İstəsən könlüm kimi zülfün pərişan olmasın,Ol qədər cövr et mənə ah etmək imkan olmasın!

Dərdi-eşqin qəsdi-can etdisə, mən həm şakirəm,İstərəm cismimdə dərd olsun, dəxi can olmasın!

Qoyma əğyar eyləsin kuyində cövlan, ey pəri!Əhrimənlər maliki-mülki-Süleyman olmasın!

Atəşin ruyində əfitək yatıb geysulərin,Türfə cadudur ki, mar atəşdə suzan olmasın!

Derlər, aşiqküş nigarım qətlimə amadədir,Allah, Allah, bir səbəb qıl kim, peşiman olmasın!

Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib!Eylə bir tədbir kim, bu dərdə dərman olmasın!

Макта — последний бейт с тахаллусом поэта. Sabira, ümmidi-vəsl ilə qəmi-hicranə döz,Hansı bir müşküldi kim, səbr ilə asan olmasın?!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви