شباهنگام کاهوی ختن‌گَردز نافِ مشکِ خود خوَر را رسن کرد

هزار آهوبره لب‌ها پر از شیربر این سبزه شدند آرامگه گیر

مَلِک چون آهو‌یِ نافه‌دریدهعتابِ یارِ آهو‌چشم دیده

ز هر سو قطره‌های برف و بارانشده بارنده چون ابر بهاران

ز هیبت کوه چون گِل می‌گدازیدز برف ارزیز بر دل می‌گدازید

به زیر خسرو از برف درم ریزنقاب نقره بسته خنگ شبدیز

زبانش موی شد وز هیچ روییبه مشگین‌موی در نگرفت مویی

بسی نالید تا رحمت کند یاربه صد فرصت نشد یک نکته بر کار

نفیر‌ش گرچه هر دم تیزتر بودجوابش هر زمان خون‌ریزتر بود

چو پاسی از شب دیجور بگذشتاز آن در شاهِ دل‌رنجور بگذشت

فَرَس می‌راند چون بیمار‌خیز‌انز دیده بر فرس خوناب ریزان

سر از پس مانده می‌شد با دل ریشرهی بی‌خویشتن بگرفته در پیش

نه پای آنکه راند اسب را تیزنه دست آن که بُرّد پای شبدیز

سرشک و آه را ره‌توشه بستهز مروارید بر گُل خوشه بسته

درین حسرت که آوخ گر درین راهپدیدار آمدی یا کوه یا چاه

مگر بودی درنگم را بهانهبماندی رختم این جا جاوادانه

گهی می‌زد ز تندی دست بر دستگهی دستارچه بر دیده می‌بست

چو آمد سوی لشکرگاه نومیددلش می‌سوخت از گرمی چو خورشید

درید ابر سیاه از سبز گلشنبر آمد ماهتابی سخت روشن

شهنشه نوبتی بر چرخ پیوستکنار نوبتی را شقه بر بست

نه از دل در جهان نظاره می‌کردبجای جامه دل را پاره می‌کرد

به آسایش نمودن سر نمی‌داشتسر از زانوی حسرت برنمی‌داشت

ندیم و حاجب و جاندار و دستورهمه رفتند و خسرو ماند و شاپور

به صنعت هر دم آن استاد نقاشبر او نقش طرب بستی که خوش باش

زدی بر آتش سوزان او آببه رویش در بخندیدی چو مهتاب

دلش دادی که شیرین مهربان‌ستبدین تلخی مبین کش در زبان‌ست

اگر شیرین سر پیکار داردرطب دانی که سر با خار دارد

مکن سودا که شیرین خشم ریزدز شیرینی بجز صفرا چه خیزد‌؟

مرنج از گرمیِ شیرینِ رنجورکه شیرینی به گرمی هست مشهور

ملک چون جای، خالی دید از اغیارشکایت کرد با شاپور بسیار

که دیدی تا چه رفت امروز با من‌؟!چه کرد آن شوخِ عالَم‌سوز با من‌؟

چه بی‌شرمی نمود آن ناخدا ترس‌!چو زن گفتی، کجا شرم و کجا ترس‌‌!

کله چون نارون پیشش نهادمبه استغفار چون سرو ایستادم

تبر بر نارون گستاخ می‌زدبه دهره سرو بن را شاخ می‌زد

نه ز‌آن سرما نوازش گرم گشتشنه دل ز‌آن سخت‌رویی نرم گشتش

زبانش سر به‌سر تیر و تبر بودیکایک عذرش از جرمش بتر بود

بلی تیزی نماید یار با یارنه تا این حد که باشد خار با خار

ز تیزی نیز من دارم نشانیمرا در کالبد هم هست جانی

اگر هاروتِ بابِل شد جمالشو گر سحر بابل هندو‌ست خالش

ز بس سردی که چون یخ شد سرشتمفسون هر دو را بر یخ نوشتم

غمش را کز شکیبایی فزون‌ستمن غمخواره می‌دانم که چون‌ست

سرشت طفل بد را دایه داندبد همسایه را همسایه داند

مرا او دشمنی آمد نهانینهفته کین و ظاهر مهربانی

چه خواهش کان نکردم دوش با او‌!نپذرفت و جدا شد هوش با او

سخن‌های خوش از هر رسم و راهیبگفتم سالی و نشنید ماهی

شب آمد روشنایی هم نبخشیدشکست و مومیایی هم نبخشید

اگر چه وصل شیرین بی‌نمک نیستوزو شیرین‌تری زیر فلک نیست

مرا پیوندِ او خواری نیرزدنمک‌خوردن جگرخواری نیرزد

به زیر پای پیلان در شدن پستبه از پیش خسیسان داشتن دست

به آب اندر شدن غرقه چو ماهیاز آن به کز وزغ زنهار خواهی

به ناخن سنگ بر کندن ز کهساربه از حاجت به نزد ناسزاوار

همه کس دُر در آبِ پاک یابدکسی کاو خاک جوید خاک یابد

چرا در سنگ‌ریزه کان کَنم کان‌؟چو بی‌روغن چراغی جان کنم جان‌

چه باید مُلکِ جان دادن به شوخی‌؟که ننشیند کلاغش بر کلوخی

مرا چون من کسی باید بناموسکه باشد همسر طاووس طاووس

نخستین‌، خاک را بوسید شاپورپس آنگه زد بر آتش آبِ کافور

کز این تندی نباید تیز بودنجوانمردی‌ست عذرانگیز بودن

ستیزِ عاشقان چون برق باشدمیان ناز و وحشت فرق باشد

اگر گرمست شیرین، هست معذورکه شیرینی به گرمی هست مشهور

نه شیرین خود همه خرما دهانیندارد لقمه‌ای بی‌استخوانی

گرت سر گردد از صفرای شیرینز سر بیرون مکن سودای شیرین

مگر شیرین از آن صفرا خبر داشت‌؟که چندان سرکه در زیرِ شکر داشت

چو شیرینی و ترشی هست در کاراز این صفرا و سودا دست مگذار

عجب ناید ز خوبان زود سیریچنان که‌ز سگ سگی وز شیر شیری

شَبَه با دُر بود عادت چنین استکلید گنج زرین آهنین است

به جور از نیکوان نتوان بریدنبباید ناز معشوقان کشیدن

همه خوبان چنین باشند بدخویعروسی کی بود بی‌رنگ و بی‌بوی‌؟

کدامین گل بوَد بی‌زحمت خار‌؟کدامین خط بوَد بی‌زخمِ پرگار‌؟

ز خوبان توسنی رسم قدیم‌ستچو مار آبی بود زخمش سلیم‌ست

رهایی خواهی از سیلاب اندوهقدم بر جای باید بود چون کوه

گر از هر باد چون کاهی بلرزیاگر کوهی شوی کاهی نیرزی

به ار کامت به ناکامی برآیدکه بوی عنبر از خامی برآید

بر آن مه ترکتازی کرد نتوانکه بر مه دست‌یازی کرد نتوان

زن‌ست آخر در اندر بند و مشتابکه از روزن فرود آید چو مهتاب

مگر ماه و زن از یک فن در آیند؟که چون دربندی از روزن در آیند

چه پنداری که او زین غصه دور‌ست‌؟نه دورست او ولی دانم صبور‌ست

گر از کوه جفا سنگی در افتدترا بر سایه او را بر سر افتد

و گر خاری ز وحشت حاصل آیدترا بر دامن او را بر دل آید

یک امشب ار صبوری کرد بایدشب آبستن بود تا خود چه زاید

ندارد جاودان طالع یکی خوینمانَد آب دایم در یکی جوی

همه ساله نباشد کامکار‌یگهی باشد عزیزی گاه خواری

به هر نازی که بر دولت کند بختنباید دولتی را داشتن سخت

کجا پرگار گردش‌ساز گرددبه گردش‌گاهِ اول باز گردد

هر آن رایض که او توسن کند رامکند آهستگی با کُرّه خام

به صبرش عاقبت جایی رسانَدکه بر وی هرکه را خواهد نشانَد

به صبر از بند گردد مرد رَستهکه صبر آمد کلید کارِ بسته

گشاید بند چون دشوار گرددبخندد صبح‌، چون شبْ تار گردد

امید‌م هست کاین سختی سرآیدمراد شه بدین زودی برآید

بدین وعده ملک را شاد می‌کردخرابی را به رفق آباد می‌کرد

ز دولت بر رخ شه خال می‌زدچو اختر می‌گذشت او فال می‌زد

Elə ki, Xütəni dolaşdı ceyran,Müşk göbəyindən düzəltdi qaytan.

