Sən mənim mənliyimi asdın amansızcasına,Yarılan bağrıma daş basdın amansızcasına.

Qəlbini qısma deyib, qısdın amansızcasına,Yarılan bağrıma daş basdın amansızcasına.

Bir zamanlar necə də bəxtimə yardın, gözəlim,Nə dilərdimsə, duyardımsa, duyardın, gözəlim.

Köksümü parçalayıb, bağrımı yardın, gözəlim,Yarılan bağrıma daş basdın amansızcasına!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов