Qarət başlandı
Страница 2 из 3 · 33%
– Nədən qorxursan, Nina xanım?1 Qorxma, hələ Məşədi Kazım ölməmişdir! Biz bu papağı başımıza isti-soyuqdan ötrü qoymamışıq, sizin başınızdan bir tük əskik olsa, Təbrizi dağıdaram!
Məşədi Kazımın xoruzlanmasından ən əvvəl arvadı, gəlinləri, sonra da Nina güldü, çünki onun qorxaqlığını hamı bilirdi.
Ninanın dili açıldı, o da danışaraq məni tənqid etdi:
– Yüz kərə sənə dedim ki, gəl buradan gedək, qulaq asmadın. De görüm axı bizim burada nə işimiz var idi? Biz bütün ömrümüzü İrandamı keçirməliyik? Hərgah müharibəni sevirdinsə, Rusiyada çar hökumətinə qarşı mübarizə aparanlara qoşula bilməzdinmi?
Məşədi Kazım ağa arada ixtilaf çıxacağından qorxurdu, o aralığa başqa söhbət atmağa çalışırdı.
– Həyətə girmək istəyən kürdləri özüm tutub baş-başa vurmaq istəyirdim. Amma Həsənağa qoçaq mənə macal vermədi, – dedikdə yenə də evdəkilər güldü. Həsənağa isə:
– Mən bu fikrin sizin ürəyinizdən olduğunu o saatda hiss etdim, hətta bu fikrin sizdə olduğunu əllərinizin və bütün bədəninizin titrəməsi də göstərirdi, nə edəydim, bu fikir məndə də var idi, bunun üçün də sizə macal vermədim.
Bu sözə Həsənağanın bacıları və onların ərləri daha artıq güldülər. Ninanın rəngi dəyişdi, o, bütün ailənin bir yerə yığıldığını gördüyü üçün də özündəki həyəcanları unutdu. Mən onun sakit olduğunu görəndən sonra:
– Mənim qorxmaz və yorulmaz dostum! – dedim. - Burada aparılan mübarizə daha mühüm bir mübarizədir. Bizim Rusiyadakı Beşinci il inqilabı bütün Asiyada bir inqilab hərəkatı yaratmışdır, biz həmin inqilabın böyüməsi və kütlələrin öz istismarçılarına qarşı qaldırılması uğrunda başladığımız mübarizəni davam etdirməliyik. Mənə cavab ver! İşi yarımçıq qoyub getmək yarardımı?
Nina çox fikirdən sonra yavaşdan dedi:
– Xeyr, yaramazdıl
Məşədi Kazım ağanın böyük salonunda əlli nəfər üçün nahar süfrəsi açılmışdı. Camaat hələ süfrə başına getmədən qapı vuruldu. Tütünçüoğlu qapıya getdi, bir azdan qayıdıb yenə də bir nəfər zabitlə dörd nəfər əsgərin gəldiyini, Helmi bəydən məktub gətirdiklərini və məktubu şəxsən mənim özümə vermək istədiklərini söylədi.
İçəri girmələrinə icazə verdim. Azdan sonra gələn əsgərlər həyətdə durdu, zabit əlində məktub otağa girdi. O, hərbi vəziyyət alaraq, əlini qulağına qaldırdı, ayaqlarını qoşalaşdırıb, məktubu mənə uzatdı və:
– Komandan paşa həzrətləri göndərmişdir! – deyərək, dönüb getdi.
Məktubun məzmunu vaxtilə Mirzağa Büllurinin mənə dediyi sözlərin məzmunundan ibarət idi. Onların heç bir şey fikrində deyildi, ancaq Təbrizdə azad hərəkət imkanı əldə etməyə çalışırdılar. Məktubda buna dair uzun cümlələr var idi. Şübhəsizdir ki, bu məktubu Helmi yox, Mirzağa Bülluri və Hüseyn Fişəngçi yazmışdı.
dHörmətli Əbülhəsənbəyl
Xəlifeyi-ruyi-zəminin sayiyi-mərhəməti-vayəsi, dini-mübiniislamın təyidati-rəbbaniyyəsi nəticəsində kəndimizin bir ovuc qüvvəti ilə Moskovunl qocaman bir qüvvətini məğlub etdik. Məəltəəssüf, islamın nicat və səadəti üçün kəndi varlığını qurban vermək üçün gələn ordumuz Təbriz islamları tərəfindən bir islam kimi qarşılanmadı, biləks məhəmmədciklərimiz döyüldü və təhqir edildi.
