Bu gün...
İran parlamanı açılan gün vəliəhd nitq söylədikdə göstərmişdir ki, İranda hər şey öz yerindədir.
İranda bu gün hökm sürür sülh-səlamət
Başdan tükü tərpənməz əgər qopsa qiyamət.
Dövlətlər ilən sazlamışıq yaxşı əlaqə
Heç bir kəs ilən bizdə səbəb yoxdu nifaqə
Zəhmət çəkərək milləti qaldırdıq ayağa
Bəsrə yolu Londondan edər xalq ticarət
İranlıya bir parça çörək olsa kifayət.
Şahənşahi-İran açıb hər ölkədə məktəb
Kəndisitək iranlı olub işə müəddəb
Həll olmayaraq qalmış isə bir para mətləb
Rəqqasəliyə kurs açılır bizdə bu saat
Şahın özü də bundan ötrü qıldı siyahət.
Hazırca dəmir yolda gəzir milləti-İran
Təşkil olub atdan, dəvədən bir neçə karvan.
Kurslarda gedib dərs oxuyur çoxlu şuturban;
Eşşək minərək millətimiz olmada rahət,
Yollarda zühur eyləməmiş bir kərə qarət.
Asudə vətən sazlamışıq qeyrətimizdən
Millət yatır asudə bizim dövlətimizdən
Vursan da qapaz səs çıxamaz millətimizdən
Aqil kişiyiz eyləmişik yatmağa adət
Azadəyiz hər işdə parlamana nə hacət
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-bu-gun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Bu gün bizi Abdulla xan qonaq çağırmışdı. Abdulla xan, xüsusən qafqazlılara çox hörmət bəsləyirdi. O, keçmişdə böyük mülkədar idi. O, inqilabın qələbəsindən nicat gözləyirdi. Böyük və varlı düşmənlərinə inqilabın qələbəsi ilə qələbə çalacağını düşünürdü. Əlindən alınan kəndləri geri qaytaracağına ümid bəsləyirdi. Məni neçə kərə qonaq çağırmışdı. Neçə kərə mənzilimə də gəlmişdi. Bu dəfə başqa qonağı olmadığını söylədiyindən Ninanı da özümlə bərabər aparmağı qərara aldım.Bizi evinə aparmaq üçün Abdulla xanın özü gəlmişdi.
Nina və Səttar xanın qadınlarıNina çoxdan bəri Səttar xanın ailə həyatı ilə tanış olmaq istəyirdi. Lakin buna imkan yox idi, çünki onun konsul Millerin evində xidmət etməsi Səttar xanın evinə getməsinə müsaidə vermirdi. O bu ziyarətin konsul ailəsində şübhə oyadacağından qorxurdu. Bu kimi maneələr olmasaydı, Nina hər gün Səttar xanın evinə gedib tanış ola bilərdi. Aprel ayının əvvəllərindən «Russkoye slovo» qəzeti müxbiri Tardovun öz qadını ilə Təbrizə gəlməsi və onların Səttar xanın ziyarətinə getmək istəməsi, Ninanın çoxdan bəri daşıdığı məqsədin həyata keçməsinə imkan yaratdı.Səttar xan rus qəzetləri müxbirlərini Təbrizə buraxmırdı. Bir neçə gün bundan əvvəl Təbrizə gəlmiş «Novoye vremya» qəzetinin müxbirini şəhərə girməyə belə qoymadı. Konsulxana üzvləri bunu Səttar xana təqdim etmək istədisə də biz onun «Xuliqan» qəzetinin müxbiri olduğunu Səttar xana isbat edib Acı körpüsündən geri qayıtmasına səbəb olduq.
Yeni hücumlarQaradağlıların hücumu başlanmışdı. Dəvəçi məhəlləsindən hücum edən dəstələr Mirzə Cavad küçəsindən keçib İnqilab Şurasının üzərinə yürüyürdülər.İnqilab Şurasının xəbəri olmadan Səttar xanın məsləhət görənlərindən Hacı İsmayıl əhaliyə belə bir elan buraxmışdı:
Həsənağanın toyuToy Həsənağanın biz qonaq getdiyimiz atalıq evində idi. Mən kişilər olan məclisə, Nina isə qadınlar olan evə girdi. Musiqi dəstəsi vardı. Onlar gah qadınlar, gah da kişilərin məclisində çalırdı. Otaqdakılar 40 yaşından aşağı olan adamlardı. Başqa toylar kimi aralıqda şərab-filan da yox idi. Amma kefli adamlara çox tez-tez təsadüf edirdim. Axırda bunların bir-bir çıxıb bayırda içib gəldikləri məlum oldu.Gəlinin arxasınca gedənlər qayıtmışdı. Musiqi çalınır, fişəng və tüfəng atılırdı.
Стихи других поэтов · Сатира
Qoy bir azacıq rahət ola canım, a Şeypur!Çalma mən ölüm, partladı vücudanım, a Şeypur!
Bərdə xərabələriO viladə bir mehriban görmədim,Gəlmişəm indi də mehriban gəzim;
Ədəbiyyat (“Kəlniyət”! Al bircə qələmdən, kağız)“Kəlniyət!” Al bircə qələmdan, kağız,Tezlik ilə jurnala bu vəzni yaz,
Millətinin halı pərişan olaMillətinin halı pərİşan ola,Hor bir işi nifrətə şayan ola,