XIII. Əminənin romanı
Страница 2 из 4 · 25%
Gecələr
Gecə saat on ikidə Əminə ilə Raya şam yeməyini yedikdən sonra qapıları qapayıb yataq otağına girdilər.
Raya soyunub çarpayısında uzanmışdı. Əminə isə durub baxırdı.
Raya:
– Nə üçün soyunub yatmaq istəmirsən?—dedikdə Əminə çiyinlərini çəkərək:
– Elə-belə... yuxum yoxdur,—deyib durdu.
Raya məsələnin nə yerdə olduğunu anladı və işin həqiqətini təyin edə bildi.
Varlı ailədə xidmət etdiyinə baxmayaraq, Əminənin libası, xüsusən alt paltarı çox köhnə idi. O, bunun üçün də Rayanın yanında soyunmaqdan utanırdı. Raya yatağından qalxdı və kapotunu geyinib oturdu:
– Əminə can, səndən bir ricam var, qəbul etməlisən!
Raya bunu deyərək qalxdı və çamadanını açıb təmiz alt paltarlarını çıxartdı və dedi:
– Götür, Əminə, bu paltarları geyin! Mən özüm də vaxtilə yoxsul olmuşam, sən də yoxsulsan, heç utanma!
Əminə əllərini döşünə qoyaraq:
– Çox razıyam,—dedi,—lakin ağadan qorxuram. Onlar mənim sizdən hədiyyə aldığımı bilsələr mənə cəza verərlər. Sizdən rica edirəm ki, bu hədiyyənin müqabilində ağanın adını məndən soruşmayasınız.
– Soruşmaram! Sənə vicdanımla söz verirəm. Götür paltarları, geyin!
Əminə paltarını dəyişərək yatağına uzandı. Onlar yata bilmirdilər; hər ikisi söhbəti haradan başlamağı düşünürdü. Raya Əminəyə sual verdi:
– Əminə can, ayda nə qədər maaş alırsan?
– Ayda, yediyimdən başqa beş manat maaş alıram.
– Bu qədər az bir maaşla yaşamaq mümkündürmü?
– Bu da olmasa neyləyərəm? Ailəmiz dağılmışdır.
– Nədən dağılmışdır?
Əminə dedi:
– Əslinə baxsa, bizim ailəmizin dağılmasına özümüz səbəb olduq. Kimsədən inciməyə haqqımız yoxdur. Sözü əvvəldən başlayacağam. Bizim ailəmiz böyükdən kiçiyətən neft işində işləyənlər idi. Atam işdə şikəst olub, indi evdə yatır. Qardaşlarımın üçü də neft işində idi. Böyük qardaşım Ramanada Musa Nağıyevin mədənlərində işlərdi, o çox dilli bir oğlan idi. İşçilərin bütün tələblərini sahibkara qardaşım deyərdi. O heç nədən qorxmurdu.
– Onu işdən qovmurdularmı?
– Qovurdular. Lakin onu qovan kimi, işçilər, tətil edir və qardaşımı işə qəbul etdirirdi.
– Qardaşının adı nə idi?
– Heybət idi. Onun Qüdrət adlı gözəl və igid bir yoldaşı da var idi. İgidlikdə heç də Heybətdən geri qalmazdı. İşçilər Heybətin və Qüdrətin başına and içirdilər.
Qüdrət hər istirahət günü Heybətlə bərabər bizim evimizə gələrdi. Son zamanlar onun mənə diqqət verdiyini hiss edirdim. Nədənsə mən də ona diqqət verməyə başlamışdım. Ancaq nə o məni dindirir, nə də mən onu danışdırırdım. Bir-birimizi sevirdik. Lakin bu sevgi gözlərdə və ürəklərdə idi. Biz heç vaxt ikilikdə oturmamışdıq. Anam da buna imkan vermirdi. Hətta Qüdrət olan zaman evdən kənar edirdilər.
Günlərin birində yenə qardaşım Heybət Qüdrəti nahara qonaq gətirmişdi. Mən başımda şal, otağa girdim; gərək ki, su qabını götürmək istəyirdim. Rəhmətlik qardaşım məni səsləyərək:
– Əminə,—dedi,—nə üçün gəlib oturmursan? Nə üçün Qüdrətdən qaçırsan? Gəl tanış ol! Sən avam qız deyilsən, özünü avamlara oxşatma! Gəl içəri, bacım, gəl!
Mən heç bir söz demədim. Yerimdə quruyub qaldım, nə edəcəyimi bilmədim. Donub qalmışdım. Axırda rəhmətlik Heybət əlimi tutub Qüdrətin əlinə verdi. Mən bir təhər əlimi onun əlindən qurtarıb anam olan otağa qaçdım. Anam saçlarımdan tutub yerə yıxdı və o ki var söydü.
– Bəs buna atan nə dedi?
– O mane oldu. «Qızın yaxasından əl götür, dedi.—İndi ki, onlar bir-birini sevir, indi ki, iki qəlb bir-birinə yaxındır, qoy birləşsinlər, ailə qursunlar. Bəlkə də xoşbəxt ola bildilər. Qüdrət özü namuslu işçilərdəndir, ona inanmaq olar».
Atamın bu sözü anamı sakit elədi. Amma o məni bir ay danışdırmadı. O mənim Qüdrətə ərə getməyimə razı deyildi, çünki Qüdrət kasıb idi. Atam Qüdrətə öz oğlu kimi baxmağa başladı. Artıq Qüdrət bizə gələndə bir yeyər və bir oturardıq. Nəhayət biz bir-birimizə söz verdik. Anam da razı oldu, çünki Qüdrət bizim öz tayımız idi.
Məni Qüdrətə nişanladılar. Nişan gətirməyə adamı yox idi. Həmin bu barmağımdakı gümüş üzüyü də Qüdrət öz əlilə mənim barmağıma taxdı. Lakin biz bir aydan artıq nişanlı qalmadıq.
Əminə bu sözdən sonra çox şiddətlə ağladı, danışa bilmədi. Raya isə onun saçlarını sığallayır və təsəlli verirdi.
– Ağlama, gözəl Əminə, ağlama!—deyirdi.—Söhbətinə davam et! Məni öz maraqlı romanınla məşğul edirsən.
Əminə davam etdi:
– Qüdrətin nişan üzüyünü aldıqdan üç gün sonra mən həyətdə, quyudan su çəkirdim, anam pəncərədən başını çıxarıb məni çağırdı. Mən evə girdikdə üç nəfər başqa qadın gördüm, onların kim olduğunu və nə üçün gəldiklərini bilmədim. Ancaq onu gördüm ki, qadınlar mənim boy-buxunumu süzür, bir-birinin üzünə baxır və pıçıldaşırlar. Mən bir şey duymadım, lakin anam mənə tez-tez iş göstərir, müxtəlif şeyləri götürmək üçün göndərirdi.
Mən sonradan bildim ki, bu qadınlar elçi imişlər. Məni görməyə gəlmişdilər. Qadınlar çox oturdular, anam mənim səliqəli və ağıllı qız olduğumu onlara cürbəcür sözlərlə deyirdi.
– Xasiyyəti çox yumşaqdır. Sözə baxan və nəsihət eşidən qızdır. Evdardır, əl işində məharəti vardır. Hər cürə bişmiş bişirə bilir, az oldu, az yeyər, çox oldu, çox yeyər, gülər üzü, şirin dili vardır.
Anamın söhbəti uzun çəkdi, mən həyətə çıxdım, su çəkməyə başladım. Qadınlar vidalaşıb getmək istəlikdə, anam məni yenə evə çağırdı. Mən içəri girdikdə, qadınlar ayaq üstə idi, birisi məni yanına çağırıb saçlarımı sığalladı və ağzımdan öpdü.
Mən sonra bildim ki, qadın mənim ağzımı qoxulayırmış.
Qadın ağzımdan öpdükdən sonra yoldaşına dönərək:
– Ağız-burnu gül kimidir,—dedi.
Qadınlar getdilər. Anam yerində quruyub qalmışdı. Mən də ayaq üstə durub onun üzünə baxırdım, anamın elçilərlə razılaşacağına inanmırdım. Çünki o mənim Qüdrətə nişanlandığımı və üzük götürdüyümü bilməmiş deyildi, bunu yalnız anam deyil, bütün məhəlləmiz və qohum qardaşlar bilirdi. Anam başını qaldıraraq mənə baxdı və:
– Otur!—dedi.
Oturdum, yenə hər ikimiz sükut etdik. Anam dedi:
– Əminə, bunların kim olduğunu bilirsənmi?
Mən:
– Xeyr, bilmirəm,—dedim.
– Bunlar sənə elçi gəlmişlər. Özləri də varlı evin adamlarıdır.
– Onda işim yoxdur, ancaq bir qızı eyni zamanda iki ərə vermək olmaz!
– Mən də bilirəm olmaz, lakin sən ərə getməmisən. Yalnız otuz qəpiklik bir gümüş üzük almışıq ki, yeyəsinə qaytara bilərik. Sən razı ol, Heybətin, filanın sözünə baxma!
– Ana, sən özün düşün, bu rüsvayçılıq deyilmi?