Xəlifə ordusu üçün əhalidən nəqliyyat vasitələri toplanıldığı zaman sizin adamlarınız da məhəmmədciklərdən dörd nəfərini döyüb, tərk-silah etmişlər. Bu cinayətdə sizin özünüz də iştirak eləmişsiniz. Bu hadisəni təhqiq etmək üçün gələn mülazim-əvvəl Qədri bəy də məiyyəti ilə bərabər təhqir olunmuş və tərəfinizdən tərk-silah edilmişdir.
İslam və ordu şərəfinə toxunan bu namussuzluğu təsviyə etmək üçün cinayətdə iştirak edənləri divani-hərbə vermək qərarını çıxarmışıq. Onları öz əlinizlə tutub hərbi səhra məhkəməsinin ixtiyarına veməyinizi əmr edirəm! Əliniz altında olan silahlı fəsadçı qüvvətləri tərk-silah etmək, silahları isə ordu nümayəndələrinə təslim vermək üçün sizə 24 saat vaxt verirəm.
Müəyyən edilən saatlar içərisində yuxarıdakı tələblərə əməl olunmazsa, hərəkətiniz xəlifə ordusuna qarşı təcavüz hesab edildiyi üçün özünüz hərbi səhra məhkəməsi tərəfindən edam ediləcək, əmlakınız müsadirə olunacaqdır.
Helmi».
Otaqdakılar məktubun məzmunu ilə çox maraqlanırdı, mən onun qısa məzmununu onlara söylədim. Onun bu təhdidləri həyata keçirmək üçün qüvvəsiz olduğunu da əlavə etdim.
Helmi bəy Hacı Mirzağa Bülluri tərəfindən özünə verilən vədlərə inanır və Azərbaycan xanlarının bu qüvvəyə qoşulacağını gözləyirdi. Lakin bu xəyal baş tutmayacaqdı.
Otaqdakılar qorxu hiss etmədən süfrə başına keçdilər. Ələkbər yoldaş Ninanın bir tərəfində, Məşədi Kazım ağa isə o biri tərəfində oturub danışır, gülür və onu məşğul edirdilər. Süfrə başında oturan əlli nəfərin hər birisi bir cür söhbət edir, başqa bir sərgüzəştdən danışırdı.
Yemək bitdi. Hər kəs oturub baxırdı. Mən onlara müraciətlə:
– İndi durub gedib rahat olun, mən də Helminin məktubuna cavab yazacağam, – dedikdə hamıdan qabaq Nina ilə Təhminə xanim Məcidlə bərabər qalxıb getdilər, mən də öz yazı otağıma qayıdıb Helminin bir yığın təhdiddən ibarət olan məktubuna cavab yazmaq üçün düşünməyə başladım. Mən öz cavabımda onun təhdidlərinin əsassız və bizə atdığı töhmətlərin uydurma olduğunu göstərməli idim.Bu məktub onlarla bizim aramızda baş verən ixtilafa son qoymalı idi, onlar bir kərə bizim onlara təslim olmayacağımızı bu cavabdan anlamalı idilər.
Məktubu yazıb inqilab komitəsinin iclasında müzakirəyə qoydum, yoldaşlar çox razı qaldılar, artırıb əskildəndən sonra Helmi bəyə belə bir cavab göndərdik:
eMöhtərəm Helmi bəy!
Lütfən göndərdiyiniz məktubu aldım, məktubun məzmununa təəccüb etdim. Zənnimə görə, bu məktub başqasına göndərilməli ikən, bir səhv olaraq, mənə göndərilmişdir, çünki biz heç bir vaxt xəlifə ordusunun qalib gəlməsi üçün maneə törətməmişik. Mən şəxsən hazırkı hadisələrdən çox kənardayam. Bunu Hacı Mirzağa Bülluriyə də birinci gündə demişəm. Mən heç bir firqəyə də mənsub deyiləm, çünki ticarət adamıyam, siyasi işlərlə o qədər tanış deyiləm. Mənim neçə ildən bəri Təbrizdə yaşadığımı və heç bir siyasi işə qarışmadığımı hazırkı Azərbaycan valisi, daha açığı sizin sərəncamınızda olan sərdar Rəşiddən xəbər ala bilərsiniz.
Təbriz xalqının sizi lazımınca qəbul və istiqbal etmədiyinə gəldikdə, burada məni töhmətləndirməyə haqlı deyilsiniz. Bu sizin nicat? verməyə gəldiyiniz xalqa qarşı aldığınız fəna hərəkətlərlə əlaqədardır. Hələ siz Təbrizə gəlmədən əvvəl Savucbulaq, Miyanda» və Marağa şəhərlərinin qarət olunması, sizin «nicatə dediyiniz kəlmənin mənasını lazımi qədər Təbriz xalqına izah etdi.
İndi bir az da sizin adamlarınızın döyülməsi və tərk-silah edilməsindən danışaq.
Sizin adamlarınız bir dövlət ordusunun nəfərləri kimi yox, bir nizami əsgər kimi də yox, dörd nəfər qarətçi və fəsadçı kimi döyülmüşvə tərk-silah edilmişlər, çünki nizami ordu nəfəri heç bir əmrnamə olmadan və əsgəri komisyonun elan etdiyi qərar meydanda olmadan xalqın tövləsinə girib atını, faytonunu çəkib aparmaz. Zabitin təhqir edilməsinə də belə bir mənanı verə bilərsiniz. Evlərdən qadın çəkib aparan və mədəni əsrə yaraşmayan hərəkətlərə imkan verənlər hər kəs olursa-olsun cəzalandırılmalıdır. Biz isə yalnız onları tərk-silah etməklə kifayətlənmişik. Hərgah bu kimi hadisələr davam edərsə, biz həmin «əzanın şəklini dəyişdirəcək, onları başqa cür cəzalandıracağıq. Bizim əlimizin altında olan silahlı fəsadçılarınə tərk-silah edilməsi haqqındakı tələbinizə gəldikdə, aşağıdakı sözləri deməyə məcburam:
Bizim əlimizin altında fəsadçı və silahlı qüvvələr yoxdur, hərgah belələri varsa, onlar da fəsadçı deyillər, onlar öz namusunu hər bir uyğunsuz ehtimala qarşı müdafiə etməyə hazır olan yerli xalqdan ibarətdir. Hərgah belələri varsa, onlar uzun illərdən bəri çar istilasına və İran şahının üsuli-idarəsinə qarşı silahlı mübarizə edənlərdir, onlar inqilabçı təbrizlilərdir. Hərgah sizin qaba hərəkətiniz davam edərsə, onlar öz silahını sizə qarşı da çevirə bilər.
Xəlifə ordusuna xəyanət barəsində yazdığınız cümlələrə cavab olaraq bunu deyə bilərəm:
Siz heç vaxt bu adla müvəffəqiyyət qazana bilməyəcəksiniz, çünki sizin başınızda gələn dəstədə namuslu və mədəni bir ordu siması yoxdur, bunu özünüz də bilirsiniz.
Edam məsələsinə gəldikdə, bu təhdid cavaba layiq deyilsə də, yenə bir neçə söz yazmaq istərdim: siz Novça, Savucbulaq, Süleymaniyyə və Kərkük qarətçilərinə arxalanaraq heç vaxt inqilabçı Təbrizi özünüzə təslim etdirə bilməzsiniz! Onların gücü ilə heç bir kəsi də edam etdirə bilməzsiniz. Bir daha təkrar olunmamaq şərti ilə adamlarınızı göndərib tərk-silah olunan kürdlərin silahlarını apara bilərsiniz.
Əbülhəsənbəy.
20 dekabr 1914”.
Axşam saat 7-də iclas çağırmışdıq. İclasın gündəlik müzakirəsində yalnız bircə məsələ dururdu ki, o da sərdar Rəşidin ikiüzlü siyasət aparması məsələsindən ibarət idi. Sərdar Rəşid Təbrizdə rus təbəəsini və erməniləri qarət etdirmək üçün Helminin və Mirzağa Büllurinin tədbirlərini həyata keçirməyə və Təbriz xalqını da bu xəyanətdə iştirak etdirməyə hazırlanırdı.
Bu olduqca böyük bir xəyanət idi. Bunun nəticəsində yenə də Təbriz xalqı çar hökumətinin intiqamı qarşısında qala bilərdi. Buna görə də çağırdığımız iclas sərdar Rəşidə xəbərdarlıq məktubu göndərmək üçün idi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-qaret-baslandi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Helmi və İbrahim Fovzi öz dəstələrinin qalib gələ bilməyəcəyini lazımınca təyin eləmişdi, çünki bir alay qüvvətində də olmayan bu dəstə Rusiyanın güclü qoşun hissələri ilə deyil, Araz çayı kənarındakı sərhəd qarovulları ilə də qarşı-qarşıya gələ bilməzdi. Lakin bunlar Türkiyə ərkani-hərbinin qərarını həyata keçirməli idi. Tam bu günlərdə Ənvər paşa Sarıqamış və Kars üzərinə hücuma başlamışdı. Helminin dəstəsi İran və Aleksandropol dəmir yollarını işğal etməklə rusların arxasını təhdid edəcək və Ənvər paşanın Kars tərəflərini əldə etmək hərəkətini asanlaşdıracaqdı. Bu səbəbdəndir ki, Helmi Təbrizdə özünə verilən nəsihətləri və göstərilən həqiqətləri qəbul edə bilmədi, o, min nəfərlik bir dəstəni məhv etsə belə, 30 dərəcə soyuqda Sarıqamışa hücum edən Ehsan paşa qol ordusunun hərəkətinə yardım göstərməli idi. Helminin ərkan-hərbi Sofyanda idi. Onun dəstəsi isə Sofyanın şimalında və şimal-şərqindəki möhkəm mövqelərdə yerləşdirilmişdi.Helminin gecə ikən Təbrizi buraxması və orada heç olmazsa yüz nəfərlik bir qarnizon qoymaması özlərinin gələcəkdə Təbrizə girəcəklərindən ümidlərini kəsdiklərini göstərirdi, onlar pozulub çəkiləcəklərini Təbrizdən hərəkət etməzdən əvvəl bilirdilər.
İntihar ərəfəsindəBirdən-birə yadıma düşdü. Miss Hannanın nə vəziyyətdə olduğundan xəbərim yox idi. Şübhəsizdir ki, o, osmanlılarla bərabər çəkilib gedə bilməyəcəkdi, çünki onlar çəkilərkən Təbrizə girə bilmədilər. Miss Hannanın özü də Helmi ilə bərabər getmək istəmirdi, o, «Təbrizdə məhv olmaqdan qorxmuram, lakin osmanlılara qoşulub getməkdən qorxuram? demişdi.Mən miss Hamnanı, rus qoşununun qabaq dəstələri şəhərə girdiyi zaman xatırladım. Şeşgilandan gəlirdim, yolum onun qapısından düşəcək idi. Onunla görüşməyi və vəziyyətini yoxlamağı düşünürdüm. Mən onun qapısının qabağına gəlirkən xidmətçisi kiçik təbrizli oğlan məni görər-görməz dəhşətli bir surətdə:
Çar konsulu gəlirÇar təbəələri və çar himayəsində olanların qapılarında çar bayrağının yellənməsi konsulun Təbrizə daxil olmasını bildirirdi. Bunu yalnız bayraqlardan deyil, hər şeydən görmək mümkün idi. Dərvişlərin qəsidələri, dilənçilərin duaları, korların sızıltısı, mərsiyəxanların mərsiyəsi, müctəhidlərin moizəsi də deyirdi ki, imperatorun konsulxanası açıqdır.Səhər tezdən çar və onun ailəsinin şəkillərini satan Məşədi Məmmədəli dükanını açıb şəkillərin üzünü silir və bir-bir düzüb müştəri səsləyirdi.
Friksonun evindəGecə saat 11-də şiddətli qar yağırdı. Küçələrdən camaat evlərinə çəkildiyi vaxt mən də Həsənağa və Tütünçüoğlunu götürüb Amerika konsulxanasına yola düşdüm. Qapını vurduq, sanki qapının dalısında adam durub bizi gözləyirmiş, bir saniyə içində qapını açıb bizi içəriyə buraxdılar. Qışın soyuğuna baxmayaraq, Frikson başı açıq balkonda gəzir və bizim intizarımızı çəkirdi.Biz balkona çıxdıq, balkonda Həsənağa və Tütünçüoğluna muraciətlə: