İki cavablara bir cavab
Loğalaşıb, a görməmiş, çox da belə fırıldama!Tərbiyəsiz uşaq kimi boş-boşuna hırıldama!Baş-qulağın düzəlməyib, çox da basıb-guruldama!Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!Müntəzəm olmamış əməl, rövnəqi-kar olurmu ya?!Sübh tülu’ etməmiş vəqti-nəhar olurmu ya?Bir gül açılmaq ilə də fəsli-bəhar olurmu ya?Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!Qətl elədiz Ətabəki, mən ki, bu əmri danmıram?!Var yenə min Ətabəkiz, yoxsa əməlli qanmıram?Köhnə qapı bu tezliyə tazələşə inanmıram!Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!Girəm Ətabək öldü də, topü tüfənginiz hanı?Bəhri-əmiqi-hərbdə kəştiyi-cənginiz hanı?Əski hamamdır, əski tas, pəs yeni rənginiz hanı?Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!Söylə mənə, vəzarəti-milliyəniz düzəldimi?Ya uzun əl, uzun papaq qıssalaşıb gödəldimi?Ölkənizə şəməndəfer yol tapa bildi, gəldimi?Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!Dari-şəfayi-Tehranın get elə bir səyahətin,Mirzə Əbülhəsən xanın1 gör rəvişi-təbabətin,Tən yarı böldü zəhr ilə yeksər əcəm cəmaətin!Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!Mülki-İraqı adbaad saysam əgər, kəlal olur,Tul tapar kəlamımız, qareə həm məlal olur,İşbu səbəblə şe’rimiz müxtəsər ərzi-hal olur,Dinmə, danışma, yat balam, sən deyən olmayıb hələ!Arxa su dolmayıb hələ! Köhnə idarəniz durur,Rəngi də solmayıb hələ!..
Kitabxana.az · https://kitabxana.az/ru/works/sabir-iki-cavablara-bir-cavab
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
«Не дылда он и не плюгав,Он духом мертв, а телом здрав,
Bir bəhanə əldə ünvan etməli bundan sora!Bir bəhanə əldə ünvan etməli bundan sora!Büsbütün məxluqə e’lan etməli bundan sora!
Qəmü möhnət füzun olduОт горя свет померк дневной:Дубина, знать, тому виной!
Qəmü möhnət füzun olduYetər, canım, çəkil get, etmə çox təbxiri-hürriyyət!Bizim qazqanda hərgiz oynamaz kəfkiri-hürriyyət!
Стихи других поэтов · Сатира
Misyonerlər çalışır cebr ilə Abxaz qövmiEyləsinlər hamısı dini-məsihanİ qəbul.
Zaman ol zaman idiXoş ol zaman ki, rus mənə həmzəban idi,İngilis elçisi ilə, Mirzə xan ilə
Ədəbiyyat (“Ey “Kəlniyət!” Ey xatirinin zövqü savası”)Ey “Kəlniyət!” Ey xatirimin zövqü səfası,Yalnız demə kim, mollaların boşdu qafası,
“Novator” rəssamaBir paltar geymisən başa düşmürəm,Astarı hansıdır, üzü hansıdır.