Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!Baği-şəhdə etdiyin işrət həlal olsun sənə!Əhlinə şah olduğun dövlət həlal olsun sənə!Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Oldun ol gündən ki, malik rütbeyi-əcdadına,Düşmədi el qayğısından başqa bir şey yadına,Ədlü dadə dad verdin, yetsin Allah dadına!Yaxşı bir şöhrət qazandın adına, övladına;Getdiyin yol, tutduğun niyyət həlal olsun sənə!Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Afərinlər doğru yollu verdiyin peymanlara,Əhdini ifa üçün sadir olan fərmanlara,Həftədə bir, ayda bir and içdiyin Quranlara,Aqibət hər səmtdən cəlb etdiyin mehmanlara;Çəkdiyin bu xani-biminnət həlal olsun sənə!Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Müstəqillən hökmüranı olduğun İranınaHankı xidmətdən saqındın ta toxunsun qanına?İndi bir İran deyil, aləm güvənsin şanına....Namına, namusuna, insafına, vicdanına....Əhli-vicdan verdiyi qiymət həlal olsun sənə!Doğrudan da, Məmdəli, qeyrət həlal olsun sənə!

Altı min ildən bəri mövcud olan bir məmləkətGörməmişdi sən kimi bir şahi-vala-mərtəbət:Niyyətin saf, etiqadın pak, qəsdin məsədət,Millətin şad, ölkən abad, ümdə fikrin mərhəmət....Qoyduğun tac, örtdüyün xələt həlal olsun sənə!Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Arslanlar boynuna saldırdığın zəncirlər,Namvərlər qətlinə çəkdirdiyin şəmşirlər,Atəşi-qəhrü qəzəblə yaxdığın təmirlərVəsfə şayandır, həqiqət, etdiyin tədbirlər....Ümmi-Xaqan oğlu, bu qeyrət həlal olsun sənə!Verdiyin məşruteyi-millət həlal olsun sənə!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Хвалебные