Джам-и Джам, глава 101
Что такое маснави?
Маснави: длинная поэма, где каждый бейт рифмуется внутри себя; обычно эпос или повесть.
مخلصانی که در مراقبتنددر هراس خلاف عاقبتند
Müxlislər fikirə dalmışlar yaman,Ehtiyat edirlər işin sonundan.
لهجهٔ خشم او نداند کسمخلصان راست این هدایت و بس
Onun qəzəbini görməz bir adam,Müxlislər bilərlər bunu, vəssalam!
هر کرا میکشد به خنجر خشماول او را زبان ببندد و چشم
Qəzəblə öldürsə əgər birini,Əvvəlcə bağlayar göz və dilini.
روی مجرم بپوشد او به وفاتیغ قهرش در آورد ز قفا
Günahın üstünü vəfayla örtər,Qəzəb qılıncını endirib kəsər.
با تف خشم او چه کفر و چه دین؟با عتابش چه آسمان، چه زمین؟
Qəzəbi önündə nə din, ya nə küfr?!Hiddəti önündə nə göy, ya nə yer?!
تا ز خشمش بجاست یک ذرهنتوان شد به عدل خود غره
Qalsa qəzəbindən bir zərrə qədər,Kim onun ədlinə etibar edər?!
چونکه با نیستی شدی دمسازاگر آن نیستی ببینی باز
Heçliklə dost olsan, bil ki, əgər sən,Hər yanda, hər yerdə heçliyi görsən,
زان نظر در گناهت اندازدخشم گیرد به چاهت اندازد
Onda günahına bir nəzər salar,Səni qəzəblənib quyuya tullar.
روز صلحت به دست مدح دهدشب خشمت به تیغ قدح دهد
Sülh günü yüz yandan səni mədh elər,Qəzəb gecəsində ikiyə bölər.
آنکه مدح تو گفت مجبورستوآنکه قدح تو کرد معذورست
Kim səni mədh etsə, buna məcburdur,Kim iki bölərsə, o da məzurdur.
گر ستایش کنند شاد مشوور نکوهند از آن به باد مشو
Sevinmə, hey səni tərifləsələr,Əsla qəzəblənmə, pis söyləsələr!
تو چه دانی؟ که آزمایش اوستغیر گوید ولی نمایش اوست
O, bəlkə yoxlayır, sən nə bilirsən!Hər söz onunkudur, kim desə əslən.
حسن او را لطیفهها باشددرد او را وظیفهها باشد
İncəlikləri var onun hüsnünün,Gəlir dərdləri də bir məqsəd üçün.
زین دو وزن تو باز خواهد جستتا ببیند که محکمی یا سست؟
Bu iki ölçüylə sınayar səni,Ölçər dözümünü, möhkəmliyini.
تا ترا مدح دیگری ساقیستاز طبیعت هنوز پر باقیست
Özgə tərifiylə məst olduqca sən,Demək, çox qalmışdır təbiətindən.
عارفی کونه از هوا شنوداین دو قول از یکی نوا شنود
Havaya uymayan ariflər ancaq,Hüsnü də, dərdi də görər bir sayaq.
بر گمارنده اوست ایشان راجمع کن خاطر پریشان را
Bu işi onlara gördürən odur,Pərişan qəlbləri güldürən odur.
با کسی کو ازین شماره بودهیچ دانی ترا چه چاره بود؟
Bir gün bu məqama yetsən əgər sən,Xəbərin varmı ki, nə olar çarən?
کردن کار و کار نادیدنجز رخ آن نگار نادیدن
İş görmək, gördüyün işi görməmək!O yardan özgəyə göz yetirməmək!
یا در آن زلف پیچ پیچ مبینیا نظرها ببند و هیچ مبین
Ya o qıvrım-qıvrım saçlara baxma!Ya yum gözlərini, heç yerə baxma!
اوحدی، غم چو ناگزیر تو شدعشق آن چهره در ضمیر تو شد
Əvhədi, sən qəmə düşmüsən naçar,Eşqilə yandırdı səni o nigar.
یار نازک دلست، بارش برگل بچینی تو، رنج خارش بر
Yar qəlbi incədir, əzabını çək,Gül dərsən, tikana həm dözmək gərək.
گر براند، برو چه درمانست؟ور بخواند، بیا که فرمانست
Qovsa, get, burada əlacın nədir?!Əgər çağırsa, gəl, fərman belədir!
گرت از چپ دواند و گر راستآنچنان رو که خاطر او خواست
İstər sağdan qovsun, istərsə soldan,Onun istəyiylə davran hər zaman.
گر ز روی ادب دهد رنجتبه از آن کز غضب دهد گنجت
Yaxşıdır ədəblə zülm etsə sənə,Qəzəblə xəzinə verməkdən yenə.
گه بود کز عضب کند شاهتبرد از تخت باز در چاهت
Səni şah da edər qəzəblənərək,Quyuya da salar üzü dönərək.
غضب او نهفته باشد و نرمتا در آزارش افتی از آزرم
Qəzəbi ahəstə olar, həm pünhan,Ta həya eyləyib bir utanasan.
غضبش را بدان وزان به هراسادبش هم ببین، بدار سپاس
Tanı qəzəbini, ehtiyatlı ol,Həm gör tənbihini şükr elə bol-bol.
Kitabxana.az · https://kitabxana.az/ru/works/ovhadi-cami-cem-101
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Bu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
QızlarBir bölük sona tək göllər üstündəDüzülüb dönübdür durnaya qızlar.
EylərEy ağalar məni niyə qınarsızEyləsə dərdimə bu dərman eylər
Qara qorxuEy Ağa İbrahim, aya dərdmənd,Yüz fitnə bilən, yüz əlli min fənd