– Rüsvayçılıq bu deyil, iki çılpağın, iki acın bir-birilə evlənməsi daha böyük rüsvayçılıqdır. İstəmirəm ki, mən atanın evində çəkdiyim zəhməti sən də Qüdrətin evində çəkəsən. Heç bilirsənmi səni kimə istəyirlər? Qoçu Qurbanın bacısı oğlu Əlibalanı bütün Bakıda barmaq ilə göstərirlər. Xozeyinlərin yanında onun böyük hörməti var. Bir sözü iki deyil, bütün Ramana mədənləri Qurbanın əlindədir.
Mən anamın sözlərinə cavab vermirdim. Ağlayaraq atam yatan otağa keçdim, atama xəbər verdim, o anamı çağırıb çox nəsihət elədi, lakin bir fayda vermədi. O deyirdi:
– Qızımı, zəhərlərəm, boğaram, amma Qüdrətə vermərəm, acın birisinə ərə getməkdənsə qəbrə getmək yaxşıdır.
Bədbəxtlik burasındadır ki, nə Qüdrəti, nə də qardaşlarımı görmək mümkün deyildi, çünki Musa Nağıyevin Ramana mədənlərində tətil başlanmışdı, qardaşım və Qüdrət gecə-gündüz mədən dairəsində idi. Onları tapıb dərdimi deyə bilmirdim. İki gün sonra elçiliyə gələn arvadlar üzük gətirdilər. Mən ağladım, qiyamət qopardım, lakin mümkün olmadı, üzük gətirən qadınlardan birisi:
– Ağlını başına yığ!—dedi.—Əlibalanın üzüyünü geri qaytarmaq olmaz. Onlar dünyanı dağıdarlar.
Üzük gətirən günün səhəri, rəhmətlik qardaşım Heybət paltarını dəyişmək üçün evə gəldi, mən heç bir söz demədən onun qolları arasına yıxılıb ağladım, məsələni açıq deməkdən utandım. Nəhayət, məsələnin nə yerdə olduğunu anam söylədi. Qardaşım çox uzun danışmadı. Qısaca dedi:
– Mən sağ ikən qoçu Əlibala bacımı ala bilməz! Qabaqca məni öldürün, sonra! Mən onlarla mübarizə aparıram. Onlar tapança gücünə işçiləri Musa Nağıyev kimi alçaqlara təslim olmağa məcbur edirlər. Anam isə öz qızını götürüb elə canavarlara verir.
Anam bir söz demədi, çünki o Heybətdən qorxardı. Heybət paltarını dəyişib getmək istədikdə üzümdən öpərək:
– Ürəkli ol!—dedi.—Əminə, nə qədər ki, mənim nəfəsim gəlir, sənin başından bir tük də əskik olmaz.
Bu əhvalatdan sonra Qüdrət daha bizə gəlmirdi. Mən onu görmək istəyirdim, ona deməli sözlərim var idi. Sözümdə sadiq olduğumu deməli idim. Lakin mümkün olmadı; onun başı tətil işlərinə qarışıq idi. Qardaşlarım və Qüdrət mədəni gözdən qoymurdular, çünki Musa Nağıyevin qoçuları—Qurban və sairləri İran fəhlələrini qorxudub işləməyə məcbur edirdi. Mən küçəyə çıxa bilmirdim. Qoçu Əlibala küçəmizə gəlib məni təqib edirdi. Qardaşım Heybəti axtarmağa məcbur oldum. Bunun üçün də Ramana mədənlərinə getdim. Mən mədənlərə getdiyim zaman Musa Nağıyev də şəhərdən gəlmişdi, mədənin qapısı çox basırıq idi. Qoçu Qurban, Əlibala, qardaşı Qafar, əmisi oğlu Canbaxış iranlı fəhlələri irəli verib deyirdilər:
Kitabxana.az · https://kitabxana.az/ru/works/ordubadi-xiii-eminenin-romani
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Şükr-lillah almışıq hürriyyəti bundan sora,Saxlamaq bu əski ruhaniyyəti bundan sora.
İran Astarası və Azərbaycan AstarasıOrtadan bir çay keçir, olmuş iki yan Astara,Bir yan Azərbaycan, bir səmti İran, Astara.
Tə’ziyə günlərindəSəsi artdıqca əza günləri fəryadımızın,Sayı cənnətdə çoxalmaqdadır arvadımızın:
Əvvəl və indiƏvvəl kəbin kəsərdi bir kəllə qəndə molla,Gündə nikah oxurdu dörd-beş həpəndə molla.
Стихи других поэтов
Nə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Hər nə kim almaq dilersən, al ilə gəl məndən alHər nə kim almaq dilersən, al ilə gəl məndən al,Aldanıram mən sənə, sən hər necə edərsən al.
Gəraylı: Bir məst olmuş yağıya mənBir məst olmuş yağıya mən,Oldum yalvara yalvara
Məyus bir qəlbin fəryadıEy nəşvəli, ey işvəli ümmid!Lənət sana, ey afəti-cavid!