Açıldıqca sənin sübhün, mənim də hörmətim artır,Qaraldıqca şəbi-tarin cəlalü şövkətim artır.

Yığılmazkən qapılardan gözüm bir hərzə sail tək,O yağlı-yağlı aşlarçın ölüncə həsrətim artır.

Alarsa hər gecə üç-dörd nəfər əşxas gər və’dim,Nə qəm, beş-altı da olsa, mənim şəxsiyyətim artır.

Müəmməm olmağım olmuş cəlaləfzayi-hər məclis,Çəkib gərdən dayandıqca o qədri qiymətim artır.

Libasi-alimi olmuş mənimçin aləti-çərçi,Odur məğrur olub yövmən fəyövmən izzətim artır.

Hikayat rəzalətbəxş tətbiqi-lüğat etsəm,Deyib rəngin ibarətlər, kəmalü şöhrətim artır.

Buxarəndaz olduqca plov ol məclisi-aməSürurabad olur, didəmdə surü behcətim artır.

Badımcan dolması, ballı tərək, yağlı qovurmanıGörən tək üç gözüm,bəl’inə zövqüm, sür’ətim artır.

Oyanma, yat, a millət, dinmə, dinmə, durma, tərpənmə!Ayılsan, ah, vaveyla!.. məlalü möhnətim artır!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира