوریروزی از این روز به روز آوری

Ürəyin günəş kimi işıqlansa büsbütün,Bir ağ günə çıxarsan, yadında saxla, bir gün.

اشک فشان تا به گلاب امیدبِستُری این لوح سیاه و سفید

Göz yaşı tök ki, sənin ümid gülabın bəlkəTəmizləsin, qoymasın qara, ağ lövhədə ləkə.

تا چو عمل‌سنج سلامت شویچرب ترازو‌ی قیامت شوی

Dünyada düzgün işlər ölçsən əgər hər zamanQiyamət çəkisinin kərə yağı olarsan.

دین که قوی دارد بازوت راراست کند عدل ترازوت را

Din sənin qollarına iqtidar versə əgər,O zaman ədalət də tərəzini düzəldər.

هیچ هنرپیشهٔ آزاد مرددر غم دنیا غم دنیا نخورد

Bir hünərli insanın dərd olurmu həmdəmi?O, din qeydini atıb çəkərmi dünya qəmi?

چونکه به دنیا‌ست تمنا تو رادین به نظامی ده و دنیا تو را

Dünyanı bərk tutmusan o yer məskənin olsun.Dini Nizamiyə ver, qoy dünya sənin olsun.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе