Şeyx Əbdüləzəl gəlir
Страница 3 из 3 · 67%
Sizin saxta şeyxinizin yanında katiblik edən Ağayi Nəhavəndilərin də siması bizə məlumdur.
Hərgah bu sizə kömək etmək kimi məna edilməsəydi, biz Nəhavəndilərin tərcümeyi-halını sizə bildirər və sizin Şərq peyğəmbəri olan Laurensin çox da mahir bir şeytan olmadığını sizin üçün aydın edərdik. Xalqın avamlığından istifadə edib onu əsarətə almaq istəyən və eyni zamanda özünü dünyanın ən cdemokratikə hökuməti hesab edən ingilislərə ar olsun!
Bu gündən Təbriz İnqilab Komitəsi sizə elan edir ki, fırıldaqçılarınızı Təbrizə yox, ƏrəbistandaYəmən, Nəcd, Eysər səhralarına, oradakı vəhşi qəbilələrin içərisinə aparın! Hərgah Təbriz xalqı məğlu» olub sizin və çar hökumətinin müstəmləkə siyasətinə təslim olursa, o da özünün acizliyindən yox, başçılarının və hökumət adamlarının xəyanətindəndir.
İnqilab Komitəsi».
Bu intibahnamədən başqa şəhər xalqına da bir müraciət çap etdirdik. Şəhər xalqında dönüş yaratmaq üçün əlimizdən gəldiyi qədər çalışdıq. Vərəqələr və Şeyx Əbdüləzəl Müəyyədin cürbəcür şəkilləri əldən-ələ gəzirdi. Xüsusən Sahibüləmr məscidinin həyətinə dağıdılan vərəqələr camaatın təəccübünə səbəb olmuşdu. Şeyxi camaat namazına gözləyən və imamın zühuruna inanan avamlar sanki birdən-birə yuxudan ayılmışdı. Onlar sanki keçən günləri həyatda yox, yuxuda görürdülər. Şəhər polisinə, intibahnamələri oxuyan camaatı dağıtmaq əmri verilmişdi. Lakin bu əmr kömək etmədi, çünki polislərin özü də bununla maraqlanır və divardakı yazıları oxumağa və öyrənməyə çalışırdı.
Günorta namazına və şeyxin məscidə gəlməsinə az qalırdı, keçən gecədən yuxusuz qalmış xalqın bir çoxu vərəqələri oxuduqdan sonra dağılıb evlərinə getmişdi.
Nəhayət, saat, 12-də məscidin qapısına belə bir elan vuruldu:
Bu gün Şeyx Əbdüləzəl Müəyyəd xəstələndiyi üçün camaat namazına gəlməyəcəkdirə.
Həyəcana gəlmiş xalq şeyxi evdən çəkib cəzalandırmasın deyə Mirzə Həsən ağanın məscidinin ətrafına sərbaz qoyulmuşdu.
Biz Məşədi Kazım ağanın evində yığışıb öz müvəffəqiyyətimizin bayramını edirdik.
Ninanı gözləyirdik. O hələ konsulxanadan qayıtmamışdı. Bugünkü hadisələrin konsulxanada nə kimi təsir bağışladığı ilə maraqlanırdıq.
Nina saat 4 tamamda gəldi və qabaqca mənim əlimi sıxaraq:
– Bugünkü müvəffəqiyyətinizi təbrik edirəm! – dedi.
– De görüm konsulxanada nə kimi vəziyyət törənmişdir? – deyə soruşdum.
– İngilis konsulu həyəcan içərisindədir. O, əlindəki kağızı göstəri» general-konsula etiraz etdi. İngilislər çar konsulxanasının yerli hökumətə təsir edə bilmədiyini, öz nüfuz məntəqələrindəki ixtiyarlarından istifadə etməyi bacarmadıqlarını söyləyərək, öz narazılığını bildirdi. Konsul Mirzə Ələkbər xan və Mirzə Fətulla xanla bərabər ingilis konsulunu yola saldıqdan sonra:
– Afərin belə təşkilata! – dedi. – Olduqca ehtiyatkar işləyirlər, Təbrizdə qorxulu bir qüvvə mövcuddur, burada çalışqan bir hökumət olmayınca gizli əlləri aşkara çıxarmaq mümkün olmayacaqdır.
Konsul bu sözləri dedikdən sonra sərdar Rəşidi telefona çağırdı.
Nina sözünü bitirdikdən bir neçə dəqiqə sonra telefonun zəngi vurdu, sərdar Rəşid ikinci çayı içmək üçün bizə gələcəyini bildirdi.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-seyx-ebdulezel-gelir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
1914-cü ildə Rusiya konsulxanası yanında düzələn casus təşkilatına üzv yazılan və bütün xəbərləri bizə gətirən «Əfəndi Bağır? bu gün bizə heç gözləmədiyimiz qorxulu bir xəbər gətirdi". Bu xəbər" Əfəndi Bağır - vaxtilə İstanbulda çayçılıq etmiş və Təbrizə başında fəs qayıtdığı üçün təbrizlilər onun adını Əfəndi Bağır qoymuşdular. İnqilabçılar sırasında çalışırdı. İngilislər və ruslar casus təşkilatı düzəltdikləri zaman bir çoxları ilə bərabər onu da həmin təşkilata cəlb etmişdik.
Polkovnik BerezovskiTəbrizdə çar və ingilis Pandarm idarələrinin təzə casus təşkilatı düzəltdiyini çar konsulxanası katibi Mirzə Ələkbər xan, eləcə də Mahru bizə xəbər vermişdi, Nina da bu barədə konsulxanada təzə hazırlıqlar aparıldığını və sərdar Rəşidin tez-tez konsulxanaya çağrıldığını söyləyirdi.Son günlər inqilabi komitənin bütün fəaliyyəti bu təşkilatı öyrənmək işinə həsr olunmuşdu. Lakin bir nəticə əldə edilməmişdi.
Şeyx Əbdüləzəl MüəyyədTəbrizdə başqa söhbət yox idi, bütün bazarlarda, məscidlərdə, camaat yığılan yerlərdə Sahibəzzəman Mehdinin zühur etdiyi söhbəti idi. İngilis-rus konsulxanaları tərəfindən düzəldilmiş bu macəra, İntizariyun firqəsinin xətti-hərəkətini doğrultmaq məqsədi ilə düzəldilmişdi, çünki onların İraqa cİntizariyunə adı altında göndərdikləri casus təşkilatının birinin fəaliyyəti eSahibəzzəman Qaiməl-Məhəmmədə:i zühur etdirməkdən ibarət olmalı idi. Nəhayət, onlar bu macəranı həyata keçirməyə başladılar.15-ci ilin əvvəllərində İranda Rusiya dövlətinə qarşı alman-osmanlı təbliğatı ciddi bir şəkil almışdı. Osmanlıların bu təbliğatda iştirak etməsi rus və ingilis dövlətlərini dini macəralar törətməyə və İran xalqının şüurunu din və mövhumat ətrafında səfərbərlik etmək məcburiyyəti qarşısında qoymaqda idi.
Arşak SurenyansMən bir az yubanqmışdım, saat 1-in yarısı idi. Biz Ksenya ilə tam saat 12-də görüşməli idik. Hava soyuq idi, qızı gözləməyə məcbur etmişdim, küçələrdə olan böyük izdiham mənim bu qədər təxirlə getməyimə səbəb olmuşdu.Mən uzaqdan qızı gördüm. O tərəf-bu tərəfə baxa-baxa dolanırdı. Soyuq ona təsir etmişdi: qalın paltar geyindiyinə baxmayaraq, yenə də ayağının birini götürüb o birisini qoyurdu.