Dodağı südlü min körpə ceyranlar,O yaşıl çəməndə tutdular qərar.

Yaralı ceyrantək şah dayanmışdı,Ceyran gözlü yarı acıqlanmışdı.

Yaz buludu kimi hava ağırdı,Hər yandan qar gəlir, yağış yağırdı.

Qarın heybətindən dağlar çökürdü,Soyuq ürəklərə qalay tökürdü.

Gümüş kimi yağan qar lopasındanÜstü gümüş oldu Şəbdizin haman.

Şah nə qədər deyib, tökdüsə tədbir,O müşkin saçlıya etmədi təsir.

Çox nalə eylədi rəhm edə Şirin,Faydası olmadı bu nalələrin.

Şah öz hiddətini artıran zamanŞirinin cavabı deyirdi qan-qan.

Qaranlıq gecədən keçdi bir qədər,Şah qayıtdı ordan qəlbində kədər.

Xəstə adam kimi atı sürürdü,Gözlərindən qanlı yaş süzülürdü.

Qəlbi yaralıydı, gözü nigaran,Taqətsiz adamtək gedirdi yoldan.

Nə atı sürməyə ayağı vardı,Nə əli Şəbdizə qamçı çalardı.

Yola nisar etdi axan yaşları,Gül üzündə vardı saysız mirvarı.

"Nə olar, - deyirdi o sinəsi dağ, -Qarşıma çıxaydı ya quyu, ya dağ.

Ləngidəydi onlar yolumdan məni,Atıb getməyəydim mən bu məskəni."

Hirsindən ovurdu əlini bəzən,Bəzən yaş silirdi nəm gözlərindən.

Qərargaha gəldi Xosrov ümidsiz,Odtək yandırırdı qəlbini bir hiss.

Ay yarıb buludu göydə göründü,Bir anda hər tərəf nura büründü.

Şah fələktək uca çadıra çatdı,Çadırın ucunu yuxarı atdı.

Görünmür gözünə dünya bu gecə,Beynini didirdi acı düşüncə.

Rahatlıq etməyə yoxdu heç meyli,Qalmışdı dizində başı əyili.

Getdi nədim, vəzir, çadır boşaldı,Axırda bir Şapur, bir Xosrov qaldı.

Fərəhlənsin deyə şah, yavaş-yavaşNaxışlar çəkirdi o usta nəqqaş.

Yanar atəşinə çiləyirdi su,Gülürdü ki, getsin şahın qayğısı.

Deyirdi ki: "Şirin çox mehribandır,Acısı dildədir, hirsi yalandır."

Xosrov görəndə ki, Şapurla təkdir,Dərdlərini açıb söylədi bir-bir:

"Gördün ki, başıma nə gəldi bu gün?Rüsvay etdi məni o afət bütün.

O allahdan qorxmaz nə oyun qurdu,Nə həya bilirdi, nə də qorxurdu.

Narvəntək papağı qoydum qabağa,Sərvtək dayandım qalxıb ayağa.

Baltanı qaldırdı, narvənə vurdu,Sərvin budağını dəhrəylə qırdı.

Nə qızdıra bildim könlünü özüm,Nə yumşalda bildi qəlbini sözüm.

Dili iti xəncər, sivri bir oxdu,Onun günahları üzründən çoxdu.

Doğrudur, yar yara əziyyət verər,Acı tikan kimi sancmaz bu qədər.

Əziyyət verməyi bilirəm mən də,Mənim də canım var incik bədəndə.

Babil Harutusa onun camalı,Hindu cadugərsə o qara xalı.

Şirinin işləri soyutdu məni,Atdım o əfsunu, o əfsanəni.

Təhəmmülə sığmaz onun qəmləri,Çəkmişəm, bilirəm bu ələmləri.

Uşaq qılığını dayəsi bilər,Qonşunun pisliyin qonşusu bilər.

O, mənə olmuşdur bir gizli düşmən,Gizlində kin bəslər, üzdə mehriban.

Dünən xahiş etdim mən o ki, vardı,"Yox" dedi, huşumu alıb apardı.

Hər nə sözüm vardı tökdüm dil, dedim.Bir ay eşitmədi, mən bir il dedim.

Qaranlıq düşəndən nur göstərmədi.Belimi sındırdı, sarğı vermədi.

