Страница 5 из 6 · 67%

Təbriz camaatı! Sizin qadınlarınıza mərsiyə oxuyanlar kimlərdir?

Ələkçiqızı Teybə, Tehnəli Qasımqızı Xurşid, süpürgəsatanqızı Dildar, qabyalayanqızı Molla Səba, küldaşıyanqızı Kəblə Zeynəb, Payanlı Məşədi Səkinə və sairlərini hansı biriniz tanımırsınız? Hazarda sizin qadınlarınız bunlardan tərbiyə alır.

Təbriz xalqı! Utanın, gələcəyin nifrət və lənətini öz boynunuza götürməyin. Əl çəkin gündə bir hökumətə satılan müctəhidlərin ətəyindən! Onlarla bərabər çar hökumətinə satılmayınlp

Bu intibahnamə təsirsiz qalmadı. Qadın mərsiyələrinin sayı azalmağa başladı. O yerlərə gedənlər çox az idi, lakin bununla aparılan mübarizəni davam etdirmək lazım gəlirdi. Gizli komitə mərsiyə yerlərini bir daha ifşa etmək məsələsini Bağır Hacıoğlu, Hacağa Əvəzoğlu, Yavər Xəliloğlu, Ələkbər Kazımoğlu və sairlərinə tapşırmışdı.

kok

Axşama az qalırdı, qadın mərsiyələrinin bitmək vaxtı idi. Qadınlardan bir çoxu göz yaşlarını silə-silə küçəyə çıxırdı. Söhbətlərin məzmunu qadın mərsiyəxanı Molla Səlmənin oxuduğu mərsiyənin mövzusu ilə əlaqədar idi.

– Molla Səlmə Təbrizdə bir dənədir!

– Mən Müslümuşaqlarının mərsiyəsini çox eşitmişdim, amma Molla Səlmə oxuyan kimi eşitməmişdim, adamın beynində yaş qoymur.

– Oxumaqda da çox iş vardır!..

– Yox, Molla Səlmədə olan kitablar başqasında yoxdur.

– Tapşırmışam, özünə də bir zərli çarqat vədə vermişəm, sabah, sağlıq olursa, Fatimeyi-Zəhra xanımın ərə getməsi barəsində oxuyacaqdır.

– Kəblə Zeynəbin də nəfəsi təsirlidir, məni ondan başqa heç kəs ağlada bilməz!

– Molla Səbayə nə deyirsən bəs?1

– O ancaq cənab Qasimin evlənməsini yaxşı oxuyur.

Qaranlıq düşürdü, rübəndlər götürülmüşdü, qadınlarla tanış olmaq üçün gələn arvad düşkünləri də gözlərini mərsiyə evinin qapısına dirəmişdi. Onların da söhbətləri ziyarətgahların qapısını kəsib duran siğə düşkünlərinin söhbətini xatırladırdı.

– Hacı Məmməd ağa Kovganinin övrətidir. Özü qoca, arvad isə cavan. Eybi orasındadır ki, bir az utanır, məqbərə ağzında iki dəfə salam vermişəm, gülüb, keçib gedibdir.

– Məşədi Abbas ağa kisəçinin övrətidir, indi baxım görüm Molla Sadıq nə iş görəcəkdir. Yaxın günlərə söz veribdir.

– Salman xanın bacısıdır. Köpək oğlunun qızı Züleyxa dəxi bir bismillah olub göyə çəkilibdir. Söz vermişdi ki, gətirsin.

– Tacıqızını daha görə bilməzsən...

– Nə üçün?

– Kazım Davatgəroğlu və Sallax Süleymanın məsələsini eşitmədinmi?

– Necə ki, eşitmədim, bığlarını, birçəklərini kəsiblər.

– Əllərinə dönüm, igid belə olar hal

– Tacıqızının da saçlarını kəsiblər.

– Bəs siğə oxuyan Molla Qurbanı niyə demirsən?

– Ona nə olubdur?

– Onun saqqalını, bığlarını qırxıb, özünə də Tacıqızının paltarını geyindirib ağaca bağlamışdılar.

– Demək nə lazımdır! Özüm tamaşalarına getmişdim.

– Özüm də orada idim. Bütün Təbriz tamaşalarına yığışmışdı.

– Yəni öz gözünlə gördünmü?

– Sən öləsən ikisinə də qaraçı qızlarının paltarlarını geyindirmişdilər.

– Dünən eşitdim ki, ikisi də çıxıb Tehrana qaçıbdır.

– Yaxamız qurtardı.

Bu söhbətlərə Bağır Hacıoğlu ilə Hacağa Əvəzoğlu da kənardan durub qulaq asırdı. Bir dəstə qadın mərsiyə yerindən çıxıb küçədəki qadın dəstələrinə qoşulduğu vaxt iki nəfər də rübəndli qadın kənardan gəlib dəstəyə qoşuldu.

Bağır Hacıoğlu və Hacağa Əvəzöğlu irəli gəlib dəstənin içinə girdilər və əllərini atıb kənardan dəstəyə qoşulan qadınların rübəndini üzündən darüıb aldılar və çarşablarını götürüb qışqırdılar:

– Gədə, həyasız köpək oğlanları, ağzınızı ora yetiribsiniz ki, övrət paltarı geyib xalqın arvadlarına baxırsınız?l Ey müsəlmanlar, görün qaraçı qızı Səlmə başınıza nə fəlakət gətirir?l Qaraçı qızı lotulardan pul alıb onları sizin övrətlərinizin içərisinə, mərsiyə məclislərinə buraxır.

Başına çarşab salıb gələnlər Yavər Xəliloğlu və Ələkbər Kazımoğlu idi. Onların çarşabları atılan kimi üzvlərini qadınlara göstərdilər və sürətlə aradan çıxıb qaçdılar. Bağır Hacıoğlu, Hacağa Əvəzoğlu isə onları tutub saxlamaq bəhanəsi ilə dallarınca qaçıb aradan çıxdılar. Qadınlar Molla Səlmənin evini daşa basmağa başladı, bir saatın içərisində bu xəbər ildırım sürətilə şəhərə yayıldı, camaat hər bir məhəllədə tökülüb arvad mərsiyə məclislərini dağıtdılar.

Hər tərəfdən səslər gəlirdi:

– Vurun, bu qaraçı qızlarını!

– Vurun, İmam Hüseyn təziyələrini fahişəxanaya döndərənləril

Ara qarışdı və müəyyən adamlar tərəfindən təhrik edilən xalq bütün arvad mərsiyəxanlarını tutub müctəhidlərin yanına sürüdü. Bunların içərisində bir neçə gün bundan əvvəl başları qırxılmış qaraçı qızları da var idi.

Bu şuriş iki gün çəkdi. Məhəllə camaatı qaraçı qızlarını tutub başlarını qırxdı, özlərini çılpaq eşşəklərə tərsinə mindirib bazarları gəzdirməyə başladı. Qadınlar və uşaqlar küçələrdə onların üstünə daş, kəsək atırdılar.

Təbrizlilərin həyəcanını yatırmaq üçün Hacı Səməd xan mollaları və müctəhidləri səfərbər etdi və bir neçə qaraçı qızını Təbrizdən xaric etməklə məsələni ləğv etdi.

Hacı Səməd xan və çar konsulu tərəfindən başlanan bu xain təşəbbüs darmadağın edildi, arvad mərsiyəxanlığı məsələsi kökündən ləğv oldu.

Lakin onların təşkil etdiyi İntizariyun firqəsi öz işini aparırdı. Konsulun və Hacı Səməd xanın parası ilə Kərbəlaya göndərilənlərin siyahısı tutulmuşdu, onlar yavaş-yavaş öz casusluq vəzifələrini bitirmək üçün Beynəlnəhreynə yola düşürdü.

Küçələrdən çavuş səsləri bir-birinin dalınca eşidilirdi:

«Görsün səfər tədarükünü karvan köçür,

Hər başda var əlaməti-sevdayi-Kərbəlabı

– səslərindən qulaq tutulurdu. Pul alıb vəzifə ifası üçün Kərbəlaya gedənlərdən başqa bir çoxları da hazırlıq görüb öz parası ilə gedirdi. Evini girov qoyan, mülkünü satan, borc alıb ziyarətə gedənlər də var idi. Zatən Təbriz xalqında təqlidçilik Şərqin başqa xalqlarına nisbətən bir neçə qat artıqdır.

Təbrizdə varlılar tərəfindən başlanan bir təşəbbüsü az sərmayəli bir dükançıda da görmək mümkündür. Varlı İmam Hüseyn təziyəsi saxladısa, bir dükançı da saxlamalıdır, dövlətli imam ehsanı verdisə, ortabab da pul borc götürüb imam ehsanı verməlidir.

Tam ziyarət məsələsi qızışdığı günlərdə Təbriz şəhərinin divarlarına bu məzmunda bir intibahnamə yapışdırıldı:

€Təbriz camaatına!

1907-ci ildən başlayaraq 1911-ci ilə qədər Təbriz xalqının göstərdiyi qəhrəmanlığı İran inqilabının tarixi heç bir vaxt unutmayacaqdır.

Azərbaycan xalqı, daim İran inqilabına təkan vermişdir. İnqilab duyğularını heç bir qüvvə sizin zehninizdən çıxara bilməmişdir.

Siz Nəsrəddin şah, Müzəffərəddin şah və onun oğlu Məmmədəli şah dövründə də mərkəzi hökumətə təsir etməklə öz fikrinizi həyata keçirmişsiniz.

Hazırda çar istilası sizi qorxutmasın, siz bütün mübarizələrdə müvəffəqiyyət qazandığınız kimi, bu mübarizədə də müvəffəqiyyət qazanacaqsınız.

Təbriz camaatı! Son günlər Hacı Səməd xan və Təbriz konsulu sizin üçün təzə macəra hazırlamaqdadır. Onlar mövhumi fikirlərlə sizin inqilabi şüurunuzu çürütməyə və sizi inqilabdan əvvəlki zamanlara qaytarmağa çalışırlar.

Siz Hacı Səməd xanın düzəltdiyi siğəxanaların iç üzünü gördünüz, oralarda Təbriz qadınlığının nə kimi fəlakətlərə cəlb olunduğunu anladınız. Qadınlar üçün düzələn mərsiyə məclislərinin lotuxanaya döndərildiyini yəqin etdiniz.

Düşmənlər sizin uşaqlarınızı gözü açılmadan ağlamağa və acizliyə öyrədir, xalqın düşməni məktəbləri mərsiyə məclislərinə, dərsləri isə İmam Hüseynin Kərbəla tarixinə dəyişdirmişdir. Gecələr Təbriz küçələrində: €Ya sahibəzzəmanlb deyə qışqıranlar kimlərdir? Onlar çar konsulxanasının xəfiyyələri, casusları deyilmi?

Konsul və Hacı Səməd xanın Kərbəla ziyarətinə göndərdiyi kimlərdir? Kərbəladan, Bağdaddan siyasi xəbərləri yığıb konsula və ingilis əks-kəşfiyyatına göndərmək üçün gedən casuslar deyildirmi?1

Təbriz camaatı! Cərgənizdə olan avam kütlələrə anladın, onlara bu xəyanətin üç üzünü göstərin, onların bu casus təşkilatına yazı!masına imkan verməyin. Hacı Səməd xan qadınlar kinoteatrlarını nə üçün bağlatdırdı? Çünki onun vasitəsilə Təbriz qadınları siğəxanalardan, məqbərələrdən, ziyarətgahlardan qurtarıb özlərini mədəni bir əyləncə içində görəcək və mövhumatdan uzaqlaşacaq idilər.

Hacı Səməd xan xalça fabriklərinə, əbaçılığa, kisəçiliyə gedən qadınları nə üçün fabriklərdən eşiyə tökdürdü? Çünki siğəxanalar və qadın bazarları boşalmağa başlamışdı.

Təbriz camaatı! Seyid İbrahim məqbərəsi kimi görüş evində öz namusunu satanlar kimlərin qadınlarıdır?

Siz Sahibüləmr məscidindəki rüsvayçılığı eşitmədinizmi? Xalqın kəbinli arvadını başqalarına siğə verən mollaları tanımadınızmı?

Siz xalqın siğəxanaları nə üçün dağıtdığını bilmədinizmi?1 Hacı Səməd xan bununla sizin inqilabi şüurunuzu çürütmək, sizi vicdansızlığa, namussuzluğa sürükləmək istəyir. Siz bu xainlərlə mübarizə aparın! Yorulmayınl Siz köməksiz deyilsiniz!

İnqilab komitəsiə.


