Arzu
Nə dərs olaydı, nə məktəb, nə elmü sənət olaydı!Nə dərsə, məktəbə, elmə, filanə hacət olaydı!
Nə səndəli, nə qarandaş, nə lövhü miz, nə təbaşir,Nə dəftərə, qələmə, kağıza bu rəğbət olaydı!
Nə mədrəsə, nə müəllim, nə bu üsuli-cədidə,Və nə uşaqlarımızda bu qabiliyyət olaydı!
Nə əhlimizdə ayıqlıq əlaməti görünəydi,Nə bir para oxumuşlarda bu zəkavət olaydı!
Nə hüsn olaydı cavanlarda əmr-millətə qarşı,Nə bu cavanlar olaydı və nə bu millət olaydı!
Düşəydi daş o günə kim, qəzet-məzet sözü çıxdı,Qəzet işin törədən nabəkarə lənət olaydı!
Nə gündə, həftədə, ayda çıxan qəzet və nə jurnal,Nə mətbəə, nə mühərrir və nə təbaət olaydı!
Nə Şərq olaydı, nə Əqsayi-şərq, həm nə Japonya,Nə onların hünəri xəlqə dərsi-ibrət olaydı!
Nə "Nəfxi Sur Cəhangir", nə "Məlik-Mütəkəllim",Nə bəzi kişvəri-İranda bu ləcacət olaydı!
Nə Türkyədə bu qanun-əsasi nəşr olunaydı,Nə biədəb yeni türklərdə bunca cürət olaydı!
Nə xortlayaydı bu şəkl ilə "Molla Nəsrəddin", ey kaş!Nə kalba Səbzalılarda bu xovfü vəhşət olaydı!
O köhnələrdən əcəb kim, utanmayıb da deyirlər:Gərək bu əsrə görə boylə, boylə adət olaydı!
Bu bişüurların ağlına, kəmalına bax bir!Qadam kəmalınıza! Barı sizdə qeyrət olaydı!
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-arzu
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Эй, святоша, будь красив, хоть нутром ты груб и дик:Если ты душой урод, сделай благостным свой лик!
Mahi-rəməzandır, yenə meydan da bizimdir!Ах, рамазан уже настал, ах, рамазан - для нас!Таким просторным стал майдан, и весь майдан - для нас!
Bu boyda!..Nədir olur bu cocuqlar ə’yan bu boyda, bu boyda?Hara gedir bu yazıqlar, aman, bu boyda, bu boyda?
Qabla dəxi marfaşını, Mir Haşım!А ну, укладывайся, эй, Мир-Хашим!Беги, спасайся поживей, Мир-Хашим!