Страница 3 из 6 · 33%

– Axunda nə üçün çay boşaltmadınız? – deyə Tacıqızına müraciət elədi. Tacıqızı isə:

– Axund oruc iddi, bir saat bundan əvvəl iftarını açıbdır, – dedi.

– Yoxsa orucluq giribdir?

– Orucluq girməyibdir. Lakin axund ildə üç ay oruc tutur. Bir də budur ki, axund özgəsi deyil, evin sahibidir.

– Necə yəni evin sahibidir?l

– İndi altı aydır ki, baş bir yaxadan çıxarmışıq, sağlıq olsa, bahar açılan kimi imamın ziyarətinə gedəcəyik. Özüm də axundun oxuduğu Qurana and içib tövbə eləmişəm. Mənə də qiyamətin günündə nicat olsa ağanın ziyarətindən olacaqdır. Elə axundun adı mənim üstümdə olsa bəsimdir. Axundun özü də bir halal süd əmmiş Allah bəndəsidir. Elmi də ki, Təbriz müctəhidlərinin heç birisindən az deyil.

Quluzadə sözə müdaxilə edərək:

– Belə hal.. Biz də elə Züleyxa bacının yanına ondan ötrü gəlmişik ki, bizə iki dənə halal süd əmmiş qız tapsın. Axund da ki, buradadır, zəhmət çəkib siğəni oxusun evlənək, bəzi para yaramaz işlərdən də uzaqlaşaq.

Axund Molla Qurban sözə başlayaraq siğənin savablarından danışdı.

– Həzrət Sadiqdən! rəvayətdir ki, cəddim Rəsulallah meraca getdiyi zaman yolu səkkizinci behiştdən düşür. Səkkizinci behiştin

VeMəclisib adı ilə altmış cild kitab uyduran Molla Məhəmməd Bağır yalanlarının hamısını imam Cəfər Sadiqin dilindən yazmışdır. dərbanı qapını açıb orada olanlara müraciətlə: Ey səkkizinci behiştin məlaikələri, pişivazə çıxın, dünya və axirətin ağası səkkizinci behiştə səyahətə gəlirə – deyə səslənir, Həzrəti Rəsul-Əkrəm səkkizinci behişti gəzərək böyük qəsrin yanına gəlir, qəsrin divarları ağ gümüşdən, pəncərələri qırmızı qızıldan idi. Türfədən yetmiş min gözəl huri başını çıxarıb Həzrəti peyğəmbərə salam verir. Həzrəti Rəsul cənab Cəbrayıldan soruşur ki, ya Cəbrayıl, bu qəsr kimin qəsridir? Cənab Cəbrayıl ərz eləyir ki, peyğəmbər, bu qəsr sənin siğə edən ümmətlərin üçün qayrılmışdır.

Molla Qurbanın bu sözündə Tacıqızı Züleyxa ağlar bir halda:

– Atam-anam sənə qurban olsun, ya Rəsul Allah, – dedi.

Molla Qurban sözünə davam edərək dedi:

– Həzrəti Cəfər Sadiqin yanına gəlib soruşdular ki, atam-anam sizə fəda olsun, günahları nə ilə bağışlatmaq mümkündür? Həzrət buyurdu ki, siğə etməklə! Hər kəs bir saat siğə ilə otursa, xudavənd aləm onun yetmiş arxa keçmiş və yetmiş arxa da sonra gələn övladının günahlarını bağışlar.

Tacıqızı sözə başlayaraq:

– Hələ həzrət bir saatı buyurubdur, amma biz axund ilə altı aydır ki, oturub-dururuq, indi görün biz nə qədər savab sahibi olmuşuq!

dedi.

Tütünçüoğlu da:

– Biz də bunu istəyirik, – dedi, bir Allah bəndəsinə evlənək, həm vaxtımızı yaxşı keçirək, həm də yetmiş iki babamızın günahlarını bağışladaq.

Tacıqızı onun sözünü kəsərək:

Yox, qadanızı alım, – dedi, – mənim evimdə ərə gedən qızlar yoxdur. Axund buyuran kimi ancaq birsaatlıq siğə mümkündür. Bir də budur ki, bilirəm kasıb oğlanlarsınız, mənim əlimdəki qızlara evlənib onların nazını çəkə bilməzsiniz, çünki onların hərəsi bir varlı yerin qızıdır. Yağ-bal, naz-nemət içində üzən adamlardır. Onlar ancaq mənim xatirim üçün birsaatlıq kefə gəliblər. Bu gecə mən sizi yuxunuzda görmədiyiniz qızlarla tanış edəcəyəm. Onlardan birisi Mümtəhnuddövlənin qızı Afət xanım, o birisi Məmmədəli şahın sevgilisi eMünisi-xəlvətə, başqa birisi də Sarimiddövlənin nəvəsi «Ərusi-aləmə? xanımdır. Elə qızlardır ki, onların üstündəki zinət bütün Təbrizin dövlətini alıb-satar.

Tütünçüoğlu:

– Sözümüz nədir, gəlsinlər, görək nə cür xanımlardır? – dedikdə Tacıqızı:

– İndi deyin görüm dul arvad olsun, yainki qız?

– Necə yəni dul? Çox da qoca deyillər ki?

– Pah, kül başına! Mənim evimdə qoca nə gəzir? Mən boyda, mən buxunda, mən gözəllikdə olsalar necədir? Birisi bir həftənin, o birisi doqquz günün gəlinidir. İkisi də vardır ki, hələlik üzləri naməhrəm üzü görməmişdir. Hərgah yalan deyirəmsə axundun oxuduğu Allah kalamı mənə qənim olsun, – dediyi zaman Quluzadə:

– Allah eləməsin, Züleyxa xanım! Elə sözü niyə deyirsən? Doğrusu, adam bəzi sözləri deməyə utanır da. Allaha şükür, biz də çox nanəcib yerin adamı deyilik, bizim də özümüzə görə ad-sanımız var, dövlətimiz var. Lakin adam sözün açığın deməyə utanır.

Molla Qurban bu söhbətlərdə qalxıb evdən çıxdı, Tacıqızı isə gülərək Quluzadəyə dedi:

– A bic haramzada, axund anladı ki, meyilin məndədir, ona görə də durub eşiyə çıxdı.

– Axund bu açıqlıqda sözü də anlamayacaqdırsa, daha nə axunddur?

– Heç elə şey ola bilərmi? Mən ona ömürlük siğə olmuşam.

– Niyə də ola bilməsin? Beşcə tümən qoyarıq onun qabağına, on beşcə tümən də qoyarıq sənin qabağına, iş qurtarıb gedər.

– Onda da gərək axund birsaatlığa mənim siğəmi geri oxusun.

– Belə ha, atacığazın oldu rəhmətdə.

– Qoyun qızları da çağırım gəlsin, bəlkə, onlardan birini gözünüz tutdu. Elə qızlardır ki, yel əssə yanaqlarından qan açılar, şamama kimi canlardır.

Tacıqızı sözünü bitirdikdə Tütünçüoğlu da cibindən iki rus qızılı çıxarıb yerə atdı:

– Götür bunları da göndər məzə gətirsinlər, yenə də lazımdır, verək. Sən bilirsən ki, Təbriz uşağı kef çəkəndə kisəsinin ağzını bağlamaz.

Tacıqızı onluqları götürüb cibinə saldıqda:

– Çox sağ olun, mən sizi comərd oğlan tanımasaydım, heç qapımı üzünüzə açmazdım.

Tacıqızı qalxıb qızları çağırıb gətirmək üçün o biri otağa keçdi, bir azdan sonra Molla Qurbanla bərabər otağa qayıdaraq, pərdəni qaldırdı və səslədi:

– A qızlar, utanmayın, durub bura gəlin, yad adam yoxdur, özümüzkülərdir. Qaraməlik cahilləridir, boy-buxunlu, sünbülbığlı oğlanlardır.

Qızların gəlməsi uzun dəqiqələr çəkdi, nəhayət, Tacıqızının özü gedib onları otağa gətirdi. Doğrudan da, onların üstündə olan zinətlərin qiymətini təyin etmək mümkün deyildi. Onların naməhrəmə üzünə görünməsi sanki çox çətin idi. Tacıqızı onların qara ipək çarşablarını götürənə qədər xeyli əziyyət çəkdi.

