Təbrizdə başqa söhbət yox idi, bütün bazarlarda, məscidlərdə, camaat yığılan yerlərdə Sahibəzzəman Mehdinin zühur etdiyi söhbəti idi. İngilis-rus konsulxanaları tərəfindən düzəldilmiş bu macəra, İntizariyun firqəsinin xətti-hərəkətini doğrultmaq məqsədi ilə düzəldilmişdi, çünki onların İraqa cİntizariyunə adı altında göndərdikləri casus təşkilatının birinin fəaliyyəti eSahibəzzəman Qaiməl-Məhəmmədə:i zühur etdirməkdən ibarət olmalı idi. Nəhayət, onlar bu macəranı həyata keçirməyə başladılar.

15-ci ilin əvvəllərində İranda Rusiya dövlətinə qarşı alman-osmanlı təbliğatı ciddi bir şəkil almışdı. Osmanlıların bu təbliğatda iştirak etməsi rus və ingilis dövlətlərini dini macəralar törətməyə və İran xalqının şüurunu din və mövhumat ətrafında səfərbərlik etmək məcburiyyəti qarşısında qoymaqda idi.

Azərbaycanda din və mövhumat əsasında düzələn macəraların bir neçə kərə müvəffəqiyyətsizliyə uğradığına baxmayaraq, rus və ingilis konsulxanaları yenə də bu silahı yerə qoymaq istəmirdilər.

İngilislər Afrikada və sair islam ölkələrində işlətmiş olduğu «Mehdinin zühuruə silahını bu dəfə təbrizlilərin başında sınamağa qəsd etmişdilər.

Təbrizdə imamın zühur etməsi xəbərləri tədrici yox, birdən-birə şəhərə yayıldı. Mövhumatçıların ağzından eşidilən xəbərlərdə imamın Samiriyyədə göründüyü və indi bu saat Təbrizdə zühur edəcəyi söylənirdi.

Camaat bütün vaxtını Sahibüləmr məscidinin həyətində və dəhlizlərində keçirirdi. «İmamla murdar halda görüşmək günahdırlb deyən camaatın əsas işi dəstəmaz almaq və hamamlarda qüsl etməkdən ibarət olmuşdu. Məscid həyətlərində, məqbərələrdə və sairələrdəki camaata qaraçı qızları və sairələr də qoşulmuşdu. Şəhər əhalisi əlini işdən çəkmişdi, bütün camaat dəstə-dəstə Talibiyyə mədrəsəsi həyətinə və Qırxsütunlu məscidə tələsirdi.

Əvvəlcə gecələri küçələrdə dəstələr düzəldib: €Ya Sahibəzzəman, bəzühurət şitab günlə deyə qışqıran avamlar, indi gündüzləri də küçələrdə sinəsinə vura-vura dolaşırdı.

Məsciddə iynə atmağa yer yox idi. Heç kəs bura nə üçün yığıldığını bilmirdi: İmam buradamı zühur edəcəkdir, yaxud burada imam zühur etdiyinə dair xəbərmi veriləcəkdir?ə Ancaq hər nə olursa-olsun məsciddəkil €Ya Sahibəzzəmanlə səsləri davam edirdi.

Məscid bu səslərlə titrədiyi zaman, minbərin yanından heç kəsin tanımadığı bir adam ayağa qalxdı və üzünü məsciddəki camaata tutub farsca danışmağa başladı:

– Təbriz camaatı! Mən Samiriyyə şəhərindən sizə ümdətilmüctəhideyi Şeyx Əbdüləzəl Müəyyədin salamını gətirmişəm!..

