چنین گوید جهان‌دیده سخن‌گویکه چون می‌شد در آن صحرا جهان‌جوی

شکاری چون شکر می‌زد ز هر سوبر آمد گرد شیرین از دگر سو

که با یاران جماش آن دل‌افروزبه عزم صید بیرون آمد آن روز

دو صیدافکن به یک جا باز خوردندبه صید یکدگر پرواز کردند

دو تیرانداز چون سرو جوانهز بهر یکدگر کرده نشانه

دو یار از عشق خود مخمور ماندهبه عشق اندر ز یاران دور مانده

یکی را دست شاهی تاج دادهیکی صد تاج را تاراج داده

یکی را سنبل از گل برکشیدهیکی را گرد گل سنبل دمیده

یکی مرغول عنبر بسته بر گوشیکی مشگین‌کمند افکنده بر دوش

یکی از طوق خود مه را شکستهیکی مه را ز غبغب طوق بسته

نظر بر یکدگر چندان نهادندکه آب از چشم یکدیگر گشادند

نه از شیرین جدا می‌گشت پرویزنه از گل‌گون گذر می‌کرد شبدیز

طریق دوستی را ساز جستندز یکدیگر نشان‌ها بازجستند

چو نام هم شنیدند آن دو چالاکفتادند از سر زین بر سر خاک

گذشته ساعتی سر برگرفتندزمین از اشک در گوهر گرفتند

به آیین‌تر بپرسیدند خود رافرو گفتند لَختی نیک و بد را

سخن بسیار بود اندیشه کردندبه کم گفتن صبوری پیشه کردند

هوا را بر زمین چون مرغ بستندچو مرغی بر خدنگ زین نشستند

عنان از هر طرف بر زد سواریپری‌رویی رسید از هر کناری

مه و خورشید را دیدند نازانقران کرده به برج عشق‌بازان

فکنده عشقشان آتش به دل درفرس در زیرشان چون خر به گل در

در ایشان خیره شد هر کس که می‌تاختکه خسرو را ز شیرین باز نشناخت

خبر دادند موری چند پنهانکه این بلقیس گشت و آن سلیمان

ز هر سو لشگری نو می‌رسیدندبه گرد هر دو صف برمی‌کشیدند

چو لشگر جمع شد بر پره کوهزمین بر گاو می‌نالید از انبوه

به خسرو گفت شیرین کاِی خداوندنه من چون من هزارت بنده در بند

ز تاجت آسمان را بهره‌مندیزمین را زیر تخت سربلندی

اگر چه در بسیط هفت کشورجهان خاص جهان‌دار است یک‌سر

بدین نزدیکی از بخشیده شاهوثاقی هست ما را بر گذرگاه

اگر تشریف شه ما را نوازدکمر بندد رهی گردن فرازد

اگر بر فرش موری بگذرد پیلفتد افتاده‌ای را جامه در نیل

ملک گفتا چو مهمان می‌پذیریبه جان آیم اگر جان می‌پذیری

سجود آورد شیرین در سپاسشثناها گفت افزون از قیاسش

دو اسبه پیش بانو کس فرستادز مهمان بردن شاهش خبر داد

مهین‌بانو چو از کار آگهی یافتبر اسباب غرض شاهنشهی یافت

به استقبال شد با نزل و اسبابنثار افشاند بر خورشید و مهتاب

فرود آورد خسرو را به کاخیکه طوبی بود از آن فردوس شاخی

سرایی بر سپهرش سرفرازیدو میدانش فراخی و درازی

فرستادش به دست عذرخواهانچنان نزلی که باشد رسم شاهان

نه چندانش خزینه پیش‌کِش کردکه بتوان در حسابش دست‌خوش کرد

ملک را هر زمان در کار شیرینچو جان شیرین شدی بازار شیرین

Dünya görmüş kişi başladı sözə:

  • O dünya axtaran yetişdi düzə.

Hər yanı gəzərək edirdi şikar,
Şirin oldu orda birdən aşikar.

