Sevgi və zəhər
Страница 1 из 5
Atabəy Məhəmmədin mələkəsi Qətibənin Təbrizə gəlmək xəbəri Azərbaycan hökuməti dairələrində o qədər də səmimi qarşılanmadı. Lakin Əbubəkr rəsmi olaraq Qızıl Arslan sarayında lazımi hazırlıq görülməsinə əmr vermişdi. İstiqbal mərasimi isə düzəldilməmişdi. Qətibə bunu heç bir vaxt xəyalına gətirmirdi, o, özünün Təbriz altında əyan və ruhanilər tərəfindən qarşılanacağına inanırdı. Lakin o, Vasmınc şəhərinə yetişdiyi zaman özünün arzularından bir əsər qalmadığını gördü. Bir nəfər də olsa istiqbala çıxan yox idi. Buna görə də onun qafiləsi Vasmıncda bir gün qalmaq və mələkənin şəhərə yaxınlaşdığını vəliəhdə xəbər vermək qərarına gəlmişdi. Bir gün əvəzinə Vasmıncda iki gün oturdular, lakin istiqbala çıxan olmadı. Nəhayət, onlar şəhərə gecə vaxtında girmək üçün Vasmınc şəhərindən çox təxirlə çıxdılar və gecədən çox keçmiş şəhərə girdilər.
Qətibənin qafiləsini Qızıl Arslanın sarayının qarşısına qədər küçə dilənçiləri ilə bazar qarovulçuları müşayiət etdi.
Təbriz xalqının Qətibəyə qarşı qoyduğu bu etinasızlıq Azərbaycan xalqının ona bəslədiyi böyük bir nifrətin kiçik nümunəsi idi.
Qətibə, Qızıl Arslan sarayının qarşısına yetişənə qədər başını taxtrəvanın pəncərəsindən çıxarıb küçəyə baxmaq istəmirdi, çünki o, küçə uşaqlarının qışqırtısını eşitdikcə əsəbiləşirdi. O, Təbrizə gəlməyindən tamamilə peşman olmuşdu, qanı qaralmışdı, öz-özünü söyürdü. O, özünün nə qədər alçaldığını hiss edir və düşünürdü.
Taxt-rəvan Qızıl Arslan sarayının qarşısına yetişdiyi zaman vəliəhdin özü və bir dəstə saray xidmətçiləri onu qarşıladılar.
O, Qızıl Arslan sarayına matəm libasında girdi, vəliəhdi qucaqlayıb öpdü və ağlaya-ağlaya:
– Əziz oğlum! Əmin tərəfindən başın sağ olsun! – dedi. – Bizim qəlbimizə ikinci yaranı vurdular. Bu yaralar sağalmaz yaradır. Xanədanımızı məhv etmək üçün düşmənlərimiz hər cür alçaqlıqlara hazırdır. Oğlum! Bundan sonra öz həyatını qorumalısan.
Vəliəhd ögey anasının bu sözlərindən həddindən artıq kədərləndi, lakin Qətibənin yanında onun kiçik bacısı Təliəni gördüyü zaman onda əski sevgilər bir daha coşdu.
Qətibə Təbrizə gəldiyinin birinci günü Qızıl Arslanın təziyəsini elan etdi. Qulplu qazanlar asıldı, yeddi gün, yeddi gecə Təbriz məscidlərində fəqirlərə və dilənçilərə yemək verildi. Seyidlərə, mollalara və müctəhidlərə ehsanlar və hədiyyələr göndərildi. O, Təbrizə gəldiyinin onuncu günü Təbriz əyan və ruhanilərindən bir hissəsini hədiyyələr və ehsanlar nəticəsində ətrafına yığa bildi və böyük bir məclis tərtib etdi.
Vəliəhdin katibi, Toğrul tərəfindən göndərilən fərmanı məclisdə oxudu:
“Azərbaycan, İraq, Rey və İranın hökmdarı Məlik Toğrul Əbubəkr ibn Məhəmməd ibn Eldənizin vəliəhdliyini təsdiq edir və ona bir şahanə xələt göndərir”.
Katib fərmanı oxuyandan sonra qiymətli bir xələt gətirib vəliəhdin çiyninə saldılar.
Qətibənin bu sadə və ucuz tədbirləri nəticəsində Toğrul üçün geniş və faydalı bir mövqe qazanıldı. Azərbaycanlılar Toğrulun Əbubəkrin vəliəhdliyinə dair göndərdiyi fərmanı böyük bir şadlıqla qarşıladılar və Toğrulun taxta cülus etdiyi günü təbrik etmək üçün nümayəndələr göndərdilər.
Qətibə bu müvəffəqiyyəti əldə edəndən sonra ikinci vəzifəsinə başladı. O, Təliə ilə vəliəhdin arasında mövcud olan sevgiyə öz məzmununu vermək istədi. Lakin Təliəyə bu fikri birdən-birə izah etmək istəmirdi.
Təliə günün birində Qətibənin otağına girdiyi zaman Qətibənin hönkür-hönkür ağladığını görüncə heyrətləndi və Qətibənin qarşısında atası Əmir İnancın paltarlarını gördü. Təliə də libasın ətrafında oturub Qətibə ilə bərabər bir qədər ağladı. Sakit oldular, nəhayət, Qətibə əlini Təliənin saçlarında gəzdirərək dedi:
– Bədbəxt qız, sən öz atanın nə kimi mehriban və məhəbbətli bir zat olduğunu bilmirsən, çünki o, məhv edilən zaman sən körpə idin. Atanı asdılar, yazıq anamız da kədərindən xəstələnib öldü.
Təliə bu sözlərdən sonra:
– Sənin əlində ixtiyar olduğu zaman atamın qatillərindən intiqam almağı bacarmadınmı?
– İntiqam alıram, yenə də alacağam, əsas məqsədə nail olmaq üçün hökuməti ələ almaq lazımdır. Atanın intiqamını almaqdan ötrü sənin bacın oğlu Qütlüğün hökumət başına keçməsinə çalışmalısan. Sən bu intiqamlara tərəfdar deyilsənmi? Əcəba, sən atanın qatillərindən intiqam almağa tərəfdar deyilsənmi? Sən bacın oğlunun Azərbaycan taxtına oturmasına tərəfdar deyilsənmi?
– Ah, bacım, mən nəçiyəm? Mənim əlimdən nə gələr? – deyə Təliə cavab verdi.
– İqbalımız bu imkanı sənin əlinə tapşırmışdır.
Təliə bu sözdə heyrətli baxışla Qətibənin üzünə baxaraq soruşdu:
– Mənim əliməmi?
– Bəli, yetim bacım, sənin əlinə. Bilmirəm sən atanın intiqamını almağa qabilsənmi?
– Əlimdən gələnləri əsirgəməyəcəyəm.
– Vəliəhd ilə olan əlaqən nə yoldadır?
Təliə cavab vermədi. Qətibədən utanıb başını aşağı saldı, əllərinə baxmağa başladı. Nəhayət, Qətibə bir də sual verdi:
– Vəliəhd ilə olan əlaqən barəsində soruşdum.
– O məni qəlbən sevir.
– Sən də onu sevirsənmi?
– Bacım mənə ixtiyar vermədən, o cəsarəti edə bilərəmmi?
– Mən heç vaxt o ixtiyarı sənə verməyəcəyəm, onlar sevməli adamlar deyil. Onların sevgiləri yalan sevgidir. Onları bu hökumətə təsdiq edənlər bizim atamızın qatilləridir. Onlar özü də bizim düşmənimizdir. Vəliəhdin atası əvvəlcə mənim ayaqlarıma düşürdü, tacını mənim qədəmlərimə atır və taxtını mənimlə qiymətləndirmək istəyirdi. Lakin onun məhəbbəti mənim bir uşaq anası olduğum günə qədər davam etmədi, vəliəhdin anasını mənim başıma aldı. Biz bunları məhv edib bitirmədən atamızın qatillərindən intiqam ala bilməyəcəyik. Hazırda vəliəhdin tutduğu mövqe sənin bacın oğlunun əlindən alınmışdır.
Təliə düşünərək ümidsiz bir vəziyyət almaqla sual verdi:
– O, öz mövqeyini mənim bacım oğluna güzəştə gedə bilərmi?
– Heç kəs öz mövqeyini başqasına tərk etməz. Yüksək mövqeləri məcburiyyət nəticəsində əldə edirlər. Mən bu vəzifəni öz doğma bacıma tapşırmaq istəyirəm.
– Mən nə etməliyəm?
– Vəliəhdi öz cariyələrindən sevən vardırmı?
– Hüsniyə adlı bir cariyənin vəliəhdi sevdiyini bilirəm.
– Sən onu haradan bilirsən?
– Mən daima vəliəhdin otağından çıxdığım zaman onun qapının dalında durub ağladığını görürəm.
– Əvvəla sən ondan ehtiyatlı olmalısan. O, vəliəhdə qısqandığı üçün səni məhv edə bilər.
– O mənə heç bir şey edə bilməz. Çünki mən heç bir zaman vəliəhdlə bir yerdə yeyib-içmirəm.
– Hərgah indiyə qədər yeyib-içmirsənsə bundan sonra onunla birlikdə yeyib-içməlisən, çünki həyata keçirmək istədiyimiz məqsəd bunu tələb edir.
– Nə kimi məqsəd?
– Vəliəhdi zəhərləyib hökmdarlığı İnanc ailəsinə tapşırmaqdan da müqəddəs bir məqsəd ola bilərmi?
Qətibənin bu sözündən sonra Təliənin bütün varlığı titrədi və qız qorxdu. Qətibə isə ondakı qorxunun dərinləşməsinə imkan verməmək üçün sözünü davam etdirdi:
– Sən ona zəhəri içirən kimi, mən də onu sevən Hüsniyə adlı cariyəni həbsə aldırıb vəliəhdi zəhərlədiyi üçün edam etdirəcəyəm. Azərbaycanlılar da cariyənin qısqanclıq təsirində vəliəhdi zəhərlədiyi şayiələrini eşidəcəkdir.
– İndi də görüm sən mənim bu tədbirimi bəyənirsənmi?
Təliə ona yavaşdan cavab verdi:
– Bəli, bəyənirəm, – dedi və dərin bir düşüncənin qoynuna girdi.
Qətibə qoynundan balaca bir şüşə çıxarıb:
– İndi ki, fikrimi bəyənirsən, al bu zəhəri, sabahdan etibarən işə başla, – deyərək şüşəni ona uzatdı və əlavə etdi:
– Söz verirsənmi?
– Bəli, söz verirəm!
– Mən heç də inana bilmirəm, hərgah sənin dediklərin doğru olsaydı, iki şeydən birisi olmalı idi.
Əbubəkr Təliənin bu sözlərindən sonra ona sual verdi:
– Dediyin iki şey nədən ibarətdir?
– Onu sən bilmirsənmi?
– Xeyr, bilmirəm.
– Sən daima deyirsən ki, Təliə, səni heç bir vaxt unuda bilmirəm. Hərgah bu doğru olsaydı, ya mən Təbrizdə olmalı idim, yainki sən Həmədanda yaşamalı idin. Belə deyilmidir?
– Mən Təbrizdə olsa da, daima sənin sevgini öz qəlbimdə yaşadırdım.
– Mən yaşadıqca o sevgi də sənin qəlbində yaşayacaqdırmı?
– Sevgi ölməz şeydir. O daima gəncdir. O qocalmaq bilməz.
– Belə deyil. İnsanlar həyatının bir dövrünü sevgi, başqa bir dövrünü də sevginin xatirələri ilə başa verib bitirlər. Məncə əbədi qalan şey sevginin özü deyil, onun unudulmaz xatirələridir. Zənnimcə, vəliəhdin qəlbində yaşayan, mənə olan sevgisi deyil, o sevginin xatirələridir.
Vəliəhd güldü və Təliənin üzünə diqqətlə baxaraq dedi:
– Zənnimcə, bir gəncin sevgisi hələ inkişaf dövrünü bitirmədən xatirə şəklinə düşə bilməz. Sevgi dünyasında yaşamadan, onun eniş və yoxuşunu görüb, isti və soyuğunu çəkmədən əvvəl ondan xatirələr almaq fikri doğru fikir deyildir. Mənim Təbrizdə, sənin isə Həmədanda olduğuna gəldikdə, bilməlisən ki, müvəqqəti ayrılıq sevginin inkişafı üçün geniş bir yol açmış olur.
– Təbiət insanda qəlbləri oxumaq qabiliyyətini yaratmış olsaydı, dünyada sevgi və məhəbbət sözləri bu qədər uzun ifadələrə səbəb olmazdı.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-sevgi-ve-zeher
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı.Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı.
Mahru xanımBu gün üçüncü gündür ki, Nina yeni otaqlarına köçmüşdür. Bina olduqca əlverişlidir, əvvəla, rus konsulxanasından uzaq olduğuna görə xəfiyyələrin tez-tez dolaşacağı küçələrdə deyildir, ikincisi – bu bina Təhminə xanımın evinə yaxındır, üçüncü də otaqlar Minasyanın otaqlarına nisbətən daha sərbəst və uyğundur. Bundan başqa, otaqların və həyətin zəngin bir Şərq üslubunda olması Ninanı çox razı salmışdı.Bu gün İraida bacısı Ninanın yeni otaqlarına baxmaq üçün gələcəkdi. Bunu o, bir gün əvvəl Ninaya xəbər vermiş və mənimlə də görüşməyi arzu etmişdi.
Miss HannaBu gün Ələkbər müəyyən işlər üçün Culfaya qayıdacaq idi, buna görə də mən evə tez qayıtmışdım.Ələkbər yoldaş ilə Culfa poçt-teleqraf rəisinə bəzi sifarişlər göndərdim və eyni zamanda bizim gizli şifrə əlamətlərimizi də poçt-teleqraf rəisinə verməsini Ələkbər yoldaşa tapşırdım.
Silahlarİclasımız Mirzə Mahmud müctəhidin evində idi. İclasda üç məsələ qoyulmuşdu: onlardan birisi Mirzə Mahmud müctəhidin nəzmiyyə barəsindəki məlumatı, ikincisi Xoydan gələn məktubun oxunması, üçüncüsü Təbrizdəki silahlar haqqında görülən tədbirlərin müzakirəsindən ibarət idi.Son məsələ haqqında mən danışacaqdım, iclası mən açdığım üçün bu məsələni də qabağa saldım.
Стихи других поэтов
Surətin nəqşində hər kim görmədi nəqqaşını,Vahibi-surət onun gözsüz yaratmış başını.
Qonşum çapdı divarıQonşum çapdı divarı,Batdı bu gün qan-tərə,
Övradımız, əzkarımız əfsaneyi-zəndirВсе наши помыслы с тобой, о женщина, жена!К тебе, свет сердца, рай земной, мечта устремлена!
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır