Könlüm bulanır küçədə cövlanını görcək,Nitqim tutulur hərzəvü hədyanını görcək.

Canım üzülür əldəki qalxanına baxcaq,Qəlbim alışır beldəki patranını görcək.

Baxdıqca revolverinə əndamım olur süst,Bağrım yarılır xəncəri-bürranını görcək.

Təfriq edəməm: məstmi, hüşyarmısan sən,--Məstanərəviş, məşyi-pərişanını görcək.

Düşdün lotuluq məşqinə, İslama uyuşma,Öldür nerədə olsa müsəlmanını görcək.

Qoy börkünü kəc qaşının üstündə, fırıldaKəndin kimi bir lotiyi-meydanını görcək.

Məst ol gecə-gündüz, nə bilim, yat nerələrdə,Yum gözlərini xaneyi-viranını görcək.

Əmrədlər ilə keyfıni çək bağda, çəməndə,Bir baxma da ətfali-ciyərqanını görcək.

Gah "iskoroxod" çəkmə, gəhi gey "lakoronni",Vellən gecə-gündüzdə xuramanını görcək,

Var-yoxunu sərf eylə barişnalara, ancaqSöy həmsəri-məzlumeyi-nalanını görcək.

Gül, gül ki, cavansan,Əyyaşi-cahansan,Sərxoşlara cansan!Vaxta ki, qocaldın,Rişi döşə saldın,Pis günlərə qaldınOnda biləcəksən!....

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира