Alma, palıd, şam ağacı hal iləEylədilər bəhs bu minval ilə:

Başladı tərifə palıd qamətin,Öydü özün, zorbalığın, halətin;

“Yetməz olur, - söylədi, - dağlar mənə,Layiq olur fəxr edə bağlar mənə;

Az qala başım yetişir göylərə,Şax budağım kölgə Salıb hər yerə;

Əssə külək, qopsa da tufan, yenəƏyməyə əsla gücü çatmaz mənə;

Canlıcadır, zorbacadır baldırım,Sındıra bilməz məni heç ildırım!”

Alma ağacı ona verdi cəvab:“Eyləmə tərif özünü, ey cənab!

Zorbadı hərçənd ki, qəddin sənin,Yox mənə tay olmağa həddin sənin;

Səndə bitər bir neçə vecsiz qoza,Ancaq o da qismət olar donquza.

Məndə, vəli, yaxşı, gözəl alma var,Rəngini hər kim görə heyran qalar!

Dadlı, lətafətli, məlahətlidir,Saplağı incə, özü ləzzətlidir!”

Şam ağacı bildi bu keyfiyyəti,Söylədi:”Bəsdir, buraxın söhbəti!

Boş danışıqdan nə çıxar, ay balam?Qış günü siz çılpaq olursuz tamam;

Leyk mənim qışda dəxi yaz kimi,Yaşıl olur paltarım atlas kimi;

Lazıməm ev tikdirən insanlara,Həm dirəyəm, həm qapı eyvanlara

Qış sobada xəlq məni yandırar,Mənfəətim xəlqə mənim çox dəyər”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов