Milli ətlərik
Biz qovulduqca qaçıb mərddən dönən namərdlərik,Az.Tv-də dərdsizik əslində əhli-dərdlərik.
Keçmərik düşmən qoyan sərhəddi bir addım belə,Amma sərhədlər içində xeyli bisərhədlərik.
Biz xüsusi işlərin hazır olan qurbanıyıq,Biz ümumi dərdi çəkməkçün xüsusi fərdlərik.
Əhmədi-biqəmlərik ki, hər şeyə biganəyik,Biz həqiqətlər yerə çırpan hacı əhmədlərik.
Biz həkimlərçün, müəllimlər üçün "şirvan"larıq,Leyk şofer tayfasıyçün bir maşın "məmməd"lərik.
Biz əsir qızlarımız varkən yeyib-içməkdəyik,Ölməli insan ikən zənn eylərik xoşbəxtlərik.
Sən bizə millət deyib, Pünhan, bizi xar eyləmə,Milli aslanlarmız üçün, yağlı milli ətlərik.
15 fevral, 2000
Kitabxana.az · https://kitabxana.az/ru/works/punhan-milli-etlerik
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Məşədi, böylə xəbər var gələcək NATO bura,Biz hara, NATO hara?
Qarabağ boy-boy!Nə qədər mümkün olursa, Vətəni soy-soy-soy,Qarabağ boy-boy-boy.
Çal oynasın Əjdər əmiTorpağımız çadır-çadır,Bulağımız zəhər dadır,
Ümumi dövlət olsunQoy olsun, olsun, olsun, şan ilə şöhrət olsun,«Cip»imdə madmazellər, cibimdə rüşvət olsun.
Стихи других поэтов · О родине
Gözlərin şöləsi min aya bənzər,Salmısan atəşə, a zalım gözəl.
SevdiyimNə müddətdir dolanırsan elləri,Ellər nə diyarə getdi, sevdiyim,
Sənə qurban canım, Azərbaycanım!Torpağın ətrini sinəmə çəkdim,dodağım gül açdı,
Bir səs gəlir uzaqdanBir səs gəlir uzaqdan, o yarmı gəldi dilə,Bir xəbərmi yollandı bu yaralı bülbülə?