Страница 5 из 5 · 80%

Sən bu parçaları eşidəndən sonra vətənimizdə nə qədər qəhrəman qadınlar yetişdirdiyini görəcəksən. Təəssüf olsun ki, sonralar Nüşabə kimi bir qız yetişməmişdir. Mən arzu edərdim ki, o kimi qəhrəman bir qadını kitab vərəqləyəndə deyil, həyatda görə biləydim.

– Nüşabə kimdir?

– Nüşabə vaxtilə Bərdə şəhərində padşahlıq edən bir qız idi.

– Hansı Bərdə?.. Haman o xərabə Bərdəmi?

– Haman Bərdə. Makedoniyalı İskəndərlə görüşən o qəhrəman qızın barəsində böyük şair qiymətli bir dastan yazmışdır. Hazırda onu oxuyuram. Gözəl Təliə, kişilər İskəndər olmağı bacarmırsa da, qızlar Nüşabə olmağa çalışmalıdır.

Vəliəhd bu sözlərdən sonra “Şərəfnamə”dən bir neçə dastan oxudu. Söhbət nahar vaxtına qədər uzandı, yenə Təliə adəti üzrə durub getməyə hazırlanarkən, vəliəhd:

– Burada nahar etməlisən, – deyərək, Taliənin getməsinə mane oldu. Nahar yedikləri zaman şərbət gətirdilər. Piyalələr hələ içilməmişdi. Təliə yenə də tərəddüd göstərir və titrəyirdi, yenə də qəlbində:

“Öldürümmü? Öldürməyəmmi?” – deyərək fikirləşirdi.

Nəhayət, qoynundakı şüşəni çıxartdı, onun içindəki zəhərdən bir neçə damcı şərbətin içinə töküb vəliəhdin yanına qoydu. Lakin bu işi olduqca ehtiyatsız həyata keçirdi, əlləri titrədi, özünü şaşırdı, bacarmadı, buna görə də vəliəhd şərbətin içinə nə isə töküldüyünü hiss edərək özünü aldırmadı. Şərbət piyalələri yerdə dururdu, Təliə isə gözünü vəliəhdin qarşısında duran piyaləyə tikərək qorxur, titrəyirdi. Onu vicdanı rahatsız edirdi. O bu işdən yenə də peşman olmuşdu. O öz sevdiyi bir zatın bir neçə dəqiqədən sonra məhv ediləcəyini düşünür və çıldırmaq dərəcəsinə gəlirdi. Təliə öz-özünə söyür və deyirdi:

“Mən nə qədər alçaq və cani bir qız oldum. Mən bu günahsızı nə üçün məhv edirəm? Mən nə üçün özümü sevən bir gənci həyatdan ayırım?”

Vəliəhd həm qıza, həm də yerdəki piyaləyə baxırdı. O artıq şübhələnirdi. Sirrin üzərindən pərdəni götürmək üçün Təliəyə müraciət etdi:

– Gözəl mələyim, mən bu piyalə şərbəti sənin sağlığına içməliyəm, – deyərək, piyaləni qaldırarkən Təliə piyaləni onun qarşısından qaparaq:

– Yox, yox!.. O piyaləni mən özüm içməliyəm. O piyalə ancaq mənim üçündür, – dedi və piyaləni dodaqlarına uzadıb içərkən vəliəhd onun əlindən tutub:

– Dayan, məsum qız, dayan! – dedi və piyaləni ondan aldı.

Lakin, zəhər Təliənin nazik dodaqlarını yandırmışdı. Bir anda vəliəhd sarayında bir qiyamət bərpa oldu. Saray xalqı bir-birinə dəydi. Həkim hazır idi, Qətibə vəliəhdin zəhərləndiyini təsdiq etdirmək və cariyə Hüsniyənin ona zəhər verdiyini isbat edib edamına əmr vermək üçün çoxdan bəri həkimi hazır etdirmişdi.

Qətibə vəliəhd sarayında hadisə baş verdiyini eşidərkən sevindi, Təliənin tapşırığı həyata keçirməsini zənn etdi.

Həkim Təliəyə yardım verdi. Təliə özünə gəldi və vəliəhdi öz başı üstündə görüb şikayətedici bir vəziyyətlə dedi:

– Nə üçün mənə rəhm etmədin? Nə üçün mənim əbədi rahatlığıma mane oldun? Nə üçün mənim azadlığımı aldın? – deyərək ağlarkən vəliəhd də onun saçlarını sığallayaraq yavaşdan dedi:

– Ağlama, məsələ mənim üçün aydındır. Mən sənə bir neçə dəfə demişdim ki, insanlara mündərəcəni verən mühitdir. İnsan onu cinayət və xəyanətlərə məcbur edən mühitdən ayrılmalıdır.

Təliə ağlayaraq:

– Mən ayrılmaq istəyirdim, mən o mühiti birdəfəlik atırdım, lakin sən mane oldun. Mən özümü təhqirlərdən və təhqiredici mühitdən ayırmaq üçün ölümü intixab etmişdim. Çünki mənim başqa bir mühitdə yerim yoxdur? Doğma bacım məni bu cinayətə məcbur edərkən başqalarından nə gözləyə bilərəm? Mən bir cani və xain olmaq istəmədim. Lakin bunsuz da o mənə həyat və yaşayış verməyəcəkdir. O məni həyatın ən dəhşətli və qorxulu şeyləri ilə qorxudur. Onu görmək və onun sözlərini eşitməmək üçün ölümün qucağına gülə-gülə gedirdim.

Vəliəhd onun saçlarını oxşayaraq:

– Mühiti ölümlə dəyişmək acizlikdir, – dedi. – Sənin rahatlığını təmin etməyə and içirəm. Mən sənin iradən xaricində heç bir iş görməyəcəyəm. Sən bu mühitə inana bilərsən. Mən bütün varlığımı sənin gənc və təmiz vicdanına qurban versəm yenə də azdır.

Qətibə vəliəhd sarayının qapısına yanaşırkən, həkim də işini qurtarıb saraydan çıxırdı, o, həkimi görürkən böyük həyacanla soruşdu:

– Söylə həkim, söylə! Söylə görüm oğluma nə fəlakət üz vermişdir?

Qətibənin bu sualından həkim onun üzünə diqqətlə baxdı və gülümsəyərək:

– Oğlunuza heç bir fəlakət üz verməmişdir, – dedi, – hər nə fəlakət üz vermişsə, yazıq bacınıza üz vermişdir.

Həkim keçib getdi, Qətibənin sanki ürəyi düşdü, olduğu yerində quruyub qaldı. Qayıdıb getsinmi? Saraya daxil olsunmu? – düşünərək dayandı, nəhayət, içəri girməyi qərara aldı.

Qətibə böyük həyacanla otağa daxil oldu və ağlayaraq soruşdu:

– Oğlum, sənə nə fəlakət üz verdi? Yazıq Təliəyə nə gəldi?

Qətibə bunları deyərək, Təliənin yatağına yaxınlaşmaq istərkən Təliə onu əlləri ilə rədd edərək:

– Məndən uzaqlaş! – dedi. – Mən səni görməmək üçün ölümü intixab edirdim. Lakin sənin üzünü bir daha gördüm. Bu da mənim üçün bir əzabdır. Get, bir də üzünü göstərməklə məni cəzalandırma!

Qətibən ona tərəf acıqla baxıb qışqırdı:

– Kəs səsini xain, cinayətə yol verdiyin bəs olmadımı? Öz bacınımı ləkələndirmək istəyirsən?

Təliə yenə də ağlayırdı, vəliəhd ona təsəlli verməklə Qətibəyə tərəf dönüb:

– Mələkə, rica edirəm, məni və xəstəni rahat burax! – dedi.

Qətibə başını aşağı salıb otaqdan çıxdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Səttar xana məktub

Səttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı.Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı.

7 мин
Mahru xanım

Bu gün üçüncü gündür ki, Nina yeni otaqlarına köçmüşdür. Bina olduqca əlverişlidir, əvvəla, rus konsulxanasından uzaq olduğuna görə xəfiyyələrin tez-tez dolaşacağı küçələrdə deyildir, ikincisi – bu bina Təhminə xanımın evinə yaxındır, üçüncü də otaqlar Minasyanın otaqlarına nisbətən daha sərbəst və uyğundur. Bundan başqa, otaqların və həyətin zəngin bir Şərq üslubunda olması Ninanı çox razı salmışdı.Bu gün İraida bacısı Ninanın yeni otaqlarına baxmaq üçün gələcəkdi. Bunu o, bir gün əvvəl Ninaya xəbər vermiş və mənimlə də görüşməyi arzu etmişdi.

6 мин
Miss Hanna

Bu gün Ələkbər müəyyən işlər üçün Culfaya qayıdacaq idi, buna görə də mən evə tez qayıtmışdım.Ələkbər yoldaş ilə Culfa poçt-teleqraf rəisinə bəzi sifarişlər göndərdim və eyni zamanda bizim gizli şifrə əlamətlərimizi də poçt-teleqraf rəisinə verməsini Ələkbər yoldaşa tapşırdım.

7 мин
Silahlar

İclasımız Mirzə Mahmud müctəhidin evində idi. İclasda üç məsələ qoyulmuşdu: onlardan birisi Mirzə Mahmud müctəhidin nəzmiyyə barəsindəki məlumatı, ikincisi Xoydan gələn məktubun oxunması, üçüncüsü Təbrizdəki silahlar haqqında görülən tədbirlərin müzakirəsindən ibarət idi.Son məsələ haqqında mən danışacaqdım, iclası mən açdığım üçün bu məsələni də qabağa saldım.

11 мин

Стихи других поэтов