O gözəllər şahı kənizləriylə
Ovlağa çıxmışdı oynaya-gülə.

Ovçular rast gəldi, ov ova baxdı,
Sanki bir-birini ovlayacaqdı.

Hər ikisi olub eşqdən xumar
Öz yoldaşlarından uzaqlaşdılar.

Cavan sərvə bənzər iki ox atan
Məhəbbət oxuna oldular nişan.

Birinə vermişdi şahlıq əli tac,
O biri etmişdi yüz tacı tarac.

Birində tər güldən çıxmışdı sünbül,
Sünbül içindəydi o birində gül.

Biri ənbər saçı qulağa salmış,
Biri kəməndini çiyninə almış.

Birini ay görsə çəkər xəcalət,
Birinin buxağı qəmərə zinət.

O qədər baxdılar biri-birinə,
Baxışmaqdan doldu yaş gözlərinə.

Nə ayrı düşürdü Şirindən Pərviz,
Nə keçə bilirdi Gülgündən Şəbdiz.

Dostluq binasını burda quraraq,
Onlar bir-birindən tutdular soraq.

Adını bilincə biri-birinin
Düşdülər üstündən onlar yəhərin.

Bir saatdan sonra huşa gəldilər,
Torpağa səpildi göz yaşı - gövhər.

Utana-utana əhval sordular,
Dedilər, yaxşıdan, yamandan nə var.

Söz çoxdu, ehtiyat etdilər, ancaq,
Dedilər: yaxşıdır qısa danışmaq.

Quştək bağladılar göyləri yerə,
Quş kimi qalxdılar birdən yəhərə.

Dörd tərəfdən çapıb gəldi atlılar,
Hər yandan yetişdi nazlı bir nigar.

Gördülər ki, eşqin bürcündə durub,
Canlı günəşlə ay boynunu burub.

Onların sevgisi qəlbə od vurur,
Atlar hərəkətsiz dayanıb durur.

Mat, heyran qaldı hər onları görən,
Çünki ayrılmırdı Xosrov Şirindən.

Bir neçə qarınca söylədi pünhan:
"Biri Bilqeyisdir, biri Süleyman."

Hər tərəfdən gəlib çıxdı qoşunlar,
Səf çəkib durdular hey qatar-qatar.

Elə ki, toplaşdı qoşunlar sıx-sıx,
Yer gavü mahiyə deyirdi: "Yazıq."

Şirin Xosrov şaha dedi: "Hökmdar,
Mənim kimi saysız kənizlərin var.

Tacın yaraşıqdır uca göylərə,
Ucalığı taxtın vermişdir yerə.

Yeddi iqlim boyu bu dünya bütün
Hökmü altındadır şahımın bu gün.

Ancaq bu yaxında bir evimiz var,
Şahın sayəsində qayğıdan kənar.

Şah buyursa ora, məmnun qalarıq,
Onun beli bağlı qulu olarıq.

Qarınca evinə gələrsə bir fil,
Qarınca sevinib, açar şirin dil."

Şah da cavab verdi: "Can qəbul etsən,
Qonağın olaram çox həvəslə mən".

Min təşəkkür etdi şaha o nigar,
Sevincindən axdı gözündən yaşlar.

Əmr etdi: tez getsin, versin bir nəfər
Şahın gəldiyini Banuya xəbər.

Banu olan kimi işdən xəbərdar
Oyandı qəlbində şirin arzular.

Şahın qabağına çıxartdı peşkəş,
Şabaşdan pay aldı həm ay, həm günəş.

Xosrovu düşürdü elə eyvana,
Kiçik bir budaqdı Tuba da ona.

Başı buludlarda bir saraydı bu,
İki meydan qədər eni, həm boyu.

Tapşırıq verərək çox üzrxaha
Göndərdiyi peşkəş layiqdi şaha.

Peşkəş xəznə verdi şaha o qədər,
Sayını nə qələm, nə dil söyləyər.

Şahın ürəyində olduqca Şirin,
Eşqi Şirin kimi olurdu şirin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Хвалебные