– Məscid bir daha titrədi, salavat gurultusu qalxdı, naməlum adam yarım saata qədər durub baxdı, nəhayət, qismən sakitlik oldu, naməlum adam sözünə davam etdi: – Şeyx Əbdüləzəl Müəyyəd Əhsa şəhərindəndir. Müctəhid cənabları Şeyx Əhməd Bəhreynin nəvəsidir!. Cənab şeyx İmam Əliyyənnəği və İmam Həsən Əsğəri Əleyhüssəlamların türbəsində 30 ildən bu yana mösəkifdir. Cənab şeyx cümə günü sübh namazına təşrif buyurduqları zaman həzrətin rozeyimütəhhərəsinin güldəstəsindən ləmeyi-nur təlalö edib və bədəzon hamin nur Şeyx Əbdüləzəl Müəyyəd cənablarının yanında yerə nüzul etmişdir. Şeyx həzrətləri bu hadisədən sərasimə olub gözlərini yumubdur və bədəzon şeyx gözlərini açıb heç bir şey görə bilməmişdir. Şeyx heyran qalmış, nəhayət, uzaqdan bir səs eşitmişdir. Şeyxin buyurduğuna görə, həmin səs bundan ibarət imiş:

– €Ya Şeyxlə Bu saatdan etibarən sənə cMüəyyənə ləqəbi verdim, mənim köməyim hər zaman sənin üstündə olacaqdır. Mənim şiələrimin gözlədikləri imam mənəm - Mehdi Sahibəzzəman. Mənəm, yer üzünün sahibi! Mənəm, Cəfəri-Sadiq məzhəbinin hamisi, mənəm, dəryalarca günahları bağışlatdıran. Get mənim şiələrimə xəbər ver, qoy onlar beş günlük dünyanın murdar cifəsindən əl çəksinlər! Xəbər ver ki, onlar çıxarsınlar öz başlarından fasid xəyalatı. Qoy onlar doldursunlar öz başlarını İmami-zamanın zühur xəbərləri iləl Qoy mənim şiələrim öz nicatverici imamları ilə görüşə hazırlaşsınlarl Bir neçə gündən sonra Allahın əmri ilə bu dünyanın şəklini dəyişəcəyəm. Açacağam şiələrin üzünə Cabulğa və Cabulsa şəhərlərinin nurani qapılarını. Şiələr məni yaxın günlərdə ziyarət edəcəklər. Get küfr tutan Təbriz camaatına xəbər ver ki, tezliklə öz məscidimdə nəmazi-camaatı ədə buyuracağam. Dünya fikrində olanlar, siyasət dalınca gedənlər, dinini, şəriətini tərk edib üləma hüzurundan uzaqlaşanlar, mənim əlimi öpməkdən məhrum olacaqlar. Az qaldı mələk və müqəddəslər dünyasının başlanmasınalb.

Naməlum adam bu sözləri deyib bitirdikdən sonra məsciddə geniş və dərin bir həyəcan başlandı. Xalqdan cürbəcür səslər eşidilirdi. Ağlayan, başına vuran, bihuş yıxılan, həyəcanından o tərəf-bu tərəfə qaçanların həddi-hesabı yox idi. Lakin tacirlər, dövlətli mülkədarlar çox sakit bir surətdə durub bu hadisəyə tamaşa edirdilər. Hər bir halda, onlar bu hadisəyə inanmayan bir nəzərlə baxır və bəzən bir-biri ilə pıçıldaşırdılar, çünki onlar belə hadisələri birinci kərə yox, ömürlərində bir neçə kərə görmüşdülər. Onlar yenə də belə macəranın siyasi bir məqsədlə atıldığını yəqin edərək nəticəni gözləyirdilər.

Lakin aşağı təbəqə naməlum adamı ortaya alıb, ona cürbəcür suallar verirdi:

İ Şiələrin fikrincə, Cabulğa və Cabulsa adlı iki müqəddəs şəhər vardır ki, onlar gözə görünmür. Guya İmam Mehdinin zühurundan sonra bu şəhərlərin qapıları xalqın üzünə açılacaqdır. Bu şəhərlərdə alış-veriş olmayacaq, hər şey salavata veriləcəkdir.

– Buyurun görək, siz şeyx həzrətlərinin mübarək üzünü görübsünüzmü?

– Bəs, şeyx cənabları nə zaman biz günahkar bəndələrin gözünə görünəcəkdir?

– Biz bəs nə zaman imami-zamanı görən gözlərə baxa biləcəyik?

Bu cür sualların həddi-hesabı yox idi. Lakin naməlum adam da öz növbəsində xalqın cavabını verib deyirdi:

– Şeyx həzrətləri buyurdu ki: €Tezliklə Qaiməl-Məhəmməd zühur edəcəkdir, o zaman mən də gəlib Təbriz camaatına nicat müfdəsini verəcəyəmə. Şeyxin gecə-gündüz təam yeməyə macalı yoxdur. Dünyanın hər tərəfindən tökülüb şeyxin ziyarətinə gələnlər vardır. Əlli dörd padşahın nümayəndəsi Samiriyyə şəhərinə gəlibdir, İrandan, Turandan, Hindistandan, Ərəbistandan, Zəngübardan, Sudandan, Misirdən, Həbəşistandan nümayəndələr gəlibdir. Yetmiş iki millət şeyx həzrətlərinin hüzuruna öz nümayəndələrini göndərib nicat tapmaq üçün islama müşərrəf olmaq istəyirlər. Lakin şeyx həzrətləri imami-zamanın ikinci əmrini gözləyir. Yaxın günlərdə bütün yer üzü imami-zamanın bayrağı altında cəm olacaq, cLailahəilləl- 1ahpə səsi bütün ərzdən eşidiləcəkdir.

Təbrizdə bir aşura izdihamını görmək mümkün idi. Küçələrdə dəstələr gəzir, yenə də mərsiyə şairlərinin təzə əsərlərini eşitimək olurdu. Onlar Şeyx Əbdüləzələ şeir və qəsidələr ithaf eləmişdilər.

– Mən gündüz saat 12-də evdən çıxıb, Berezovskinin qızı Ksenyanın tapşırığına görə cəbbəxana və yaxud Şəmsülimara binasının qapısına getməli idim. Mən küçələrdə dəstələri yarıb getmək məcburiyyətində idim. Dərvişin təzə qəsidəsi məni çox maraqlandırdı, az bir zaman içərisində Şeyx Əbdüləzələ həsr olunmuş bu qəsidəni dərviş çox böyük bir maraqla əzbərləmişdi.

Hatifi-qeyb nəvisəd səd qəzəl,

Naciyü islam şüd Şeyxül-Əzəl!.

Dərvişdən bir az dalda gələn dəstənin qabağında da:

«İmdada gəl bizə, ya Sahibəzzəmanl

Rəhm eylə Təbrizə, ya Sahibəzzəmanlb?

– deyə sinəzən oxuyanlar gedirdi. Dəstələrin birisində bizim Məşədi Kazım ağını da gördüm. O məni görürkən boynunu çiyninə tərəf

İ Qeybin dili yüzlərcə qəzəl yazıb deyir ki, Şeyxül-Əzəl islamın nicat verənidir. əyib, «əlacım nədir?ə işarəsini verib keçdi. Çox təəccüblü işlərdən birisi də, çoxlu bayraqların birdən-birə aralığa çıxması idi. «İmamizaman? yazılı minlərlə bayraq aralığa tökülüb satılırdı.

Bunların ingilis və rus konsulxanalarının təşəbbüsü ilə düzəldiyi şübhəsiz idi. Lakin onlar bu hərəkəti olduqca mütəşəkkil aparmaqda səhv etmişdilər, çünki hərəkətə səthi bir nəzər salanda belə, bunun başıpozuq xalq tərəfindən yox, mütəşəkkil və müntəzəm əllər tərəfindən düzəldiyi məlum olurdu. Şübhəsiz ki, bu təşəbbüslər vaxtilə hazırlanmışdı.

Dərvişi və dilənçilərin sözlərində və dualarında da bu günün mövzusunu eşitmək mümkün idi. Qapıların və dükanların başına da €Ya Sahibəzzəmanlə yazılı bayraqlar vurulmuşdu. Təbrizdə camaat Sahibüləmr məscidinə gedirdi. Məsciddə iynə atmağa yer yox idi. Sahibüləmr meydanına minlərlə adam yığılmışdı. Hər küçə öz sinəzən və mərsiyə dəstəsi ilə meydançaya gəlmişdi, buna görə də mərsiyə və sinəzən səsləri hər tərəfdən eşidilirdi. Növhəxanların və mərsiyəxanların bazarı qızışmışdı.

Uşaqların gətirdiyi xəbərlərə görə, çar və ingilis konsulxanalarının qabağında da €Ya Sahibəzzəmanlb yazılı bayraqlar asılaraq, yanında silahlı qarovul qoyulmuşdu. Sahibüləmr məscidinə yığılanlar Samiriyyə şəhərinə teleqram göndərməyi, Şeyxül Əzəl Müəyyədin Təbrizə gəlməsini xahiş etməyi qərara almışdılar.

Dəstələr bu kimi qərarları çıxardıqdan sonra məsciddən çıxıb küçələri gəzməyə başlamışdılar. Onlar ingilis və rus konsulxanalarının qabağına gəldikdə konsullar küçəyə çıxıb, camaatı imamın zühuru münasibəti ilə təbrik eləmişlərdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Tarixi ziyafət

Bu gün Gəncədə verilən ziyafət tarixi bir ziyafət idi. Bu gün Fəxrəddin Azərbaycan ordusu ilə bərabər Cənubi Azərbaycana yola düşəcək idi. Bu ziyafətin ikinci əhəmiyyəti Bağdaddan Fəxrəddinin anasının görüşünə gələn Dürrətülbağdadın ziyafətdə iştirak etməsində idi.Ziyafətdə Dürrətülbağdadın tərbiyə etdiyi Süsən və Fənhasın tərbiyəxanasında İbrahim Müvəssil tərəfindən yazılmış musiqi dərslərini keçmiş Dilşad xanım iştirak edəcəkdilər.

7 мин
Bağdad və Həmədan üzərinə

Ziyafətdən on gün keçirdi. Aranın hər tərəfindən Gəncə altına yığılmış ordu hərəkət edəcəkdi. Əlli mindən ibarət olan ordu iki hissəyə bölünüb birisi Naxçıvan, o birisi də Xudafərin körpüsü vasitəsilə Araz çayını keçib Təbrizə gedəcəkdi.Seyid Əlaəddin iyirmi beş min nəfərlə Naxçıvana gedib, oradan yığılan atlıları özü ilə bərabər götürmək üçün iki gün əvvəl Arandan hərəkət etmişdi. Fəxrəddin isə iyirmi beş min nəfərlə Qarabağ qoşununu götürüb Qaradağ-Əhər yolu ilə Təbrizə girəcəkdi.

17 мин
Qətibənin sürgün edilməsi

Qızıl Arslan ciddi işlərə başladığı zaman Qətibə birinci olaraq etiraza başladı, Toğrul isə heç bir söz danışmırdı, çünki başında olanların hamısı saraydan və Həmədandan uzaqlaşdırılmışdı.Qızıl Arslanın verdiyi əmr üzərində Fəxrəddin paytaxtın müdafiə qoşununa rəis təyin olundu. Qətibə bununla Fəxrəddinin Həmədanda həmişəlik oturacağını görürkən acıqlandı və Qızıl Arslana belə bir məktub göndərdi:

5 мин
Hüsaməddinin həbsxanadan qaçması

– Bu işlər dəyişəcəkdir. Sən bilirsən ki, bu dövran daima bir nəfərin arzusu ilə dolanmayacaqdır. Bayram edilən evlərin bir gün yasa batması da təbiidir.Sən bilirsən ki, bu dünya bir topdur, o hər gün bir hökmdarın çövkanının başında oynayır. Fələyin çərxi hərlənir, ondan asılı olan insanların bir gün qalxıb, bir gün də düşməsi bəllidir. Bu gördüyün dünya bir güzgüdür. Burada hər kəs növbətlə öz çöhrəsini görməyə məcburdur.

17 мин

Стихи других поэтов