Əl’əman, sərkəş olub, gündə bir əhvalə düşən dövri-qəzanın bu dilazar,cəfakar, müxalif əməlindən ki, yaxıb aləmi narə, qoyub avarə, xüsusənmənibiçarə ki, həmvarə yanıb ney kimi odlarə, belə cuşü xüruş eyləyirəm, sankisəmavarə dönən qəlbimə minlərcə şərarə vurulub, əşki-tərim cari olur kaseyiçeşmimdən, aman, bari xudaya, bu nə suziş ki, düşüb cismi-nəzarə, dili-zarə, kimedər dərdimə çarə ki, gəlib ərsəyə tazə oxumuş bir neçə parə ürəfavü üdəbalər ki,qoyub bid‘ətə elm adını, tərğib və təhris eləyirlər bizi ol əmri-şəniə, yenə bunlarnə desə eyb eləməz, çünki gedib elm oxuyub, kursu təmam eyləyib, az-çox nəola kəsbi-məratib də ediblər; a kişi, təngə gətirdi məni, vallahi, bu naqqalşüəralər, hədərəndən-pədərəndən, nə bilim, boymadərəndən, necə sərsəmdanışırlar, nə iş olsa qarışırlar, necə eyb axtarışırlar, necə gör yoldan azırlar, nəgörürlərsə yazırlar, necə hörmətli “qərib” olsa da fövrən tanışırlar; qulağım batdı,nə çox-çox danışırlar, bu nə məktəb, nə məkatib, nə məratib, bizə bunlar nəmünasib, əcəba, cəddlə əcdadımızın irsi olub bizlərə mirasi-həqiqi, qalan adatüəlamat ilə ə’malımızı, halımızı, cümlə bu əf’alımızı şe’rlə təğyir və təbdil eləməkfikri-şəniində olub, bizləri hər bid’ətə iğfal ilə iysal eləyirlər ki, apar oğlunu veruşqola mollasına, əyləş balanın yasına, bax bircə, sən Allah, buların verdiyifitvasına: yə’ni öz əlinlə elə övladını bir rus; səd əfsus ki, bir pak və pakizəmüsəlman balası xarici övladı kimi şapqa qoyub, iştot-miştot oxuyub, axırı birdoktor olub, millətiislamdə dərdə düşənə aptekanın nisfi çaxır, nisfi su əczalarınıçarə bilib, mö’mini-dindarın edə qarnını murdar, vəhalonki gözü sürməli, saqqalıhənalı, əli təsbihli, Allah qulu, peyğəmbərimiz ümməti, könlündə tərəhhüm kökatıb rişə salan, bir kəsə əslən, əbədən bircə xəyanət eləmək bilməyib, ömründəxərid ilə füruşi düz olub, mişk əvəzi müştəriyə rübbi-biyan verməyən1 ol həzrətihacül-hərəmeynin gözəl əttar dükanında ki, hərgiz də siçan həndəvərindənötüşüb fəzlə sala bilmədiyi ağzı qapaqsız qutularda ki, on ildən bəri saxlanmaqilə ətri də, tə’siri də artmaqda olub, naxoşu hər dərdü mərəzdən qutarıb, qüssədənazad eləyən rişeyi-xətmi, küli-balunə, sənaimərməki, ya həbbi-səlatin, zəkərək,behməni-piç ilə həlilə və bəlilə qala, ey vay!..

Alan olmaya əzvay,Gedə qış, gələ həm yay,Ötə il, dolana ay,Sata bilməyə mumyay,İş oldu bu da, hay-hay!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · Сатира