ز نزدیک این کهتر کهترانبنزدیک آن مهتر مهتران

سپهدار دوران ابوالیسر کوستجگر سوز دشمن دل افروز دوست

بجسم اندر از روح بایسته تربجان اندر از عقل شایسته تر

برادی چو ابرو بمردی چو ببرز تیغ و کفش رنج بر ببر و ابر

ز دریا گه جود بخشنده ترز آتش عدو را گدازنده تر

برزم اندرون مرگ بارد چو میغببزم اندرون جان دهد بیدریغ

روان شاد گردد بدیدار اوخرد تازه گردد بگفتار او

اگر بنگرد دشمن از چهر اودل و جان بیاراید از مهر او

ببخشیدن زر از آن شادترکه درویش جوینده باشد بزر

نه بی نکته نغز گوید سخننه جز نکته هرگز بجوید سخن

ایا آفتاب مهان جهانپناه بزرگان و پشت کهان

تو دانی که من نیکخواه توامهمه ساله اندر پناه توام

تو آنی که من با تو یاران بدمبشادی و غم با تو هم زان بدم

بشهر اندرون از تو نامی شدمبنزدیک خسرو گرامی شدم

یکی روز بی من نخوردی نبیدکه بی من کسی نیز خوانت ندید

بنزدیک خسرو نشاندی مرابگردون هفتم رساندی مرا

بجاه توام هر کسی چیز دادز بهر تو میرم بسی چیز داد

بخدمت همی خواند شاهم فزونهمی کرد هر روز جاهم فزون

مرا بویه شهر تبریز خاستبجان اندرم آتش تیز خاست

چو من عزم تبریز کردم همیبدل باد تبریز خوردم همی

بسی نیکوئیها پذیروفتمبشیرین زبانی همی گوفتم

که نزدیک من باش و زائر مروکه نیکی کنم با تو هر روز نو

هم از میر خرم بوی هم ز مننیاید ترا خواسته کم ز من

همت نام هست و همت کام هستهمت با چو ما مردم آرام هست

تو آنجا نه فرزند داری نه زنهم اینجا بهر چیز با من بزن

چه خواهی که را جوئی اندر جهانبخیره چرا پوئی اندر جهان

چو بشنیدم این دست برداشتمترا بر سر خویش بگماشتم

بسی خلعت و خواسته دادیمبکام دل آنجا فرستادیم

چو من رخت بر بستم از تخت تورسیدم بکام اندر از بخت تو

شدند این بزرگان خریدار منبود خرمی شان بدیدار من

بود خوش دل من بدیدارشانروانم ز گیتی خریدارشان

چو آن نیکوئیهات یاد آورمز دود جگر خیره گردد سرم

چو یاد آیدم روی فرزند تونشاط دل خویش و پیوند تو

بکردار تندر بنالد دلمبشادی و غم زو سکالد دلم

که گر بیکران بر دلم غم بدیبدیدار او از دلم کم بدی

بماناد جان تو با آن منفدای تو بادا تن و جان من

مرا گفته کان بخت آید برویز اندوه و شادی مرا باز گوی

بدین پایه اندر کنون هر چه بودترا در بدر باز خواهم نمود

نخست از کرمهای میر اجلکه دستش ز رزقست و تیغ از اجل

همی آن کند با من از نیکوئیکه گر باز گویم ترا نگروی

ز هم پیشه گان پیش دارد مراز گردون همی بر گذارد مرا

نه او هرگز این کرد با هیچ تننه از هیچ تن هستم این دیده من

دگر میر فرخ که فرزند اوستکه گیتی گشایست و دلبند اوست

ابونصر مملان که هر ساعتیفرستد بنزدیک من خلعتی

نه یک ساعت از پیش بگذاردمچنان چون بباید همی داردم

بر آنم کز این پس عقارم دهدبجام سعادت عقارم دهد

دگر میر عبداله از بهر منزبان بر گشاید بهر انجمن

از او هرچه خواهی ندارد گرانهمان خلعتم خواهد از دیگران

کز او بگذری بر خدای بزرگکه دادش بزرگی خدای سترک

جوان مرد شیر اوژن پیرمردز نیکی ندانی که با من چه کرد

گهی استر را هوارم دهدگهی نیفه شاهوارم دهد

بخروار هامی فرستد مراوز ایندر پیاپی فرستد مرا

ز حسان مساوی بشادی درمبشادی ز حسان مساوی درم

مرا دارد از جان و تن دوسترکسی را ندارد ز من دوستر

بتن جانم از دولت خسرو استکه هنگام رادی چو کیخسرو است

دو سو دستم از وی که باید بتنزمانی سخا و زمانی سخن

مرا مطیعانند ازین بیشترمن این قوم را داشتم پیشتر

که میرند و ز میر نامی ترندز جان بر تن من گرامی ترند

اگر چه من آنجا بگنج اندرمز نادیدن تو برنج اندرم

مرا دیدن روی تو بایدیو گر نان نبودی مرا شایدی

بدیدار تو شاد بودی دلموز اندیشه آزاد بودی دلم

من از بهر شاه جهان لشگریفروزنده شهر و هم لشگری

یکی شعر گفتم برنج روانبمعنی نغز و بلفظ روان

اگر نیک رائی بجای آوریبدین چاکر خویش رای آوری

بفرمان این شعر خواندن بدوهمان رسم چاکر بماندن بدو

اگر خلعت او بیابد رهیچو ماه دو هفته بتابد رهی

بر مهتران جاهش افزون شوددل حاسدانش پر از خون شود

چو استاد بوالمعمر آید بشهردر خرمی برگشاید بشهر

دعا کن ز بهر من او را بسیکه چون او نباشد بگیتی کسی

دگر حاجب راد و فرزانه راچراغ دل خویش و بیگانه را

بسی آفرینش ستایش نمایبسی در ثنایش نیایش نمای

همان آسمان سخا بوالفرجکه هرگز مبادش ز شادی هرج

فراوان ز چاکر درودش رسانکه بادش فدا جان و چیز کسان

هم استاد ما بوعلی را که هستبرادی گشاده همه ساله دست

بسی آفرین کن ز بهر رهیکه هرگز مباد این جهان زو تهی

رسان سوی مملان دعاهای منکه گوئی مکن آن تقاضای من

هم اندر سرای تو دادم ردیسزد گر من او را کنم جان فدی

علی را همی بوس هر روز بیشهم از بهر چاکر هم از بهر خویش

هزار آفرین کن تن خویش رابنفرین بزن دشمن خویش را

به خطی مرا هر زمان یاد کنبدان خط جان مرا شاد کن

که گر نیست راهم بدیدار توشوم شاد باری بگفتار تو

ز خط تو من دیده روشن کنمدل از گفته های تو گلشن کنم

کنم شاد از آن خاطر خویش رانهم مرهمی این دل ریش را

Cəmi bu nökərlər içrə, cəmi bu qulamlar içrə,Cəmi başçı ərlər içrə, ya uca məqamlar içrə –

O igid Əbülyəsdir bu zəmanəyə süpəhdar,Yağını oda yaxandır, ürəyilə dosta qəmxar.

O, inan bədəndə ruhdur, bədənə hər an gərəkdir,Cana çün əql gərəkdir, necə əqlə can gərəkdir,

Özü dürr tökən buluddur, hünəri pələngə təndir,Bir əli pələngboğansa, bir əli qızılsəpəndir.

Gülərək xəzinəsindən o, qızıl bağışlayar gah,Yox, əgər qəzəblənərsə, kül olar oduyla bədxah.

Döyüşə açanda meydan – ölüm yağdırar bulud tək,Yox, əgər açarsa məclis, canını verəndi gerçək.

Sevinər görüş zamanı üzünü görəndə ruhlar,Təzələr hər hansı əqli danışarsa, onda sirr var.

Üzünə baxarsa düşmən ürəyində kin, ədavət,Əriyər qəzəb, küdurət, yerini tutar məhəbbət.

Nə qədər sevinsə yoxsul yolun üstə zər tapanda,Elə şad olur bu comərd zəri paylayan zamanda.

Susaraq danışmaz artıq, danışdıqda yoxsa məzmun,Nə dinər, nə dinlər əsla, danışıq deyilsə mövzun.

Günəşi özünsən, ey mərd, bu cahanda mərdlərin sən,Böyüyə pənah duran da, kiçiyə dayaq da sənsən.

Sən özün gözəl bilirsən – ürəyim xeyirxahındır,Fərəhim gülüşlərindir, yasım isə bir ahındır.

Həmişə səninlə oldum, həmişə səninlə dostam,Şad olub, ya qəmlənəndə bizə örtük oldu bir dam.

Sən ilə qazandım, ey dost, bu böyük şəhərdə şöhrət,Şaha təqdim eylədin sən, mənə çatdı ondan hörmət.

Elə gün olubmu heç sən içəsən şərabı mənsiz?Nə evin olubdu mənsiz, nə də quş olubdu çəmənsiz.

Ulu hökmdar yanında mənə yer veribsən, ey dost,Uca göylərin qatında pirə döndəribsən, ey dost.

Sənin hörmətinlə mən də alıram əcəb hədiyyə,Səbəbinlə ol əmir də başıma salıbdı sayə.

Yetirir böyük məhəbbət mənə xatirin üçün şah,Gah edir qızılla təltif, gah açır məqama şahrah...

Nə edim, coşubdu Təbriz həvəsi könüldə indi,Elə şölələndi ruhum, ürəyim ud oldu, dindi.

Elə ki, səfər havası başıma salıbdı Təbriz,Od olub, yaxıb sərasər, canımı alıbdı Təbriz.

Eşidəndə o bu sirri məni dinlədi, danışdı,Elə xoş, şirin danışdı, mənə bu kəlam tanışdı.

Dedi: "Qal yanımda, şair, bizi qoyma təkcə, yalqız,İşimiz – könüldən hər gün sənə yaxşılıqdı yalnız!

Əmir ilə məndən, ey dost, qalacaq sözün də razı,Bu cahan malından olmaz ürəyin min il tamarzı.

Burada adın-sanın var, hədəfə yetən kamın var,Könül oxşayan, fərəhli səhərin, xoş axşamın var.

Orada nəyin qalıbdır, uşağın, ya arvadınmı?De, edim nə varsa dərman, de, qalan gözəl qadınmı?

Diləyin nədir, əzizim, kimi axtarıb gəzirsən?Dolanıb bu gen cahanı niyə əl-ayaq əzirsən?.."

Eşidib, xəcalətimdən qızarıb göyə əl açdım,Eləyib dua onunçün, dilim ilə şirin saçdım:

Səni ilk səfərdə seçdim, yanaşıb önündə durdum,Uca bəxtinin əliylə belə ali xeymə qurdum.

Sənin hörmətinlə etmiş mənə etina böyüklər,Duyaraq sözümdə sehri, eləyib sənə böyüklər.

Ürəyim açıldı, mən də görüb onları sevindim,Sözünə olub xiridar, şur ilə həvəslə dindim.

Bu sənin əməllərindir, yadıma düşəndə bir-bir,Ciyərim yanır ahımdan, dolanır başımda təsir.

Gözəl oğlunun camalı elə ki durar gözümdə,O fərəh verən xəyalı dözümü yorar gözümdə –

Ürəyim bulud tək ağlar, soyuq ahü nalə başlar,Gah axar alovlu yaşlar, gəhi də sevincli yaşlar.

Ürəyimdə varsa hərgah kədərim dumanlı dağ tək,Onu görmək ilə bir yol, əriyər kədər də yağ tək.

Bədənim canımla birgə canının fədası olsun,Yaşayaq ürəklə cantək, əbədi ələm qovulsun.

Mənə lütf edib demişdin – nə ki yaxşıdan, yamandan,Başına gələn nə varsa de ki, mən çıxım dumandan.

Necə sən buyurdun, ey dost, bu gözüm görən nə varsa,Danışım səbirlə bir-bir, ürəyin çox intizarsa.

Di eşit, Əmir Əcəllin kərəmi könülaçandır,Əli pay verən, qılıncı dolu tək ölüm saçandır.

O qədər tutub əlimdən, mənə yaxşılıqlar etmiş,Sənə söyləsəm, deyərsən – bu kişi nə çox şişirtmiş?

Nəzərincə zirvəyəm mən, şüəra önümdə fərşdir,Məni qaldırar səmaya, bilinər məqamım ərşdir.

Hələ görməyib o şahdan birisi bu cür məhəbbət,Nə də ayrısında gördüm belə bir dəniz səxavət.

Onun ol müzəffər oğlu uca, ali qəhrəmandır,O əmir – o şanlı Fərrux mənə ləl bağışlayandır.

Hələ söyləyim vüqarla, nələr eyləmiş də Məmlan:Mənə bəxşişi az olsa – təzə bir xələtdi hər an.

Məni saxlayır yanında, dözə bilməyir fərağa,Elə xoş baxır, vücudum sanıram dönüb çırağa.

Ümid eylərəm ki, torpaq ilə bir də bağışlar,Qədəhim dolar sevinclə, üzümü sevinc naxışlar.

O Əmir Əbülqasım ki, onu ruh bilir zəriflər –Danışar nə məclis olsa, adımı çəkər, təriflər.

Nəyi var verər, bağışlar, nəyi var əsirgəməz heç,Alar hətta çoxlarından mənə çox xələt, deyər – seç.Hələ sən bir az da dinlə, eşit, ol böyük şahənşah –Ucalıq, şərəf, böyüklük ki, ona veribdir Allah –

O kişi, o şanlı comərd, qocaman, şir ovlayan şəxsNələr eyləmiş mənimçün, edə bilmərəm inan bəhs.

Gəhi bir bəzəkli, yorğa tükü ağ qatır veribdi,Gəhi zərxara və şaldan neçə top yatır veribdi.

Ya da göndərib şərabı evimə o xalvar ilə,O qədər veribdi bəxşiş, bu evim dolub var ilə.

Ürəyim coşur sevincdən, mənə ruh verir bu ad-san,Deyirəm – bu şadlığımda mənə tay olarmı Həssan?

O məni canından artıq, bədənindən artıq istər,Nə ki insan oğlu olsun, vətənindən artıq istər.

Bu bədən, bu can onundur, bu cana var ixtiyarı,O da mərdliyində Xosrov kimi şənlədər diyarı.

Canımın səfası üçün iki cür səvab edibdi,Biri – göstərib səxavət, biri də – söz öyrədibdi...

Sənə söylədiklərimdən daha çox səfa verən var,Bir-iki nümunədir bu, yazıma sığışmaz onlar.

Hamısı nəcib əmirdir – qanı saf, südü təmizdir,Tənimə canımdan, ey dost, nücəbalarım əzizdir.

Mənə bəxş edərsə Təbriz nə qədər xəzinə, heyhat,Səni yad edincə, qəmdən, ola bilmərəm, inan, şad.

Deyirəm – susuz, çörəksiz yenə birtəhər dolannam,Mənə surətin gərəkdir, onu görmədikcə yannam!

Səni gördüyüm zamanlar ürəyim coşub-daşardı,Buraxıb məlalı könlüm, necə şadrəvan yaşardı.

O, şəhərlərin ziyası, o, qoşunların cəlalı –Əli Ləşkəriyçün, ey dost, dediyim sözün camalı –

Elə şux və cilvəkardı, elə xoş şəkərsaçandı,Nə əzab çəkibsə ruhum – dili incə bəhs açandı.

Mənə gər məhəbbətin var, mənə lütf edirsən hərgah,Bu könül səninsə, ey mərd, ona sən gəl, ol xeyirxah –

Şaha ver bu şeri, bilsin canımı üzübdü həsrət,Oxu, qoy sinəmdə görsün necə də coşur sədaqət.

O əgər səxavətindən mənə bir xələt də versə,Aya yüksələr başım, bil, mənə nuş olar bəhərsə.

İstərəm ki, el yanında o şahın cəlalı artsın,Nə qədər paxıl, rəzil var – özü öz qanında batsın.

Şəhərə gələndə hər yol o Əbülmüəmmər – ustad,Sevinər şəhərdə hər kəs, özü şad, xəyalı dilşad.

Ona da yetir duamı, de ki, çox salamı vardır,Ona tay cahanda yoxdur, nə gözəl kəlamı vardır!

Daha bir vəzir də vardır, özü şux, fərasət əhli,Hamının çırağıdır o, üzü nur, sədaqət əhli.

Ona da salam-duamı yetirib yüz hörmət ilə,De ki, var xeyir-duası sənə əlli minnət ilə.

Hələ ol Əbül Fərəc ki, verimi bir asimandır,Fərəfi hüdudsuz olsun, şərə düşməsin, amandır!

Yetir əvvəla salamı, de ki, yollanıb, ətadır,Hamının varıyla mülkü, canı da ona fədadır.

Daha bir əziyyətim var – deyəsən Əbu Əliyə –O bizim şərəfli ustad, o əliaçıq vəliyə –

Ki, qulun duaçın olmuş, sənə baş əyir könüldən,"Görüm olmasın bu dünya ona dar" – deyir könüldən.

Yenə minnətim budur ki, yetir öz dilinlə, Məmlan –Eşidib xəbərdar olsun ona alqışım var hər an.

Canımı fəda da etsəm, yeri var o şəhriyara,O fəda edib xəzinə nə qədər bu bəxtiyara!

Bu da son təmənnam olsun – Əlini öp hər gün, hər an,O sənin gözəl balandır, onu saxlasın bu dövran.

Sən özün bir alicahsan, sənə min-min alqış olsun,Nə qədər varınsa düşmən, payı dürlü qarğış olsun.

Qələm al, yazınla ey dost, şüəranı dindir hərdən,Yaraşıqlı xəttin ilə məni gəl sevindir hərdən.

Çata bilməsəm də cismən görüşüm özünlə, vallah!Ürəyim gülər fərəhdən, açılar sözünlə, vallah!

Mənə yaz, xəttin gözümə işıq saçandır,O gözəl yazınla qəlbim gül açan, çiçək açandır.

Mənə yaz, o məktubunla ərisin kədərlə fəryad,Mənə yaz, sözünlə bir dəm olum hər bəladan azad!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов