Sevgi və zəhər
Страница 2 из 5 · 20%
– Mən bunu əksinə düşünürəm. Təbiət insanlarda qəlbləri oxumaq imkanını yaratsaydı, insanlar bir-birinin haqqında fəna düşünməkdən utanar, birliyə çalışar və ikiüzlülüyə öyrənməzdi. Xüsusən gözəl Təliə də mənim qəlbimi oxuya bilərdi və özünə məlum olmayan həqiqətlər haqqında məlumat əldə edərdi.
– O həqiqət hansı həqiqətdir?
– Sənin inandığın sevginin həqiqətləridir.
– Mən səndə bir sevginin mövcud olduğuna inanıram, çünki dünyada sevgisiz insan ola bilməz. Vətənini sevən, millətini və qohumunu sevən, insanlığı sevən, elmi, fənni sevən, məzlumları, əzilənləri və sairələri sevənlər vardır. Bunların içərisində gözəlliyi, şeri, ədəbiyyatı sevənlər də az deyil. Vəliəhddə bu saydıqlarımdan birisi olmamış deyildir. Mənim bilmədiyim bir şey varsa, o da vəliəhdin bu saydıqlarımdan hansı birini sevməsindən ibarətdir. Şeri sevdiyini bilirəm, çünki sənin məşhur şairləri oxuduğunu görmüşəm.
– Demək ki, gözəl Təliə mənim gözəlliyi təqdir etdiyimi bilirmiş?!
– Xeyr, mən gözəlliyi demədim, şeri sevdiyini dedim.
– Onların ikisi də birdir; şeir gözəllik, gözəllik də şeirdir. Şeirdə işlənən bədiilik kəlməsinə lazımi məna vermək mümkün olsaydı, ona ancaq gözəllik adı verilə bilərdi. Gözəl bir qızın söhbətindən alınan bədii nəşələrin, bədii şeirdən alınan nəşələrdən heç də fərqi yoxdur. Lakin mən gözəl Təliənin şeir sevmədiyini bilirəm.
– Bunu sən haradan bildin? Bu fikrin doğru fikir deyildir.
– İki gözəl bir-birini sevməz, çünki sən də gözəlsən, şeir də gözəldir.
– Vəliəhd, mənə inan, mən şeri də sevirəm, hətta şeri layiqilə oxuyanları da dost tuturam.
Vəliəhd bu sözdə Təliəyə sual verdi:
– Əcəba, mən şeri yaxşı oxuya bilmirəmmi?
– Çox gözəl oxuyursan. Mən daima sənin şeir oxumağını sevirəm.
– Ancaq şeir oxumağımı sevirmənmi? Özümü sevmirsənmi?
– Nə üçün sevmirəm, sevə bilərəm, lakin bir şərtlə!
– Hansı şərtlə?
– Mənim sevə biləcəyim şeirləri oxumaq, sevmədiyim şeirləri atmaq şərtləri ilə.
– Sən bilirsən ki, mən daima Şərqin məşhur şairi Nizamini oxuyuram. Əcəba, bu şeirlər səni maraqlandırmırmı?
– Xeyr, maraqlandırmır, çünki incə şeir yazan hər cəhətcə incə olmalıdır. Mən heç bir zaman Nizamini sevə bilmərəm.
– Nə üçün? Sənin o möhtərəm şairə qarşı bəslədiyin bu nifrətin səbəbi nədir?
– Çünki o, azərbaycanlıdır. O mənim atamın qatilləri yaşayan bir şəhərin şairidir.
– Nə qədər yanlış fikir! Bilmirəm, bu yanlış məlumatı gözəl qıza hansı bir insafsız xəbər vermişdir. O möhtərəm şairi hər kəs sevmirsə sevməsin, lakin sən Təliə onu sevməli və ona hörmət bəsləməlisən.
Təliə qaşlarını dartaraq soruşdu:
– Hansı səbəblər üçün?
– Çünki sənin həyatın ona minnətdardır. O, Gəncə hadisəsində səni yanğınların içərisindən çıxarıb evinə aparmışdı. Sənin xəstələnmiş ananı öz evində mühafizə edib ölümdən qurtarmışdır. Sən onun qadını Rənanın döşlərini əmib bütün bir ayı orada yaşamışsan, sonra da sənə və anana kömək verib bacının yanına göndərmişdir. Sən Təliə, bununla fəxr etməlisən, çünki az bir müddət olsa da, böyük şairin şeir yaratdığı xəzinədə yaşaya bilmisən.
– Bəs nə üçün haman şairin adı çəkildiyi zaman mələkə acıqlanır?
– Gözəl qız, onun tamamilə başqa bir mənası vardır, vaxtı gələrsə onu da biləcəksən.
Təliə bu sözdən sonra vəliəhdin yaxasını buraxmadı, mələkənin Nizamidən incidiyinin səbəbini öyrənməyə tələsdi. Yalvardı, yaxardı, bir qədər də nazlanaraq vəliəhdi razı saldı.
Vəliəhd gəlib Təliənin yanında oturdu və Qətibənin Nizamiyə qarşı bəslədiyi nifrətin səbəblərini danışmağa başladı:
– Gözəl qız! Bir piyalə zəhəri içmək mümkündür. Lakin ürəyin sevmədiyi bir adama sevgi elan etmək mümkün olan işlərdən deyil. Bir məhəbbəti sərvət və gözəllik ilə də qazanmaq olmaz. Çünki sevgi vicdani bir məsələdir. Buna görə də səni sevə bilməyən bir adama düşmən kimi baxmamalısan. Eyni zamanda sənin zövq və marağının əleyhinə olaraq özünə sevgi elan edən adamları da cəzalandırmağa haqqın yoxdur. Dünyada saxtalığı, ikiüzlüyü, riyanı və hiyləni sevməyən təmiz və simimi bir şey varsa, o da sevgidir. Hazırda sənə danışdığım bu həqiqətlərin səbəbi nədir ki, bacın mələkə möhtərəm şair Nizamiyə haqsız olaraq nifrət bəsləyir və onun adını eşitmək istəmir.
Təliə bu söhbətdən maraqlandı, illərdən bəri onu düşündürən bir müəmmanın açarını tapmağa başlayaraq vəliəhdə sual verdi:
– Əcəba, şair bacımı sevirdimi?
– Xeyr, bacınız onu sevirdi.
Təliə bunu eşidərkən fikirli-fikirli yavaşdan danışdı:
– Demək ki, şair bacımın sevgisini rədd etmişdir. O haqlı olsa da, bacım da haqlıdır, çünki bir qızın sevgisini rədd etmək, onu həmişəlik təhqir etməkdir.
Vəliəhd bununla Təliədə dönüş yarada bilmədiyini görüb əlavə etdi:
– Şair sənin bacının sevgisini rədd etməyə məcbur idi. Çünki sənin bacın ona sevgi elan etmədən əvvəl, haman şair qəlbini başqasına vermişdi.
– O kimi sevirdi?
– O, səni döşlərində əmizdirən qadını sevmişdi. İndi özün bir təsəvvür et, sənin bacın bu ədavətində haqlıdırmı?
– Haqlı deyil! – Təliə bu sözü deyərək yenə də fikrə getdi, vəliəhdin dediyi həqiqətlər onun qəlbində ciddi bir dönüş yaratdı. Bacısının vəliəhdi zəhərləmək barəsində verdiyi tapşırıqlar onu rahatsız etməyə başladı.
Təliə qəlbində özünə sual verdi, yenə də özü öz sualına cavab verirdi!
“Əcəba, o məni qəlbən sevirmi? Şübhəsiz ki, sevir. O məni sevməsəydi, məni gördüyü zaman bütün varlığı ilə titrərdimi? Əcəba, mən onun rənginin dəyişdiyini görmürəmmi? Ürəyinin çırpıntısını eşitmirəmmi? Bu qədər həyəcan və çırpıntı nədən ötrüdür? O məndən qorxduğu üçün deyil, məni sevdiyi üçün bu həyəcan və bu çırpıntıları keçirir. Əcəba, səni bu qədər sevən və özün də sevdiyin bir adamı nə kimi bir vicdanla məhv edə bilərsən? Bir halda ki, neçə ildən bəri ondan sevgi və hörmətdən başqa heç bir şey görməmisən. Sən o sevgi və ehtiramı nə ilə qarşılamalısan?
Sevgilərləmi? Yainki məhvedici zəhərləmi? Əlbəttə, mən onu sevgilər və hörmətlərlə qarşılamağa məcburam. Özü də sevimlidir, qəhrəmandır, gözəldir, gəncdir, mən ürəyimi bundan da başqa kimlərə verə bilərəm?!”
Vəliəhd Təliəni düşdüyü sükutun əlindən xilas etmək üçün danışdı:
– Mən gözəl qızın bu qədər dərin düşüncəyə daldığının səbəbini bilsəydim, ona kömək edə bilərdim. Çox da düşünməyə gəlməz, həyatımızın günləri o qədər uzun deyildir, onu düşüncələrə, kədərə və yersiz fikirlərə qurban vermək nə lazım.
Gözəl Təliə, insanı bu qədər düşünməyə məcbur edən yeganə bir şey vardırsa, o da imkansızlıqdır. Eyni zamanda imkansızlığın özü də insan üçün böyük bir təsəllidir. Madam ki, bir arzu, bir məqsədi həyata keçirməkdə imkansızlıq vardır, o zaman nə üçün düşünmək? Lakin elə bir zaman da olur ki, bir məqsədi həyata keçirmək üçün səndə imkan yoxdursa, bu imkan başqalarında vardır. Belə hallarda düşüncə və kədəri dostlara danışmaq və onların sərəncamında olan imkanlardan istifadə etmək lazımdır.
Buna görə də səndə bir kədər oyandığı zaman, kədərinə səbəb olan vasitələri məndən gizlətmə, mən heç kəsə düşmən deyiləm, mən hamının səadətini istəyirəm.
Bu sözlər Təliəni fikirlərin pəncəsindən qurtara bilmədi, çünki bacısının tapşırıqları ilan kimi onun qəlbinə sarılıb sıxırdı və hətta bacısının ona dediyi: “Sən onu sevməməlisən” sözünü xatırlayırkən qəlbən inləyir və ağlayırdı. O tez-tez gözlərin açıb vəliəhdə baxdığı zaman, öz qarşısında gülərüzlü, mənalı baxışlara malik, ucaboylu və ucafikirli bir gənc durduğunu görürdü.
Təliə qəlbində danışır və deyirdi:
“Çox ağıllı, çox da sadədir. Baxışında bir pəhləvan baxışının təsiri vardır. Həm də bir məmləkətin vəliəhdidir. Tutaq ki, bacım bunu sevməməyi mənə tapşırmışdır. Çox da ki, mən bacıma söz vermişəm. Dil ilə ürəyin arasında birlik olsaydı, bacım da öz qəlbini açıb mənə deyərdi. Bacıma söz verən qəlbim deyildi, dilim idi. Mənim qəlbim heç vəchlə buna razılıq verməmişdi”.
Təliə sakit oturmuşdu, vəliəhdin dediklərini cavabsız buraxdı. Buna görə də vəliəhd ayağa qalxıb dedi:
– Belə anlayıram ki, gözəl qız mənim danışıqlarımdan yoruldu, getmək istədiyi üçün də sözlərimi cavabsız buraxır. Elə isə mən gedirəm. Sən burada otur, indi mələkə də gələcəkdir. Lakin axşam yeməyini bir yerdə yeməliyik.
Təliə “axşam yeməyi” sözünü eşidən kimi titrədi, çünki bacısının tapşırdığını axşam yeməyində həyata keçirməli idi.
Axşam yeməyindən sonra Qətibə acıqlanmışdı, çünki Təliə onun tapşırıqlarına əməl etməmişdi. Bu gün hər iş və hər şey hazırlanmışdı. Qısqanclıqdan vəliəhdə zəhər verməkdə töhmətlənəcək Hüsniyəni edam etdirmək üçün adamlar da hazır edilmişdi. Hətta cariyənin istintaqında iştirak edəcək şahidlər də Qətibənin sarayında oturub hadisənin baş verməsini gözləyirdilər.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-sevgi-ve-zeher
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Səttar xanın evi çar casusları tərəfindən ciddi nəzarət altına alınmış olduğundan onunla tez-tez görüşmək olduqca qorxulu idi. Hətta Səttar xanın evinə şey aparan hamballar da istintaq altına alınırdı.Bala Tağının evində toplaşan iclas Səttar xana bir məktub göndərmək və məktub vasitəsilə bəzi məsələləri həll etməyi qərara almışdı.
Mahru xanımBu gün üçüncü gündür ki, Nina yeni otaqlarına köçmüşdür. Bina olduqca əlverişlidir, əvvəla, rus konsulxanasından uzaq olduğuna görə xəfiyyələrin tez-tez dolaşacağı küçələrdə deyildir, ikincisi – bu bina Təhminə xanımın evinə yaxındır, üçüncü də otaqlar Minasyanın otaqlarına nisbətən daha sərbəst və uyğundur. Bundan başqa, otaqların və həyətin zəngin bir Şərq üslubunda olması Ninanı çox razı salmışdı.Bu gün İraida bacısı Ninanın yeni otaqlarına baxmaq üçün gələcəkdi. Bunu o, bir gün əvvəl Ninaya xəbər vermiş və mənimlə də görüşməyi arzu etmişdi.
Miss HannaBu gün Ələkbər müəyyən işlər üçün Culfaya qayıdacaq idi, buna görə də mən evə tez qayıtmışdım.Ələkbər yoldaş ilə Culfa poçt-teleqraf rəisinə bəzi sifarişlər göndərdim və eyni zamanda bizim gizli şifrə əlamətlərimizi də poçt-teleqraf rəisinə verməsini Ələkbər yoldaşa tapşırdım.
Silahlarİclasımız Mirzə Mahmud müctəhidin evində idi. İclasda üç məsələ qoyulmuşdu: onlardan birisi Mirzə Mahmud müctəhidin nəzmiyyə barəsindəki məlumatı, ikincisi Xoydan gələn məktubun oxunması, üçüncüsü Təbrizdəki silahlar haqqında görülən tədbirlərin müzakirəsindən ibarət idi.Son məsələ haqqında mən danışacaqdım, iclası mən açdığım üçün bu məsələni də qabağa saldım.
Стихи других поэтов
Surətin nəqşində hər kim görmədi nəqqaşını,Vahibi-surət onun gözsüz yaratmış başını.
Qonşum çapdı divarıQonşum çapdı divarı,Batdı bu gün qan-tərə,
Övradımız, əzkarımız əfsaneyi-zəndirВсе наши помыслы с тобой, о женщина, жена!К тебе, свет сердца, рай земной, мечта устремлена!
HarasındadırTərlan quşum itirmişəm, araram,Görüm bu dağların harasındadır