Azərbaycan valisi ilə onun müavini sərdar Rəşid arasında mübarizə davam edirdi. Sərdar Rəşidin özü də Hacı Səməd xanı nüfuzdan salmaq üçün Azərbaycandakı hərc-mərcliyi dərinləşdirir və bunun məsuliyyətini Hacı Səməd xanın öhdəsinə atmağa çalışırdı. Azərbaycan bu vəziyyətdə ikən xarici avantüra təhlükəsi də yaxınlaşırdı. 11-ci ildə Əmir Heşmətin ruslara qarşı qaldırdığı üsyandan sonra Əmir Heşmətin dəstəsi ilə bərabər Osmanlı torpağına çəkilən Hacı Mirzağa Bülluri və Kəblə Hüseyn Fişəngçi Türkiyə-Rusiya ixtilafindan istifadə edərək, Təbrizi işğal etmək xəyalına düşmüşdü. Ənvər paşa rusların diqqət-nəzərini İran cəbhəsinə cəlb etmək, bununla da Sarıqamış üzərinə hücum edən Əlehsan paşa öz ordusunun vəziyyətini yüngülləşdirmək məqsədi ilə İstanbulda Təbriz üzərinə hücum etmək üçün bir dəstə təşkil etmişdi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Təzə hadisələr

Şərqin qalib və yorulmaz hökmdarı Səlahəddin Əyyubinin ölüm xəbəri Şərqdə böyük dəyişiklik yaratdı. Sərhədlər və xəritələr tez-tez şəklini dəyişdi, xəlifə bayrağı altında hökumət sürən bir çox Atabəy özünü müstəqil elan etdi.Musil Atabəyi Məsud, Səlahəddinin ölümündən istifadə edərək, bir tərəfdən Suriya, o biri tərəfdən də İraq və İran tərəflərinə qoşun göndərməyə və məmləkətini Toğrulun məmləkəti hesabına genişləndirməyə qərar verdi.

24 мин
Həmdünyan

Toğrulun Gəncəyə gəlmək xəbəri Gəncə xalqı tərəfindən şadlıqla qarşılanmadı. Çünki onun aranlılara qarşı bəslədiyi mənfi əlaqə Aran xalqının böyüyündən kiçiyinə qədər hamıya aşkar idi.Gürcüstan və Şirvan hökumətləri ilə Aran xalqı arasında dostluq münasibəti möhkəm olduğu bir zamanda Toğrulun böyük bir qoşunla Aran və Şirvan hüdudlarına yaxınlaşması Aran ziyalılarını və Aran siyasət kişilərini rahatsız edirdi.

18 мин
Naxçıvan

Toğrul Gəncədən qayıdandan sonra Təbrizdə bir ay dayandı. O bu müddət içərisində Təbriz əyan və ruhanilərinə verdiyi hədiyyələr və mükafatlar nəticəsində təzə bir macəra düzəltməyə başladı.Cənubi Azərbaycanın hər tərəfində, Şimali azərbaycanlıların siyasətini tənqidə başladılar. Atabəy Məhəmmədin kəndli qızından doğulan oğlu Əbubəkrin Eldəniz xanədanı varisliyinə səlahiyyətdar ola bilmədiyi bir tərəfdə qalsın, ümumiyyətlə Eldəniz xanədanının səlahiyyətli bir xanədan olmadığı haqqında təbliğata başlandı.

32 мин
Toğrulun qətli

Səlcuqilərin son hökmdarı olan III Toğrulun səhvləri üzündən, səlcuqilərin və onların atabəyləri olan Eldəniz xanədanının tədbir və qəhrəmanlıqları sayəsində düzəlmiş imperatorluq dağılmağa başladı. Məmləkət parçalara bölündü. Toğrulun azərbaycanlılarla olan son müharibəsi onun hökmranlığına son qoydu.Azərbaycan ayrılıqdan sonra, Rey və İraqda Toğrula qarşı uzun-müddətli müharibələr başlandı. Bir kərə Qəzvin altında əzilərək Xarəzm şahı Sultan Təkişin yanına qaçmış Qütlüğ İnanc orada çox böyük hörmətlə qarşılandı. Qütlüğ az zaman Xarəzmdə qalandan sonra Xarəzm ordusu ilə bərabər İraqa hücuma başladı.

4 мин

Стихи других поэтов