Doğrudur, vüsalı xoşdur, şirindir,Dünyada ən şirin yenə Şirindir.

Lakin bu xarlığa dəyməz vüsalı,Qəm yeməyə dəyməz onun xəyalı.

Fil keçsin üstündən tapdalayaraq,Xəsis adamlara əl açma ancaq.

Aman istəyincə qurbağalardan,Yaxşıdır balıqtək tez qərq olasan.

Duru suda hər kəs dürr tapar, ancaqTorpağı axtaran torpaq tapacaq.

Xırda daşdan ötrü nə mədən qazım,Yağsız çıraq kimi sönmək nə lazım?

Bir kəsək üstünə quşu qonmayanBir canana uymaq əbəsdir, inan!

Namuslu yar olsun, - hər dərddən halı,Tovuzun yoldaşı tovuz olmalı."

Şapur yeri öpdü, dil açdı yenə,Kafur suyu tökdü odun üstünə:

Dedi: "O tünddürsə, sən ol bir ipək,Şahım, güzəşt etsin mərd adam gərək.

Aşiqlər qovğası şimşəktək olar,Naz ilə vəhşətin təfavütü var.

Üzrü var, istisə Şirin bu qədər,Məşhurdur ki, şirni hərarət verər.

Bu tək Şirin deyil, heç tənə vurma.Tumsuz olarmı heç, bir düşün, xurma?

Şirinin sözündən hərlənsə başın,Atma sevdasını o qələmqaşın.

Şirin bu səfranı özü duymuşdu,O qəndin altına sirkə qoymuşdu.

Şirinlik, turşuluq varkən dünyada,Nəyinə lazımdır səfra və sevda?

Gözəllər tez doysa, demə bu pisdir,İt gərək it olsun, şir də gərək şir.

Gözəllər nazından incimək olmaz,Adətdir, məşuqə eyləyəcək naz.

Bütün gözəllərdə vardır bu adət,Gəlin rəngsiz, iysiz görünməz, əlbət.

Hansı gül çəkməmiş əziyyət xardan?Hansı xətt almamış yara pərgardan?

Sərkəşlik gözələ olmuşdur adət,Su ilanı sancan qalar səlamət.

Nicat tapmaq üçün qəm sellərindən,Möhkəm dur dağ kimi öz yerində sən.

Yarpaqtək oynasa küləkdə hər kəs,Bir dağ olsa belə, samana dəyməz.

Bəxtiyardır sonda kama yetənlər,Xam olduqca yaxşı qoxuyar ənbər.

Şirinə nə rəva hücum edilsin,Aya əl uzatmaq çətindir, çətin.

Axı qadındır o, qapını vursan,Pəncərədən gələr mehtabtək, inan!

Qadında və ayda adətdir, əgər,Qapını bağlasan, bacadan düşər.

Nə bilirsən Şirin qəmdən uzaqdır?Yox, yox, uzaq deyil, səbrə qoçaqdır.

Cəfa dağından bir daş düşsə əgər,Səndən keçər, onun başına dəyər.

Vəhşətin tikanı sancılar yenəSənin ətəyinə, onun qəlbinə.

Bu gecə səbr elə, olma biqərar,Gecə hamilədir, görək nə doğar?

Bir qaydada qalmaz tale hər zaman,Su çağlayıb getməz daim bir arxdan.

İl boyu kamiyab olmaz insanlar,Bəzən əziz olar, bəzən xar olar.

Bəxt öz sahibinə eyləsə çox naz,Onun əzabından çəkinmək olmaz.

Pərgar hansı səmtə dolansa əgər,Fırlanıb-fırlanıb yerinə dönər.

Xam ürgə öyrədən yumşaq davranar,Mülayimlik sevər çox harın atlar.

O yerə çatdırar səbir insanı, -Nə zaman istəsə minər qulanı.

Səbr etməklə kişi zindandan çıxar,Səbr ilə açılar bağlı qapılar.

İş çətinə düşsə səbr açar bağı.Gecə dalında var sübhün çırağı.

Bu çətinlik keçər, mən ümidvaram,Yetib istəyinə, şah olar aram."

Şahım bu vədəylə eləyirdi şad,Xərabə bir könlü edirdi abad.

Uğurlu fal açdı taxtına şahın,Doğsun bəxt ulduzu baxtına şahın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов