Qəzəl: Sən ki saldın çöllərə məcnun tək ey Leyla məni
Sən ki saldın çöllərə məcnun tək ey Leyla məniQoyma kim sayd eyləsin hər ahuyi-rəna məni
Axır ey eşqi-sitəmgər könlümü verdin onaDemədin kim öldürər zalım bu biparva məni
Tapılıbsan kim sənin cövrindən ey mah incidimİncidirsən bu səbəbdən hər nəfəs bica məni
Qanlı istərlər kababi rindlər meyxarələrÇox daxi yandırma, gəl, ey məst biparva məni
Var ümidim kim əlindən saqi-kövsər tutəHər qədər salsa ayağdan kəməndi-mina məni
Astanındır sənin öz astanın istərəmQövsitək məhcuri qoyma belə ya mövla məni
Kitabxana.az · https://kitabxana.az/ru/works/qovsi-qezel-sen-ki-saldin-collere-mecnun-tek-ey-leyla-meni
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Təəmmül eyləmə, saqi, yetər xumar mənəBoynun bəlasın alım, bəsdir intizar mənə
Qəzəl: Ta nigahım nərgisi-yar ilə olmuş aşinaTa nigahım nərgisi-yar ilə olmuş aşinaKafirəm gər çeşmi-xunbar ilə olmuş aşina
Qəzəl: Can nədir kimsə onu eyləyə cananə fədaCan nədir kimsə onu eyləyə cananə fədaOla ya olmaya bir mur Süleymanə fəda
Qəzəl: Ey olan Quran icazafərin bürhan sənəEy olan Quran icazafərin bürhan sənəMədd-i bismillah mizani-ülüvvi-şan sənə