Сокровищница тайн, глава 5
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
نیم شبی کان ملک نیمروزکرد روان مشعل گیتی فروز
نه فلک از دیده عماریش کردزهره و مه مشعلهداریش کرد
کرد رها در حرم کایناتهفت خط و چار حد و شش جهات
روز شده با قدمش در وداعزآمدنش آمده شب در سماع
دیدهٔ اغیار گرانخواب گشتکاو سبک از خواب عنانتاب گشت
با قفس قالب ازین دامگاهمرغ دلش رفته به آرامگاه
مرغ پر انداخته یعنی ملَکخرقه در انداخته یعنی فلک
مرغ الهیش قفس پر (بَر) شدهقالبش از قلب سبکتر شده
گام به گام او چو تحرک نمودمیل به میلش به تبرک ربود
چون دو جهان دیده بر او داشتندسر ز پی سجده فرو داشتند
پایش ازآن پایه که سر پیش داشتمرحله بر مرحله صد بیش داشت
رخش بلند آخورش افکند پستغاشیه را بر کتف هر که هست
بحر زمین کان شد و او گوهرشبرد سپهر از پی تاج سرش
گوهر شب را به شب عنبرینگاو فلک برد ز گاو زمین
او ستده پیشکش آن سفراز سرطان تاج و ز جوزا کمر
خوشه کزو سنبل تر ساختهسنبله را بر اسد انداخته
تا شب او را چهقَدر قدر هستزهرهٔ شبسنج ترازو به دست
سنگ ورا کرده ترازو سجودزآنکه به مقدار ترازو نبود
ریخته نوش از دم سیسنبریبر دُم این عقربِ نیلوفری
چون ز کمان تیرِ شکر زخمه ریختزهر ز بزغالهٔ خوانَش گریخت
یوسفِ دلوی شده چون آفتابیونسِ حوتی شده چون دلو آب
تا به حمل تخت ثریا زدهلشگر گل خیمه به صحرا زده
از گل آن روضه باغ رفیعربع زمین یافته رنگ ربیع
عُشرِ ادب خوانده ز سبعِ سماعذر قدم خواسته از انبیا
ستر کواکب قدمش میدریدسُفت ملایک علمش میکشید
ناف شب آکنده ز مُشک لبشنعل مه افکنده سم مرکبش
در شب تاریک بدان اتفاقبرق شده پویهٔ پای براق
کبکوش آن باز کبوتر نمایفاختهرَو گشت به فر همای
سِدره شده صُدرهٔ پیراهنشعرش گریبان زده در دامنش
شب شده روز اینت نهاری شگرفگل شده سرو اینت بهاری شگرف
زآن گل و زآن نرگس کان باغ داشتنرگس او سرمهٔ مازاغ داشت
چون گل ازین پایهٔ فیروزه فرشدست به دست آمد تا ساق عرش
همسفرانش سپر انداختندبال شکستند و پر انداختند
او به تحیّر چو غریبان راهحلقه زنان بر در آن بارگاه
پرده نشینان که درش داشتندهودج او یکتنه بگذاشتند
رفت بدان راه که همره نبوداین قدمش زآن قدم آگه نبود
هر که جز او بر در آن راز مانداو هم از آمیزش خود باز ماند
بر سر هستی قدمش تاج بودعرش بدان مائده محتاج بود
چون به همه حرق قلم در کشیدز آستی عرش علم برکشید
تا تن هستی دم جان میشمردخواجهٔ جان راه به تن میسپرد
چون بنه عرش به پایان رسیدکار دل و جان به دل و جان رسید
تن به گهرخانهٔ اصلی شتافتدیده چنان شد که خیالش نیافت
دیده که نور ازلی بایدشسر به خیالات فرو نایدش
راه قِدَم پیشِ قَدَم درگرفتپردهٔ خلقت ز میان برگرفت
کرد چو ره رفت ز غایت فزونسر ز گریبان طبیعت برون
همّتش از غایت روشندلیآمده در منزلِ بیمنزلی
غیرت ازین پرده میانش گرفتحیرت ازآن گوشه عنانش گرفت
پرده در انداخته دست وصالاز در تعظیم سرای جلال
پایِ شدآمد بسر انداختهجان به تماشا نظر انداخته
رفت، ولی زحمت پایی نداشتجَست، ولی رخصت جایی نداشت
چون سخن از خود به در آمد تمامتا سخنش یافت قبول سلام
آیت نوری که زوالش نبوددید به چشمی که خیالش نبود
دیدن او بی عرض و جوهر استکز عرض و جوهر از آنسوتر است
مطلق از آنجا که پسندیدنیستدید خدا را و خدا دیدنیست
دیدنش از دیده نباید نهفتکوری آن کس که به دیده نه گفت
دید پیمبر نه به چشمی دگربلکه بدین چشم سر این چشم سر
دیدن آن پرده مکانی نبودرفتن آن راه زمانی نبود
هر که در آن پرده نظرگاه یافتاز جهت بی جهتی راه یافت
هست ولیکن نه مقرر بهجایهرکه چنین نیست نباشد خدای
کفر بوَد نفیِ ثباتش مکنجهل بوَد وقفِ جهاتش مکن
خورد شرابی که حق آمیختهجرعهٔ آن در گِل ما ریخته
لطف ازل با نفسش همنشینرحمت حق نازکش او نازنین
لب به شکرخنده بیاراستهامت خود را به دعا خواسته
همّتش از گنج توانگر شدهجملهٔ مقصود میسر شده
پشتْقوی گشته از آن بارگاهروی درآورد بدین کارگاه
زآن سفر عشق نیاز آمدهدر نفسی رفته و باز آمده
ای سخنت مهر زبانهای مابوی تو جانداروی جانهای ما
دور سخا را به تمامی رسانختم سخن را به نظامی رسان
Bir gecə yarısında yarım günün ağasıCanını məş’əl edib qurdu işıq dünyası.
Məhmil qayırdı ona öz gözlərindən fələk,Məş’əl tutub eylədi ona Zöhrə, Ay kömək.
Yeddi iqlim dörd həddi, bir də altı cəhətiNəhayəti olmayan kainata tərk etdi.
Gündüz qədəmlərilə vidalaşdı, gör necə,Gəlişindən zövq alıb çox nəş’ələndi gecə.
Özgələrin gözünü tutarkən yuxu dərdi,Oyanaraq yuxudan o cəld cilov döndərdi.
Rahatlıq diyarına onun könlündəki quşQəfəsilə bərabər qalxıb bu tordan uçmuş.
Qanad saldı önündə göy quşları — mələklər,Xirgə açdı sevinib qabağında fələklər.
Onun ilahi quşu qanadlanmış qəfəsdən,Onun qəlbi ürəkdən yüngül olmuşdu, əslən.
O, hərəkət etdikcə hər məsafə min kərəOnu təbərrük kimi qaldırdı yüksəklərə.
İki dünya göz dikib ona gəlincə vəcdə,Başlarını aşağı salıb etdilər səcdə.
Onun ayağıysa ən yüksək payadan belə,Yüzlərcə mənzil öndə gedirdi sür’ət ilə.
Yüksək axurlu atı hərəkətindən qaldı,Çulunusa mələklər çiyinlərinə aldı.
Mə’dən oldu yerlərin dəryası, o gövhəri,Fələk alıb apardı gözəl tacdan ötəri.
Gecənin gövhərini bu ətirli gecədə,Göyün öküzü aldı bu sirrili gecədə.
Sərətanın tacını, Cövzanın kəməriniPeşkəş aldı, bəzəsin deyə öz səfərini;
Saçlarına təravət alıb, Xuşə get-gedə,Sünbülənin bürcünü çəkib atdı Əsədə.
Gecəsinin qədrini bilməyi edib arzu,Gecə ölçən o Zöhrə aldı ələ tərazu.
Süsənbər otununsa ucundan baxın onaŞirə tökdü göydəki Əqrəbin quyruğuna.
Ütarid Qövs bürcünü oxla vurduğu zaman,Süfrədə heç qalmadı zəhərdən zərrə nişan.
O parlaq günəş kimi bir Dəlv Yusifi oldu,O bir su dolu kimi bir Hut Yunisi oldu.
Sürəyyasa Həməldə öz taxtına oturdu,Çiçəklərin ordusu səhrada çadır qurdu.
O gözəl yüksək bağın ətir saçan gülündənBahar rəngi alıb Yer oldu qəşəng, müzəyyən.
Gecə-gündüzə döndü, gündüz bir laləzardır,Gül də ki, sərvə döndü, ah nə gözəl bahardır!
Onun nərgizi bağda, nərgizlə gül tərəfəHətta dönüb baxmadı, nədənsə, bircə dəfə.
On ədəb ayəsini oxumuş yeddi göydən,Peyğəmbərlərdən qədəm üzrü istəmiş həmən.
Yırtırdı ulduzların pərdəsini qədəmi,Mələklərin çiynində yellənirdi ələmi.
Dodağının mişkilə gecə aldı başqa hal,Atının dırnağının saldığı naldır hilal.
Belə təsvir etdiyim gecənin belə çağı,İldırıma dönmüşdü bu bağın dörd ayağı.
O göyərçin görkəmli, o kəklik yerişli quşHüma şövkəti ilə bir alabaxta olmuş.
Seyr eləyin bağdakı gülləri, nərgisləriOnun nərgisininsə sürməlidir gözləri.
Firuzə rəngindəki mənzilindən yüksəldi,Ərşin sağına qədər gül tək əl üstə gəldi.
Köynəyinin yaxası olmuşdu sidrə, inan,Ərş onun ətəyində yaxa yırtdı bu zaman.
Bütün səfər dostları atdılar yerə qalxan,Bol qanad sındırdılar, tük tökdülər durmadan.
Qəriblər kimi heyrət aldıqda simasınıBarkahın qapısının hey döydü halqasını.
Onunla yol gedən, bu pərdədə əyləşənlərKəcavəsini yalnız buraxdılar, müxtəsər.
Bir yola gedirdi ki, yox bir yoldaş, yox bir yar,Bu qədəm o qədəmdən deyildi çox xəbərdar.
Qaldılar qapısında o sirrin qeyriləriÖz-özlüyündən o da qaldı bu zaman geri.
Qədəmi bu varlığın başına bir tac oldu,O zamandan ərş də bu süfrəyə möhtac oldu.
Bütün danışıqlara çəkən zaman o qələmƏrşin bir tərəfindən qaldırdı birdən ələm.
Beləliklə yaşardı gözəl varlıq həvəslə,Can ağası bədənlə yol gedirdi həvəslə.
Sonra ərşin əsası çatdığı zaman sona,Qəlbin canı işi də yetişdi qəlbə, cana,
Öz gövhərxanasına qoşdu o dəmdə bədən,Xəyalə sığmaz qədər göz olub uzaq görən.
Qədəmi qədimliyin yoluyla getdi haman,Xilqətin pərdəsini qaldıraraq ortadan.
Gediş o qədər artıq oldu ki, edib təlaş,Təbiət yaxasından bayıra çıxartdı baş.
Nurlu qəlbə malikdi ondakı təmiz himmət,Çatdı mənzilsizliyin mənzilinə nəhayət.
Kəmərindən yapışdı bu tərəfdən qeyrət də,Çəkdi tez cilovunu bu tərəfdən heyrət də.
Getdi öz ayağına zəhmət vermədən yenə,Sıçradı birdən-birə laməkan aləminə.
Söz kimi çıxdığından büsbütün özlüyündən,Sözü qəbula keçdi allah yanında həmən.
Şövkətli qapısından cəlal evinin, bəli,Dayanmadan pərdəni atdı vüsalın əli.
Ayaq, artıq get-gəli tamam çatdırdı başa.Cansa gözünü açdı eləməkçin tamaşa.
Zavaldan xeyli uzaq nurun nişanəsiniAçıq gözlə o gördü, çıxarmadan səsini.
Arzu edilən kimi gördü o yaradanı,Allahı görmək olar, olmasa da məkanı.
Onu görmək ərəzsiz və cövhərsizdir ancaq,Ərəzdən və cövhərdən çünki uzaqdır, uzaq.
Məncə onu görməyi gözdən gizlətmək əbəs,Qoy kor olsun, kor olsun, görməmişəm deyən kəs.
Bu pərdəni görmədi o, məkan daxilində,Bu yolusa getmədi o, zaman daxilində.
Hər kəs ki, o pərdədə nəzər yolu tapdı bol,Həmin cəhətsizliyin səbəbindən tapdı yol.
Onun sifətlərini danma sən, lə’nət olar,Varlığını cəhətlə ölçmə, cəhalət olar.
Vardır, müəyyən yeri yoxdur, bundan ol agah,Belə olmayan əsla ola bilməz ki, allah.
Yalnız öz gözlərilə gördü onu peyğəmbər,Bəli, öz gözlərilə görərək, verdi xəbər.
Allahın şərabından alıb başına çəkdi,Bizim palçığımıza ondan bir udum tökdü.
Oldu tanrının lütfü ona həvəs qardaşı,Allah rəhmi nazçəkən, o da onun yoldaşı.
Dodaqlarında şirin, dadlı təbəssüm yenəDua edib, səadət istədi ümmətinə.
Himməti xəzinədən dövlətləndi sərbəsər.Bütün istədikləri oldu birdən müyəssər,
O, arxalandığından qəlbilə bu barkaha,Baxınız üz çevirdi ürəkdən bu karkaha.
Məhəbbət səfərindən gəlib coşqun həvəslə,Gedib qayıtmış böyük yolları bir nəfəslə.
Ey sözü dilimizin müqəddəs mehri olan,Sənin iyin bu xəstə canlara oldu dərman.
Səxavətin dövrünü nəhayətə, bitir, gəl,Xətm kəlam etməyi, Nizamiyə yetir gəl!
Kitabxana.az · https://kitabxana.az/ru/works/nizami-sirler-xezinesi-5
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
چو خسرو دید کان یار گرامیز دانش خواهد او را نیکنامی
Хосров и Ширин, глава 93خبر ده کاولین جنبش چه چیز استکه این دانش بر دانا عزیز است
Хосров и Ширин, глава 94دگرباره بپرسیدش جهاندارکه دارم زین قیاس اندیشه بسیار
Хосров и Ширин, глава 95دگر ره گفت کاجرام کواکبندانم بر چه مرکوبند راکب
Стихи других поэтов · О божественной любви
Bu diyari-Kərbəla, bu sən, xudahafiz, Hüseyn.Karivan yolandı Şamə, mən xüdahafiz, Hüseyn.
Əcəb bilsəm bəni şeyda qılan kimƏcəb bilsəm bəni şeyda qılan kim?Bana bu eşq odın peyda qılan kim?
Böyük revolyusiyaÜç yüz il acımadan, titrəmədən, duymadan,Hey diddi köksümüzü çarlığın zülüm quşu.
Haray-harayYa ilahim, sən olasan ayarım, haray - haray,Yar yanında çünki yoxdur ayarım haray - haray,