Onların çarşabları götürüldü, lakin onlar Tacıqızının tərif etdiyi kübar ailələrdən çıxan qadınlar yox, Təbrizdə bütün əxlaqsızlıqları ilə məşhur olan qaraçı qızları idi.

Bunlardan birisi vaxtı ilə amerikalı qızı miss Hannanı fala baxdırmaq bəhanəsi ilə aldadıb Mahmud xan və Rəfizadə üçün aparan və özünü Şümşad xanım adı ilə tanıtdıran qaraçı qızı Hüsni xanım, o biriləri Xoşu, Səlimə və Teybədən ibarət idi. Tütünçüoğlu bunları çox gözəlcəsinə tanıyırdı. Vaxtı ilə Həsənağa bunların hamısının saçlarını kəsib var-yoxlarını soymuşdu.

Qadınlar özlərini baha satmaq məqsədi ilə çox utana-utana oturdular. Tütünçüoğlu Hüsni xanımı siğə etməyə razı oldu. Quluzadə isə Tacıqızının üzünə baxıb durmuşdu. Məsələ Molla Qurban üçün də aydın idi. Molla Qurban bunun üçün birinci növbədə Tacıqızını boşadi. Heç şübhə yoxdur ki, bu da oyun idi, çünki Tacıqızı Züleyxa Molla Qurbanın arvadı deyildi, onun vəzifəsi Tacıqızının evində oturub gələnlərə siğə oxumaq və fahişəliyi rəsmiyyətə salmaq idi.

Siğə haqqı hər qadına bir Nikolay onluğu, axundun zəhməti isə Hüsni xanım üçün bir tümən, Tacıqızı üçün isə beş qran idi, çünki Hüsni xanım hələlik ərə getməmiş dqızə idi. Əlavə olaraq Tacıqızı öz zəhmət haqqında on manat aldı, başqa üç nəfər qız da gəlib boş qayıtdıqları üçün bər birisi bir tümən başmaq yırtmaq və bəzək sərf etmək haqqını aldı.

Hər iş qurtarmışdı, indi isə durub başqa otağa keçmək lazım idi. Molla Qurban tək qalmadı, o da Tacıqızının təklifinə görə Çopur Səlimənin siğəsini özünə oxudu və durub birlikdə kef üçün, məzə üçün başqa otağa keçdilər. Üç nəfər azad qalmış qaraçı qızlarını da özləri ilə bərabər götürdülər. Şərab məclisi düzəldi. Molla Qurban da Tütünçüoğlunun təklifinə görə şərab büsatının başında əyləşdi. Hələ məclis qızışmadan Tütünçüoğlu çölə çıxmaq bəhanəsi ilə Həsənağa və onun yoldaşlarının nə vəziyyətdə olduqlarını yoxladı. Hələlik Kazım Davatgəroğlu və Sallax Süleyman gəlməmişdi, Tütünçüoğlu otaqdakıların məsələsini bitirmək üçün qayıtdı. Şərab məclisi qızışmışdı, kamança Tacıqızının dizinin üstündə idi. Xoşu xanım isə dəfi qulağının dibində tutub oxuyurdu:

€Xuni-aşiqlə piyaləm dəmbədəm ləbrizdir,

Qaşlarım peykan, nigahim fitneyi-Təbrizdirə.

Xoşu xanımdan sonra, Hüsni xanım:

eQönçələr açdı cəmalın ruxi-aləm görcək,

Bülbülün təbi gəlib coşə məqalim görcəkə.

– deyə ona cavab verdi.

Uzun vaxt burada oturmaq lazım gəlmirdi, çünki Kazım Davatgəroğlu ilə Sallax Süleymanın gəlmək vaxtı idi. Buna görə də Tütünçüoğlu qızlara əmr etdi:

– Durub Molla Qurbanın ətrafında oturun!

Qızlar bunu zarafat hesab edərək mollanın ətrafında oturdular. Sonra da Tütünçüoğlu Molla Qurbana əmr etdi:

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Təzə hadisələr

Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.

24 мин
Həmdünyan

Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.

18 мин
Naxçıvan

Toğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.

32 мин
Toğrulun qətli

Səlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.

4 мин

Стихи других поэтов