Страница 2 из 5 · 20%

Rəşidə.

Mahru vəsiqəni oxuduqdan sonra:

– Tfu sənin vicdanına! – deyərək salondan çıxdı.

kök

Nina Mahrunun gəldiyini pəncərədən gördüyü üçün onu dəhlizdə qarşıladı, Mahru adəti üzrə çarşabını dəhlizdə götürdü. Ninanın qolu qolunda içəri girdi. Təhminə xanım isə onların hər iksini qucaqlayıb öpərkən:

– Sizin ikinizə də mənim canım qurban, – dedi.

Təhminə xanım Təbrizdə birinci və yeganə qadın idi ki, Nina və Mahru xanımın xalq səadəti uğrunda çalışdığını bilirdi. O, Mahru və Ninanı öz qızları Töhfə xanım və Sənubər xanımdan artıq sevirdi, öz növbəsində onlar da Təhminə xanımı öz anaları kimi sevir, şadlıq və kədərlərini onunla bölüşürdülər.

Mahru çarşabını Təhminə xanıma verdi, həmişə olduğu kimi böyük güzgünün yanından keçib öz əndamına baxdıqdan sonra Nina ilə bərabər gəlib mənim yazı stolumun yanında oturdu. Onun qara və dəyirmi gözləri yenə də acıqlı və küskün baxırdı. Onun bir-birinin üzərinə tökülən qara və uzun kirpikləri sanki dünyaya acıq edən göz bəbəklərinin qarşısına dəmirdən hasar çəkmək istəyirdi. Onun nazik və biçimli dodaqları iyul günəşindən solan qızılgülün yarpağı qədər küskün idi. Yanaqlarındakı çuxurluq öz kədərlərinin dərinliyini təsvir etməyə tələsirdi. Onun enli, qara, qalın, eyni zamanda bir-birinə qarışmayan qaşları bir hadisə haqqında düşündüyünü bildirirdi.

Mahrunun bütün varlığı, dözülməz çətinliklər qarşısında boyun əyməz, mətanətli, səbirli və ağıllı bir qadın olduğunu göstərirdi.

Nina yenə də ona baxıb çox dərin düşünürdü. Şübhəsiz ki, Ninanı Mahrunun gözəlliyi məşğul etmişdi. Nina bir qədər baxdıqdan sonra mənə dedi:

– Mən Nina olmasaydım, Mahru olmaqdan şadlanardım. Yüzlərlə roman oxumuşam, lakin mühərrirlərin heç birisi Mahru kimi insanlığın bütün məziyyətlərini özündə mərkəzləşdirən bir qadın surəti yarada bilməmişlər.

Mahru xəfif və xəstə bir gülüşlə cavab verərək:

– Mən də insanlara səmimi münasibət bəsləməkdə Nina kimi olsaydım, adımı Şərqin məşhur qadınları cərgəsində yazdıra bilərdim, – dedi.

Mən:

– Mahru xanım, sən onu bil ki, Mahrular Şərqin məşhur qadınlarından daha məşhur, daha şərəflidir, – dedim, – Şərqin məşhur qadınları Şərq xalqının səadəti uğrunda sənin ifa etdiyin vəzifəni ifa edə bilməmişlər. Şərqdə məşhur qadınlığın tarixi, fəqət Mahrularla başlamış olur. Şərqin gələcək qadınları ancaq sənin yolunu davam etdirməklə xoşbəxt olmaq istəyəcəklər. Hazırda sənin çəkdiyin əziyyətlər, bədbəxtlik adı verdiyin işgəncələr gələcək qadınlığın əbədi səadəti üçün bir zəminədir. Səndəki mətanət yalnız qadınlarda deyil, mərd kişilərdə görünə bilər.

Mən danışdıqca o da kirpiklərini bir-biri üstünə töküb oturmuşdu. O, yanındakılara hiss etdirməksizin ah çəkirdi. Ata-anasının faciəli ölümünü görən, bütün həyatı kədərlər, qəmlər içərisində əzilən, dünyada şadlığın nədən ibarət olduğunu bilməyən bu alicənab qadını bugünkü qədər qəmgin görməmişdim. Mən ona baxaraq özözümə deyirdim:

«Bu qadın qədər mətanətli, səmimi, möhkəm əqidəli, yorulmaz, müstəqil fikirli ola bilsəydim, mən də özümü məşhur adamlar «ərgəsinə yazdıra bilərdimlb

Mən sükutu pozmağa çalışdım. Mənə elə gəlirdi ki, sükutun uzun dəqiqələr davam etməsi qızda bir dönüş yaradar, nəticədə də o mənə demək istədiyi sirləri gizlədərdi. Bunun üçün də onun əllərini əlimə alaraq:

– Əziz Mahru, hazırda mən sənin həlledilməz çətin bir məsələ qarşısında qaldığını hiss edirəm, – dedim.

O, yenə də vüqarla, soyuqqanlılıqla başını qaldırıb:

– Elədir, – dedi, – mənim günlərimin hər dəqiqəsi bir hadisədir. Mənim varlığım, təbiri cayizsə, təbiət fəlsəfələri kimi anlaşılmaz və axırı bilinməz namütənahi bir şəkil almışdır. Ancaq burada mənim idrakımın irişmədiyi daha bir məsələ vardır. Nə qədər düşünürəmsə, bunu həll edə bilmirəm, bəlkə də, siz bu barədə mənə cava» verəsiniz.

– Bilmədiyiniz nə kimi bir məsələdir?

O özünü düzəldərək:

– Bilmirəm mən hadisələrdən ötrü, yainki hadisələr mənim üçün doğulmuşdur – dedi.

– Sizin ikiniz də bir-biriniz üçün doğulmuşsunuz, çünki hadisələr insanlar doğulduğu zaman doğulur. Dünya hadisələr ocağıdır. Biz isə hadisələrə qarşı hadisələr yaratmaq məcburiyyətindəyik. Əziz dostum, sənin özün hadisələr yaratmadınmı? Smirnovun ölüm məsələsi bütün Təbrizdə mühüm bir hadisə deyildimi?

– Mənim bədbəxtliyim orasındadır ki, hadisələri öz sevdiyim adamların həyatı üzərində yaradıram. Mənimlə xoşbəxtlik qurmaq istəyənlər mənim səbəbimə bədbəxt olur, mənimlə yaşamaq istəyənlər mənim əlimlə öldürülür. Bunu da bilirəm ki, başqaları bu kədərlərə, bu işgəncələrə davam edə bilməz. Mən isə uşaq zamanımdan bunların içərisində böyümüşəm. Davam edə bilərəm. Lakin mənim səbəbimə fəlakətə düşənlərə acıyıram. Bu fikirlər vicdanımı, ruhumu bürüyür. Doğrusu, bunlar məni olduqca aciz edir. Birisini özüm öz məqsədim uğrunda qurban verdim, o birisini isə sevgim üçün qurban verirəm. Rəşidülmülk Əsədi və sizi öldürmək istəyir.

Mahru xanım bu sözləri dedikdən sonra Mirzə Davər tərəfindən göndərilən məktubu və Rəşidülmülkün Hüseynqulu xan Süruri-xəlvətə verdiyi vəsiqəni çıxarıb mənə göstərdi və əlavə etdi:

– Baxınız, mən nə gündə və harada yaşayıram!

Mən yazıq qızın vəziyyətinə həddindən artıq acıdım. Qızın oradan qurtarması üçün qəti tədbirlər görmədiyimdən utandım. Lakin onu nə cür və hansı vasitə ilə qurtarmaq olardı? Nə qədər fikirləşir və tədbir axtarırdıqsa, yenə də nəticədə Rəşidülmülkü öldürmək lazım gəlirdi. Lakin hələ onu öldürmək vaxtı çatmamışdı. Qıza t səlli verərək:

– Səbir edin! – dedim. – Sizi oradan qurtaracağam. Sizin səad tiniz yaxındır. Sizin ailə həyatınızı təmin edəcəyəm. Əsəddən : məndən nigaran qalmayın. Əsəd Kazım Davatgəroğlu və Sal! Süleymandan yüz qat igiddir. Əsəd tək də deyil, arxasında yüzlər qolubükülməz oğlanlar vardır. Bunların hamısı düzələcəkdir. Ta şırdığım məsələ haqqında nə kimi məlumat yığdınız?

– Rəşidülmülkün yanına əvvəlkilərə nisbətən çox adam! gəlib-gedir. Lakin nə üçün gəlib-getdiklərini bilmirəm, çünki cürə hallarda içəriyə heç bir kəsi buraxmırlar. Lakin gələnlərd: Soltanüzzakir, Misbahüzzakir, Misgəroğlu və sairələri ilə tez-t görüşürlər.

Mahrunun bu xəbərindən bizi şübhə altına qoyan məsələ tam milə aydınlaşırdı. Çar konsulunun dini və mövhumatı canlandırm: üçün düzəltdiyi plan Rəşidülmülkə tapşırılmışdı. Onlar təzə macə düzəltmək istəyirdilər.

Söhbətin şirin yerində Məcid gəlib mənə xəbər verdi:

– Əmi gəlibdir.

Şübhəsiz ki, əmi Tütünçüoğlundan ibarət idi, çünki Ələkbər yc daş tezdən getmişdi, o nahar vaxtına evə qayıtmayacaqdı. Buna gö də Nina Əsədi içəri çağırmaq üçün dişarı çıxdı. Mahrunun bu x bərdən vəziyyəti dəyişdi, üzündə şadlıq göründü. Lakin o utanırc Bizim yanımızda onlar bir-birləri ilə danışmır və yaxın oturmurdul: Nina hələ qayıdıb gəlmədən Mahru Təhminə xanımı çağırıb, nə 1 onun qulağına pıçıldadı. Bir azdan sonra Təhminə xanım Ninan şallarından birisini gətiribi onun başına saldı.

Əsədlə Nina otağa daxil oldu. Əsəd oturmadı, qapının yanını ayaq üstündə durdu. Mən onu çağırdım:

– İrəli gəl! Mahrunun əlini sıxıb otur. Danışmalı sözbətim vardır, – dedikdə Əsəd gəlib Mahrunun əlini sıxdı və keçib oturd Mən onlara müraciət edərək: - Siz artıq bir-birinizə yad deyilsini yoldaşlıq və ailə düşüncənizin təzə doğduğuna baxmayaraq, mə lək və əqidə yoldaşlığınızın tarixi çox uzundur – dedim. – Köhı adət və ənənələri tamamilə buraxın, yoldaş kimi oturun, dərdlər nizi. şadlığınızı bölüşdürün. Mahru xanım bizim ailəmizə on birin illərdə daxil olmuşdur. Bizim ürəklərimiz birdir, dərdlərimiz, şa lığımız da birdir, biz ayrılmaz yoldaşlarıq, ailə yoldaşlığı isə yoldaşlığı daha möhkəm edir və bizi biri-birimizə daha da sıxı s rətdə bağlamış olur.

Tütünçüoğlu danışmırdı, ancaq mən danışırdım, lakin bu iki se gili bizim yanımızda bir-birinə baxmırdı və özlərinə aid bir kəlr də olsa danışmırdılar. Mən həm onlarla danışır, həm də bu iki gər bir-biri ilə müqayisə edirdim. Mən qadınlarda mövcud olan sev xüsusiyyətlərini izah etmək üçün yersiz və köhnə fəlsəfəçilik ç xurlarında bir çox zaman qurdalanmışdım, lakin yenə də qadın q: bini öyrənə bilməmişdim. İndi isə Mahru və Tütünçüoğlunu müq yisə etdiyim zaman yenə də köhnə fəlsəfəçilik fikri mənim yaxa: dan tutub o tərəf-bu tərəfə çəkirdi.

Öz-özümə deyirdim: 4Bu gözəl, mətanətli, vüqarlı və qəhrəm: lara məxsus qəlbə malik olan qız Tütünçüoğlunun nəyini və nə ki xüsusiyyətlərini sevir?ə?

Qız bu gəncin igidliyini sevirsə, haqlıdır, çünki Tütünçüoğlun qəhrəmanlığını bilən yalnız mən deyildim, onu İran inqilabında tirak edən minlərlə adam tanıyırdı. Tütünçüoğlunu tanımaq üç Səttar xanın dediyi söz kifayət edərdi. Səttar xan Əmirxaizin höl mət qoşunu tərəfindən mühasirəyə alındığı gün: «Dalımda Tütün oğlu kimi iyirmi nəfər inanılmış və qəhrəman adam olsa böyük ordunun qabağından çəkilmərəm? -— demişdi. Hərgah Mahru 7 tünçüoğlunu bundan ötrü sevirsə, haqqı vardır. Tütünçüoğlu bü Təbriz mücahidləri içərisində yeganə bir gəncdir ki, öz bombas sıx dəstələrlə gələn düşmən içərisinə atdığı zaman diksinməz gözünü qırpmazdı.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

XIII. Əminənin romanı

Raya özünün haraya və kimin evinə aparıldığını bilmirdi. Çünki onu örtülü faytonda və görmədiyi küçələrlə aparırdılar. Raya fayton atlarının inildəyərək yoxuşa dırmandığını görürdü.Raya faytonda təkcə oturmuşdu. Faytonun sağ-solunda iki başqa fayton da gedirdi. Bunlar, Rayanı həbs etməyə aparan Bakı qoçularının faytonları idi.

24 мин
XIV. Sui-qəsdlərin vahid cəbhəsi

İyul ayının 25 və 26-da davam edən tarixi iclas bu gecə öz qəti qərarını verəcək idi.Son iclasda özlərini necə aparmaq üçün dillişmək istəyənlər Elçiyanın evinə toplanmışdı. Bu iclas menşevik, eser və daşnaqların bolşeviklərə qarşı düzəltdiyi sui-qəsdin vahid cəbhəsi idi. Bu iclasdakılar İngiltərə imperializminin komandası ilə Şaumyana qarşı çıxışa hazırlaşırdılar.

20 мин
XV. Biçeraxov cəbhədən çəkilir

Bolşeviklərin tələbi nəticəsində buraxılmış erməni milli soveti, bolşeviklərin iş başından çəkilməsi ilə yenə də fəaliyyətə başladı və açıq iclas açmağa cəsarət etdi. Bu gecə Araratyanın evində toplanmış milli sovet bolşeviklərdən sonra düzələn hökumətdə necə iştirak etmək məsələsini müzakirəyə qoymuşdu.Ester bu iclasa çox böyük diqqət verirdi. Çünki burada bolşeviklərin süqutu məsələsi danışıldıqda, Ester öz sevgilisi Vahanın da bədbəxt olacağından qorxurdu. Ester bolşevik hökumətinin süqutunu öz talesizliyi kimi hesab edir və bu barədə düşünürdü.

11 мин
XVI. Raya qaçdı

Divar saatı gecə saat bir zəngini təzəcə vurmuşdu. Bu gecə nədənsə Raya xanımın şam yeməyi çox uzun çəkdi, balkonun o biri tərəfində duran gözətçi qoçunun səbri tükənmişdi. Raya qarşısına qoyulan yeməklərdən başqa yenə xörək tələb edirdi. Əminə onun tələblərini yerinə yetirir və özü də onunla bərabər oturub söhbət edir və yeyirdi.Nəhayət, qoçu Əminəni səsləyərək:

6 мин

Стихи других поэтов